Məhkəmə qərarları › İş №2-1(112)-7284/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7284/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7284/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “iddiaçıya ilkin pensiya təyinatı zamanı xx.xx.2017-ci il tarixdən əvvəl qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun 27.1-ci maddəsinin tətbiq edilməsinin qanunsuz hesab edilməsi, onun əmək pensiyasının hesablanması həmin Qanunun 27-ci maddəsinin xx.xx.2017-ci il tarixdə sonra qüvvəyə minmiş redaksiyası əsasında aparılması, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş Qaydaların 6.6-cı bəndinə əsasən keçmiş dövr üzrə müəyyən edilmiş əskik və artıq ödəmələrin əvəzləşdirilməsinin aparılması qanunsuz hesab edilməsi və əvəzləşdirilmiş əskik ödəmələrin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya 6341.28 manat artıq ödənilmiş pul məbləğinin ondan tutulmasına yönəlmiş hərəkətlər qanunsuz hesab edilməsi, həmin borc məbləği ləğv edilməklə bu borcla əlaqədar iddiaçının əmək pensiyasından tutulan məbləğlərin iddiaçıya ödənilməsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya münasibətdə onun pensiyasının “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyi dövr üzrə qazanılmış sığorta və yığım hissələri üzrə pensiya kapitalının əsas götürülməsi cavabdehin üzərinə qoyulması və cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 1601/2024 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İşin halları

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia qaldıraraq, iddiaçıya ilkin pensiya təyinatı zamanı xx.xx.2017-ci il tarixdən əvvəl qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun 27.1-ci maddəsinin tətbiq edilməsi qanunsuz hesab edilməsi; iddiaçının əmək pensiyasının hesablanması həmin Qanunun 27-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş redaksiyası əsasında aparılması; cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarının 6.6-ci bəndinə əsasən keçmiş dövr üzrə müəyyən edilmiş əskik və artıq ödəmələrin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi; iddiaçıya 6341,28 manat artıq ödənilmiş pul məbləğinin ondan tutulmasına yönəlmiş hərəkətlər qanunsuz hesab edilsin, həmin borc məbləği ləğv edilməklə bu borcla əlaqədar iddiaçının əmək pensiyasından tutulan məbləğlərin iddiaçıya ödənilməsi cavabdehin üzərinə qoyulması; iddiaçıya münasibətdə onun pensiyasının “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyi dövr üzrə qazanılmış sığorta və yığım hissələri üzrə pensiya kapitalının əsas götürülməsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “iddiaçıya ilkin pensiya təyinatı zamanı xx.xx.2017-ci il tarixdən əvvəl qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun 27.1-ci maddəsinin tətbiq edilməsinin qanunsuz hesab edilməsi, onun əmək pensiyasının hesablanması həmin Qanunun 27-ci maddəsinin xx.xx.2017-ci il tarixdə sonra qüvvəyə minmiş redaksiyası əsasında aparılması, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş Qaydaların 6.6-cı bəndinə əsasən keçmiş dövr üzrə müəyyən edilmiş əskik və artıq ödəmələrin əvəzləşdirilməsinin aparılması qanunsuz hesab edilməsi və əvəzləşdirilmiş əskik ödəmələrin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya 6341.28 manat artıq ödənilmiş pul məbləğinin ondan tutulmasına yönəlmiş hərəkətlər qanunsuz hesab edilməsi, həmin borc məbləği ləğv edilməklə bu borcla əlaqədar iddiaçının əmək pensiyasından tutulan məbləğlərin iddiaçıya ödənilməsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya münasibətdə onun pensiyasının “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyi dövr üzrə qazanılmış sığorta və yığım hissələri üzrə pensiya kapitalının əsas götürülməsi cavabdehin üzərinə qoyulması və cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 1601/2024 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

İddianın əsaslandırılması

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixində DSMF tərəfindən "Əmək pensiyaları haqqında’' AR Qanununun 9.3-cıı maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İlkin olaraq həmin pensiyanın məbləği 1220.31 manat müəyyən edilmiş və həmin tarixdən etibarən ödənilməyə davam etmişdir. İddiaçının əmək pensiyasının məbləği indeksləşdirilməklə xx.xx.2024-cii ilə qədər 1955.42 manat müəyyən edilərək ona ödənilmişdir. Qeyd olunmalıdır ki, iddiaçı mülki aviasiya uçuş heyətinin üzvü kimi əmək fəaliyyəti ilə məşğuldur. Pensiyaya çıxdığı dövrdən hazırkı vaxta qədər bu sahədə öz fəaliyyətini davam etdirir. İddiaçı 2024-cü ilin yanvar ayında "Əmək pensiyaları haqqında" AR Qanununun 37.3.1 -ci maddəsinə əsasən pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə baxılan zaman iddiaçının pensiyasının məbləğində artım etmək əvəzinə onun məbləği azaldılmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə ərizə ilə müraciət edilmiş və cavabdeh həmin azalmaları aşağıdakılarla izah etmişdir. 1. İddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdə yaranmasına baxmayaraq ona cavabdeh inzibati orqan tərəfindən səhvən xx.xx.2017-ci ildə pensiya təyin edilmişdir. 2. Bu təyinat aparılan zaman iddiaçıya əsassız olaraq "Əmək pensiyaları haqqında" AR Qanununun 27-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş normaları tətbiq edilmişdir. 3. Bu səhv təyinat tarixi və hesablama qaydası nəticəsində AR Nazirlət Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərar ilə təsdiq edilmiş Qaydaların 6.6-cı bəndinə əsasən keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edilərək əvəzləşdirilmiş. 4. Bu əvəzləşdirmələrdən sonra "Əmək pensiyaları haqqında” AR Qanununun 39.1 -ci maddəsi tətbiq edilməklə son 3 il üzrə 6341.28 manat artıq pul vəsaitinin ödənilməsinin müəyyən edilməsi. 5. 2024-cü ilin Yanvar ayı üzrə iddiaçıya ödənilməli olan 205.58 manat indeksasiya üzrə fərq məbləğinin həmin artıq ödənilmiş 6341.28 manat pul vəsaitindən çıxılaraq qalıq 6135.70 manat pul vəsaitinin cari aydan etibarən (2024-cü ilin Fevral ayından) iddiaçının əmək pensiyasından hər ay 204.11 manat olmaqla tutularaq büdcəyə bərpa edilməsi. 6. “Əmək pensiyaları haqqında" AR Qanununun 37.3.1 -ci maddəsinin tətbiqi zamanı iddiaçının pensiya təyinilaından sonra əmək fəaliyyətində fasilənin yarandığı dövrə qədər hesablanmış kapital əsas götürülərək pensiyası yenidn hesablanmışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tərəfindən verilmiş iddia tələbinin əsaslandırılma hissəsinə əlavədə göstərilmişdir ki, 2022-ci ilin 29 iyun tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 37.3.1-ci maddəsi - yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. 37.3.1-ci maddədəki "və daha çox işlədikdə həmin dövr üzrə" müddəası pensiyanın yenidən hesablanmasının aparılacağı dövrün müəyyən edilməsində məhdudiyyət olmadığını aşkar göstərir. 6 il tamam olduqdan sonra hüquq yarandığı üçün həmin yenidən hesablanma dövrü ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmurdu. Çünki daha çox işləməyə davam edə bilərdim. Eləcə də işləməyən pensiyaçı kateqoriyasına keçdikdən sonra yaranmış hüquqdan istifadə etməyib işləməyə davam edə bilərdim. Yaranmış hüquqdan istifadə tamamilə mənim iradəmdən asılı idi. Başqa sözlə desək, 6 ilin tamamlanması və əmək müqaviləsinə xitam verilməsi nəticəsində pensiyanın yenidən hesablanma hüququ yaransa da, vətəndaş həmin hüquqdan istifadə etməkdə iradə azadlığına sahib idi. İşləyən pensiyaçı 6 il tamam olduqdan sonra və ya işləməyən pensiyaçı kateqoriyasına keçdikdən sonra müraciət etmədən daha çox işləməyə davam edərək yaranmış hüquqdan öz iradəsi ilə istənilən vaxt istifadə edə bilirdi. 37.3.1 -ci maddədəki "və daha çox işlədikdə həmin dövr üzrə" müddəası yenidən hesablanma hüququ yarandıqdan sonra hüquqdan istifadə tarixi ilə bağlı hər hansı limit olmadığını müəyyən edirdi. Bu o deməkdir ki, əmək müqaviləsinə xitam verilmə nəticəsində işləməyən pensiyaçı kateqoriyasına keçməklə yaranmış yenidən hesablanma hüquqdan istifadə edib etməmək də həmçinin vətəndaşın iradəsindən asılı idi. Çünki pensiyanın yenidən hesablanma hüququ iki halda yaranır işdən azad edilmə nəticəsində və 6 ilin tamamlanması nəticəsində, lakin qanunda 37.3.1-ci maddədəki "və daha çox işlədikdə həmin dövr üzrə" müddəası yaranmış hüquqdan istifadə etməyi tamamilə pensiyaçının iradəsinə həvalə edirdi. Həmçinin 2022-ci ilin 29 iyun tarixədək qüvvədə olmuş Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən tələb olunan 6 il stajın fasiləsiz əmək fəaliyyəti nəticəsində qazanılması tələbi yox idi. Göründüyü kimi İnzibati orqan öz təşəbbüsü ilə yenidən hesablanma apara bilməz, yalnız iddiaçı müraciət etdiyi tarixdə hesablanma aparıla bilərdi. Maddi hüquq normalarının tələblərinə uyğun 2020-ci ildə pensiyamın yenidən hesablanma hüququndan istifadə etməyib, işləməyə davam etmişdir. Çünki həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən bu hüquqa malik idi. Yaranmış hüquqdan istifadə edib etməmək tamamilə onun iradəsindən asılı idi. Həmçinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş xx.xx.2017-ci il tarixli 17 nömrəli Əmək pensiyalarının təyin, yenidən hesablanma və digər məsələlərini tənzimləyən Qaydaların birbaşa tələbinə görə, yalnız işləyən pensiyaçının müraciəti əsasında yenidən hesablanma aparıla bilərdi. Qeyd olunanları nəzərə alaraq iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı)

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçıya 8 dekabr 2017-ci il tarixindən Fondun Bakı şəhər Yasamal rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3-cü bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür (25x12x18=5400 saat). Eyni zamanda aparılmış araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən pensiya hüququnun düzgün müəyyən edilmədiyi aşkar edilmişdir. Belə ki, Qanunun 9.3-cü maddəsinə əsasən, tələb olunan 5400 uçuş saatı xx.xx.2017-ci il tarixində deyil, xx.xx.2017-ci il tarixində tamamlandığı müəyyən edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası tələb olunan iş stajının tamam olduğu xx.xx.2017 il tarixində təyin olunmalı olduğu halda, səhvən xx.xx.2017-ci il tarixində təyin edilmişdir. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixinədək onun ümumi iş stajının 5 il 4 ay 19 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 6,37 manat (5,39 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2017-ci il tarixinə indeksləşdirilib 13,79 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 83831,04 manat sığorta kapitalına uyğun 582,16 manat (83831,04: 144) və 110,00 manat baza hissəsi əlavə edilməklə xx.xx.2017- ci il tarixinə 705,94 manat (13,79+582,16+110,00) əmək pensiyası təyin edilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinə 896,15 manat, xx.xx.2024-cü il tarixinə 1335,12 manat), xx.xx.2017-ci il tarixindən 1220,31 manat (indeksləşdirilərək xx.xx.2024- cü il tarixinə 1955,42 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək iddiaçıya ödənilmişdir. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan ikinci cümləsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2020-ci il tarixinə kişilər 65 il) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları, nəzərə alaraq, xx.xx.2020-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar fərdi hesabının sığorta hissəsində qeydə alınmış 180937,26 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (180937,26:378 ay (65 il-42 il 4 ay=272 ay+106 ay (144 ay-38 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=478,67 manat) qanuni əmək pensiyası tərəflərindən həmin tarixdən yenidən hesablanaraq 896,15 manatdan 1374,82 manata (478,67+896,15) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 2041,10 manat) artırılmışdır. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasının 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 6341,28 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Əlavə olaraq Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar onun əmək pensiyası xx.xx.2024cü il tarixindən 2041,10 manat təşkil edir. Həmçinin, cari ilin yanvar ayı üzrə iddiaçıya ödənilməli olan 205,58 manat indeksasiya üzrə fərq məbləği müəyyən edilmişdir. Həmin 205,58 manat fərq məbləği ona artıq ödənilmiş 6341,28 manat pul vəsaitindən çıxılmış, qalıq 6135,70 manat pul vəsaiti cari aydan etibarən əmək pensiyasından hər ay (204,11 manat) tutularaq büdcəyə bərpa edilir. Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir Cavadeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin iştirakı və izaharları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazda göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər.

10. Hazırda iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar:

İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1994-xx.xx.1998-ci illərdə MAA-da təhsil almışdır. xx.xx.2000-xx.xx.2001-ci illərdə "xxxx" Dövlət Konserninin “AZAL-SERVİS” müəssisəsinin hava yollarının təşkili və xidməti üzrə şöbəsinin agenti vəzifəsində işləmişdir. xx.xx.2001-xx.xx.2001-ci illərdə “Airaport- Qeyt”də 3 ay sınaq müddətinə agent vəzifəsinə işləmişdir. xx.xx.2001-ci ildə sınaq müddəti bitmiş və xx.xx.2002-ci ilədək işləməyə davam etmişdir. xx.xx.2002-xx.xx.2005-ci illərdə "xxxx" Milli Aviasiya Şirkətidə 1-ci X4-40 hg-nın 2-ci pilotu vəzifəsində işləmişdir (VTC 9-cu dərəcədir). xx.xx.2005-xx.xx.2008-ci illərdə ştat cədvəlinə dəyişiklik edilməsi ilə əlaqədar uçuş xidmətinin uçuş-iş-istehsalat qrupunda Yak-40 hg-nın 2-ci pilotu vəzifəsinə çalışmışdır (VTC 10-cu dərəcədir). xx.xx.2008-ci ildə TU-134 hava gəmisinin ikinci pilotu vəzifəsinə 11-ci ödəniş dərəcəsi ilə təyin edilmişdir. xx.xx.2008-ci ildə "xxxx" Aviasiya Şirkətinin uçuşların yerinə yetirilməsi xidmətinin uçuş–istehsalat qrupunun TU-134 hava gəmisinin ikinci pilotu vəzifəsinə 11-ci dərəcə ilə təyin edilmişdir. xx.xx.2008-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" QSC-nin Uçuşların planlaşdırılması və yerinə yetirilməsi xidmətinin uçuş-istehsalat qrupunun TU-134 hava gəmisinin ikinci pilotu vəzifəsinə qəbul edilmişdir. xx.xx.2009-cu ildə ATR-42/72 hava gəmisinin 2-ci pilotu vəzifəsinə 11-ci dərəcə ilə təyin edilmişdir. xx.xx.2009-cu ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar Uçuşların İstehsalı İdarəsinin uçuşların istehsalı xidmətinin uçuş-istehsalı qrupunun ATR-42/72 hava gəmisinin ikinci pilotu vəzifəsində hesab edilmişdir. xx.xx.2011ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" QSC-nin Uçuşların İstehsalı İdarəsinin ATR-42/72 hava gəmisinin ikinci pilotu vəzifəsində hesab edilmişdir. xx.xx.2011ci ildə həmin idarənin ATR-42/72 hava gəmisinin kapitanı vəzifəsinə 12-ci dərəcə ilə təyin edilmişdir. xx.xx.2012-ci ildə tutduğu vəzifədən azad edilmiş və həmin idarənin ATR-42/72 hava gəmisinin texniki pilotu vəzifəsinə 14-cü dərəcə ilə təyin edilmişdir. xx.xx.2013-cü ildə tutduğu vəzifədən azad edilmiş və həmin idarənin Embraer-170/190 hava gəmisinin stajçıpilotu vəzifəsinə keçirilmişdir. xx.xx.2013-cü ildə tutduğu vəzifədən azad edilmiş və həmin idarənin Embraer-170/190 hava gəmisinin texniki pilotu vəzifəsinə təyin edilmişdir. xx.xx.2013-cü ildə tutduğu vəzifədən azad edilmiş və Uçuşların Təhlükəsizliyi İdarəsinin nəqliyyat aviasiyasının aparıcı pilot-inspektoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" QSC-nin "xxxx" Şirkətinin Uçuşların Təhlükəsizliyi İdarəsinin nəqliyyat aviasiyasının aparıcı pilot-inspektoru vəzifəsində hesab edilmişdir. xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlanması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2020-ci ildə "xxxx" MMC-nin Uçuş dəstəsinin Boing 747-400 tipli hava gəmisinin kapitanı vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-ci ildə həmin Silk WayWest Aviaşirkəti” MMC-nin Uçuş dəstəsinin Boing 747- 400 tipli hava gəmisinin kapitanı vəzifəsində əvəzçilik üzrə hesab edilmişdir. xx.xx.2023-cü ildə Mülki Aviasiya Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” phş-in X2 İdarəsinə rəis müavini vəzifəsinə qəbul edilmişdir. Hal-hazırda işləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “artıq ödənilmiş pensiya məbləği haqqında” məktubdan görünür ki, göstərilən uyğunsuzluğa baxmayaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası tələb olunan iş stajının tamam olduğu xx.xx.2017-ci il tarixində təyin olunmalı olduğu halda, səhvən xx.xx.2017-ci il tarixində təyin edilmişdir. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixinədək onun ümumi iş stajı 5 il 4 ay 19 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 6,37 manat (5,39 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2017-ci il tarixinə indeksləşdirilib 13,79 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 83831,04 manat sığorta kapitalına uyğun 582,16 manat (83831,04: 144) və 110,00 manat baza hissəsi əlavə edilməklə xx.xx.2017-ci il tarixinə 705,94 manat (13,79+582,16+110,00) əmək pensiyası təyin edilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinə 896,15 manat, xx.xx.2024-cü il tarixinə 1335,12 manat), xx.xx.2017-ci il tarixindən 1220,31 manat (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1955,42 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək ona ödənilmişdir. İddiaçıya son üç il üzrə 6341,28 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-77265/2024 nömrəli məktubun surətindən görünür ki, İddiaçı 8 dekabr 2017-ci il tarixindən Fondun Bakı şəhər Yasamal rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda aparılmış araşdırma zamanı Səid Əliyəvə vaxtilə əmək pensiyası təyin edilərkən pensiya hüququnun düzgün müəyyən edilmədiyi aşkar edilmişdir. Belə ki, Qanunun 9.3-cü maddəsinə əsasən, tələb olunan 5400 uçuş saatının xx.xx.2017-ci il tarixində deyil, xx.xx.2017-ci il tarixində tamamlandığı müəyyən edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq, adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə emək pensiyası tələb olunan iş stajının tamam olduğu xx.xx.2017-ci il tarixində təyin olunmalı olduğu halda, səhvən xx.xx.2017-ci İİ tarixində təyin edilmişdir. Belə ki, İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 01.01,2006-cı il tarixinədək onun ümumi iş stajı 5 il 4 ay 19 gün təşkil edir. Bununla əlaqədar 01.01 2006-cı il tarixinədək adıçəkilən şəxsin iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə onun pensiyasının sığorta hissəsi 6,37 manat (5,39 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2017-ci il tarixinə indeksləşdirilib 13,79 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 83831,04 manat sığorta kapitalına uyğun 582,16 manat (83831,04: 144) və 110,00 manat baza hissəsi əlavə edilməklə xx.xx.2017-ci il tarixinə 705,94 manat (13,79+582,16+110,00) əmək pensiyası təyin edilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinə 896,15 manat, xx.xx.2024-cü il tarixinə 1335,12 manat), xx.xx.2017-ci il tarixindən 1220,31 manat (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1955,42 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək ona ödənilmişdir. Adıçəkilən şəxsin xx.xx.2020-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar fərdi hesabının sığorta hissəsində qeydə alınmış 180937,26 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (180937,26:378 ay (65 il-42 il 4 ay= 272 ay+106 ay (144 ay-38 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=478,67 manat) onun qanuni əmək pensiyası tərəflərindən həmin tarixdən yenidən hesablanaraq 896,15 manatdan 1374,82 manata (478,67+896,15) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 2041,10 manat) artırılmışdır. Ona son üç il üzrə 6341,28 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Əlavə olaraq Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar onun əmək pensiyası xx.xx.2024cü il tarixindən 2041,10 manat təşkil edir. Həmçinin, cari ilin yanvar ayı üzrə İddiaçı ödənilməli olan 205,58 manat indeksasiya üzrə fərq məbləği müəyyən edilmişdir. Həmin 205,58 manat fərq məbləği adıçəkilən şəxsə artıq ödənilmiş 6341,28 manat pul vəsaitindən çıxılmış, qalıq 6135,70 manat pul vəsaiti cari ilin fevral ayından etibarən əmək pensiyasınından (hər ay 204,11 manat) tutularaq büdcəyə bərpa edilir. Eyni zamanda, vətəndaş İddiaçı pensiya işinə dair sənədlərin əsli məhkəməyə təqdim edilmişdir. Pensiya işində olan sənədlər: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-10601/2023 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə DSMF Yasamal Rayon Şöbəsi tərəfindən təyin edilmiş 1955.42 manat güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 2514.63 manat təyin edilmişdir. - "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-2/2-11/7455/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Mülki Aviasiya sistemində fəaliyyəti zamanı 5400 uçuş saatı xx.xx.2017ci il tarixində tamamlanmışdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1601/2024 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə DSMF Yasamal Rayon Şöbəsi tərəfindən təyin edilmiş 1955.42 manat güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən yenidən hesablanmış və ona 1835.52 manat güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

Məhkəmənin mövqeyi

11. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9. fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 4.2. yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən; 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.3. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 22.3. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. 29.1. əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.3. əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir; 37.8. bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda 39.1. əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 1.90. 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin: “Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır) 14.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”na əsasən

3. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür;

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-cı il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasına əsasən, 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə;

16. İşin faktiki hallarına əsasən isə iddiaçıya xx.xx.2017-ci il tarixində DSMF tərəfindən "Əmək pensiyaları haqqında’' AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İlkin olaraq həmin pensiyanın məbləği 1220.31 manat müəyyən edilmiş və həmin tarixdən etibarən ödənilməyə davam etmişdir. İddiaçının əmək pensiyasının məbləği indeksləşdirilməklə xx.xx.2024-cü ilə qədər 1955.42 manat müəyyən edilərək ona ödənilmişdir. İddiaçı mülki aviasiya uçuş heyətinin üzvü kimi əmək fəaliyyəti ilə məşğuldur. Pensiyaya çıxdığı dövrdən hazırkı vaxta qədər bu sahədə öz fəaliyyətini davam etdirir. Bu səbəbdən də iddiaçı 2024-cü ilin yanvar ayında cavabdeh inzibati orqana müraciət edərək, ona pensiya təyin olunduğu vaxtdan 6 il və daha çox işlədiyi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının müraciətindən sonra onun əmək pensiyası yenidən hesablanmış və azaldılmışdır. Cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtinasının əsasları - 1. iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdə yaranmasına baxmayaraq ona cavabdeh inzibati orqan tərəfindən səhvən xx.xx.2017-ci ildə pensiya təyin edilmişdir. 2. Bu təyinat aparılan zaman iddiaçıya əsassız olaraq "Əmək pensiyaları haqqında" AR Qanununun 27-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş normaları tətbiq edilmişdir. 3. Bu səhv təyinat tarixi və hesablama qaydası nəticəsində AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərar ilə təsdiq edilmiş Qaydaların 6.6-cı bəndinə əsasən keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edilərək əvəzləşdirilmişdir. 4. Bu əvəzləşdirmələrdən sonra "Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci maddəsi tətbiq edilməklə son 3 il üzrə 6341.28 manat artıq pul vəsaitinin ödənilməsi müəyyən edilmişdir.

17. Hazırkı mübahisə üzrə məhkəmənin mövgeyi aşagıdakı kimidir. İddiaçıya cavabdeh inzibati orqan tərəfindən xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi düzqün olmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı iddiaçının müraciət etdiyi tarixdən və həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən aparılmışdır. Yəni iddiaçı "xxxx" Milli Aviasiya Şirkətində pilot vəzifəsində işləmiş və güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixinə 25 ildən artıq sığorta stajına malik olmuşdur. Qanunveriçiliyə əsasən mülki aviasiya uçuş və uçuş sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışan şəxsin həmin işlər üzrə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququnun yaranması, şəxsin daha çox sığorta stajı toplamaqla pensiyanın təyin edilməsi üçün müraciət etməsi imkanı istisna etmir. Beləki, pensiya təminatı üçün inzibati orqana müraciət etmək şəxsin vəzifəsi deyil, hüququdur. İddiaçı bu hüququ xx.xx.2017-ci ildə həyata keçirmişdir. Qanunvericiliyin müddəalarına əsasən iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ azı 25 il sığorta stajı olduqdan sonra yaranır. Burada məhdudiyyət sadəcə sığorta stajının azı 25 il olmasıdır ki, iddiaçının 25 il sığorta stajı xx.xx.2017-ci ilə qədər mövcud olmuşdur. Əlavə olaraq müraciət edən şəxsin sığorta stajı 25 ildən daha çox olması onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının məhdudlaşdırılmasına yönəldən hərəkətləri qanuni hesab edilə bilməz. İddiaçı tərəfindən mübahisələndirdiyi cavabdeh inzibati orqanının qəbul edilmiş qərarları qanunun tələblərinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalı olduğu halda, cavabdeh tərəfindən qəbul edilmiş qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmiş və əsaslandırılmamış inzibati aktlar qəbul edilmişdir. Məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də “İnzibati icraat haqqında“ Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd hesab edir.

18. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının qanunvericiliyində cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın məbləğinin cavabdeh inzibati orqanın özü tərəfindən azaldılması, pensiya təyin edilən zaman sığorta stajı kimi qəbul edilmiş və sənədlərlə təsdiq edilmiş iş stajlarının sonradan nəzərə alınmaması və ya müddətinin az nəzərə alınması kimi norma nəzərdə tutulmamışdır.

20. Faktiki olaraq cavabdehin iddiaçıya təyin edilmiş pensiyadan məhkəmə aktı və iddiaçının razılığı olmadan tutmaların aparılmasında ifadə olunan hərəkətləri həm “İnzibati icraat haqqında” və həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə zidd olmuşdur.

21. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində qanunverici imperativ qaydada müəyyən etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

22. Lakin inzibati iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı onun pensiyasından tutulmalara razılığını bildirməmiş, eyni zamanda iddiaçının pensiyasından tutulmaların aparılması barədə məhkəmə aktı mövcud deyildir.

23. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir.

24. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə pensiya kapitalı nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması üçün sonuncu müraciət etdiyi tarixinə “Əmək pensiyaları haqqında” Qanununun 37.3.1-ci maddəsinin qüvvədə olan redaaksiyası tətbiq edilməlidir.

25. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun - 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

26. Lakin məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçının müraciəti ilə bağlı cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. İddiaçının müraciətinə formal əsasla imtina cavabı verilmişdir.

27. Məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün yuxarıda göstərilən bütün halların aydınlaşdırılması ilə bağlı zəruri və tam araşdırma aparılmasından sonra müvafiq qərar qəbul olunmalıdır.

28. Nəticə olaraq cavabdeh yuxarıda göstərilmiş məhkəmənin hüquqi mövqeyi nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati akt qəbul etməlidir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. - 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. - 39.1. İnzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. - 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən məhkəmə hеsаb еdir ki, yuxarıda göstərilən məhkəmənin mövqeyi nəzərə alınmaqla, iddiaçıya xx.xx.1917-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

31. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 34, 39, 68, 73, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiа tələbi qismən təmin еdilsin. Hazırkı məhkəmə qərarının əsaslandırma hissəsində göstərilən məhkəmənin mövqeyi nəzərə alınmaqla, İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar