Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-707/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “qərarın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs "xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A72-7, 05 noyabr 2019-cu il tarixli qərarının ləğvi və "xxxx" MMC, AZ 1096, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65 (AZ) məxsus 2015 0767 nömrəli «Sarvan» əmtəə nişanının 30-cu sinif “konfetlər” əmtəələri üzrə qeydiyyatına qarşı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının 05 noyabr 2019-cu il tarixli A72-7 nömrəli qərarının ləğv edilməsi və "xxxx" MMC-yə məxsus 01.06.2015-ci il tarixdə qeydiyyata alınmış 2015 0767 nömrəli "Sarvan+təsvir" əmtəə nişanının 30-cu sinif «konfetlər» əmtəələri üzrə qeydiyyatının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, "xxxx" ASC tərəfindən ona aid 14.11.2013-cü il tarixdə ******* beynəlxalq qeydiyyat nömrə ilə qeydiyyata alınmış (nömrə və dərc tarixi: 2014/7 Gaz, 27.02.2014) Azərbaycan Respublikasının qoşulduğu Madrid sazişi və Protokoluna müvafiq olaraq 30cu sinif “konfetlər [şirniyyatlar]" əmtəələri üzrə mühafizə olunan "xxxx" kombinasiyalı əmtəə nişanına hüquqları pozulmaqla qeydiyyata alınmış "Konfirom” MMC /ünvan: AZ1096, ünvan 1dən (Ərizə 2015 00254, ilkinlik 17.04.2015) 01.06.2015-ci il tarixli, 2015 0767 nömrəli “Sarvan” kombinasiyalı əmtəə nişanının 30-cu sinif “konfetlər” əmtəələri üzrə qeydiyyatına qarşı verilmiş etiraz ərizəsi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının № A72-7, 05.11.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Cavabdeh qərar verərkən "xxxx" şirkətinin qanunla mühafizə olunan "xxxx" kombinasiyalı əmtəə nişanına oxşarlığa, eləcə də qarışdırılacaq dərəcədə oxşarlığa qiymət vermək əvəzinə, xırda fərqləri qabardaraq maddi norma pozuntularına yol vermişdir. "xxxx" şirkəti sübut kimi "xxxx" əmtəə nişanının 14.11.2013-cü il tarixdə ******* beynəlxalq qeydiyyat nömrə ilə qeydiyyata alınmış (nömrə və dərc tarixi: 2014/7 Gaz, 27.02.2014) daha əvvəl ilkinliklə Azərbaycan Respublikası ərazisində mühafizə olunduğuna sübut kimi beynəlxaq qeydiyyatdan çıxarışı təqdim etmişdir. Həmin çıxarışdan göründüyü kimi - Mühafizə olunan rənglər: narıncı, sarı, qara, qırmızı, qəhvəyi, açıq qəhvəyi və boz qəhvəyi, dəvə üzərində verilmiş stilləşdirilmiş sarvan təsviri və çox da böyük olmayan qara-qəhvəyi rəngdə verilmiş dəvələrin təsviri, sahillər narıncı; günəş sarı, naxışlar yaşıl, sarı və qırmızı, söz kiril əlifbası ilə verilmiş, transliterasiyası "xxxx" sarırəngli boz mixəyi konturla verilmiş təsvirlə mühafizə olunur; Nişanın təsviri - nişan narıncı fondan ibarət olub, özündə dəvə üzərində verilmiş sarvanın stilləsdirilmis təsviri və çox da böyük olmayan dəvələrin qara-qəhvəyi rəngdə verilmiş təsvirləri, sarı rəngli sübh günəsi təsviri, bütövlükdə narıncı və qara sahil fonunda verilməklə; nişan sağ və soldan qırmızı, yaşıl və sarı rəngli bəzəklər verilmiş, sol naxışda kvadrat daxilində “K" işarəsi verilmişdir; kiril hərfləri ilə sarı-rəngli boz mixəyi konturla verilmiş transliterasiyası "xxxx" mixəyi rəngli “konfet” dəvə təsvirlərinin altında verilməklə mühafizə olunur; Mühafizə olunmayan elemenlər - “Konfeti, ®, K”-dir; Əmtəələr və xidmətlər: 30 konfetlər, [şirniyyat]; Madrid Protokolu 9sexies maddəsinə əsasən şamil edilmişdir: Azərbaycan, Çin, Fransa, Almaniya, Kazaxıstan, Qırğızıstan, Monqolustan, Polşa, Moldova Respublikası, İspaniya, Tacikistan, Ukrayna; Bildiriş tarixi 27.02.2014; Dəyişiklik edilmişdir: 22.09.2016. Cavabdeh qeyd edir ki, təqdim edilən nişanlar müqayisə olunarkən "xxxx" MMC-yə məxsus nişanın (2015 0767) ilkinliyinin (17.04.2015-ci il) "Krasnıy Oktyabr” ASC-yə məxsus nişanın (1193782) ilkinliyindən (22.09.2016-cı il) öncə olduğu müəyyən edilir. Cavabdeh özünün həqiqətə uyğun olmayan mülahizələri əsasında ******* beynəlxalq qeydiyyatın ilkinliyini qərəzli və səhv olaraq 22.09.2016-cı il olduğunu göstərir. Beynəlxalq qeydiyyatdan çıxarışdan göründüyü kimi, Madrid Protokolu 9sexies maddəsinə əsasən şamil edilmişdir: Azərbaycan... Bildiriş tarixi 27.02.2014. Yəni, ******* nömrəli beynəlxalq qeydiyyat Azərbaycan Respublikası ərazisinə şamil olunmaqla verilmiş və bildiriş tarixi 27.02.2014cü il. Cavabdehin qərəzli və qəsdən yanıltmaq məqsədi ilə «dəyişiklik edilmişdir: 22.09.2016» tarixini səhv salır, “nişan Madrid Protokolu 3ter maddəsinə əsasən Azərbaycan Respublikası “ərazisinə genişləndirməklə verilmişdir" səhv hüquqi qiymət verir və bu hal ******* nömrəli beynəlxalq qeydiyyatdan çıxarışla sübut olunur. Cavabdeh beynəlxalq qeydiyyat tarixi və beynəlxalq qeydiyyatın mənşə ölkəsində bazis qeydiyyatı tarixi anlayışını səhv salır, səhv nəticəyə gəlir. Beləliklə, cavabdehin beynəlxalq qeydiyyat tarixi və ilkinliklə bağlı mülahizələrinin həqiqətə uyğun olmadığı sübuta yetirilir, nişanın qeydiyyat tarixi 14.11.2013-cü il olub, ərazi üzrə şamil olunma üçün bildiriş tarixi 27.02.2014-cü il tarixidir. Cavabdeh səhv olaraq xırda fərqləri qabartmış, "xxxx" əmtəə nişanı ilə «Sarvan» əmtəə nişanı Qaydaların 29.7.1-ci maddəsinə müvafiq olaraq “Təsviri... nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün həmin maddənin c) bəndinə əsasən kompozisiyaya daxil olan təsviri... elementlərindən ibarət... nişanlarla (işarələrlə) müqayisə edilməli olduğu halda, müqayisə etməmiş, araşdırma aparmamış, düzgün hüquqi qiymət verməmişdir. "Krasnıy Oktyabr” şirkətinin ərizəsində "Kara-Kum''söz işarəsi ilə “Sarvan” söz işarəsinin oxşar olduğunu iddia etmədiyi halda, cavabdeh öz qərarını əsaslandırmaq üçün qərəzli olaraq "xxxx"-söz işarəsi ilə “Sarvan” söz işarəsinin oxşar olmadığını araşdırmış, “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” aidiyyəti olmayan 29.6.1., 29.6.2., 29.6.3 və 29.6.4-cü bəndlərini sadalamış, müqayisəli təhlil aparmış, bu səbəbdən də səhv nəticəyə gəlmiş, səhv qərar vermişdir. Qərəzlilik və qeyri-obyektivlik onunla təsdiq olunur ki, “Qaydalar”-ın işə aidiyyəti olan 29.7, 29.7.1-29.7.2, 29.8.1 b) bəndlərini göstərməklə mühafizə olunan elementlərinin oxşarlığı üzrə geniş araşdırmanın aparılması lazım olduğu halda müqayisəli təhlil aparmamış, yalnız ötəri olaraq “Qaydalar”-ın 29.7-ci bəndinə istinad etmiş, bu səbəbdən də səhv nəticəyə gəlmiş, səhv qərar vermişdir. Cavabdeh həqiqətə uyğun olmayan formal mülahizələrinə əsaslanaraq “Əmtəə nişanları ümumi konsepsiya baxımından müqayisə edilir” göstərərək səhv hüquqi qiymət verir. "Krasnıy Oktyabr” şirkəti Qaydaların 29.6.1- 29.6.5 bəndlərində göstərilən əlamətlər üzrə oxşarlığın araşdırılmasını "Kara-Kum''-söz işarəsi ilə “Sarvan” söz işarəsinin oxşar olduğunu iddia etmir. Cavabdeh "xxxx" əmtəə nişanı ilə «Sarvan» əmtəə nişanı “Qaydalar”-ın 29.7.1-ci maddəsinə müvafiq olaraq «Təsviri … nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün həmin maddənin c) bəndinə əsasən kompozisiyaya daxil olan təsviri... elementlərindən ibarət... nişanlarla (işarələrlə) müqayisə edilməli olduğu halda müqayisə etməmiş, araşdırma aparmamış, nəticədə səhv qərar vermişdir. Azərbaycan Respublikasının ərazisində daha əvvəl tarixdə qüvvədə olan ******* nömrəli beynəlxalq qeydiyyatdan çıxarışdan göründüyü kimi "xxxx" əmtəə nişanın təsviri ilə: Mühafizə olunan renglər: narıncı, sarı, qara, qırmızı, qəhvəvi, acıq qəhvəyi və boz qəhvəyi olmaqla, nişan narıncı fondan ibarət olub, özündə dəvə üzərində verilmiş stilləşdirilmiş sarvan və çox da böyük olmayan dəvələrin qara-qəhvəyi rəngdə verilmiş təsvirləri, sarı doğan günəs təsvirləri mühafizə olunan elementlərdir. Cavabdeh “Qavdalar”ın 29.7.2-ci bəndinə müvafiq olaraq göstərilən kombinə edilmiş nişanların Təsviri elementlərinin... nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün aşağıdakı kimi müqayisə edilməli olduğu halda etməmişdir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması. Göstərilən kriteriyalarla əmtəə nişanlarının təsviri hissəsinin müqayisəsi bu nişanların hər ikisinin -a) xarici formasının - Konfet məhsulunun bükmə materialı - Fantik tomasında olması- Narıncı fonda olması, sarı rəngli sübh günəşi təsviri, dəvələrin qəhvəyi rəngdə verilmiş təsviri, sarvanın stilləşdirilmiş təsviri kimi verilməsi ilə,-b) bu nişanların simmetrik olaraq bir-birinə oxşar olan, iki hissədən ibarət olduğu, -ç) hər iki nişanın (işarənin növünün) Konfet məhsulunun bükmə materialı -Fantik olmaqla- təsviri nişan olduğu və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.) narıncı fonda, sarı rəngli sübh günəşi, dəvələrin qəhvəyi rəngdə verilmiş təsvirləri, sarvanın stilləşdirilmiş təsviri kimi verilməsi ilə, qarışdırılacaq dərəcədə oxşar olmasını, eləcə də -d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması - narıncı, sarı, gırmızı, gəhvəyi rənglərin keyfiyyətinin uzlaşması ilə, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, istehlakçıda həmin nişanların eyni təsəvvür yaratması halına, qarışdırılacaq dərəcədə oxşar olmasına, Qaydaların 29.7.3-cü bəndinə əsasən Bu Qaydaların 29.7.1 və 29.7.2-ci bəndlərində göstərilənlər istər ayrılıqda, istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər, göstərilməsinə baxmayaraq, cavabdeh həqiqətə uyğun olmayan formal mülahizələrinə əsaslanaraq “Əmtəə nişanları ümumi konsepsiya baxımından müqayisə edilir” düzgün qiymət verməmişdir. Cavabdeh səhv olaraq xırda fərqləri qabartmış, konfet məhsulunun bükmə materialı fantik kimi istifadə olunan qeyd olunan əmtəə nişanlarının qarışdırılacaq dərəcədə oxşar olması səbəbi ilə istehlakçıda həmin nişanların eyni təsəvvür yaratması halına düzgün qiymət verməmişdir. Qərəzlilik bir daha onunla təsdiq olunur ki, cavabdeh sübüt kimi təqdim edilmiş həmin əmtəə nişanlarını müqayisə edərək oxşar qaydada təqlid edilməklə istifadə etməsinə, nəticə etibarı ilə rəqibin "xxxx" şirkətinin məhsulunun və ya sənaye və ticarət fəaliyyətinin qarışdırıla bilməsinə (istelakçını çaşdıra bilməsinə) səbəb olan hərəkətlərə qərar verərkən düzgün hüquqi qiymət verməmişdir. Təsvir hissəsi müqayisə olunan əmtəə nişanlarının vizual cəhətdən aparıcı hissəsidir və bundan əlavə semantik məzmunu ilə istehlakçının diqqətini çəkir. Bu oxşanlıq «Sarvan» və "xxxx" ticarət nişanlarının söz elementlərinin semantik oxşarlığını gücləndirir. Hər iki əmtəə nişanının kompozisiya əlamətləri, rəng uyğunluğu, təsvir hissəsində aparıcı hissənin ümumi formalarının oxşarlığı müəyyən edilmişdir ki, bu da istehlakçıların ilk növbədə diqqət yetirdikləri əlamətlərdir. Deməli, iki obyektin oxşarlığı onlar haqqında oxşar ümumi təəssüratın yaranmasına, eləcə də çaşqınlıq yaranmasına gətirib çıxarır. Göründüyü kimi, «Sarvan» əmtəə nişanı "xxxx" əmtəə nişanı ilə istehlakçılarda çaşqınlıq yarada biləcək oxşarlığı malikdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, «Sarvan» əmtəə nişanı 30-cu sinif “konfetlər” əmtəələri üzrə 01.06.2015-ci il tarixdə "xxxx" MMC-nin /ünvan: AZ1096, ünvan 2zərbaycan Respublikasında 2015 0767 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanının rəngi: sarı, narıncı, qırmızı, qəhvəyi, əmtəə nişanının ilkinlik tarixi - 17.04.2015-ci il. "xxxx" əmtəə nişanı 30-cu sinif “konfetlər” əmtəələri üzrə 14.11.2013-cü il tarixdə PAO "Krasnyj Octyabr” /ünvan - ul. Malaya Krasnoselskaya, d.7, str. 24 RU-107140 Moscow (RU)/ ******* nömrə ilə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 22.09.2016-cı il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş (2016/37 Gaz) və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. Əmtəə nişanının rəngi narıncı, sarı, qara, qırmızı, qəhvəyi, tünd qəhvəyi və boz qəhvəyi. Təqdim edilən nişanlar müqayisə olunarkən "xxxx" MMC-yə məxsus nişanın (2015 0767) ilkinliyinin (17.04.2015-ci il) PAO "Krasniy Octyabr” məxsus nişanın (1193782) ilkinliyindən (22.09.2016-cı il) öncə olduğu müəyyən edilir. Qeydiyyat 14.11.2013-cü il tarixli olsa da, PAO "Krasniy Octyabr” tərəfindən beynəlxalq qeydiyyat zamanı konvensiya ilkinliyi tələb edilməmiş, odur ki, ilkinlik ərizəçinin qeyd etdiyi kimi qeydiyyata alındığı 14.11.2013-cü il tarixdən deyil, Azərbaycana iddia edildiyi 22.09.2016cı il tarixdən nəzərə alınır. Belə ki, “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin protokolunin 3bis maddəsinə əsasən (Ərazi üzrə fəaliyyət) beynəlxalq qeydiyyat nəticəsində yaranan mühafizə, yalnız beynəlxalq iddia sənədini verən şəxsin və ya beynəlxalq qeydiyyatın sahibinin bəyannaməsi əsasında Razılığa gələn Tərəflərə aid edilir. Lakin bu cür bəyannamə, İdarəsi mənşə İdarəsi olan Razılığa gələn Tərəfə aid edilə bilməz. Protokolun 3ter maddəsinə əsasən (“Ərazinin genişləndirilməsi” barədə bəyannamə) (1) Razılığa gələn Tərəfə görə beynəlxalq qeydiyyat nəticəsində yaranan mühafizənin genişləndirilməsinə dair istənilən bəyannamə beynəlxalq iddia sənədində ayrıca verilməlidir. (2) Ərazinin genişləndirilməsinə dair bəyannamə beynəlxalq qeydiyyatdan sonra da verilə bilər. Bu cür bəyannamə, Təlimatda nəzərdə tutulduğu kimi, blankda tərtib olunmalıdır. Beynəlxalq büro verilən bəyannamə üzrə qeydləri təxirə salmadan Beynəlxalq reyestrə daxil edir və maraqlı şəxslərə və ya maraqlı İdarələrə bu barədə məlumat göndərir. Bu cür bəyannamələr Beynəlxalq büronun dövri bülletenlərində dərc olunur. Ərazinin genişləndirilməsi onun haqqında məlumatların Beynəlxalq reyestrə daxil edildiyi tarixdən qüvvəyə minir və beynəlxalq qeydiyyatın qüvvədə olma müddətinin bitdiyi tarixdən də qüvvəsini itirir. Odur ki, ərizəçinin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin “b” bəndinə istinadı əsassızdır. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Ərizəçinin “Sənaye mülkiyyətinin qorunması üzrə Paris Konvensiyası”nın 10bis (Haqsız rəqabət) maddəsinə və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin (f) bəndinə istinadına münasibətdə qeyd edir ki, «Sarvan» əmtəə nişanının əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını necə yanılda biləcəyi və bununla haqsız rəqabətə səbəb olacağı aydın deyil. Belə ki, nişanların birinin üzərində “Sarvan” (2015 0767), digərinin üzərində isə "xxxx" (1193782) ibarəsi qeyd edilmiş, hər iki nişan üçün ümumi cəhət səhra konsepsiyasından (fərqli tərzlərdə) istifadə olunmasıdır ki, əqli mülkiyyətlə bağlı qanunvericilik və beynəlxalq təcrübəyə əsasən ideyalar özlüyündə maddiləşmiş forma əldə etməyə qədər mühafizə edilmir. "xxxx" nişanının təsviri narıncı rəngin fonunda verilmiş, narıncı və mixəyi rəngli səhra boyunca yeni doğan sübh günəş təsviri fonunda verilmiş, iki hörgüclü (küvən) dəvə üzərində sarvanın stilləşdirilmiş təsvirindən, nisbətən solda dörd ədəd sayda fərqli mövqelərdə durmuş böyük olmayan stilləşdirilmiş iki hörgüclü dəvə təsvirindən, sağ və solda isə qırmızı yaşıl sarı rənglərin çalarlarında verilmiş xüsusi naxışlardan ibarətdir. «Sarvan» nişanının təsviri narıncı rəngin fonunda verilməklə, narıncı və qırmızı rəngli səhra boyunca, sübh günəşi təsviri fonunda verilməklə, dörd ədəd sayda stilləşdirilmiş xüsusi əlamətlərlə fərqlənməyən ard-arda düzülmüş dəvə təsvirindən, nisbətən qabaqda dəvəni noxtasından çəkən uzun əbalı sarvanın stilləşdirilmiş təsvirindən və bir neçə palma ağacının təsvirindən, sağ və solda isə sarı rəng fonunda stilləşdirilmiş dəvə təsvirindən ibarətdir. Hər iki nişanda bütövlükdə günəş, səhra, sarvan, dəvə karvanı konsepsiyası mövcud olsa da, “Qaydalar’’ın 29.6-cı bəndinə əsasən söz, səs, (“Qaydalar”ın 29.6.1; 29.6.2;, 29.6.3; 29.6.4-cü bəndləri üzrə) elementlərinin oxşarlığı və “Qaydalar”ın 29.7-ci bəndi üzrə təsviri nişanların əlamətləri yoxlanılarkən qeyd edilən elementlərin bir-birindən fərqli təsviri, fərqli konsepsiyası, səslənməsi və mənası aydın müşahidə olunur. Əmtəə nişanları ümumi konsepsiya baxımından müqayisə edilir və nişanlar arasında dəvələrin və sarvanın fiziki quruluşu və duruşu, stilləşdirilmiş obrazı baxımından konseptual oxşarlıq mövcud deyil. Odur ki, hər iki nişan bazarda mövcud ola bilər, qarışdırılacaq dərəcədə oxşar deyildir və istehlakçılarda çaşqınlıq yaratmayacaqdır. Şərh edilənlərə əsasən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsini, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.4-cü, 29.6-cı, 29.7-ci, 29.8.1-ci bəndlərini rəhbər tutaraq Apellyasiya şurası etiraz ərizəsini təqdim etməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apellyasiya şurasının 05 noyabr 2019-cu il tarixli A72-7 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-yə /ünvan:AZ1096, ünvan 37 qeydiyyat nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” əmtəələri üzrə qeydiyyatına qarşı PAO "xxxx" adından patent müvəkkili Nümayəndə tərəfindən verilmiş etiraz ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsinin 14.01.2020 saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, («Sarvan» əmtəə nişanı) qeydiyyat nömrəsi № 2015 0767; əmtəə nişanın sahibinin adı: "xxxx" MMC, AZ 1096, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65 (AZ); qeydiyyat tarixi: 01.06.2015; qeydiyyatın qüvvədə olma müddəti: 17.04.2025; iddia sənədinin nömrəsi 2015 00254; iddia sənədinin daxil olma tarixi 17.04.2015; ilkinliyin tarixi: 17.04.2015; 30-cu sinif - konfetlər; əmtəə nişanının rəngi: sarı, narıncı, qırmızı, qəhvəyi. İş materiallarında olan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş ƏN seriyalı 000895 nömrəli Əmtəə Nişanı şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, əmtəə nişanı № 2015 0767, əmtəə nişanın sahibi: ”KONFİROM” MMC, AZ 1096, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65 (AZ); iddia sənədinin nömrəsi 2015 00254, ilkinlik tarixi 17.04.2015, dövlət reyestrində qeyd olunub 01.06.2015-ci il, 17.04.2025-ci il tarixə qədər qüvvədədir, əmtəə nişanı aşağıda göstərilən əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmışdır: 30-cu sinif – konfetlər, əmtəə nişanının rəngi: sarı, narıncı, qırmızı, qəhvəyi («Sarvan» əmtəə nişanı). İş materiallarında olan əmtəə nişanından görünür ki, ”KONFİROM” MMC, AZ 1096, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65 (AZ) -adına Azərbaycan Respublikasında "Sarvan" əmtəə nişanı 30-cu sinif: "konfetlər" əmtəələri üzrə 2015 0767 nömrə ilə 17.04.2015-ci il tarixdə qeydiyyata alınmış, 17.04.2025-ci il tarixə qədər qüvvədədir, rəngi - sarı, narıncı, qırmızı, qəhvəyi. İş materiallarında olan ÜƏMT/MADRİD X6 reyestrindən çıxarışdan görünür ki, qeydiyyat üçün Şəhadətnamə, ÜƏMT-in Beynəlxalq Bürosu təsdiq edir ki, aşağıdakı məlumatlar bu çıxarış Madrid Sazişinə uyğun olaraq imzalandığı tarixdə X3 Reyestrində edilmiş qeydlərin əsl nüsxəsidir. Nişanın reproduksiyası: ”Kara-Kum”, qeydiyyat nömrəsi: 1193782, qeydiyyat tarixi: 14.11.2013, qeydiyyat tarixinin gözlənilən qurtarma vaxtı/uzadılma: 14.11.2023, Sahibinin ad və ünvanı: X8 "Krasnyj Octyabr", ul. Malaya Krasnoselskaya, d. 7, str. 24, RU-109072 Moscow (RU), Sahibin hüquqi mənsubiyyəti və təşkil olunduğu Dövlət ərazisi: X8, RU, Nümayəndənin adı və ünvanı: Denis Kirichenko, Company Limited "Obhedınennye konditery", Legal Department, 2-oy Novokuznetskiy pereulok, d. 13/15, RU-115184 Moscow (RU). Təsviri elementlərin klassifikasiyası: 1.3; 2.1; 3.2; 6.6; 19.3; 28.5; 29.1, Nişanın transliterasiyası: KARA-KUM, konfeti, İddia olunan rənglər: Narıncı, sarı, qara, qırmızı, qəhvəyi, tünd qəhvəyi və boz-qəhvəyi. Dəvə üzərində dəvəçi və daha kiçik dəvələrin stilizə olunmuş şəkillər qara və qəhvəyi, dəniz sahilləri narıncı; günəş sarıdır və bəzəklər yaşıl, sarı və qırmızıdır; Kiril əlifbası ilə "xxxx" kimi tərcümə olunan söz boz-qəhvəyi konturla sarıdır. Nişanın növünə aid göstəricilər: Nişanın tərkibindəki sözlərin heç bir mənası yoxdur. Nişanın təsviri: Nişan narıncı bir fondan ibarətdir və dəvə üzərində dəvəçinin stilizə edilmiş şəklini, dəvəçinin solundakı bir neçə daha kiçik stilizə olunmuş dəvələrin şəklini, hamısı birlikdə qəhvəyi dəniz sahilləri və sarı yüksələn günəş nanncı fonda çəkilmişdir; qırmızı, yaşıl və sarı bəzəklər işarənin sağında və sol tərəfində yerləşdirilir, kvadratdakı «K» işarəsi sol omamentə daxil edilir; "konfeti" və "xxxx" kimi tərcümə edilmiş kiril əlifbası ilə sözlər dəvələr qrupunun altına qoyulub. Disklamasiya: Konfeti, ®, K. Əmtəə və xidmətlərin siyahısı NCL(10-2014): 30 Karamellər [konfet]. Baza qeydiyyatı: RU, 14.12.2012, 476750. Madrid Prokoluna əsasən təyinatlar: Yunanıstan, İsrail, Litva, ABŞ, Özbəkistan. Madrid Prokolu 9 sexies Maddəsinə əsasən təyinatlar: Azərbaycan, Çin, Fransa, Almaniya, Qazaxstan, Qırğızstan, Monqolstan, Polşa, Moldova Respublikası, İspaniya, Tacikistan, Ukrayna. İşarədən istifadə etmək niyyətinin bəyannaməsi: ABŞ. Bildiriş tarixi: 27.02.2014. Beynəlxalq ərizənin dili: İngilis. Düzəliş bildirilmişdir 22 sentyabr 2016-cı il. İş materiallarında olan Rusiya Federasiyası “Məhkəmə Ekspertləri Federasiyası” X1 qeyri-kommersiya təşkilatı “X5” tərəfindən verilmiş «Kompleks patentşünaslıq və sənətşünaslıq sahəsində fərdiləşdirmə vasitələrinin tədqiqinə dair» 20 iyul 2020-ci il tarixli, 021756/6/77001/052020/İ-13598 nömrəli mütəxəssi rəyindən görünür ki, Konfirom MMC şirkəti tərəfindən istifadə olunan “Sarvan” konfetinin etiketi, ******* nömrəli "xxxx" ("xxxx" ASC) X6 və "xxxx" ("xxxx" ASC) konfetinin etiketi ilə istehlakçılarda çaşqınlıq yarada biləcək oxşarlığa malikdir. Konfirom MMC şirkəti tərəfindən istifadə olunan “Sarvan” konfetinin etiketi, "xxxx" ("xxxx" ASC) konfetinin etiketi ilə istehlakçılarda çaşqınlıq yarada biləcək oxşarlığa malikdir. Qarışıqlıq dərəcəsində olan bu oxşarlığa səbəb onun bazara daha erkən daxil olmuş "xxxx" konfetinin dizaynının təqlidi nəticəsində meydana gəlməsidir. 2015 0767 nömrəli əmtəə nişanı ******* nömrəli X6 "xxxx" (Krasnıy Oktyabr ASC) ilə istehlakçılarda çaşqınlıq yarada biləcək oxşarlığa malikdir. «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir; 5-ci maddəsinin 1-ci hissəsinin «ə» və «f» bəndlərinə əsasən uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydə alınmasına yol verilmir; 6-cı maddəsinin 1-ci hissəsinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; 11-ci maddəsinin 1-ci hissəsinə əsasən əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası bu Qanuna və müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir; 13-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizası bu Qanunun 9-cu maddəsinə uyğun iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində aparılır. Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanılır. İlkin ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq üçün qəbul və ya rədd edildiyi iddiaçıya bildirilir; 15-ci maddəsinin 1-ci hissəsinə əsasən iddiaçı əmtəə nişanına və ya coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda dövlət rüsumu ödəmək şərti ilə qərarı aldığı tarixdən 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına etiraz verə bilər; 24-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxslərinin müəyyənləşdirilmiş qaydada əmtəə nişanını və coğrafi göstəricini xarici dövlətlərdə qeydə aldırmaq və ya onun beynəlxalq qeydiyyatını həyata keçirmək hüququ vardır. Əmtəə nişanının beynəlxalq qeydiyyatına dair iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum vasitəsilə verilir; 26-cü maddəsinin 1-5-ci hissələrinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər; 29-cu maddəsinin 1-ci hissəsinə əsasən əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər; 29-cu maddəsinin 2-ci hissəsinə əsasən əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə; 29-cu maddəsinin 3-cü hissəsinə əsasən əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları»nın: 29.3-cü maddəsinə əsasən bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır; 29.4-cü maddəsinə əsasən eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir; 29.5-ci maddəsinə əsasən qarışdırılacaq dərəcədə eyni və oxşar olan nişanlar üzrə məlumat axtarışı, Qanunun 6-cı maddəsinə və bu Qaydaların 5-ci bəndinə uyğun olaraq aşağıda göstərilən nişanlar üzrə aparılır: a) Azərbaycan Respublikasında qeydə alınan və ekspertizası aparılan əmtəə nişanına nəzərən, daha əvvəl ilkinliyə malik olan əmtəə nişanları və ya Azərbaycan Respublikasında həmcins əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə başqa şəxsin adına qeydə alınmaq üçün iddia olunan nişanlar. Bu zaman Qanunun 31-ci maddəsinə uyğun qeydiyyatı ləğv olunan əmtəə nişanları və Qanunun 12-ci maddəsinə uyğun olaraq qeydə almaq üçün verilməmiş sayılan iddia sənədləri nəzərə alınmır; b) Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında geniş tanınmış əmtəə nişanları; c) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; ç) nişanların beynəlxalq qeydiyyatına dair Madrid Sazişinə uyğun olaraq, onların beynəlxalq qeydiyyatı əsasında Azərbaycan Respublikasında mühafizə olunan əmtəə nişanları; d) coğrafi göstəricidən istifadə hüququnu əldə edən şəxsin adına qeydə alınmış əmtəə nişanına mühafizəsiz element kimi daxil olan hallar istisna olmaqla, Qanuna uyğun mühafizə olunan coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları; 29.6-cı maddəsinə əsasən sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması: 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər; 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biribirinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu; 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası); 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri; 29.6.5. Bu Qaydaların 29.6.1— 29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər; 29.7.1-ci maddəsinə əsasən təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə); 29.7.2-ci maddəsinə əsasən təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması; 29.7.3-cü maddəsinə əsasən bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər; 29.8.1-ci maddəsinə əsasən kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə; 29.8.2-ci maddəsinə əsasən kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur; 29.9.1-ci maddəsinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır; 29.9.2-ci maddəsinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" ASC-nin /ünvan ul. Malaya Krasnoselskaya, d. 7, str. 24 RU-107140 Moscow (RU)/ adına RU, 14.12.2012, 476750 bazis qeydiyyatı əsasında "Kara-kum +təsvir" söz və təsvirdən ibarət kombinə edilmiş əmtəə nişanı 30-cu sinif "konfetlər (şirniyyatlar)" əmtəələri üzrə 14.11.2013-cü il tarixli ******* nömrəli beynəlxalq qeydiyyat 27.02.2014-cü il tarixdə Madrid Protokolu 9sexies maddəsinə və (Qaydalar 24 (6) Azərbaycan Respublikası ərazisinə genişləndirilməklə verilmişdir və 14.11.2023-cü il tarixə qədər qüvvədədir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən təqdim edilmiş ******* nömrəli X6 reyestrindən çıxarışdan görünür ki, nişanın reproduksiyası: ”Kara-Kum+təsvir”, qeydiyyat nömrəsi: 1193782, qeydiyyat tarixi: 14.11.2013, qeydiyyat tarixinin gözlənilən qurtarma vaxtı/uzadılma: 14.11.2023, sahibinin ad və ünvanı: X8 "Krasnyj Octyabr", ul. Malaya Krasnoselskaya, d. 7, str. 24, RU-109072 Moscow (RU), Nişanın transliterasiyası: KARA-KUM, konfeti, İddia olunan rənglər: Narıncı, sarı, qara, qırmızı, qəhvəyi, tünd qəhvəyi və boz-qəhvəyi, Dəvə üzərində dəvəçi və daha kiçik dəvələrin stilizə olunmuş şəkillər qara və qəhvəyi, dəniz sahilləri narıncı; günəş sarıdır və bəzəklər yaşıl, sarı və qırmızıdır; Kiril əlifbası ilə "xxxx" kimi tərcümə olunan söz boz-qəhvəyi konturla sarıdır. Nişanın təsviri: Nişan narıncı bir fondan ibarətdir və dəvə üzərində dəvəçinin (sarvanın (dəvəyə minmiş halda verilmişdir) stilizə edilmiş şəklini, dəvəçinin solundakı bir neçə daha kiçik stilizə olunmuş dəvələrin şəklini, hamısı birlikdə qəhvəyi dəniz sahilləri və sarı yüksələn günəş narıncı fonda çəkilmişdir; qırmızı, yaşıl və sarı bəzəklər işarənin sağında və sol tərəfində yerləşdirilir, kvadratdakı «K» işarəsi sol ornamentə daxil edilir; "konfeti" və "xxxx" kimi tərcümə edilmiş kiril əlifbası ilə sözlər dəvələr qrupunun altına qoyulub. Disklamasiya: Konfeti, ®, K. Əmtəə və xidmətlərin siyahısı NCL(10-2014): 30 konfetlər [şirniyyat]. Baza qeydiyyatı: RU, 14.12.2012, 476750. Madrid Prokoluna əsasən təyinatlar: Yunanıstan, İsrail, Litva, ABŞ, Özbəkistan. Madrid Prokolu 9 sexies Maddəsinə əsasən təyinatlar: Azərbaycan, Çin, Fransa, Almaniya, Qazaxstan, Qırğızstan, Monqolstan, Polşa, Moldova Respublikası, İspaniya, Tacikistan, Ukrayna. Bildiriş tarixi: 27.02.2014. Beynəlxalq ərizənin dili: İngilis. "xxxx" MMC /ünvan: AZ1096, ünvan 4 Respublikasında "Sarvan+təsvir" söz və təsvirdən ibarət kombinə edilmiş əmtəə nişanı 30-cu sinif: "konfetlər" əmtəələri üzrə 2015 0767 nömrə ilə (Ərizə 2015 00254, ilkinlik 17.04.2015) 01.06.2015-ci il tarixdə qeydiyyata alınmış, 17.04.2025-ci ill tarixə qədər qüvvədədir, əmtəə nişanının rəngi: sarı, narıncı, qırmızı, qəhvəyi. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apellyasiya şurasının 05 noyabr 2019-cu il tarixli A72-7 saylı qərarına əsasən "xxxx" MMC-yə /ünvan:AZ1096, ünvan 37 qeydiyyat nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” əmtəələri üzrə qeydiyyatına qarşı PAO "xxxx" adından patent müvəkkili Nümayəndə tərəfindən verilmiş etiraz ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Əsas olaraq həm "xxxx" MMC-yə məxsus 2015 0767 nömrəli əmtəə nişanının ilkinlik tarixinin "xxxx" ASC-yə məxsus ******* nömrəli əmtəə nişanının ilkinlik tarixindən əvvəl olması, eləcə də həmin nişanlar arasında oxşarlığın olmaması göstərilmişdir. Məhkəmə qeyd edir ki, X6 Reyestrindən çıxarışa əsasən "xxxx" əmtəə nişanının ******* nömrəli beynəlxalq qeydiyyat üzrə ilkinlik 27.02.2014-cü il tarixdə olmuşdur. «Sarvan» əmtəə nişanının (2015 0767 nömrə ilə qeydiyyat) ilkinlik tarixi isə 17.04.2015-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası isə "xxxx" əmtəə nişanının ******* nömrəli beynəlxalq qeydiyyat üzrə ilkinlik tarixini səhv olaraq 22.09.2016-cı il tarix göstərmişdir. Belə ki, 22.09.2016-cı il həmin əmtəə nişanının ilkinlik tarixi deyil, düzəliş tarixidir. Göründüyü kimi, "xxxx" ASC-yə məxsus ******* nömrəli əmtəə nişanının ilkinlik tarixi "xxxx" MMC-yə məxsus 2015 0767 nömrəli əmtəə nişanının ilkinlik tarixindən əvvəl olduğu müəyyən edilir. Eyni zamanda "xxxx" MMC-yə məxsus 2015 0767 nömrəli əmtəə nişanı (Sarvan) ilkinlik tarixi baxımından Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən "xxxx" ASC-yə məxsus ******* nömrəli əmtəə nişanı (Kara-Kum) ilə qarışdırılacaq dərəcədə oxşardır. Belə ki, "xxxx" ASC-yə məxsus ******* nömrəli əmtəə nişanının (Kara-Kum) rəngi narıncı, sarı, qara, qırmızı, qəhvəyi, tünd qəhvəyi və boz-qəhvəyi, "xxxx" MMC-yə məxsus 2015 0767 nömrəli əmtəə nişanının (Sarvan) rəngi sarı, narıncı, qırmızı, qəhvəyidir. Hər iki əmtəə nişanının mərkəzi hissəsinin bütün fonu narıncı rəngdədir, hər iki əmtəə nişanında dəvələr və insan (Sarvan) qəhvəyi, günəş sarı rəngdədir. Hər iki əmtəə nişanında sahə ornamentlərlə haşiyələnmişdir, aparıcı hissə təsvir hissəsidir (dəvələr və günəş). Hər iki əmtəə nişanının xarici forması və təsviri çox oxşardır - narıncı fon, səhra, dəvə karvanı, sarvan, mərkəzdə iri sarı yüksələn günəş, sahənin ornamentlərlə haşiyələnməsi. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası da sənaye mülkiyyətinin məhz əmtəə nişanlarının təsviri elementlərinin mühafizəsi baxımından "Əmtəə nişanları ümumi konsepsiya baxımından müqayisə edilir" göstərməklə "Hər iki nişanda bütövlükdə günəş, səhra, sarvan, dəvə karvanı konsepsiyası" olduğunu göstərir. Lakin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası qiymət verərkən əmtəə nişanlarının təsviri elementlərinin mühafizəsi baxımından əhəmiyyətli olmayan (dəvələrin və sarvanın fiziki quruluşu və duruşu, stilləşdirilmiş obrazı) xırda fərqləri qabartmaqla səhv nəticəyə gəlmişdir. Belə ki, günəş, səhra, sarvan, dəvə karvanı təsvirlərinin 30-cu sinif "konfetlər" əmtəələrin mahiyyətinə və təyinatına heç bir aidiyyəti yoxdur, günəş, səhra, sarvan, dəvə karvanı təsvirləri "konfetlər" əmtəələri üzrə fərqlənmə və mühafizə qabiliyyətlidir. «Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları»nın 29.3-cü maddəsinin tələblərindən də göründüyü kimi, bütün elementləri eyni olan nişanlar eyni hesab edilir, həmçinin iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Göründüyü kimi, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, "xxxx" MMC-yə məxsus 2015 0767 nömrəli əmtəə nişanı (Sarvan) "xxxx" ASC-yə məxsus ******* nömrəli əmtəə nişanı (Kara-Kum) ilə eyni təsəvvür yaratmaqla onunla qarışdırılacaq dərəcədə uyğundur. Həmçinin məhkəmə qeyd edir ki, nişanların qarışdırılacaq dərəcədə uyğunluğu fonunda «Sarvan» və "xxxx" sözlərinin də oxşarlığı özünü büruzə verir. Belə ki, hər iki söz səhra ilə əlaqədar sözlərdir və bu uyğunluq nişanların elementlərinin uyğunluğu ilə birlikdə istehlakçıların yanılmasına, onlarda hər iki nişan barəsindən eyni təsəvvürün meydana gəlməsinə və nişanların qarışdırılmasına səbəb olur. Məhkəmə araşdırması dövründə məhkəmə sorğusu əsasında bütün icraat materialları Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, ******* nömrəli beynəlxalq qeydiyyat üzrə ilkin iddia sənədləri - bildiriş sənədləri və dərc sənədləri-2014/7 Gaz, 27.02.2014 təqdim edilməmiş, əvəzinə yalnız 13.09.2019-cu il tarixli Beynəlxalq Büro-Madrid Monitordan çıxarış təqdim edilmişdir. Təqdim edilmiş 2015 00254, ilkinlik 17.04.2015 ərizə düzgün tərtib edilməmiş, ərizədə mühafizə üçün veriləcək nişanın şəkli və nişanın sözlə təsvirinin mətni, mühafizə olunacaq rənglər verilməmişdir. İddia sənədinə dair məlumat axtarış vərəqində aşağıdakı məlumatlar - İddia sənədi 2015 00254, daxil olma tarixi 17.04.2015, ƏXBT-nin sinifləri 30, Axtarılan söz Sarvan, Yerli məlumat bazası axtarış, Kartoteka üzrə axtarış, On-line məlumat bazası üzrə axtarış (Romarin) axtarış göstərilmiş, yalnız sözdən ibarət nişan üzrə axtarış aparıldığı qeyd edilmiş, "Sarvan+təsvir" söz və rəngli təsvirdən ibarət kombinə edilmiş əmtəə nişanı olduğu halda, sözdən və təsvirdən ibarət nişan (kompozisiyalı), eləcə də təsviri nişan üzrə axtarış aparılmamışdır. "Sarvan+təsvir" söz və rəngli təsvirdən ibarət kombinə edilmiş əmtəə nişanı olduğu halda, təsviri şriftlərlə yazılmış "Sarvan" - "Sarvan təsviri əmtəə nişanı" kimi göstərilmişdir. Təsviri hissə üzrə axtarış aparılmamış, daha əvvəl 27.02.2014-cü il tarixli ilkinliyə malik, üzərində günəş, dəvə karvanı, sarvan (dəvəyə minmiş halda verilmiş) təsvir edilmiş, "xxxx" ASC-yə aid 14.11.2013-cü il tarixdə ******* beynəlxalq qeydiyyat nömrə ilə qeydiyyata alınmış (nömrə və dərc tarixi: 2014/7 Gaz, 27.02.2014) Azərbaycan Respublikasının qoşulduğu Madrid sazişi və Protokoluna müvafiq olaraq “Kara-Kum +təsvir" söz və təsvirdən ibarət kombinə edilmiş 30-cu sinif "konfetlər (şirniyyatlar)" əmtəələri üzrə mühafizə olunan əmtəə nişanı olduğu nəzər alınmamışdır. "xxxx" MMC-yə məxsus 2015 0767 nömrəli əmtəə nişanı (Sarvan) "xxxx" ASC-yə aid daha əvvəl 27.02.2014-cü il tarixli ilkinliyə malik ******* beynəlxalq qeydiyyatlı "Kara-kum +təsvir" söz və təsvirdən ibarət kombinə edilmiş əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar olması səbəbi ilə istehlakçıda həmin nişanlar eyni təsəvvür yaratmaqla, istehlakçıları yanıldır, həmin nişana hüquqları pozur, hər iki nişanın oxşarlığı onlar haqqında oxşar ümumi təəssüratın yaranmasına və çaşqınlığa səbəb olur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının 05 noyabr 2019-cu il tarixli A72-7 nömrəli qərarı ləğv edilsin və "xxxx" MMC-yə məxsus 01.06.2015-ci il tarixdə qeydiyyata alınmış 2015 0767 nömrəli "Sarvan+təsvir" əmtəə nişanının 30-cu sinif «konfetlər» əmtəələri üzrə qeydiyyatı etibarsız hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-707/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-707/2021
30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver