Məhkəmə qərarları › İş №2-1(112)-720/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-720/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-720/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublxxxsı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7, Üçüncü şəxs Azərbaycan Respublxxxsı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X8, Üçüncü şəxs “X16” MMC X25 Təşkilatının nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı X9 cavabdeh Azərbaycan Respublxxxsı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublxxxsı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və “X16” MMC X25 Təşkilatı üçüncü şəxs qismində cəlb edilməklə “qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyündən azad olunması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: X2 cavabdeh Azərbaycan Respublxxxsı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyriyaşayış sahəsinin ipoteka yüklülüyündən azad olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, 43 V, qapı 2 ünvanda olan 23.4 kv.m. ümumi və 0,00309 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış – xidmət sahəsinin – reyestr **********62-06301 – ipoteka yüklülüyündən azad edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublxxxsı İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-720/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublxxxsı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və “X16” MMC X25 Təşkilatı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X13” MMC ilə bağlanmış xx xxx 2011-ci il tarixli 479/689 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə ödəmək şərti ilə 10 (on) min manat məbləğində iddiaçıya kredit verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq kredit vaxtından əvvəl və artıqlaması ilə ödənilmişdir. Həmin kreditin təminatı olaraq iddiaçıya məxsus Bakı şəhəri,Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsi, 43V, qapı 2 ünvanında yerləşən 23,4 kv.m ümumi və 0,00309 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Krediti tam ödədikdən sonra əmlakı girovdan azad olunması tələb olunmuşdur. Lakin, sonradan məlum olmuşdur ki, “X13” MMC-nin sədri X12 iddiaçıya verdiyi krediti “X16” MMC X25 Təşkilatından almış və əmlakını “X22” MMC X25 Təşkilatından alınmış kreditə görə xx.xx.2011-ci il tarixli 25/6 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Bununla bağlı “X14” MMC X25 təşkilatına müraciət olunmuşdur. xx xxxxx 2019-cu il tarixli, 310 saylı məktubu ilə “X16” MMC X25 Təşkilatı iş üzrə cavabdeh Azərbaycan Respublxxxsının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarisinə müraciət etməklə iddiaçıya məxsus əmlakın yüklülükdən azad edilməsini xahiş etsə də cavabdeh xx xxxxx 2019-cu il tarixli **********13 saylı məktubu ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin razılığı olmadan əmlakın yüklülükdən azad olunmasının mümkünsüzlüyünü qeyd etmişdir. İddiaçı ipoteka müqaviləsinin şərtlərini yerinə yetirməklə götürdüyü krediti tam və heç bir gecikdirmə olmadan vaxtından əvvəl ödəmişdir. Digər tərəfdən bağlanmış ipoteka müqaviləsi Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin razılığı olub-olmaması ilə şərtləndirilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublxxxsı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X19 tərəfindən Azərbaycan Respublxxxsının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazı təqdim edilərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir, araşdırma zamnı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən əmlakla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, agentliyin razılığı olmadan ipoteka yüklülülyünün ləğv olunmaması barədə məktubu idarəyə daxil olmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş üzrə üçüncü şəxs Azərbaycan Respublxxxsı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi İlkin Sadıqov Azərbaycan Respublxxxsının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “X16” MMC X25 Təşkilatı 2015-ci ilin son aylarından dövlət büdcəsinə vəsait ödəməmiş və İddiaçı il bağlı Agentlyinə borcun ödənilməsi barədə heç bir məlumat xxx tərəfindən daxil olmamışdır. Yuxarıda göstərilənlərə əsasən, “X16” MMC X25 Təşkilatı tərəfindən vəsait ödənilənə qədər mübahisəli mənzil üzərindən yüklülük götürülməsi ilə bağlı tədbirlər görülməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublxxxsı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X19 etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs “X16” MMC X25 Təşkilatının nümayəndəsi X4 izahatında “X16” MMC X25 Təşkilatı ilə “X13” MMC arasında bağlanmış xx xxxx 2011-ci il tarixli, 25 nömrəli kredit müqaviləsinin təminatlarından biri kimi İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, 43 V, qapı 2 ünvanında olan 23.4 kv.m. ümumi və 0,00309 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış (xidmət) sahəsi ipoteka ilə yüklü edildiyini, “X13” MMC –nin idarə heyətinin sədri vəzifəsində işləmiş X12 barəsində qəbul edilmiş X15 Məhkəməsinin 1(099)-04/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə İddiaçı zərəçəkmiş qismində tanındığını, daha sonra X16” MMC X25 Təşkilatı tərəfindən Azərbaycan Respublxxxsı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə əmlakın ipoteka yüklülüyündən azad edilməsinə dair məktub ünvanlandığını bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Üçüncü şəxs Azərbaycan Respublxxxsı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X20 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublxxxsı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Dövlət dəstəyi və kredit şöbəsində araşdırma aparılaraq müəyyən olunmuşdur ki, “X16” MMC X25 Təşkilatı 2015-ci ilin son aylarından dövlət büdcəsinə vəsait ödəməmiş və xxx tərəfindən İddiaçı ilə bağlı Agentliyə borcun ödənilməsi barədə heç bir məlumat daxil olmamışdır. Bu səbəbdən də, “X16” MMC X25 Təşkilatı tərəfindən vəsait ödənilənə qədər mübahisəli mənzil üzərindən yüklülüyün götürülməməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublxxxsı Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak isə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, 43 V, qapı 2 ünvanında yerləşir. Azərbaycan Respublxxxsı Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublxxxsı apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Qaradağ rayon ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə inzibati orqana eyni məzmunlu tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İşin mahiyyəti üzrə əsaslıdır. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublxxxsı Qaradağ rayonu Sahil Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 125 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. - “X16 “ MMC BOKT ilə X21 arasında bağlanmış xx xxxx 2011-ci il tarixli, 25/6 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx xxxx 2011-ci il tarixli, 25 nömrəli kredit müqaviləsi üzrə borcalanın (“X13” MMC) öhdəliklərinin icrasının təmin etmək məqsədilə İddiaçı xx.xx.2010-cu il tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində 43V, qapı 2 ünvanında olan 23.4 kv.m ümumi və 0,00309 ha torpaq sahəsində yerləşən, istifadədə olan 1 mərtəbəli qeyri-yaşayış (xidmət) binası ipoteka ilə yükləməyi öz öhdəsinə götürmüşdür. - Azərbaycan Respublxxxsı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti 43V, qapı 2 ünvanında yerləşən ümumi sahəsi 23.4 kv.m, tikilialtı sahəsi 30.9 kv.m olan qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. -“X16” MMC-nin X25 Təşkilatının Azərbaycan Respublxxxsının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx xxxxx 2019-cu il tarixli, 310 saylı məktubundan görünür ki, “X16” MMC X25 Təşkilatı və “X13” MMC arasında xx xxxx 2011-ci il tarixdə bağlanmış 25 №-li kredit müqaviləsinin təminatı kimi qeydə alınmış və xx xxxx 2011-ci il tarixdə bağlanmış 25/6 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş vətəndaş İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində,43V, qapı 2 ünvanında olan 23.4 kv.m ümumi və 0.00309 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış (xidmət) sahəsinin yüklülükdən azad edilməsi xahiş olunmuşdur. Habelə, qeyd olunan əmlaka aid təşkilat tərəfindən qoyulmuş məhdudiyyətləri, o cümlədən ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişinin ləğv edilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublxxxsının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “X16” BOKT MMC-yə ünvanladığı xx xxxxx 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti 43 V ünvanında yerləşən qeyri-yaşayış binasına dair ipotekanın ləğvi barədə ərizəyə baxılmış və cavab olaraq bildirilmişdir ki, yuxarıda qeyd olunan ünvanda yerləşən əmlakla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, Agentliyin razılığı olmadan ipoteka yüklülüyünün ləğv olunmaması barədə məktubu idarəyə daxil olmuşdur. - Azərbaycan Respublxxxsının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti 43 V ünvanında yerləşən qeyri-yaşayış binasına dair ipotekanın ləğvi barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, sözügedən əmlakla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, Agentliyin razılığı olmadan ipoteka yüklülüyünün ləğv olunmaması barədə məktubu idarəyə daxil olmuşdur. - X15 Məhkəməsinin 1(099)-04/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmdən görünür ki, - “X16” MMC X25 Təşkilatının xx xxxxx 2019-cu il tarixli, 21 saylı qərarın İddiaçı aid hissəsindən görünür ki, “X16” MMC X25 Təşkilatının monitorinq və risklərin idarə olunması üzrə meneceri Samir Cəlilovun xxx MMC ilə “X13” MMC arasında imzalanmış müvafiq kredit müqavilələri üzrə öhdəliklərin təminatlarından olan xx.xx.2011-ci il tarixli 25/6 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti 43 V, qapı 2 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyündən azad edilməsi, həmin əmlak ilə bağlı Azərbaycan Respublxxxsı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və müvafiq notariat kontoruna tələb olunan sənədlərin göndərilməsinin təmin edilməsi qərara alınmışdır. İşin faktiki hallarından görünür ki, iddaçı hazırki iddia tələbi ilə onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, 43 V, qapı 2 ünvanda olan 23.4 kv.m. ümumi və 0,00309 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış xidmət sahəsinin ipoteka yüklülüyündən azad edilməsini tələb edir və bu halı onunla əsaslandırır ki, iddiaçının “X13” MMC-nə olan kredit borcu ödənilmiş və iddiaçının ipoteka müqaviləsi üzrə hər hansı bir öhdəliyi qalmamışdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbini ilə mübahisələndirilən məsələ Azərbaycan Respublxxxsı Mülki Məcəlləsinin 270.1-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 272-ci maddəsinə əsasən, girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. Həmin Məcəllənin 294.1.1-ci maddəsinə görə, girovla təmin edilmiş öhdəliyə xitam verilməsi girova xitam verilməsi üçün əsaslardan biridir. Bundan başqa, "İpoteka haqqında" Azərbaycan Respublxxxsı Qanununun 48.1.2-ci maddəsinə görə, əsas öhdəliyə xitam verilməsi ipotekaya xitam verilməsi üçün əsaslardan biridir. Həmin Qanunun 48.2-ci maddəsində deyilir ki, bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublxxxsı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublxxxsı Qanununun 2.1ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublxxxsının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 20-ci maddəsinə əsasən daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir (maddə 20.1). İpoteka predmeti bütövlükdə əmlak kompleksi kimi müəssisə olduqda, üzərində ipoteka hüququ qeydiyyata alınan əmlakın tərkibinə həmin müəssisənin maddi və qeyri-maddi aktivləri, o cümlədən binalar, tikililər, qurğular, avadanlıq, inventar, xammal, hazır məhsul, tələb hüquqları, patentlər və başqa müstəsna hüquqlar daxil olur (maddə 20.2). İpotekanın qeydiyyatı ərizənin qeydiyyat orqanına (ƏMDK) daxil edildiyi gündən 5 iş günü müddətində aparılır (maddə 20.3). İpotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur (maddə 20.4). Azərbaycan Respublxxxsı Nazirlər Kabinetinin xx xxx 2007-ci il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublxxxsının Kənd Təsərrüfatı Nazirliyi yanında X5 və X3 üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları"nın 1.3-cü bəndinə əsasən, Dövlət Xidmətinin vəsaitləri layihə və proqramların həyata keçirilməsində iştirak üçün seçiləcək banklar və X25 təşkilatları tərəfindən öz adlarına və öz riskləri hesabına yerləşdirilir. Müvəkkil kredit təşkilatları Dövlət Xidməti qarşısında borcalanların öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublukası Prezidentinin xx.xx.2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublxxxsının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 1.3-cü bəndinə əsasən, kreditlərin və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına çatdırılması müvəkkil banklar, X25 və lizinq təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Hər iki sənəddən görünür ki, sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə verilən dövlət vəsaitləri həmin kredit təşkilatlarının adından və onların öz riskləri hesabına verilir. Başqa sözlə, dövlət vəsaitinin Azərbaycan Respublxxxsının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qaytarılmasına görə məsuliyyəti müvəkkil kredit təşkilatları daşıyır. Azərbaycan Respublxxxsının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılmamasını tələb etmək hüququna malik deyildir. Göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublxxxsı Qanunu qeydiyyata alınmış ipotekanın ləğvini ipotekasaxlayanın ərizəsi və məhkəmə qərarından hər hansı birininin olması ilə şərtləndirir. Lakin hazırkı iddiaçının daşınmaz əmlakı üzərində qeydiyyata alınmış ipotekanın ləğvi barədə “ipotekasaxlayan”ın müraciəti (razılığı) olduğu halda, hansı ki qanunvericilik ipotekanın ləğvi ilə bağlı onu da əsas kimi müəyyən etmişdir, cavabdeh inzibati orqan qanunvericilikdə təqdim edilməsi nəzərdə tutulmayan digər sənədin – başqa təşkilatın (Azərbaycan Respublxxxsı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin) razılığının da olmadığını əsas gətirərək, qaldırılan məsələnin həllindən imtina etmişdir. Halbuki, iddiaçı öz əmlakını Azərbaycan Respublxxxsının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə deyil, "xxx" MMC BOKT-a ipoteka qoymuşdur. Həmin kredit öhdəlikləri ilə əlaqədar Azərbaycan Respublxxxsının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, yaxud Nazirliyin başqa bir qurumu ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanmamış, İddiaçı Azərbaycan Respublxxxsının Kənd Təsərrüfatı Nazirliyinin hər hansı bir qurumu qarşısında heç bir öhdəlik götürməmişdir. Eyni zamanda, iddiaçı ilə "xxx" MMC BOKT arasında bağlanmış ipoteka müqaviləsində iddiaçının Aqrar Kredit və İnkişaf Agentliyi qarşısında hər hansı öhdəlik götürməsi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə, nə qədər ki iddiaçının təqdim etdiyi qanunvericiklə ipotekanın ləğvi üçün əsas kimi müəyyən edilmiş sənədin (ipotekasaxlayanın qərarı) sübut qismində həqiqətə uyğun olmadığı inzibati icraatda inzibati orqan tərəfindən sübuta yetirilməmişdir, həmin sənəd mötəbər sayılmalı, həmçinin, sözügedən müqavilənin Azərbaycan Respublxxxsı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin razılığının olub olmaması ilə şərtləndirilmədiyini və hazırda ipoteka əmlakı ilə təmin edilmiş öhdəliyin yerinə yetirildiyi nəzərə alınmalıdır. Bu səbəbdən də, cavabdehin iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın ipoteka ilə yüklülüyünün ləğvindən imtinası qanuna zidd qiymətləndirilməlidir Bundan başqa Məhkəmə üçüncü şəxs qismində çıxış edən Azərbaycan Respublxxxsı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin etirazına münasibət bildirərək qeyd edir ki, “X16” MMC X25 Təşkilatının Azərbaycan Respublxxxsı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qaytarılmalı olan borc məbləği həm Azərbaycan Respublxxxsı Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarında, həmçinin xx xxxxxx 2015-ci il tarixdə üzləşmə aktında öz əksini tapsa da, həmin borcun X2nun ipotekaya qoyulmuş əmlakına münasibətdə tətbiq olunması qanunaziddir. Belə ki, X10 Məhkəməsinin 1(099)-04/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmündə qeyd olunmuşdur ki, “sadalanan şəxslərə kreditlər ayrılarkən kredit alan şəxslər özlərinin və yaxınlarının əmlaklarını X13 ilə bağladıqları kreditə görə girov qoymağa razılaşaraq buna dair sənədləri Vasif Hüseynova təqdim etmiş, bəziləri ona etibar etdikləri üçün öz əmlakları üzrə sərəncam vermək hüququnu notarial qaydada təsdiqlənmiş etibarnamə ilə Vasif Hüseynova vermişlər, axırıncı isə həmin şəxslərin etibarından sui istifadə edərək əsasən etibarnamə ilə sərəncam vermə hüququ əldə etdiyi həmin əmlakları, kredit alan şəxslərdən xəbərsiz xxx-nə TKİ-na yüksək məbləğdə kredit ayrılmasının təminatı kimi girov qoymuş və beləliklə də fiziki şəxslərin öz əmlaklarından istifadə etmək hüququnu məhdudlaşdırıb onları xxx qarşısında V.Hüseynov tərəfindən alınmış külli miqdarda kredit puluna görə öhdəlikli edərək həmin şəxslərin mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurduğu müəyyən edilmişdir ona görə də məhkəmə həmin şəxslərə münasibətdə Vasif Hüseynovun hərəkətini vəzifə səlahiyyətlərindən sui-istifadə etmə əməli kimi qiymətləndirildiyini düzgün hesab edir”. Məhkəmə qeyd etmək istəyir ki, “X13” MMC-nin rəhbəri olmuş və hazırda məhkum olan Vasif Hüseynovun təqsirli hərəkətlərinə, həmçinin, “X16” MMC X25 Təşkilatının Azərbaycan Respublxxxsı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə olan borc məbləğlərinə görə iddiaçının mülkiyyətində olan əmlakın ipotekada qalması qanunaziddir. Belə ki, bu hal bir başa olaraq, “X16” MMC X25 Təşkilatının Azərbaycan Respublxxxsı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə olan borc məbləğinin təminatı kimi çıxış edir və iddiaçının cavabdehlik daşımağına səbəb olur. Azərbaycan Respublxxxsı Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X11 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublxxxsı qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublxxxsı Konstitusiya Məhkəməsi A.H.Zalovun şxxxyəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublxxxsı İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, xx xxxx 2011-ci il tarixli, 25/6 nömrəli ipoteka müqaviləsi ilə “X16” MMC X25 Təşkilatının xeyrinə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, 43 V, qapı 2 ünvanında olan 23.4 kv.m. ümumi və 0,00309 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış (xidmət) sahəsi ilə bağlı ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublxxxsı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublxxxsının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublxxxsının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublxxxsının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. xx xxxx 2011-ci il tarixli, 25/6 nömrəli ipoteka müqaviləsi ilə “X16” MMC X25 Təşkilatının xeyrinə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, 43 V, qapı 2 ünvanında olan 23.4 kv.m. ümumi və 0,00309 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış (xidmət) sahəsi ilə bağlı ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublxxxsı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublxxxsı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şxxxyəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar