Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-730/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (Dövlət Şəhərsalma və Arxitektuta Komitəsi 3-cü şəxs qismində cəlb olunmaqla) “kompensasiyanın ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya vurulmuş 4.683.130.11 manat məbləğində maddi ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Başçısının 15 saylı xx.xx.2016-cı il tarixli sərəncamına və Ayrıc Aktına əsasən "xxxx" MMC-yə ünvan 1 ünvanında qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Buna əsasən də Bakı şəhəri İcra Başçısının 15 saylı xx.xx.2016-cı il tarixli sərəncamında qeyd edilən tapşırıqlar qanunvericilikdə qeyd edilmiş şəkildə yerinə yetirildiyini (Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii sərvətlər Nazirliyinin və digər müvafiq qurumların rəyləri və icazələri alınmaqla) və tam olaraq yekunlaşdınldığını təsdiq edən Bakı şəhəri İcra Başçısının 360 saylı xx.xx.2018-ci il tarixli sərəncamı verilmişdir. Bundan əlavə iddiaçıya Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 260 saylı xx.xx.2018-ci il tarixli Tikinti İşlərinin Başlanması üçün əsas olan "XÜSUSİ NİŞAN" və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Tikintilərinin Dövlət Reyestri Tikinti Obyektinə Verilən Koda dair" Seria AZE № 001565 saylı 31 iyul 2018-ci il tarixli Şəhadətnamə təqdim edilmişdir. Bütün sənədləşmə işləri yekunlaşdıqdan və müvafiq razılıqlar alındıqdan sonra iddiaçı 2019-cu ilin mart ayında iddiaçı xəndanı qazımış və tikinti işlərini aparmağa başlamışdır. Lakin xx.xx.2019-cu il tarixində tikintinin getdiyi əraziyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları gələrək və Fövqəladə Hallar Nazirliyinin T.T.N.D. Agentliyinin əməkdaşlarının və Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin əməkdaşları dəvət edərək, Bakı şəhəri İcra Başçısının 360 saylı xx.xx.2016-a il tarixli sərəncamı Bakı şəhəri İcra Başçısının 02 saylı xx.xx.2019-cı il tarixli sərəncamı ilə ləğv edildiyindən AKT tərtib edərək tikintinin 4-cü mərtəbə səviyyəsində dayandırmaqları barədə xəbərdarlıq edilmiş, lakin 02 saylı xx.xx.2019-cu il tarixli sərəncam onlara təqdim edilməmiş və qeyd edilən tikintinin saxlanılması barədə ilk dəfə olaraq onlara xəbərdarlıq etmiş, tikilmiş mərtəbələrin sökülməli olduğunu bildirmişlər. Sərəncam yanvar ayının əvvəlində ləğv edilərkən Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası "inzibati İcraat haqqında" Qanununun tələblərini pozaraq onların iştirakını təmin etməmiş və ən əsası isə nə mart ayında tikintiyə başlayanda, nədə ki iyul ayında tikinti işləri dayandırılan zaman onlara hər hansı xəbərdarlıq edilmədən iyul ayınadək tikintini 4-ci mərtəbə səviyyəsinə çatdırmışlar. Bununla da Bakı şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətləri, iddiaçını məlumatlandırmaması və tikintini dayandırmaması nəticəsində onlara 4 683 130.11 manat dəyərində ziyan vurulmuşdur və qeyd edilən ziyan aşağıdakı kimidir: torpaq sahəsinin alınması və boşaldılması üçün fərdi şəxslərə ödənilmiş 1 100 000 manat; tikinti işlərinin aparılması üçün müxtəlif şəxslər qarşısında 1 500 000 manat həcmində satılmış yaşayış sahələrinin təhvil verilməsi üçün öhdəlik götürülmüş və bu öhdəliklər yerinə yetirilə bilmədiyindən artıq onların haqlı narazılığlarına səbəb olmuşdur; Təsisçilər tərəfindən müəssisəyə 1 254 567 manat həcmində tikinti işlərinin aparılması üçün borc verilmiş və qeyd edilən vəsait tikinti işlərinə, əmək haqlarına, mal-materiala, torpaq icarə haqqı və digər işlərə xərclənmişdir; tikinti işlərinə başlayarkən Vergilər Nazirliyinə tikintidə sadələşdirilmiş verginin hesablanması haqqında hesabat verilmiş və 804.150,98 manat tikinti sahəsinin kvadraturasıa uyğun sadələşdirilmiş vergi hesablanmışdır. Tikinti işləri dayandırılsa da Vergilər Nazirliyi qeyd edilən vergi borcunun ödənməsini tələb edir və hər gecikmiş gün üçün faiz borcu hesablayır. "xxxx" MMC-yə 103374,93 manat alınmış armatura görə qalıq borc; "xxxx" MMC-yə 171037.20 manat alınmış beton alışma görə qalıq borc; Digər xərclər üçün ödənilmiş 740 000 manat (BŞİH məlumatlıdır). Bununla bağlı iddiaçı Bakı şəhər İcra Hakimiyyətinə 25 dekabr 2019-cu il tarixində dəymiş ziyanın ödənilməsinə dair müraciət ünvanlamış və "Azərpoct"un rəsmi internet səhifəsindən alınmış bildirişə əsasən məktub cavabdehə 27 dekabr 2019-cu il tarixində çatdırılmışdır, lakin cavabdeh tərəfindən müraciətə cavab verilməmişdir, pozulmuş hüquqların bərpası və dəymiş maddi ziyanın ödənilməsi təmin edilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edilməmişdir. Əvvəlki hazırlıq icraaatı iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Xalıq iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki hazırlıq icraaatı iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Ələkbərov iddia tələbinin əsassız olduğunu, iddiaçı ona dəymiş maddi ziyanı təsdiq edən müvafiq sübutları təqdim etmədiyini qeyd edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki hazırlıq icraaatı iclasında iştirak edən 3-cü şəxs Dövlət Şəhərsalma və Arxitektuta Komitəsinin nümayəndəsi R.Muradov iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməələrinin üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsind iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 15 saylı, 22 yanvar 2016-cı il tarixli "xxxx" MMC-yə qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamından görünür ki, "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, 18 saylı müraciətini, "xxxx" X1 xx.xx.2015-ci il tarixli, 13 saylı razılıq məktubunu və Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1269 saylı sərəncamını nəzərə alaraq, Səbail rayonu, Q.Abbasov küçəsi, 42 saylı məhəllədə qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 393 saylı, 29 avqust 2017-ci il tarixli “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 15 saylı sərəncamında qismən dəyişiklik edilməsi haqqında” Sərəncamından görünür ki, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, 52 saylı müraciətini nəzərə alaraq, Səbail rayonu, Q.Abbasov küçəsi, 42 saylı məhəllədə "xxxx" MMC-yə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 15 saylı sərəncamında “qeyri-yaşayış binasının” ifadəsi, “çoxfunksiyalı ictimai binanın” ifadəsi kimi oxunmasına sərəncam verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 530 saylı, 20 noyabr 2017-ci il tarixli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarına uyğun olaraq tikinti obyektlərinə dair şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında” Sərəncamının 1.68-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış Səbail rayonu, Q.Abbasov küçəsi, 42 saylı məhəllədə "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulan çoxfunksiyalı ictimai binaya (xx.xx.2017-ci il tarixli, 18/03-8/2341 saylı məktub) dair tərtib olunmuş şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 360 saylı, 08 iyun 2018-ci il tarixli “Bakı Şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamlarını nəzərə alaraq "xxxx" MMC-nə tikintiyə icazə verilməsi haqqında” Sərəncamından görünür ki, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 07 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 15 saylı, xx.xx.2017-ci il tarixli, 393 saylı və xx.xx.2018-ci il tarixli, 152 saylı sərəncamlarını nəzərə alaraq: Səbail rayonu, Qurban Abbasov küçəsi, 42 saylı məhəllədə çoxfunksiyalı ictimai və yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə icazə verilmişdir. -xx.xx.2018-ci il tarixli 67 nömrəli obyekti tikintisinə icazə sənədindən görünür ki, obyektin tikintisinə icazə verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, 03 yanvar 2019-cu il tarixli sərəncamından çxarışdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 360 saylı, xx.xx.2018-ci il tarixli sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. Beləliklə iş materiallarında olan sənədlərdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 530 saylı, 20 noyabr 2017-ci il tarixli Sərəncamının 1.68-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış Səbail rayonu, Q.Abbasov küçəsi, 42 saylı məhəllədə "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulan çoxfunksiyalı ictimai binaya (xx.xx.2017-ci il tarixli, 18/03-8/2341 saylı məktub) dair tərtib olunmuş şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 360 saylı, 08 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Səbail rayonu, Qurban Abbasov küçəsi, 42 saylı məhəllədə çoxfunksiyalı ictimai və yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı əsası ilə ləğv edilmiş, həmçinin həmin sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri də ləğv edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı ona vurulmuş 4.683.130.11 manat məbləğində maddi ziyanın ödənilməsini tələbini onunla əsaslandırmağa çalışmışdır ki, cavabdeh Azərbaycan Respublikası "İnzibati İcraat haqqında" Qanunun tələblərini pozaraq onların iştirakını təmin etməmiş və ən əsası isə nə mart ayında tikintiyə başlayanda, nədə ki iyul ayında tikinti işləri dayandırılan zaman onlara hər hansı xəbərdarlıq edilmədən iyul ayınadək tikintini 4-ci mərtəbə səviyyəsinə çatdırmışlar. Göründüyü kimi iddiaçı tələbində tikintinin dayandırmaması nəticəsində onlara torpaq sahəsinin alınması və boşaldılması üçün fərdi şəxslərə ödənilmiş 1 100 000 manat, tikinti işlərinin aparılması üçün müxtəlif şəxslər qarşısında 1 500 000 manat həcmində satılmış yaşayış sahələrinin təhvil verilməsi üçün öhdəlik götürüldüyünü, qeyd olunan öhdəliklərin yerinə yetirilə bilməməsi nəticəsində narazılıqlara səbəb olunduğun, təsisçilər tərəfindən müəssisəyə 1 254 567 manat həcmində tikinti işlərinin aparılması üçün borc verildiyini, tikinti işlərinə böyük miqdarda vəsait qoyulduğunu və s. kimi xərclərin çəkildiyini bildirsə də, lakin qeyd olunan xərclərlərlə bağlı nə smeta-xərc sənədləri, nə müvafiq borc müqaviləsi, nə də haqq-hesab cədvəlləri məhkəməyə təqdim edilməmişdir. Beləliklə iddiaçı öz iddiasının əsasını təşkil edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilən maddi hüquq normalarının mahiyyətinə görə, zərərin əvəzinin ödənilməsini tələb edən şəxs məhkəməyə müraciət edərkən, əvvəla hüquq pozuntusunun baş verməsini sübut etməli, hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilməlidir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli İş № 2-1(112)-563/2021 30 iyun 2021-ci il
Məhkəmə qərarları › İş №2-1(112)-730/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-730/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver