Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-703/2020 19.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı7 nümayəndəsi İddiaçı2, İddiaçı6, İddiaçı4, İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı7, İddiaçı5, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi hərəkətinin təmin edilməsi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı7, İddiaçı5, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitutsiyasının sərbəst toplaşmaq azadlığı haqqında 49-cu maddəsinə, Azərbaycan Respublikası Sərbəst toplaşmaq azadlığı haqqında qanununun 1ci, 5-ci, 11-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi hərəkətini təmin etməyə və toplantının dinc, silahsız keçməsi üçün müvafiq tədbirlər görmək öhdəliyi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə hazırlıq icraatının iclası keçirilmiş və işin növbəti hazırlıq icraatının iclası 19.02.2020-ci il tarixə təxirə salınmış, həmin tarixdə İddiaçı1 və İddiaçı7 nümayəndəsi İddiaçı2, İddiaçı6, İddiaçı4, İddiaçı3 məhkəmə iclasına gəlmiş, İddiaçı5 və cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İddiaçı5 və cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələblərinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı iddia edir ki, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən onun sərbəst toplaşmaq azadlığı pozulmuşdur və buna görə də, gələcəkdə müraciəti əsasında cavabdehin üzərinə dinc nümayış keçirməsinə razılıq verməsinə məcbur edən öhdəlik qoyulmasını xahiş etmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən mümkün sayılmalıdır. (5.3-cü bənd); ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati icraat qaydasında irəli sürülən iddia - birinci növbədə ümumi (publik) hüquq sahəsinə aid konkret məsələnin həlli məqsədilə inzibati orqan tərəfındən qəbul edilmiş və ünvanlandığı şəxsüçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbirinin mübahisələndirilməsi ilə əlaqədar həmin inzibati orqana qarşı qaldırılan bir iddiadır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işin müəyyən edilmiş faktiki hallarına mübahisəyə tətbiq olunmalı maddi və prosessual hüquq normalarının tələbləri baxımından qiymət verilməlidir. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). İş materiallarından belə müəyyən olunur ki, iddiaçılar 28 və 29 noyabr 2019-cu il tarixlərində "xxxx" MMC-nin Yasamal rayonu, Tbilisi prospekti 149 ünvanında yerləşən ofisin qarşısında; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Azərbaycan prospekti 23 ünvanında yerləşən binanın qarşısında; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 1 ünvanında; ünvan 4şısında; Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ünvan 5 ünvanında yerləşən binanın qarşısında; Azərbaycan Respublikası Baş Prokurorluğun ünvan 6 ünvanında yerləşən binasının qarşısında; Azərbaycan Respublikası İqtisad Nazirliyinin ünvan 7 ünvanında yerləşən binanın qarşısında; Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Yasamal rayonu, Mətbuat prospekti 37 A ünvanında yerləşən binasının qarşısında; ünvan 9 ünvanında yerləşən binanın qarşısında; Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının ünvan 10 ünvanında yerləşən binanın qarşısında 7 nəfərdən ibarət tərkibdə dinc toplantı olan nümayiş keçirməsinə icazə verməsini xahiş etmiş və müraciətlərinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 25.11.2019-cu il tarixli məktubla «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinin istinad edilməklə iddiaçılara bildirilmişdir ki, piketlərin keçirilməsi məqsədəuyğun hesab edilmir. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublİkasının Qanununun 3- cü maddəsinə əsasən bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər: ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; ictimai asayişin pozulmasının qarşısını almaq üçün; iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; əhalinin sağlamlığının mühafizəsi üçün; əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin Qanunun 9-ci maddəsinin 1-ci hissəsinə və 10-cü maddələrinə əsasən, dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bütün qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır. Göründüyü kimi sərbəst toplaşmaq azadlığına toplantıların məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilənlər əsaslar olduqda icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda iddiaçıların “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə və həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən piketin keçiriləcəyi barədə etdikləri xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə ki cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu məktubda ifadə olunan qadağanedici hərəkət hesab edilə bilməz. Lakin qeyd edilən qanunda toplantı keçirilməsi qadağan edilmədiyi hallarda müvafiq icra hakimiyyəti orqanının mövqeyinin qərar qəbul edilməsi ilə ifadə olunması nəzərdə tutulmamışdır. Bundan əlavə cavabdeh tərəfindən hər hansı bir qərar qəbul olunmadığı və cavabdehin mövqeyi məktubla iddiaçıların nəzərinə çatdırıldığı üçün həmin qərar olmayan məktub ilə iddiaçıların hər hansı bir subyektiv hüququ pozulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.(4.1-ci bənd); Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. (4.2-ci bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. (5.1-cibənd); Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.(5.2-ci bənd); İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. (5.3-cü bənd) İPM-in 35.1-ci maddəsinin tələbində də konkret olaraq göstərilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianm məhkəmə icraatı mümkün sayılsın . Beləliklə də, qeyd olunan hallar hazırki mübahisənin inzibati icraat qaydasında baxılmasını mümkünsüz edir. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı7, İddiaçı5, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi hərəkətinin təmin edilməsi barədə iddiaları mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verə bilərlər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-703/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-703/2020
19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver