Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7081/2024 16.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə mərkəzi filialına qarşı “iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1996-ci ilədək “Samira-5 ”kiçik müəssisəsində işlədiyi müddəti ümumi iş stajına daxil etməklə təyin edilmiş əlilliyə görə əmək pensiyasını yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə mərkəzi filialına qarşı “iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1996ci ilədək “Samira-5 ”kiçik müəssisəsində işlədiyi müddəti ümumi iş stajına daxil etməklə təyin edilmiş əlilliyə görə əmək pensiyasını yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixindən birinci dərəcəli əlil olmaqla əmək pensiyaçısıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona 397,93 (üç yüz doxsan yeddi manat 93 qəpik) əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən ona əlillliyə görə əmək pensiyası təyin edilməsinə dair inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, o, xx.xx.1981-ci ildən xx.xx.1985-ci ilədək Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda əyani təhsil almışdır. xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək “Bakı Baş Tikinti İdarəsi”-nin KTLB-də işləmişdir. xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə kimi SSRİ-nin Ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək “Bakı Baş Tikinti İdarəsi”nin KTLB-də, xx.xx.1990cı ildən xx.xx.1994-cü ilədək Bakı şəhəri Oktyabr (indiki Yasamal) Rayon İctimai İaşə İdarəsində, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək "xxxx" Kiçik Müəssisəsində işləmişdir. xx.xx.1996-cı ildən xx.xx.2009-cu ilədək isə “İmprotex Tradinq” KM-də işləmişdir. Lakin cavabdeh onun xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək "xxxx" Kiçik Müəssisəsində işlədiyi müddəti ümumi iş stajına daxil etməmişdir. O, cavabdehə müraciət edərək, həmin müddətin ümumi iş stajına daxil edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmiş və imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarına görə, tələb etdiyi məsələ onların səlahiyyətindən kənardadır. "xxxx" Kiçik Müəssisəsində olan dövrün əmək kitabçamda doldurulma qaydası pozulduğu üçün (işdən azadolma əmrində məsul şəxsin imzası yoxdur, işdən çıxma qeydləri rus dilində və kiril qrafikalı əlifba ilə, əmr isə latın qrafikalı əlifba ilə yazılması) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmin müəssisədə o (əvvəldən sonadək) təqribən, faktiki olaraq 1991-ci ildən 1998-ci ilədək baş mühasib vəzifəsində işləmişdir. Müəssisənin cari hesabı, indiki “Kapital Bank”ın Nəsimi filialında olmuşdur. Həmin bank ünvan 1 ünvanında yerləşirdi. Müəssisə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qediyyatdan keçdikdən sonra X2 qeydiyyata alınmış və sonra bankda cari hesab açılmışdır. Bankda cari hesab açmaq üçün direktorun və baş mühasibin imza nümunələri notariat qaydada təsdiq olunub banka təhvil verilmişdir. Bu məlumatlar sorğu ilə əldə edilə bilər. Çünki, bütün bank sənədlərində və vergi hesabatlarında onun baş mühasib kimi imzası vardır. Həmin müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə dair, rüblük və illik maliyyə hesabatlarını Bakı şəhəri, Nərimanov Rayon Vergi Müfəttişliyinə təqdim etmişdir. Cavabdeh göstərmişdir ki, onun əmək kitabçasında işdən azadolma əmrində məsul şəxsin imzası yoxdur. Belə ki, qeyd olunan sənəd məsul şəxs tərəfindən imzalanmışdır. Sadəcə olaraq, elə qələmlə imza olunmuşdur ki, bu müddət ərzində pozulmuşdur. Bununla yanaşı, "xxxx" Kiçik Müəssisəsinin direktoru X6 olmuşdur. Cavabdehin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” qaydalarına istinad etməsi əsassızdır. Belə ki, bu qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmişdir. Lakin onun "xxxx" Kiçik Müəssisəsində işlədiyi dövr bu tarixdən əvvəlki dövrə təsadüf edir. Bu səbəbdən də cavabdehin bu qanuna istinad etməsi əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22- 1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilmiş və həmin tarixdən avtomatlaşdırılmış qaydada əlilliyə görə pensiya təyin edilmişdir. Qeyd olunanlardan görünür ki, iddiaçı pensiyanın yenidən hesablanması tələbi ilə müraciət etmiş və onun təqdim etdiyi sənədlərə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1985- ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 22 il 4 ay 5 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 28583,84 manat pensiya kapitalı əsasında əlilliyə görə əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 397,93 manata çatdırılmışdır. İddiaçının əmək pensiyası yenidən hesablanarkən xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövrlər mübahisələndirilmiş və onun sosial sığorta stajına daxil edilməmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. 25 dekabr 1991-ci il tarixli “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin tarixdən 1940-cı ilə qədər Azərbaycanda istifadə edilən 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası bərpa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün doldurulma qaydasının pozulduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının işdən azadolma əmrində məsul şəxsin imzasının olmaması, həmçinin işdən çıxma qeydlərinin rus dilində və kiril qrafikalı əlifba ilə, əmrin isə latın qrafikalı əlifba ilə yazılması həmin qeydlərin mötəbərliyinə şübhə yaratmışdır. Qeyd olunanlardan məlum olduğu kimi, müvafiq qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə ziddir. Cavabeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazda göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar.
AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydasında təsdim edilmiş surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşıdır. Г-İ seriyalı 011723 №-li diplomun təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1981-ci ildən xx.xx.1985-ci ilədək Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda əyani təhsil almışdır. ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydasında təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək “Bakı Baş Tikinti İdarəsi”-nin KTLB-də işləmişdir. xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə kimi SSRİ-nin Ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək “Bakı Baş Tikinti İdarəsi”nin KTLB-də, xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək Bakı şəhəri Oktyabr (indiki Yasamal) Rayon İctimai İaşə İdarəsində, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək "xxxx" Kiçik Müəssisəsində işləmişdir. xx.xx.1996-cı ildən xx.xx.2009-cu ilədək isə “İmprotex Tradinq” KM-də işləmişdir. xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək işsizlik statusu verilmiş və müavinət almışdır. xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək Azərbaycan Patentlər Agentliyində mütəxəssis vəzifəsinə işləmiş, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək işsizlik statusu verilmiş və müavinət almışdır. xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək "xxxx" MMC-də mütəxəssis vəzifəsində işləmişdir.xx.xx.2015-ci ildə "xxxx" MMM mühasib vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemindən ********** nömrəli, xx.xx.2023-cü il tarixli əlillik haqqında arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: Prostat vəzin xərçəngi, cT3bN1M1b, mərhələ İV, Sümüklərə mts. Hormonoterapiyadan sonrakı vəziyyət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-2661/2024 nömrəli və məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-107670/2024 nömrəli məktublarında bildirilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək təhsil illəri, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək hərbi xidmət illəri, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 22 il 4 ay 5 gün sığorta stajı qeydə alınmışdır. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. xx.xx.2006-cı il tarixinədək vətəndaşın 22 il 4 ay 5 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği 6838,25 manat təşkil edir: (22+(4+5/30ay)/12ay)x306manat=6838,25 manat. Həmin kapitalın xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləği 20696,8 manat təşkil edir. Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K- sığorta davamiyyəti əmsalıdır. Qanuna əsasən sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaşın ümumilikdə 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Belə olan halda İddiaçı münasibətdə xx.xx.2023-cü il tarixində vətəndaşın 58 yaşı olduğu nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 172 ay sığorta stajı tələb olunur ((58-15)x4=172). К - 172/200=0,86, SH - 20696,63/(144x0,86)=167,12 (xx.xx.2006-cı il tarixinədək vətəndaşın iş stajına əsasən pensiya kapitalının sığorta hissəsi). X1 Sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006cı il tarixindən xx.xx.2023-cü il tarixinədək qeydə alınan 28583,84 manat pensiya kapitalı əsasında əlilliyə görə əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 397,93 manat müəyyən edilmişdir. SH - 28583,84/(144x0,86)=230,81 (xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalının sığorta hissəsi) xx.xx.2023 - 167,12+230,81=397,93 manat. Eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 442,51 manata çatdırılmışdır: xx.xx.2024 - 397,93+397,93x11,2%=442,51 manat. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X10 Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsi adlı kommersiya qurumu aşkar edilməmişdir.
Məhkəmənin mövqeyi:
8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13. əmək pensiyasının yığım hissəsi - fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 4.3. Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.3.2. sığorta hissəsindən; 4.3.3. yığım hissəsindən. 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. [53] 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. 13.4. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3-cü maddəsində (10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYKsığortaolunanın fərdi şəxsi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır) göstərilən qaydada müəyyən edilir. 13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
11. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-ci il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş stajı əmək kitabçası əsasında müəyyən olunur.
12. Hazırda iddiaçıya əmək kitabçasına əsasən 2006-cı ilin yanvar ayının 1-nə qədər 25 ildən çox sığorta stajı iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır.
13. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının "xxxx" Kiçik Müəssisəsində işlədiyi dövrün iş stajı kimi qəbul edilməməsinin səbəbi, bu dövrün əmək kitabçasında qeyd edilməsi düzgün olmaması ilə bağlıdır, belə ki, işdən azadolma əmrində məsul şəxsin imzası yoxdur, işdən çıxma qeydləri rus dilində və kiril qrafikalı əlifba ilə, əmr isə latın qrafikalı əlifba ilə yazılmışdır. Buna görə də cavabdeh həmin dövr (xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək) üzrə sığorta stajını pensiya məbləğini müəyyən edərkən nəzərə almamışdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında "xxxx" kiçik müəssisəsi ilə bağlı qeydin qüsurlu olması -sığorta stajının nəzərə alınmasından imtina üçün əsas olması dəlili ilə məhkəmə razılaşmır. Belə ki, cavabdehin qüsur və çatışmamazlıq kimi göstərilmiş hallar müəssisənin mövcud olmamasına, həmin vaxtı onun fəaliyyətinin olmamasına dəlalət etmir. İddiaçının həmin müəssisədə həmin zaman işləməsinə də heç bir şübhə yaratmır.
14. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının yazılması iddiaçının səlahiyyətində olan bir məsələ olmadığından, əmək kitabçasında və əmrlərdə texniki yalnışlıqlara yol verilməsi iddiaçının təqsiri ucbatından olmadığından, göstərilən hallar iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz.
15. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Cavabdeh iddiaçının əmək kitabçasında olan qeydlərin saxta olmasına dair sübutları təqdim edə bilməmişdir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
18. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1996-ci ilədək “Samira-5 ”kiçik müəssisəsində işlədiyi müddət ümumi iş stajına daxil edilməklə təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və bu hesablamaya görə ödəniş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həlavə edilməlidir
19. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
21. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 34, 34, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1996-ci ilədək “Samira-5 ”kiçik müəssisəsində işlədiyi müddət ümumi iş stajına daxil edilməklə təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və bu hesablamaya görə ödəniş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova