Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7343/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X3 kаtibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Dövləl Gömrük Komitəsinin iddiaçının ünvanına daxil olmuş xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, Komitənin xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmri ilə iddiaçının gömrük orqanlarındakı xidmətinə xitam verilmişdir. xx.xx.2022ci il tarixli, 1000/166Ş nömrəli əmri iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. Buna baxmayaraq, həmin əmrin verilməsi üçün hər hansı əsas mövcud olmadığından cavabdeh Azərbaycan Respublikası Dövləl Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmri ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia ərizəsində qaldırılan məsələ ilə bağlı bildirilir ki, Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun raportunun araşdırılması zamanı Daxili Təhlükəsizlik İdarəsi ilə Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin birgə apardığı təhlillər nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı xidməti istifadəsində olan “HP Pavilion 20” markalı kompüterdən istifadə edilməklə Elektron ünvan 1 elektron poçt ünvanından müxtəlif elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə bağlı sənəd və məlumatların göndərildiyi müəyyən edilmişdir. Buna gorə də 7 fevral 2022-cı ıl tarixdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin 1000/166 ş nömrəli əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddiasının rədd edilməsi barədə qərar verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından görünür ki: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanladığı 03 fevral 2022-ci il tarixli, 34/190/004923 nömrəli raportda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsi ilə X2 və Statistika Baş İdarəsinin birgə apardığı təhlillər nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı xidməti istifadəsində olan “HP Pavilion 20” markalı kompüterdən istifadə edilməklə mailto:shahin_rzaYevO17@gmail.comElektron ünvan 1 elektron poçt ünvanından müxtəlif elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərin göndərildiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı tərəfindən sözügedən məlumatların müxtəlif elektron poçt ünvanlarına hansı məqsədlə göndərildiyinin müəyyən edilməsi üçün müvafiq araşdırma aparılması barədə göstəriş verilməsi xahiş olunur. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin 03 fevral 2022-ci il tarixli 34/190/004923 nömrəli raportunun araşdırılmasına dair arayışa əsasən xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilməsi, toplanmış materiallar Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı əməlinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmrinə əsasən Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli qərarı ile təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X11”nin 9.4-cü, 10.1-ci, 10.2-ci və 10.3-cü bəndlərinin tələbləridə əməl etməyərək xidməti vəzifəsini yerinə yetirmək üçün ona ayrılan kompüterdən kənar məqsədlər üçün istifadə etmiş, informasiya təhlükəsizliyi qaydalarına əməl etməmiş, gömrük xidmətinin X1 Sistemindən gömrük rəsmiləşdirilməsi və nəzarəti ilə bağlı əldə etdiyi məlumatlardan şəxsi məqsədləri üçün istifadə etmiş və həmin melumatları kənar şəxslərə göndərmiş, bununla da, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmuşdur. Bununla da xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 02/2-1268x/d-201964 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin sabiq baş inspektoru İddiaçı qanunsuz əməlləri barədə xx.xx.2022-ci il tarixli, 1000-190/0xxxx/002050 nömrəli məktubla daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı İddiaçı əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 1000-180/1xx-xx/002567 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 07 fevral 2022-ci il tarixli 1000/166Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilərək, həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən sizin gömrük orqanlarındakı xidmətinizə xitam verilmişdir. Qanunvericiliyə əsasən yuxarıda qeyd olunan əmrlə tanış olmaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6-cı bəndinə uyğun olaraq sizə məxsus olan əmək kitabçasını X7 İdarəsindən götürməyiniz və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməyiniz nəzərinizə çatdırılır. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı 2014-cü ildən Gömrük orqanlarında xidmət etməklə xidməti istifadəsində olan “HP Pavilion 20” markalı kompüterdən istifadə edilməklə Elektron ünvan 1 elektron poçt ünvanından müxtəlif elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərin göndərildiyi müəyyən edilmiş, bununla da xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Komitənin xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmrinə əsasən o “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə və 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilməklə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Hazırkı iddiasında iddiaçı sözügedən xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmrinin ləğvini və xidmətə bərpasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Məhkəmə Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000-180/1xxxx/002567 nömrəli məktubu ilə iddiaçının 07 fevral 2022-ci il tarixli 1000/166Ş nömrəli əmri ilə xidmətdən xaric edildiyi və əmək kitabçasının X7 İdarəsindən götürülməsi barədə xəbərdar edildiyini, xx.xx.2022-ci il tarixdə poçta təqdim edilmiş məktubun xx.xx.2022-ci il tarixdə çatdığını, iddiaçının xx.xx.2022-ci il tarixdə iddia ərizəsini poçt xidmətinə təqdim etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: -1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. -69-cu maddəsinə görə gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4 aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. -69-1-ci maddəsinə əsasən bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. -120-ci maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 8) gömrük orqanlarından xaric edildikdə; Sadalanan normalara əsasən gömrük orqanlarında xidmət keçən vəzifəli şəxsə tətbiq olunan intizam tənbeh tədbirlərindən biri, eyni zamanda xidmətə xitam verilmənin əsaslarından biri gömrük orqanlarından xaric etmədir. Qanunverici gömrük orqanı vəzifəli şəxsinə intizam tənbeh tədbirinin tətbiq edilməsinin bir neçə əsasını nəzərdə tutmuşdur: -Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələblərin pozulması, -“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl edilməməsi və ya həmin Qanunun 9cu maddəsində göstərilən hüquqpozmaları törədilməsi. Əsasnamənin 16-cı maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin: 1) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa; 1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 2) gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa; 3) müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə; 4) öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardım göstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etməyə; 5) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsi ilə iştirak etməyə; 6) tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə; 7) siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə; 8) əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur. Əsasnamənin 44-cü maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq. Göründüyü kimi intizam tənbeh tədbirinin tətbiq edilməsi əsasları ilə bağlı Əsasnamənin 69-cu maddəsi bilavasitə Əsasnamənin 16 və 44-cü maddələrində sadalanan hallardan birinin pozulmasına göndəriş edir. Eyni zamanda Əsasnamənin 69-1-ci maddəsi 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş “xidmətdən xaric edilmə” növündə intizam tənbeh tədbirinin tətbiq edilməsi əsaslarını digər tənbeh növlərindən fərqli olaraq nisbətən konkretləşdirir. Həmin maddəyə əsasən bu növ tənbehin- xidmətdən xaric edilmənin əsasları aşağıdakılar ola bilər: -vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulması -xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsi -bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə yol verilməsi. Hazırkı iş üzrə iddiaçının xidmətdən xaric edilməsinin əsasında birinci əsasiddiaçının xidmət etdiyi dövrdə xidməti intizamının kobud surətdə pozması olmuşdur. Əsasnamənin adıçəkilən 69-1-ci maddəsində “Xidməti intizamın kobud şəkildə pozulması” ifadəsinin konkret olaraq hansı halları nəzərdə tutması və yaxud konkret olaraq hansı hərəkətləri (və ya hərəkətsizlik) ehtiva etməsi göstərilməsə də hansı əməllərin xidməti intizamın kobud şəkildə pozulması kimi qəbul edilməsi əlaqəli normalar və qanunvericilik aktları əsasında müəyyən edilə bilər. Bununla əlaqədar ilk öncə qeyd edilməlidir ki, gömrük orqanlarında xidmət haqqında Əsasnamə ilkin normativ hüquqi əsas olmaqla Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında (bundan sonra “gömrük orqanları” adlanacaq) xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Bundan əlavə Əsasnamənin 2-ci maddəsində göstərilmişdir ki, gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Əsasnamənin 9-cu maddəsinə görə gömrük orqanlarında xidmət qanunçuluq, humanizm, müvafiq dövlət hakimiyyəti orqanları qarşısında cavabdehlik, xidməti intizama və etik davranış qaydalarına riayət, xidmət fəaliyyətinin nəticələrinə və ixtisasına görə xidməti irəliləyiş prinsipləri əsasında təşkil edilir. Əsasnamənin 42-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və beynəlxalq müqavilələrinə, digər normativ hüquqi aktlarına, habelə bu Əsasnaməyə uyğun olaraq öz səlahiyyətləri daxilində vəzifələr yerinə yetirir və müəyyən hüquqlardan istifadə edirlər. Əsasnamənin 44-cü maddəsində yuxarıda da qeyd edildiyi kimi gömrük orqanının vəzifəli şəxsinin etməyə borclu olduğu vəzifələr sadalanmışdır. Əsasnamənin 64-cü maddəsinə əsasən gömrük orqanlarında xidməti intizam gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin 65-ci maddəsinə görə gömrük orqanlarının nümunəvi daxili intizam qaydaları Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Beləliklə, xidməti intizamın pozulması gömrük əməkdaşının əməlinin (hərəkət və ya hərəkətsizliyi) qanunlara, Əsasnaməyə, vəzifə təlimatına, etik davranış qaydalarına daxili intizam qaydalarına bilavasitə zidd olmasıdır. Qeyd edilən intizam xətası maddi nəticənin baş verməsi və yaxud nəticənin baş verib-verməməsindən asılı olmayaraq müvafiq hərəkətin edildiyi andan başa çatmış olması ilə səciyyəndiyindən qarışıq tərkibdə-maddi -formal tərkibli pozuntu kimi qiymətləndirilə bilər. Hazırkı iş üzrə mübahisələndirilən əmrin qəbul olunmasına əsas olmuş iddiaçının xidməti intizamın kobud şəkildə pozması halı aşağıdakı normativ aktların tələblərinə əsasən qiymətləndirilir: İ.“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanunun: -2-ci maddəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır; açıq informasiya — əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş sənədləşdirilmiş informasiyadır; konfidensial informasiya - vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan məlumatlar, habelə peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləridir. informasiya təhlükəsizliyi – informasiyanın tamlığının (dəqiq, səlis, aktual və bütöv olması), əlçatanlığının (müraciət və əldə etmənin, nəzarətdə saxlamanın mümkün olması), konfidensiallığının (yalnız səlahiyyəti olan istifadəçilər və proseslər üçün məlum ola bilməsi) və mötəbərliliyinin (adekvat, obyektiv, faydalı olması) mühafizə edilməsidir. -10-cu maddəsinə əsasən əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri konfidensial xarakter daşıyır. Məlumatların dövlət sirrinə aid edilməsi, istifadəsi qaydaları və mühafizəsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Konfidensial informasiyanın toplanmasına, işlənməsinə, istifadəsinə və yayılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda yol verilə bilər -11-ci maddəsinə əsasən alınması məhdudlaşdırılmış sənədləşdirilmiş informasiya istisna olmaqla informasiya ehtiyatları ilə işləməyə buraxılmaqda istifadəçilər bərabar hüquqlara malikdirlər və məlumatlardan istifadə edilməsinin zəruriliyini informasiya ehtiyatlarının mülkiyyətçisi və ya sahibi qarşısında əsaslandırmağa məcbur deyillər. -13-cü maddəsinə görə informasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına, istifadəçilərin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına görə mülkiyyətçi və ya sahib, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. -17-ci maddəsinə əsasən İnformasiyanın mühafizəsinin məqsədləri aşağıdakılardan ibarətdir: dövlət sirri təşkil edən və konfidensial informasiyanın qorunması. -18-ci maddəsinə görə barəsində qanunsuz əməliyyatlar və davranış nəticəsində mülkiyyətçiyə, sahibə, istifadəçiyə və ya başqa şəxslərə ziyan vurula bilən hər hansı sənədləşdirilmiş informasiya mühafizə olunmalıdır. İnformasiya ehtiyatlarının mülkiyyətçisi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq informasiya mühafizəsi üçün məsul struktur bölmələr informasiya mühafizəsi tələblərinə əməl edilməsinə nəzarət etmək, bu tələblər pozulduqda isə informasiya ilə işləməyi qadağan etmək və ya dayandırmaq hüququna malikdirlər. İİ. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının «30» yanvar 2012-ci il tarixli 01/03 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X9: 1.1. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X11 (bundan sonra «X11») gömrük orqanı əməkdaşının xidmətdə və xidmətdənkənar, gündəlik həyatda davranış qaydalarının norma və müddəalarını, əxlaq prinsiplərini müəyyən edir. 1.2. Bu Kodeks gömrük orqanı əməkdaşının etik davranış normalarını təyin etməklə yanaşı, şəxsi məsuliyyət, qanuna riayət edilməsi, özünə və başqalarına münasibət prinsiplərini, ictimaiyyətlə münasibətdə etik və digər məsələlərin həllinə dair vəzifələri özündə əks etdirir. 1.3. Bu Kodeks bütün gömrük orqanı əməkdaşlarına, o cümlədən, gömrük orqan və təşkilatlarında çalışan xüsusi rütbəsi olmayan işçilərə şamil edilir. 1.4. Hər bir gömrük orqanı əməkdaşı bu Kodeksin müddəalarını dərindən öyrənməli, onun tələblərinə sözsüz əməl etməyə borcludur. 1.5. Gömrük orqanı əməkdaşının xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Xidməti davranış Azərbaycan Respublikasının qanunvericiliyi və bu Kodekslə müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. 9.4. Dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən, texniki nəzarət vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə, xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan məqsədlər üçün istifadə etməməlidir. 10.1. Gömrük orqanı əməkdaşı informasiya təhlükəsizliyinə dair müvafiq qaydalara və xidməti informasiyadan istifadə qaydalarına əməl etməlidir. 10.2. Xidməti fəaliyyəti ilə əlaqədar əldə edilmiş məlumatlardan şəxsi məqsədlər üçün istifadə etməməlidir. 10.3. İstifadəsində olan, gömrük orqanı üzrə şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatların təhlükəsizliyini qorumah, bu məlumatlardan xidməti vəzifəsinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir. 12.1 Bu Kodeksdə təsbit olunmuş prinsip və qaydalara gömrük orqanı əməkdaşı tərəfindən əməl edilməməsi, həmçinin, digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin prinsip və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilir və «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamədə nəzərdə tutulmuş intizam məsuliyyəti doğurur. 12.2 İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş pozuntu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən müəyyən edilir. İİİ. Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 1400/033 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük X4 İdarəsi haqqında Əsasnamənin: -1.1-ci bəndinə əsasən Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsi Baş İdarənin struktur bölməsidir. -4.2-ci bəndinə əsasən İdarənin strukturuna 5 şöbə (Gömrük prosedurları və ödənişləri şöbəsi, Xüsusi gömrük prosedurları şöbəsi, Tranzit daşımalarında gömrük əməliyyatları şöbəsi, Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsi və Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsi) və 1 blmə (məxfi bölmə) daxildir. 4.2.3.7-ci bəndinə əsasən Şöbənin (Bölmənin) inspektorları: -Şöbə üzrə müəyyən edilmiş daxili intizam və xidməti informasiyadan istifadə qaydalarını gözləyir; -4.2.3.8-ci bəndinə görə dövlət sirrini və qanunla qorunan digər sirləri qoruyur. Hazırkı işin hallarından görünür ki, Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru vəzifəsində işləyərkən iddiaçının xidməti istifadəsində olan “HP Pavilion 20" markalı kompüterə keçirilən baxış zamanı mailto:shahin.rzayev017@gmail.comElektron ünvan 1 elektron poçt ünvanından mailto:shieldbearer3@gmail.comElektron ünvan 2, mailto:kahin.hirkan@gmail.comElektron ünvan 3. mailto:urfanasgarzadeh@gmail.comElektron ünvan 4, Elektron ünvan 5 və Elektron ünvan 6 elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə əlaqədar sənəd və məlumatların göndərildiyi məlum olmuşdur İddiaçı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsində xx.xx.2022-ci il tarixdə aparılmış söhbətdə iddiaçı Xidməti istifadəsində olan kömpüterdə Elektron ünvan 1 elektron poçt ünvanından digər elektron poçt ünvanlarına göndərilən məlumatların və gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərin bir hissəsinin gömrük rəsmiləşdirilməsi zamanı lazım olan məlumatların gömrük orqanı olan əməkdaşları ilə məlumat mübadiləsindən ibarət olduğunu bildirmişdir. Qalan hissəsinin, yəni shieldbearer3@gmail, mailto:kahin.hirkan@gmail.comElektron ünvan 3, mailto:urfanasgarzadeh@gmail.comElektron ünvan 4 elektron poçt ünvanına göndərilən məlumatların müxtəlif tarixlərdə ölkə ərazisindən ixrac edilən meyvə, tərəvəz məhsullarının miqdarı, dəyəri, bəyannamə nömrəsi, ixracatçı və idxalatçı barədə məlumatlar və sair məlumatlardan ibarət olmaqla bacısının həyat yoldaşı X5 xahişi ilə ona göndərdiyini bildirmişdir. Bundan əlavə Elektron ünvan 7 elektron poçt ünvanının “NB-Broker” şirkətində işləyən dostu Fərid Süleymanzadəye məxsus olduğunu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından verilən gömrük bəyannamələrinin hazırda “NB-Broker" şirkəti tərəfindən tərtib edildiyini və həmin Cəmiyyətin ötən dövrlər ərzində bəyan etdiyi mallara dair mal-müşayiət sənədlərinin Fərid Süleymanzadənin xahişi ilə yeni gömrük bəyannamələrini tərtib edərkən istifadə etməsi məqsədilə ona göndərdiyini bildirmişdir. Bundan əlavə rzayev.s.c@.gmail.com elektron poçt ünvanının özünə məxsus olduğunu, həmin poçt ünvanına bir neçə halda idxal edilən mallara dair məlumatları göndərməkdə məqsədinin sözügedən mallar barəsində işdən kənar vaxtlarda dolğun araşdırma aparmaq olduğunu qeyd etmişdir. Eyni zamanda iddiaçı izahatında ona verilmiş “xidməti vəzifənizin icrası zamanı xidməti məlumatlardan xidməti zərurət olmadan istifadə etdiyi və əlaqəsi olmayan üçüncü şəxslərə bu məlumatları göndərməklə qulluq mövqeyindən sui-istifadə etməsi” ilə bağlı suala cavab olaraq səhvini etiraf etmiş, etdiyi hərəkətlərə görə hazırda peşman olduğunu bildirmişdir. Beləliklə, iddiaçının izahatına, aparılmış inzibati icraat materiallarına, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarına əsasən müəyyən olunur ki, iddiaçının xidməti istifadəsində olan kompüterdə ona aid e-mail üzərindən müxtəlif ünvanlara göndərilmiş məlumatlar, məlumatların kimlərə və hansı məqsədlə göndərilməsindən asılı olmayaraq gömrük rəsmiləşdirilməsi zamanı lazım olan məlumatların gömrük orqanı olan əməkdaşları ilə məlumat mübadiləsi, eləcə də ölkə ərazisindən ixrac edilən meyvə, tərəvəz məhsulları, məhsullara dair bəyannamə nömrələri, malların miqdarı, dəyəri və s. barədə olmaqla xüsusən müxtəlif ixracatçı və idxalatçı bəyannaməçilər barədə məlumatlar, hüquqi şəxsin özünün rəsmi müraciəti olmadan ona xidmət etdiyini bildirdiyi broker şirkətinin nümayəndəsinə göndərilmiş məlumatlar öz xarakterinə görə xidməti informasiyalardır. Belə ki, həmin informasiyalar ən azından əldə olunması qanunvericilik ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün təyin olunmuş və yaxud hər kəsin ümumi informasiya mənbələrindən əldə edə biləcəyi informasiyalar olmamaqla yanaşı, bilavasitə gömrük prosedurları və ödənişləri şöbəsində gömrük inspektoruna xidməti zamanı ona məlum olan, başqa sözlə əldə edilməsi məhdudlaşdırılan informasiyalara aid hesab olunur. Beləliklə, iddiaçının ona məlum olan xidməti informasiyanı kənar üçüncü şəxslərə göndərməsi yuxarıda qeyd edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunu ilə nəzərdə tutulmuş informasiya təhlükəsizliyi qaydalarına, “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin “X11”nin 9.4-cü, 10.1-ci, 10.2-ci və 10.3-cü bəndləri ilə nəzərdə tutulmuş xidməti fəaliyyəti ilə əlaqədar əldə edilmiş məlumatlardan istifadə qaydalarına, xidmət etdiyi Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsi Baş İdarəsinin Əsasnaməsinin 4.2.3.7ci bəndi ilə nəzərdə tutulmuş xidməti informasiyadan istifadə ilə bağlı vəzifəsinə, “Gömrük orqanlarında Xidmətkeçmə haqqında Əsasnamənin 44-cü maddəsi ilə gömrük əməkdaşı üçün nəzərdə tutulmuş xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq kimi vəzifələrinə zidd olmuşdur. Qeyd edilən işçinin qanunazidd hərəkətlərinin xidməti intizamın kobud şəkildə pozulması və bu əsasdan onun xidmətdən xaric edilməsinin əsası kimi qiymətləndirilməsini isə qanunvericilik inzibati orqana qadağan etməmişdir. Məhkəmə onu da diqqətə alır ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-1-ci maddəsində xidmətdən xaric edilmənin əsasları sadalanarkən eyni zamanda həmin maddənin məzmununda “bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehin vəzifələrin icrası zamanı (......) tətbiq edilə bilər” ifadəsinin yer alması qeyd edilən xidmətdən xaric edilmənin tətbiq edilmə əsasının qiymətləndirməsində inzibati orqanın qiymətləndirmə azadlığına malik olmasından xəbər verir. Eyni zamanda bu hal “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X11”nin 12.1 və 12.2-ci maddələrində də təsbit olunmuşdur. Adıçəkilən maddələrə əsasən intizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş pozuntu faktı üzrə inzibati orqanın dəyərləndirilməsinə həvalə olunmuşdur. Başqa sözlə, hazırkı iş üzrə xidməti intizamın pozulması halı mövcuddur və qeyd edilən xidməti intizamın pozulması faktının kobud şəkildə pozuntu kimi qəbul edilərək Əsasnamənin 69.1-ci maddəsinin 7-ci bəndi ilə xidmətdən xaric edilmə növündə intizam tənbeh növünün tətbiqini məhdudlaşdıran hal qanunla və hazırkı iş üzrə mövcud deyildir. Xidməti intizamın kobud şəkildə pozulmasının əksini sübut edən hal iş üzrə müəyyən olunmamışdır. İddiaçı tərəfin iddia etdiyi iddiaçının əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd olunması və bu halın ona tətbiq edilmiş tənbeh növünün düzgün seçilməməsi kimi dəlilinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Əvvəla qeyd edilməlidir ki, Cinayət Məcəlləsi ilə bilavasitə “xidməti vəzifəsinə və yaxud işinə görə məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılmasına görə cinayət məsuliyyəti” nəzərdə tutulur. İddiaçının yaydığı məlumatlar dövlət sirrini təşkil edən məlumat kimi qiymətləndirilməsə belə öz hüquqi təbiətinə görə vəzifələrin icrası zamanı işçiyə məlum olan xidməti informasiyadır. Xidməti informasiyanın yaymamaq yaxud xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq gömrük əməkdaşının bilavasitə vəzifəsidir. İddiaçının xidməti informasiyanı yayması xidməti intizamı qaydalarını kobud şəkildə pozulması kimi qiymətləndirilərək xidmətdən xaric edilməsi ilə nəticələnmişdir. Bundan əlavə qeyd edilməlidir ki, işçinin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürənin törədilmiş intizam hüquq pozuntusuna görə işçiyə işdən azad etmə növündə intizam tənbeh tədbiri tətbiq etmək səlahiyyətinə malikdir. Başqa sözlə, işçinin törətdiyi hüquq pozuntusu və yaxud hüquqazidd əməlinə görə işəgötürən tərəfindən işdən azad edilməsi mümkündür və həmin əmələ görə cinayət məsuliyyətinə cəlb edilməməsi işdən azad etmə növündə tənbehin tətbiqini istisna etmir. Qeyd edilən hal istər gömrük orqanlarında xidmət haqqında qanunvericiliklə bunu qadağan edən imperativ normanın olmamasından, istərsə də Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinin birbaşa tələbindən irəli gəlir. Beləliklə, iddiaçı barəsində əliverişsiz inzibati aktın-mübahisələndirilən əmrin ləğv edilməsi üçün hər hansı hal hazırkı iş üzrə müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qeyd olunan qanunvericilik normalarına əsasən cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi öz təsdiqini tapmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7343/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7343/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver