Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-731/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Üçüncü şəxslər - X7, X15, X9 və X8 “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər - X7, X15, X9 və X8) “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 3 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına verilmiş çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində 2/6 hissə İddiaçı, 2/6 hissə X3 və 2/6 hissə X10 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Daşınmaz əmlak paylı mülkiyyətçilərə məxsus olsa da, evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. X15 ilə X4 arasında bağlanmış 3.05.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən A.Cəfərova ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 145,9 kv.m olan fərdi yaşayış evinin ona məxsus olan 2/6 hissəsini 144500 manata S.Dostuməliyeva satmışdır. X7 ilə X4 arasında bağlanmış 2.08.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən A.Hüseynova ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 145,9 kv.m olan fərdi yaşayış evinin ona məxsus olan 2/6 hissəsini 99000 manata S.Dostuməliyeva satmışdır. İddiaçı mübahisəli yaşayış evinin sökülməsinə görə kompensasiya tələbi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi 2.05.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “…Yasamal rayonu, 2-ci ünvan 2 ünvanında yaşayan sakinlər razılaşdırılaraq dövlət tərəfindən müəyyən edilmiş kompensasiyalarını alaraq köçürülmüşdür. Sizin həmin ünvana çıxarışınız olmağına baxmayaraq həmin ünvana yaşayış sahəniz olmadığından kompensasiyanın ödənilməsi mümkün olmamışdır”. İmtinaya əsas kimi xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “…ünvan 1 ünvanda yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olduğundan söküntü mərhələsində Sizə Dövlət mülkiyyətində olan torpaq sahəsinə dair kompensasiyanın ödənilməsi mümkün deyildir”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən sahəsi 189,6 kv.m təşkil edən yaşayış evinin sökülməsi nəticəsində iddiaçının 2/6 payına uyğun olaraq 158,000 (yüz əlli səkkiz min) manat dəymiş ziyanın dövlət vəsaiti hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsində yerləşən 13 saylı evin 2/6 hissəsi onun mülkiyyətindədir. Həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Evin ümumi sahəsi 189,5 kv.m təşkil edir. Evin digər paylı mülkiyyətçiləri X11 və X12r. Mülkiyyətində olan evdə bir neçə ailə yaşamış və ev həyət tipli olmuşdur. Həmin evdə uzun müddət yaşasa da, sonradan kommunal şəraitin yaxşı olmaması səbəbindən evdən köçərək başqa evdə yaşamağa davam etmişdir. Evin mülkiyyətində olan hissəsini isə yaşamaq üçün qohumlarına vermişdir. 2023-cü ilin əvvəllərində ona məlum olmuşdur ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti həmin ərazidə söküntü işlərinə başlamaq istəyir və bu səbəbdən vətəndaşları dəvət edib onlara kompensasiya təklif edirlər. Mülkiyyətindəki evin yerləşdiyi ərazinin dövlət ehtiyacları üçün alınaraq sökülməsi planlaşdırılsa da, bu vaxtadək evin yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasını təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı onlara təqdim edilməmişdir. Mülkiyyətində olan evə görə kompensasiya almaq üçün 64 saylı MKİS-ə dəvət edilmiş və orada Zülfəli adlı şəxslə görüşmüşdür. Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi kimi özünü təqdim edən Zülfəli ona bildirmişdir ki, mülkiyyətində olan evdə yaşamadığı üçün və həmin həyətdə onun evi olmadığı üçün, ona hər hansı kompensasiya ödənilməyəcək. Bundan sonra mülkiyyətində olan yaşayış evi sökülmüş və ona hər hansı kompensasiyanın verilməsindən imtina edilmişdir. Dəfələrlə 64 saylı MKİS gedərək Zülfəli adlı şəxslə görüşüb mülkiyyətçi kimi pozulmuş hüquqlarının bərpa edilməsini və ona da kompensiyanın ödənilməsini tələb etsə də, imtina etmişlər və bildirmişlər ki, onun daşınmaz əmlaka mülkiyyət hüquqlarının olmasının hər hansı rolu yoxdur. Kompensasiya yalnız həmin evdə yaşayan sakinlərə verilir və mülkiyyətçinin olması həmin kompensasiyanın verilməsi üçün əsas deyil. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddialar ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2/6 hissədə iddiaçıya, 2/6 hissədə X13 və 2/6 hissədə X5 məxsus olmuşdur. Fərdi yaşayış evi paylı mülkiyyətçilərə məxsus olsa da, evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Asya Cəfərova və Aygün Hüseynova özlərinə məxsus olan paylarını alqı-satqı müqavilələrinə əsasən X1. İş materiallarında bu barədə sənədlər olmasa da, tərəflərin izahatlarına əsasən işin mübahisələndirilməyən halı kimi müəyyən edilmişdir ki, fərdi yaşayış evi Yasamal rayonunun ayrı-ayrı hissələrində sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fəsadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha yaxşılaşdırılması məqsədi daşıyan abadlaşdırma tədbirləri çərçivəsində sökülmüşdür. İddiaçı hazırkı tələbində 189,6 kv.metr olan sökülmüş fərdi yaşayış evinin paylı mülkiyyətçisi olmasına istinad edərək cavabdeh tərəfindən onun 2/6 hissə payına uyğun olaraq 158000 manat kompensasiya ödənilməsini tələb edir. Cavabdeh iddiaçının həmin evdə yaşamamasına və evin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olmasına istinad edərək iddiaçıya kompensasiya verilməsindən imtina edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız, cavabdehin imtinası isə əsaslıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia tələbində evin sahəsini 189.6 kv.metr göstərsə də, iş materiallarında olan hüquqmüəyyənedici və texniki sənədlərdən müəyyən edilir ki, evə dair dövlət reyestrindən verilmiş **********87-10301 reyestr nömrəli çıxarışa əsasən evin sahəsi 146 kv.metr olmuşdur. 189.6 kvadrat metr evə dair arxiv texniki pasporta əsasən evin yerləşdiyi torpağın sahəsi olmuşdur və iş materiallarından müəyyən edilir ki, evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu baxımdan məhkəmə cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda dövlət mülkiyyətində olan torpaq sahəsinə dair kompensasiyanın verilməsindən imtina ilə bağlı cavabdehin mövqeyini əsaslı hesab edir. Fərdi yaşayış evinin iddiaçıya məxsus 2/6 hissəsinin kompensasiyanın ödənilməməsi barədə də, məhkəmə cavabdehin imtinası ilə razılaşır Belə ki, cavabdeh iddiaçının həmin evdə yaşamamasına isinad edir. Məhkəmə qeyd edir ki, şəxsi ona məxsus evdə yaşamaması, onun mülkiyyətçi kimi hüququnu həyata keçirməyə mane olan hal deyildir. İddiaçı paylı mülkiyyətçi kimi, evin ona düşən hissəsinin kompensasiyasını almaq hüququna malik ola bilərdi. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçı həmin evdə yaşmamaqla bərabər mənzilə dair hüquqlarından başqa şəxslərin xeyrinə imtina etmiş və özünə məxsus sahələri qızına vermiş, digər şəxsləri qediyyata saldırmaq və etibarnamə vermək yolu ilə fakriki alqı-satqı etmişdir. Həmin şəxslər isə, iddiaçının əvəzinə onun payına düşən hissənin kompensasiyasını almışlar. Belə ki, Bakı şəhər Yasamal Rayonu İcra Hakimiyyəti Yasamal Rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 67 №-li, 13 sentyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2-ci Nərimanov küçəsi, ev 13 çıxarış əsasında 3 paydan ibarətdir. Araşdırma zamanı məlum oldu ki, Seyidova (Mirzəyev) Sevda 2/6 hissə pay məxsusdur, vərəsəlik payını almış və orada yaşamamışdır. Ona məxsus çıxarış əsasında 2/6 hissədə yaşamamışdır. Həmin hissədə Seyidova (Mirzəyeva) Sevdanın qızı, Mirzəyeva Nigar və onun həyat yoldaşı Mirzəyev Abbas ilə birlikdə anasının razılığı ilə 27,3 m2 payını almışlar. Payın qalan hissəsinin də Sadıqov Elşad 22,5 m2, Süleymanova Vüsalə 8,0 m2 paylarını müqavilə bağlayaraq notariusda təsdiq olunmuş əmlaklarının pulunu almışlar. Seyidova (Mirzəyeva) Sevda Əli qızı göstərilən ünvanda heç vaxt yaşamamışdır. Onların pullarını razılaşma yolu ilə almışlar. İddiaçı notarial qaydada təsdiq olunmuş ərizəsində bildirmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu 2-ci Nərimanov döngəsində yerləşən 0,021538 ha torpaq sahəsinin üzərində olan 2 ədəd 1 mərtəbəli 9 otaqlı, 119,6 kv.m yaşayış, 44,3 kv.m köməkçi sahəsindən ibarət 13 (on üç) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ona məxsus 2/6 hissəsinə daxil olan yaşayış sahəsindən 12 (on iki) kv.m hissəsinə sərəncam vermək hüququna dair X6 xx.xx.2014-cü il tarixdə etibarnamə vermişdir. Gələcəkdə sözügedən ərazi plana düşərsə, satılarsa və digər hallar baş verərsə, onun həmin hissəyə görə X6 qarşı heç bir iddiası olmayacaq və bununla əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. Məhkəmə tərəfindən göstərilən halın araşdırılması ilə bağlı E.Sadıqov və N.Mirzəyeva üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddiaçının qızı N.Mirzəyeva izahatında bildirdi ki, o və yoldaşı anasına məxsus evin ikinci mərtəbəsində yaşayırdılar. Kompensasiya ödənilən zaman anası orda yaşamırdı. Ona və yoldaşına ümumilikdə 60000 manat kompensasiya verildi. Evin birinci mərtəbəsinin 1 otağı anası tərəfindən Vüsaləyə, 2 otağı isə Elşad məllimə satılmışdı. Evin anasına məxsus hissəsində, yəni birinci mərtəbə 1 və 2 otaqlı sahələrdə həmin şəxslər yaşayırdı və həmin otaqlara görə kompensasiya həmin şəxslərə ödənilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Elşad Sadıqov verdiyi izahtında bildirdi ki, evin 2 otağı iddiaçı tərəfindən ona satılmışdır. Həmin sahəyə görə ona 50000 manat kompensasiya ödənilmişdir. Belə bir qayda var idi ki, 20 kv.m sahəyə qədər kompensasiya məbləği 50000 manat idi. Digər hissənin komoensasiyasını Vüsalə almışdır. Məhkəmə iclasında üçüncü şəxslərin və iddiaçının izahatları ilə müəyyən edildi ki, iddiaçı paylı mülkiyyətdə olan evin ona məxsus 1 və 2 otaqlı sahələrini üçüncü şəxslərə faktiki olaraq satmış və həmin şəxslər də, evin həmin hissəsinə görə nəzərdə tutulmuş kompensasiyanı (hərəsinə 50000 manat) almışlar. Hazırda isə, iddiaçı təkrar olaraq kompensasiya məbləğinin ona ödənilməsini xahiş edir ki, işin araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus payla bağlı hissədə kompensasiya məbləğləri onun qızına (60000 manat), Elşad Sadıqova (50000 manat) və Vüsalə Süleymanovaya (50000 manat), ümumilikdə 160000 manat kompensasiya ödənilmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, eyni sahəyə görə, təkrarən iddiaçıya da kompensasiyanın ödənilməsindən imtina edilməsinə dair cavabdehin mövqeyi əsaslıdır. İddiaçı paylı mülkiyyətin ona düşən hissəsinin digər şəxslərə deyil, ona ödənilməli olmasını bildirirsə kompensasiyasının ödənilməsi ilə bağlı, mənzilə qeydiyyata alınmasına razılıq verdiyi (V.Süleymanovaya), etibarnamə verdiyi E.Sadıqova və qızına qarşı mülki mühakimə icraatında əsassız varlanma tələbi ilə bağlı iddia verə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, kompensasiya ödənilməsi tələbi əsassız olmaqla təmin edilə bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-731/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-731/2025
03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver