Məhkəmə qərarları › İş №2-1(112)-7271/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7271/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7271/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı Yuzil qızının iştirakı ilə, İddiaçı Yuzil qızının cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin təkrar verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Yuzil qızı cavabdeh Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun doğum haqqında şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi və şəxsiyyətini müəyyən edən digər sənədlər itmişdir. Sənədləri bərpa etmək üçün Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etsə də cavabdeh orqan 01.06.2021-ci il tarixli məktubla ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. O doğum haqqında təkrar şəhadətnaməni ala bilmədiyi üçün şəxsiyyət vəsiqəsini, həmçinin digər sənədləri bərpa eletdirə bilməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub göndərərək, Məhkəmə iclasında iştirak etməli olan əməkdaşlarının covid vaksinasiyası olmadığından iştirakının mümkün olmayacağını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsinin 01 iyun 2021-ci il tarixli, 05/76-621/15 nömrəli məktubundan görünür ki, İddiaçı Yuzil qızının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, qızının şəxsiyyətini təsdiq edən sənəd olmadığından, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi imkan xaricindədir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə sorğu göndərilmiş, sorğuya cavab olaraq 22.06.2021-ci il tarixli, 05/76-1974/13 nömrəli məktuba qoşma olaraq 709 nömrəli, 19 fevral 1980-ci il tarixli doğum haqqında akt qeydi göndərilmişdir. Akt qeydindən gürünür ki, İddiaçı Yuzil qızı 10 fevral 1980-ci ildə QaziMəmməd (Hacıqabul) rayonunda anadan olmuşdur. X2, anasının isə Yüzbaşiyeva Bəsdi Ağaqulu qızı olduğu göstərilmişdir. Məhkəmə soğusuna cavab olaraq X3 Reyestri Xidmətindən tərəfindən Məhkəməyə ünvanlanan 05/2-9620/13 nömrəli, 20.10.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Məhkəmə tərəfindən X5 ilə Yüzbaşiyeva Bəsdi Ağaqulu qızının nikahı və övladları barədə məlumatın verilməsi tələb edilmiş, sorğuya cavab olaraq adıçəkilən şəxslər 18.04.1979-cu il tarixdə Hacıqabul rayon qeydiyyat şöbəsində nikah bağlanmış, 18.04.1992-ci ildə Binəqədi rayon qeydiyyat şöbəsində nikahın pozulması dövlət qeydiyyatına alınmışdır. Həmin nikahdan 10.02.1980-ci ildə İddiaçı, 05.03.1981-ci ildə isə Vüqar Cəfərov doğulmuşdur. Məhkəmə sorğusuna cavab olaraq X9 144 nömrəli tam orta məktəb tərəfindən Məhkəməyə ünvanlanan 61 nömrəli, 06.10.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Yuzil qızı 1995-ci ildə Binəqədi rayonu, N.Babayev adına 144 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmiş və ona 0794 nömrəli şəhadətnamə verilmişdir. Məhkəmə iclasında şahid qismində X1 ifadə verərək bildirmişdir ki, İddiaçı Yuzil qızını 10 ilə yaxındır tanıyır və onun uzun müddətdir qonşuluğunda yaşayır. Sonuncu ona məxsus olan şəxsiyyətini təsdiq edən sənədləri itirdiyindən doğum haqqında təkrar şəhadətnamə ala bilmir. Həmin şəhadətnamə olmadığından şəxsiyyət vəsiqəsi ona verilmir və vəsiqəsi olmadığı üçün iş tapmaqda çətinlik çəkir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından görünür ki, iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı Yasamal rayon Qeydiyyat Şöbəsinə ünvanlanmış müraciət iddiaçı tərəfindən olunmuşdur. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Yuzil qızı tərəfindən ona doğum haqqında şəhadətnamənin təkrar verilməsi ilə bağlı müraciəti və ona verilmiş imtina məktubu qəbul edilməlidir. İddianın əsaslılığı : İşin hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə ona doğum haqqında şəhadətnamənin təkrar verilməsini tələb edir və bu halı onunla əsaslandırır ki, Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 709 nömrəli, 19 fevral 1980-ci il tarixli doğum haqqında akt qeydi ilə onun doğumunun qeydiyyata alınması təsdiq olunur. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 26-cı mаddəsinin İİ hissəsinə əsаsən dövlət hər kəsin hüquqlаrının və аzаdlıqlаrının müdаfiəsinə təminаt vеrir, 60-cı mаddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət оrqаnlаrının, siyаsi pаrtiyаlаrın, həmkаrlаr ittifаqının və digər ictimаi birliklərin, vəzifəli şəхslərin qərаr və hərəkətlərindən (yахud hərəkətsizliyindən) məhkəməyə şikаyət vеrə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra- şəxsiyyət vəsiqəsi). Həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərdən biri də doğum haqqında şəhadətnamədir ki, iddiaçı tələbində qeyd etdiyi kimi, doğum haqqında şəhadətnaməsini itirdiyindən şəxsiyyət vəsiqəsini olmadığından, cavabdeh iddiaçıya doğum haqqında şəhadətnaməni təkrar verməkdən imtina edir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının doğumunun qeydiyyatını artıq bir dəfə apardığını təkzib etməmişdir və İddiaçı Yuzil qızının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icra edilməsi üçün onun şəxsiyyət vəsiqəsinə malik olması zərurəti ilə bağlı təkrar doğum haqqında şəhadətnaməsinin verilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən X3 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X3 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən X3 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X3 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X3 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəlllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 dövlət qeydiyyatı qaydası”nın 1.10-cu bəndinə əsasən doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. Həmin qaydanın 1.12-ci maddəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X3 qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hеsаb еdir ki, iddiаçı İddiaçı Yuzil qızının iddia ərizəsi təmin edilməli, 10 fevral 1980-ci il təvəllüdlü İddiaçı Yuzil qızına doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85.1-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRАRА АLDİ: İddiaçı Yuzil qızının iddia ərizəsi təmin edilsin. 10 fevral 1980-ci il təvəllüdlü İddiaçı Yuzil qızına doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar