Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-728/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı X2 İddiaçı-un nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı X2 İddiaçı-un (İddiaçı Açıq Səhmdar Cəmiyyəti) cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti 3cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı X2 İddiaçı (İddiaçı Açıq Səhmdar Cəmiyyəti) cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A65-7, 05 noyabr 2019-cu il tarixli qərarının ləğvi və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65) məxsus 2019 0279 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatına qarşı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı X2 İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 05 noyabr 2019-cu il tarixli A65-7 qərarının ləğv olunması və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65) məxsus 2019 0279 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatın etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, X2 " Rot Front" tərəfindən ona aid əmtəə nişanınının təsviri hissəsinə hüquqları pozulmaqla qarışdırılacaq dərəcədə oxşar olan işarəsinin və ona aid “Москвичка” məhsuluna hüquqlar pozumaqla "xxxx" MMC tərəfindən (Ərizə 2018 00023, ilkinlik 12.01.2018) 30.05.2019-tarixli 2019 0279 nömrəli “Милашка” əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər“ əmtəə və xidmətləri üzrə qeydiyyatına qarşı verilmiş etiraz ərizəsi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının № A65-7, 05.11.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikasında da mühafizə olunan, uzun illər ərzində istifadə olunmaqda davam edən əmtəə nişanının mühafizəsini həyata keçirməyə cavabdeh olan inzibati orqan tərəfindən yalnız həqiqətə uyğun olmayan formal mülahizələri əsas tutaraq milli qanunvericiliyin tələbləri ziddinə qərar qəbul etməklə, milli qanunvericiliyi, həmçinin Azərbaycanın qoşulduğu beynəlxalq sazişlərin tələblərini pozmaqla X2 "xxxx" şirkətinin qanunla mühafizə olunan əmtəə nişanlarına və “Москвичка” məhsuluna oxşarlığa, eləcədə qarışdırılacaq dərəcədə oxşarlığa qiymət vermək əvəzinə xırda fərqləri qabardaraq aşağıda göstərilən maddi norma pozuntularına yol verdiyi üçün № A65-1, 05.11.2019-cu il tarixli qərar ləğv edilməli, idda tələbi təmin edilməlidir. X2 "xxxx" şirkəti sübut kimi, Qırmızı və sarı rənglərin çalarlarında verilmiş mürəkkəb həndəsi fiqur-üçkünc oval təsviri üzərində verilmiş firma adından ibarət 30-cu sinif əmtəələri üzrə kombinasiyalı əmtəə nişanı üzrə 26.12.2005-ci il ilkinlikli 877577-beynəlxalq qeydiyyat və Qırmızı və sarı rənglərin çalarlarında verilmiş mürəkkəb həndəsi fiqur-üçkünc oval təsviri üzərində verilmiş firma adından ibarət 35-ci sinif əmtəələri üzrə kombinasiyalı əmtəə nişanı üzrə 12.08.2016-cı il ilkinlikli ******* saylı beynəlxalq qeydiyyatların daha əvvəl ilkinliklə Azərbaycan Respublikası ərazisində mühafizə olunduğuna sübut kimi Beynəlxaq Qeydiyyatlardan çıxarışları təqdim etmişdir. Hər iki beynəlxalq qeydiyyat kombinasiyalı əmtəə nişanı olmaqla nişanın sol yarısı qırmızı rəng, sağ yarısı sarı rəngdə, yazı ağ rəngləri və dizayn haşiyəsi üzərində qəhvəyi və narıncı rənglə mühafizə olunur. OAO "xxxx" şirkətinin öz ərizəsində "RotFront"-söz işarəsi ilə “TOKAY” söz işarəsinin oxşar olduğunu iddia edilmədiyi halda, “Cavabdeh” öz qərarını əsaslandırmaq üçün bu söz işarələrin müqayisə edərək, oxşar olmadığını geniş araşdırmışdır. “Apellyasiya şurası əmtəə nişanının və Милашка tokay” əmtəə nişanının tərkibindəki “tokay” elementini müqayisə edərək bildirir ki, hər iki nişan mürəkkəb nişanmürəkkəb həndəsi fiqur-oval təsviri fərqlidir və təsvirin içərisindəki yazılar "RotFront"-söz işarəsi ilə “tokay” sözləri təmamən fərqli sözlərdir”. ÜƏMT-in Madrid Monitor adlı açıq məlumat bazasından görünür ki, “РотФронт” sözü rus dilindən “qırmızı cəbhə” kimi azərbaycan dilinə tərcümə edilir. Mübahisələndirilən nişandakı “tokay” söz elementi isə “qırmızı cəbhə” sözü ilə hər hansı əlaqəyə malik deyil. “Cavabdeh” öz qərarını əsaslandırmaq üçün qərəzli olaraq -"RotFront"- söz işarəsi ilə “TOKAY” söz işarəsinin oxşar olduğunu iddia edilmədiyi halda, “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” (sonralar- “Qaydalar”) aidiyyatı olmayan 29.6.1.-29.6.2.-29.6.3 və 29.6.4 bəndlərini sadalamış, müqayisəli təhlil aparmış, bu səbəbdən də səhv nəticəyə gəlmiş, əsassız və səhv qərar vermişdir. Cavabdeh” 2019 0279 (Ərizə 2018 00023, ilkinlik 12.01.2018) saylı qeydiyyatlı 30 və 35- ci sinif əmtəə və xidmətləri üzrə “ -Милашка tokay” əmtəə nişanının, konfetlər üçün bükmə materialı (fantik) kimi, istifadə təyinatını nəzərə almamış, bükülərkən onun məhz, mərkəzində üstün yer tutmaqla istifadə olunan üç ədəd “Qırmızı və sarı rənglərin çalarlarında verilmiş mürəkkəb həndəsi fiqur- üçkünc oval təsviri işarəsinin "xxxx" şirkətinə aid -mürəkkəb həndəsi fiqur- üçkünc oval təsviri kimi verilməsi ilə, üçkünc oval təsvirinin “sol yarısı qırmızı rəng, sağ yarısı sarı rəngdə, yazı ağ rəng, yazı rəngləri və dizaynın haşiyəsi üzərində qəhvəyi və narıncı rənglə mühafizə olunan əmtəə nişanına - qarışdırılacaq dərəcədə oxşar olmasını qərəzli olaraq “görməmiş”, düzgün qiymət verməmişdir. “Cavabdeh” “Qaydalar”ın -29.8.1. bəndinə müvafiq olaraq “Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün həmin maddənin b) bəndinə müvafiq olaraq “yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə müqayisə edilməli olduğu halda etməmişdir”. Yuxarıda göstərilən kriteriyalarla əmtəə nişanını (a) bəndinə əsasən işarənin təsviri hissəsinin müqayisəsi, bu nişanların hər ikisinin-a) xarici formasının- mürəkkəb həndəsi fiqur- üçkünc oval təsviri kimi verilməsi ilə,-b) bu nişanların simmetrik olaraq bir-birinə oxşar olaraq iki hissəyə bölünməsi ilə, ç) hər iki nişanın (işarənin növünün) kombinasiyalı nişan olduğu və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.) olaraq üçkünc oval təsvirinin “sol yarısı qırmızı rəng, sağ yarısı sarı rəngdə, yazı ağ rəng, yazı rəngləri və dizaynın haşiyəsi üzərində qəhvəyi və narıncı rəngdə mühafizə olunan” nişanla qarışdırılacaq dərəcədə oxşar olmasını, eləcə də d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması-“sol yarısı qırmızı rəng, sağ yarısı sarı rəngdə, yazı ağ rəng, yazı rəngləri və dizaynın haşiyəsi üzərində qəhvəyi və narıncı rənglə mühafizə olunan” nişanla rənglərinin keyfiyyətinin uzlaşması ilə, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, istehlakçıda həmin nişanların eyni təsəvvür yaratması halına, qarışdırılacaq dərəcədə oxşar olmasına, düzgün qiymət vermədiyi üçün № A65-1, 05.11.2019-cu il tarixli qərarı ləğvi edilməli idda tələbi təmin edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 13.10.2020-ci il tarixli qərardadı ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair 13 oktyabr 2020-ci il tarixli **********47 №li etirazda göstərmişdir ki, "xxxx" təsviri əmttə nişanı 30-cu sinif “qənnadı məmulatları, şirniyyatlar, çörək-bulka məmulatları, un və taxıl məmulatları; ədviyyatlar” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin reklamı və satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə 30.05.2019-cu il tarixdə Azərbaycan Respublikasında "xxxx" MMC-nin aına qeydiyyata alınmışdır (ilkinlik tarixi 12.01.2018-ci il). X10 Company İddiaçı tərəfindən (i) (877577) əmtəə nişanı 30-cu sinif əmtəələri üzrə 26.12.2005-ci il tarixdə beynəlxalq qeydyyata alınmış və onun qeydiyyatı 20.04.2006-cı il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. (ii) (1326843) əmttə nişanı 35-ci sinif “İdxal-ixrac agentlikləri xidmətləri, başqalarına faydalı alış, təchizat xidmətləri (başqalarına faydalı biznes xidmətləri) üzrə 12.08.2016-cı il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 29.03.2018-ci il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. “Москвичка” (840025) əmtəə nişanı 05 və 30-cu sinif üzrə 22.09.2004-cü il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 03.03.2005-ci il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. 139579 nömrəli əmtəə nişanı 30cu sinif “karamel/konfetlər” əmtəələri üzrə 15.03.1996-cı il tarixdə Rusiya Federasiyasında qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi 01.07.1994. "xxxx" MMC tətəfindən verilmiş 12.04.2019-cu il tarixli arayışa əsasən qeyd etmək olar ki, 2017-ci ilin fevral ayından "xxxx" MMC ilə "xxxx" (Azərbaycan) şirkəti arasında bağlanmış № OK-08/031-02 saylı, 25.10.2008-ci il tarixli müqaviləyə əsasən N.A.N.T MMC 2017-ci ildə “ Москвичка” rus karamelini göstərilən dizayna uyğun olaraq Azərbaycana idxal etmişdir. “Москвичка” rus karameli sonradan aparıcı rəssam dizayner Şulqin E.E. dizayn şöbəsinin rəisi baş rəssam İbraqimova İ.İ tərəfindən yenidən dizayn edilmişdir. Lakin, OAO İddiaçıa məxsus hər üç dizaynlı “Москвичка” təsviri nişanları nə yerli, nə də beynəlxalq sistem üzrə Azərbaycan Respublikasının ərazisində əmtəə nişanı kimi qeydə alınmamışdır və beləliklə də, "xxxx" MMC-yə məxsus "xxxx" təsviri əmtəə nişanı iddia olunan zaman qeydiyyat üçün maneə olmamışdır. Apellyasiya şurası əmtəə nişanının və "xxxx" təsviri əmtəə nişanının tərkibindəki “tokay” işarəli fraqmenti müqayisə edərək bildirir ki, hər iki nişanda təsvirin içərisindəki yazılar “РотФронт” və “tokay” sözləri tamamilə fərqli sözlərdir. Eyni zamanda “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinin tələbləri baxımından ilk növbədə o hal müəyyən edilmişdir ki, müqayisə edilən əmtəə nişanları qarışdırılacaq dərəcədə oxşardır ya yox. Qeyd edilməlidir ki, qeydə alınmış "xxxx" təsviri əmtəə nişanı və ölkə ərazisinə N.A.N.T MMC tərəfindən idxal edilən (qeydiyyatı olmayan “Москвичка” təsvirləri qarışdırılacaq dərəcədə oxşar deyil. Belə ki, mübahisələndirilən nişanda işlənilmiş “Милашка” sözü və iddiaçıya məxsus təsvirdə istifadə edilmiş “Москвичка” sözləri fərqli elementlərdir. Həmçinin nişanlarda istifadə edilmiş rəng çalarları bir-birindən fərqlidir. Üçüncü şəxs"xxxx" məhdud məsuliyyətli cəmiyyətinin iddiaya dair yazılı etirazı məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə dair yazılı çıxışına uyğun izahat verərək, Azərbaycan Respublikasında mühafizə olunan, uzun illər ərzində istifadə olunmaqda davam edən əmtəə nişanın mühafizəsini həyata keçirməyə cavabdeh olan inzibati orqan tərəfindən yalnız həqiqətə uyğun olmayan formal mülahizələri əsas tutaraq, milli qanunvericiliyin tələblərinin ziddinə qərar qəbul etməklə, milli qanunvericiliyi, həmçinin Azərbaycanın qoşulduğu beynəlxalq sazişlərin tələblərini pozmaqla OAO "xxxx" Şirkətinin qanunla mühafizə olunan əmtəə nişanlarına və “Москвичка” məhsuluna oxşarlığa, eləcə də qarışdırılacaq dərəcədə oxşarlığa qiymət vermək əvəzinə xırda fərqləri qabardaraq maddi norma pozuntularına yol verdiyi üçün idda tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X8 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs qarşı "xxxx" MMC-nin nümayəndəsi X3 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında iddiaçı tərəfindən verilmiş iddianın əsassız olduğunu, belə ki, “Москвичка” təsviri nişanlarının nə yerli, nə də beynəlxalq sistem üzrə Azərbaycan Respublikasının ərazisində əmtəə nişanı kimi qeydə alınmadığını və beləliklə də, təmsil etdiyi cəmiyyətə məxsus "xxxx" təsviri əmtəə nişanının iddia olunan zaman qeydiyyat üçün maneə olmadığını, "xxxx" təsviri əmtəə nişanının tərkibindəki “tokay” işarəli fraqmentinin müqayisədə hər iki nişanda təsvirin içərisindəki yazıların “РотФронт” və “tokay” sözlərinin tamamilə fərqli sözlər olduğunu, qeydə alınmış "xxxx" təsviri əmtəə nişanı və ölkə ərazisinə N.A.N.T MMC tərəfindən idxal edilən, qeydiyyatı olmayan “Москвичка” təsvirləri qarışdırılacaq dərəcədə oxşar olmadığını, belə ki, mübahisələndirilən nişanda işlənilmiş “Милашка” sözü və iddiaçıya məxsus təsvirdə istifadə edilmiş “Москвичка” sözlərinin fərqli elementlər olduğunu bildirərək, qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin faktiki halları(adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): Mübahisələndirilən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apellyasiya Şurası tərəfindən qəbul edilmiş 05 noyabr 2019-cu il tarixli A65-7 №-li Qərardan müəyyən olunur ki, "xxxx" MMC-yə (ünvan: AZ 1096, ünvan 1ydiyyat nömrəli "xxxx" təsviri əmtəə nişanının 30-cu sinif "qənnadı məmulatları, şirniyyatlar, çörək-bulka məmulatları, un və taxıl məmulatları; ədviyyatlar” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin reklamı və satışı üzrə xidmətlər" əmtəə və xidmətlər üzrə qeydiyyatına qarşı X11 Company "xxxx" adından patent müvəkkili Nümayəndə tərəfindən verilmiş etiraz ərizəsinə baxaraq “Konfirom" MMC-yə (ünvan:AZ1096, ünvan 2iyyat nömrəli 2 "xxxx" əmtəə nişanının 30-cu sinif "qənnadı məmulatları, şirniyyatlar, çörək- bulka məmulatları, un və taxıl məmulatları; ədviyyatlar" və 35-ci sinif "30-cu sinifdə göstərilən əmtəələrin reklamı və satışı üzrə xidmətlər“ əmtəə və xidmətlər üzrə qeydiyyatına qarşı X11 Company "xxxx" adından patent müvəkkili Nümayəndə tərəfindən verilmiş etiraz ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və reyestr şöbəsi tərəfindən verilmiş 14.01.2020-ci il tarixli çıxarışdan müəyyən olunur ki, “KONFİRM” məhdud məsuliyyətli cəmiyyətinin AZ1096, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65 (AZ), qeydiyyat tarixi 30.05.2019-cu il, qeydiyyatın qüvvədə olma müddəti 12.01.2018-ci il, iddia sənədinin nömrəsi 2018 00023, iddia sənədinin daxil olma tarixi 12.01.2018-ci il, ilkinliyin tarixi 12.01.2018-i il, 30-cu sinifqənnadı məmulatları, şirnyyatlar, çörək-bulka məmulatları. Un və taxıl məmulatları; ədviyyatlar. 35-ci sinif-30-cu sinifdə göstərilən əmtəələrin reklamı və satışı. Mühafizə olunmayan elementlər: əmtəə nişanında “kameral” söz işarəsi hüquqi mühafizə obyekti deyildir. Əmtəə nişanının rəngi; qırmızı, sarı, qəhvəyi, ağ. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və reyestr şöbəsinin 29.01.2020-ci il tarixli bildirişində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən X11 Company "xxxx" (ünvan: 2-oy Novokuznetskiy pereulok, d. 13/15, RU-113184 Moscow (RU) adına qeydiyyata alınan 840025 saylı “МОСКВИЧКА” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 05, 30-cu sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 22 sentyabr 2024-cü il tarixinə qədər qüvvədə olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və reyestr Şöbəsinin 29.01.2020-ci il tarixli bildirişində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən X11 Company "xxxx" (ünvan: 2-oy Novokuznetskiy pereulok, d. 13/15, RU-113184 Moscow (RU) adına qeydiyyata alınan 877577 saylı POT-ФРОНТ beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 30-cu sinifi üzrə Azərbaycan Respublikasının ərazisində 26 dekabr 2025-ci il tarixinə qədər qüvvədə olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və reyestr Şöbəsinin 29.01.2020-ci il tarixli bildirişində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən X11 Company "xxxx" (ünvan: 2-oy Novokuznetskiy pereulok, d. 13/15, RU-113184 Moscow (RU) adına qeydiyyata alınan ******* saylı POT-ФРОНТ beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 30-cu sinifi üzrə Azərbaycan Respublikasının ərazisində 12 avqust 2026-ci il tarixinə qədər qüvvədə olduğu qeyd olunmuşdur. Sifarişçi POT-ФРОНТ ASC mütəxəssis rəyinin verilməsi ilə bağlı "xxxx"nə müraciət etmiş və aşağıdakı suallar üzrə rəy verməsini xahiş etmişdir: "xxxx" MMC şirkəti tərəfindən istifadə olunan “Милашка karamel” konfetinin etiketi, “Москвичка Карамель” konfetinin etiketi (РОТ ФРОНТ» ASC) ilə istehlakçılarda çaşqınlıq yarada biləcək oxşarlığa malikdirmi? İki etiketin qarşıq salınmasına səbəb olan bu oxşarlıq bazara daha erkən daxil olmuş “Москвичка Карамель” konfetinin etiketinin dizaynının imitasiyasının nəticəsidirmi? 20190279 №-li ticarət nişanı, “Москвичка Карамель” konfetinin etiketi ("xxxx" ASC) ilə istehlakçılarda çaşqınlıq yarada biləcək oxşarlığa malikdirmi? "xxxx" tərəfindən Sifarişçi POT-ФРОНТ ASC-nin sifarişinə əsasən 06 iyul 2020—ci il tarixli 021758/6/77001/052020/ И-1 З6000 №-li mütəxəssis rəyi ilə sullara aşağıdakı formada cavab verilmişdir.
1. Konfirom MMC şirkəti tərəfindən istifadə olunan “Милашка karamel” konfetinin etiketi, “Москвичка Карамель” konfetinin etiketi (РОТ ФРОНТ» ASC) ilə istehlakçılarda çaşqınlıq yarada biləcək oxşağrlığa malikdir.
2. İki etiketin qarışıq salınmasına səbəb olan bu oxşarlıq bazara daha erkən daxil olmuş “Москвичка Карамель” konfetinin etiketinin (РОТ ФРОНТ» ASC) dizaynının imitasiyasının nəticəsidir.
3. 20190279 №-li ticarət nişanı, “Москвичка Карамель” konfetinin etiketi (РОТ ФРОНТ» ASC) ilə istehlakçılarda çaşqınlıq yarada biləcək oxşağrlığa malikdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respblikası Əqli Mülkiyyət Agentliyi tərəfindən 07 may 2021-ci il tarixli PHŞ/2-2-2021-148 saylı məktubla "xxxx" MMC-yə məxsus (AZ) 2019 0279 qeydiyyat nömrəli "xxxx" təsvirli əmtəə nişanı üzrə aşağıdakı sənəd toplusu məhkəməyə təqdim olunmuşdur: - Azərbaycan Respublikasında Əmtəə X6 Barədə 12.01.2018-ci il tarixli Ərizədən müəyyən olunur ki, "xxxx" MMC (AZ 1096 ünvan 3 ev 43, mənzil 65 ) “Милашка” sözündən ibarət təsviri əmtəə nişanı 30,35-ci siniflər üzrə qeydə alınması ilə bağlı müraciət etmişdir. - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsinin 15.02.2019-cu il tarixli Bildirişində (Konfirom MMC-nin 01.02.2019-cu il tarixli 013 №-li məktubu (201800023 saylı iddia sənədi)) Azərbaycan Respublikası Prezidentinin “istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli 5 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və X4 birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmış, həmin Sərəncamın 3-cü hissəsinə görə Azerbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmiş, Sərəncamın 4-cü hissəsinə əsasən ləğv edilmiş Komitənin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri Agentliyə verilmişdir. “Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunlara 23 fevral 2018-ci il tarixində müvafiq olaraq, 1005-VQD və 1006-VQD nömrəli Qanunlarla edilmiş dəyişikliklərə əsasən, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı dövlət adından bir sıra hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumları haqlarla əvəz edilmiş və həmin dövlət rüsumlarının ödənilməsini nəzərdə tutan 18.13-cü, 18.15-18.25-ci, 18.35-18.47-ci və 30.2-ci maddələri 23 fevral 2018-ci il 1009-VQD nömrəli Qanunla “Dövlət rüsumu haqqında” Qanunun 18-ci maddəsindən çıxarılmış. Hazırda həmin haqların tənzimlənməsi məsələsi baxılma mərhələsindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 1999-cu il tarixli 143 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası”nın 7-ci bəndinə əsasən məlumatların reyestrə daxil edilməsi ilə əlaqədar bütün işlər, müəyyən edilmiş rüsumun ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra yerinə yetirilir. Sənaye mülkiyyəti ilə bağlı həyata keçirilən işlər üzrə rüsum və haqlar müvafiq qaydada təsdiq edildikdən sonra kargüzarlıq işləri davam etdiriləcəyi qeyd olunmuşdur. - “Patent və X7” Publik Hüquqi şəxsi tərəfindən iddiaçı "xxxx" MMC-yə ünvanlanmış 18.01.2018-ci il tarixli Bildirişdə qeyd olunur ki, ilkin ekspertizanın nəticələrilə əlagədar “Qanun”un 9-cu maddəsinə uyğun olaraq ərizənin verildiyi tarixdən 2 av ərzində aşağldaki sənədləri və məlumatları təqdim etməlisiniz; İddiaçının tam adı, yerləşdiyi və ya yaşadığı yer, ölkənin kodu;iddia edilən nişanın təsviri; iddia edilən nişanın şəkli 80 x 80 mm ölçüdə mətbəə ottiski və ya qrafik; təsvir formasında 12 ədəd. Rəngli şəkillər iddia olunan rəngdə və ya rənglərin uzlaşmasında verilir; əmtəə və xidmətlərin dəqiqləşdirilmiş siyahısı azərbaycan (latın qrafikası ilə) və rus dillərində; Patent müvəkkilinin səlahiyyətlərini təsdiq edən sənəd; kollektiv nişan barəsində iddia sənədi verildikdə kollektiv nişanın nizamnaməsi nümayəndəyə verilmiş etibarnamə (nümayəndə olduqda) Konvensiya ilkinliyi tələb edildikdə ilkinliyi təsdiq edən sənəd; sərgi ilkinliyi tələb edildikdə sərgi ilkinliyini təsdiq edən sənəd; müəyyənləşdirilmiş məbləğdə ödənişin aparıldığını təsdiq edən sənədin surəti, Ödənişin məbləği manat. - “Patent və X7” Publik Hüquqi şəxsi tərəfindən "xxxx" MMC-yə verilmiş Əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında 28.02.2018-ci il tarixli arayışda, iddia sənədinin N: 2018 00023, iddia sənədinin daxil olduğu tarix 12.01.2018-ci il, (əmtə nişanın sahibinin yerləşdiyi yer, ünvan ölkənin kodu) "xxxx" MMC, AZ 1096, ünvan 3 ev 43, mənzil 65 (AZ), (511) ƏXBT-nin sinifləri 30,35; (591) əmtəə nişanın rəngi: sarı, tünd qırmızı, qəhvəyi, ağ qeyd olunmuşdur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi Müşahidə şurasının 11 yanvar 2019-cu il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 X5 “МИЛАШКА” əmtəə nişanının qeydiyyatı üzrə iddia sənədinin ekspertizasının nəticəsinə dair ekspert rəyini (qərarını) müzakirə edərək qərara alır: 1. 2018 00023 №-li iddia sənədinin ekspertizasının nəticəsi ilə bağlı müsbət ekspert rəyi (qərarı) nəzərə alınaraq “МИЛАШКА” əmtəə nişanının əmtəə və xidmətlərin beynəlxalq təsnifatının 30, 35-ci siniflər üzrə qeydiyyata alınması məqsədəuyğun hesab edilsin. 2. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 7-ci abzasına uyğun olaraq müvafiq prosedurlar, o cümlədən əmtəə nişanının qeydiyyatına dair məlumatların “Sənaye mülkiyyəti" bülletenində dərci iddiaçı tərəfindən 4 ay müddətində “МИЛАШКА” əmtəə nişanının qeydiyyatı və dərci üçün qanunvericiliklə müəyyən edilmiş məbləğdə rüsum (haqq) ödənildikdən sonra həyata keçirilsin. 3. Nəzərə alınsın ki, iddiaçı müəyyən edilən müddət ərzində rüsum (haqq) ödəmədikdə, əlavə rüsum (haqq) ödəmək şərti ilə ona əlavə olaraq 4 ay möhlət verilir. Bu şərtlər yerinə yetirilmədiyi halda iddia sənədi geri çağırılmış hesab edilir. 4. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinə tövsiyə edilsin ki, əmtəə nişanının qeydiyyatına dair məlumatların “Sənaye mülkiyyəti” bülletenində dərci üçün qanunvericiliklə müəyyən edilmiş məbləğdə və müddətdə rüsum (haqq) ödənilmədikdə iddia sənədinin ekspertizasının nəticələrinə dair Müşahidə Şurasının qərarının ləğv edilməsi və iddia sənədinin geri çağırılmış hesab edilməsi barədə iddiaçıya müvafiq bildirişin göndərilməsini təmin etsin. 5. Bu qərar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin Nizamnaməsinin 4.7.5-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə təqdim edilsin. 6.Bu qərarın surəti 10 gün müddətində iddiaçıya göndərilsin. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin Əmtəə nişanına dair iddia sənədinin ekspertizasının nəticəsi haqqında 19.01.2019-cu il tarixli Rəydə (Qərar) qeyd olunur ki, (210) İddia sənədinin №: 2018 00023; (220) İddia sənədinin daxil olduğu tarix: 12.01.2018; (230) İlkinliyin başqa tarixi; (310) Konvensiya iddia sənədinin nömrəsi; (320) Konvensiya ilkinliyinin tarixi; (330) Konvensiya ilkinliyi ölkəsinin kodu; (731) Əmtəə nişanı sahibinin adı və yerləşdiyi (yaşadığı) yer, ünvan. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ 1096, Bakı şəh., Nizami rayonu, C. Naxçıvanski küç., ev 43, mən 65(AZ) (540) Əmtəə nişanı; (551) Kollektiv nişan; (554) Həcmi nişan; (526) Mühafizə olunmayan elementlər: Əmtəə nişanında “karamel” söz işarəsi hüquqi mühafizə obyekti deyildir.(591) Əmtəə nişanın rəngi: qırmızı, sarı, qəhvəyi, sarı, ağ; 511) Nişanın qeydiyyatı üçün ƏXBT-nin (Nitsa təsnifatının) sinifləri üzrə əmtəə və xidmətlərin siyahısı: ("siyahı onun üçün ayrılmış hissədə yerləşmədiyi halda əlavə səhifədə verilir); 30 - Qənnadı məmulatları, şirniyyatlar, çörək- bulka məmulatları, un və taxıl məmulatları; ədviyyatlar. 35 - 30-cu sinifdə göstərilən əmtəələrin reklamı və satışı. Əmtəə nişanının qeydiyyatına dair 2018 00023 nömrəli iddia sənədi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 14-cü maddəsinə əsasən ekspertizadan keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: Təqdim edilmiş nişan rəngli sadə şriftlə yazılmış “Милашка” söz işarəsindən və ornamentlərdən ibarət nişandır. Əmtəə nişanında “karamel” söz işarəsi hüquqi mühafizə obyekti deyildir. Ekspertiza müəyyən etdi ki, “Милашка” söz işarəsindən ibarət əmtəə nişanı Qanunun 1-ci, 4-cü, 5-ci və 6-cı maddələrində nəzərdə tutulan tələblərə uyğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 5/635 №li 26 avqust 2021-ci il tarixli rəydən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki;
1. Təqdim edilmiş 2019 0279 qeydiyyat nömrə ilə qeydiyyata alınmış "xxxx" MMCyə məxsus “Милашка karamel” adlı əmtəə nişanın və “РотФронт” şirkətinə məxsus “Москвичка Карамель” adlı əmtəə nişanın kompozisiyası oxşarlıq təşkil edir.
2. Tədqiq olunan əmtəə nişanlarında olan “Милашка karamel” və “Москвичка Карамель” sözlərini təşkil edən şriftlər formasına görə öz aralarında oxşardırlar.
3. “Милашка karamel” və “Москвичка Карамель” adlı əmtəə nişanlarda olan təsvirlərin və yazıların yerləşməsi, o cümlədən əmtəə nişanındakı elementlər və onların rəngləri bir-birinə oxşardırlar. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq, hazırki mübahisənin həlli ilə bağlı məhkəmə aşağıda qeyd olunan qanunvericiliyə istinad olunmasını zəruri hesab edir. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun: Maddə 3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə 6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; Maddə 10. Əmtəə nişanının ilkinliyi Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi)... Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər. Maddə 25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanının sahibi "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Maddə 29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş "əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Maddə 31. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”:
29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması (...) Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; işarədə olan hecaların miqdarı; işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: ümumi görünüşlü (müşahidə) təəssüratı; şriftin növü; hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; hərflərlə yazılmış sözlərin əlifbası; rəng və ya rənglərin uzlaşması (kombinasiyası). Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: təsviri nişanlarla (işarələrlə); həcmi nişanlarla (işarələrlə); kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə). Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: xarici forma; simmetriyanın mövcud olması və ya olmaması; nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); rənglərin və boyaların keyfiyyətinin uzlaşması. Bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər. Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: kombinasiyalı birləşmələrlə; yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə. Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies maddəsinə əsasən mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafızə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşma kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfıdən verilən şahadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şahadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi əgər onun İttifaq sərhədlərində belə müəssisə yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa onun vətəndaşı olan ölkə götürülür. V. Baxılan maddənin qüvvəsi altına düşən ölkə əmtəə nişanlarının qeydiyyatının rədd edilməsi, yaxud etibarsız hesab edilməsi ancaq aşağıdakı hallarda ola bilər:
1. İşarələr mühafızə xahiş olunan ölkədə üçüncü şəxsin əldə etdiyi hüquqlara toxuna bilərsə;
2. İşarələr hər hansı bir fərqləndirici əlamətlərdən məhrumdursa, yaxud işarələr ticarətdə məhsulların növünü, keyfiyyətini, miqdarını, təyinatını, qiymətini, mənşə yerini yaxud hazırlanma vaxtını göstərən ya adi dildə qəbul edilmiş və mühafızə xahiş olunan ölkənin ticarət adətlərində səmimi və qəbul edilmiş işarə və göstərişlərdən ibarətdirsə;
3. İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2019 0279 qeydiyyat nömrə ilə qeydiyyata alınmış "xxxx" MMC-yə məxsus “Милашка karamel” adlı əmtəə nişanın və “РотФронт” şirkətinə məxsus “Москвичка Карамель” adlı əmtəə nişanın kompozisiyası oxşarlıq təşkil edir; əmtəə nişanlarında olan “Милашка karamel” və “Москвичка Карамель” sözlərini təşkil edən şriftlər formasına görə öz aralarında oxşardırlar; “Милашка karamel” və “Москвичка Карамель” adlı əmtəə nişanlarda olan təsvirlərin və yazıların yerləşməsi, o cümlədən əmtəə nişanındakı elementlər və onların rəngləri bir-birinə oxşardırlar. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanı iddiaçı tərəfindən mübahisələndirilən 05 noyabr 2019-cu il tarixli A65-7 qərarın və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65) məxsus 2019 0279 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatın qanuni və əsaslı olmasını sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). İddiaçı tərəfindən isə cavabdeh inzibati orqanın Apellyasiya Şurasının 05 noyabr 2019-cu il tarixli A65-7 qərarının tamamilə ləğv olunması və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65) məxsus 2019 0279 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatının etibarsız hesab edilməsini zəruri edən faktiki şərtlərin və hüquqi əsasların mövcudluğu subuta yetirilmişdir (İPM-nin 14.3-cü maddəsi). “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 05 noyabr 2019-cu il tarixli A65-7 qərarı ləğv olunmalı və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65) məxsus 2019 0279 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatı etibarsız hesab edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən 73 (yetmiş üç) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 05 noyabr 2019-cu il tarixli A65-7 qərarı ləğv olunsun və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65) məxsus 2019 0279 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatı etibarsız hesab edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən 73 (yetmiş üç) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev