Məhkəmə qərarları › İş №2-1(112)-7422/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7422/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7422/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərimin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək müharibə veteranı adı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük “Vətən Müharibəsi” dövründə 054№-li hərbi hissədə zabit kimi xidmət etmiş və xx.xx.N0N3-cü il tarixdə yaşa görə ehtiyata buraxılmışdır. N №-li hərbi hissə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri ilə 44 günlük Vətən Müharibəsi dövrü döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissə hesab edilmişdir. Lakin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. İddiaçı xx.xx.N0N4-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ünvanlayaraq müharibə veteranı adının verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçıya xx.xx.N0N5-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçı imtina cavabı əsassız və qanunsuz hesab edir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.N0N5-ci il tarixli məktubda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.N0N3-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumatın 6-cı, 7-ci və 8-ci bəndlərində olan qeydlərə, N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N16 nömrəli NN sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə vətəndaş İddiaçı “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, döyüş əməliyyatları zamanı iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissədən təqdim olunmuş görünür ki, İddiaçı Vətən müharibəsi zamanı hərbi hissənin maliyyə xidmətinin rəisi vəzifəsində “Kürdəmir rayonunda” xidməti vəzifələrini icra etmiş və o, döyüş əməliyyatlarına cəlb edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatları zamanı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək işğaldan azad olunmamış Kürdəmir rayonunda maliyyə xidmətinin rəisi vəzifəsində xidmət etmişdir. Həmçinin bildirilir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və döyüş tapşırıqlarının icrası haqqında N nömrəli hərbi hissə komandirinin N oktaybr N0N0-ci il tarixli 495 nömrəli əmrindən çıxarışdan da görünür ki, iddiaçı hərbi hissənin dislokasiya məntəqəsi olan Kürdəmir rayonunda maliyyə xidmətinin rəisi vəzifəsində xidməti vəzifələrini yerinə yetirmiş; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci abzaslarına istinad edərək aşağıda qeyd edilən qaydaları nəzərə çatdırılır: - 10-cu abzas - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N7 sentyabr N0N0ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N7 sentyabr N0N0-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 11-ci abzas - N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı adı və vəsiqəsi” verilir. - N-ci bəndə əsasən bu Əsasnamənin 1 -ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, Kürdəmir rayonu istiqaməti üzrə yerləşmiş hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteram” adı və vəsiqəsi verilir: 1) N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların dövüs təminatı üzrə tapşırıqları yerinə yetirmiş; N) Əsasnamənin 1 -ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan vəzifəsini icra etdiyi ərazi Kürdəmir rayonunda olmuşdur. Göründüyü kimi Kürdəmir rayonu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə inzibati is materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı dövüs əməliyyatlarına cəlb edilməmiş, dövüs əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları verinə yetirməmiş və Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamış, yalnız xidməti vəzifələrini icra etmişdir. Hörmətli məhkəmə, yuxarıda qeyd edilən analoji işlə bağlı Sumqayıt Apellvasiva Məhkəməsinin İnzibati Kollegiyasında məhkəmə təcrübəsi formalaşmış və Apellyasiya Məhkəmənin İnzibati Kollegiyasının (sədrlik edən hakim Hökümə Babayeva) xx.xx.N0N3 N-1(105)-376/N0N3 nömrəli Qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilmişdir. Həmçinin analoji işlə bağlı Bakı Apellvasiva Məhkəməsinin İnzibati Kollegiyasında məhkəmə təcrübəsi formalaşmış və Apellvasiva Məhkəmənin İnzibati Kollegiyasının (sədrlik edən hakim Mirzə Tağızadə) xx.xx.N0N4 N-1(103)-3395/N0N4 nömrəli Qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellvasiva şikayəti təmin edilmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.N və 17). Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.N, 48.N-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilir.

6. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

8. Həmin Əsasnamənin 10-cu və 11-ci bəndlərinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında ...Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

9. İddianın növü öhdəliyin icrasında dair iddiadır.

10. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. N №-li hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 9 №-li Əmrindən çıxarışa əsasən Mayor İddiaçı, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin N4 dekabr N019-cu il tarixli 0564 nömrəli əmri ilə N nömrəli hərbi hissənin Maliyyə Xidməti Rəisi vəzifəsinə təyin edilmiş, Bakı şəhəri N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, 10 yanvar N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilsin, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. Vəzifə maaşı ştata əsasən təyin edilmişdir. Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 8 nömrəli təyinat vərəqəsi.

12. N №-li hərbi hissə komandirinin “N nömrəli hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyalarına cəlb edilməsi və döyüş tapşırıqların icrası haqqında ”xx.xx.N0N0-ci il tarixli, 495 № Əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 0N1 nömrəli döyüş əmrini rəhbər tutaraq N nömrəli hərbi hissənin hərbi qulluqçularının Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilməsi və verilmiş döyüş tapşırıqların icra edilməsi məqsədi ilə əmr edilmişdir:

1. N nömrəli hərbi hissənin idarə heyəti, S-1N5-NTM divizionu, təlim divizionu, radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-texniki təminat taqımı Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilsin. Döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə hərtərəfli (döyüş, maddi-texniki, mənəvi-psixoloji və tibbi) təminat üzrə tədbirlər tam şəkildə həyata keçirilsin. N. Hərbi hissənin bölmələri üçün döyüş tapşırıqları aşağıdakı kimi müəyyənləşdirilsin: N.N. X4 - tabelikdəki bölmələrin avtotexniki, yanacaq sürtkü materialları, ərzaq, əşya, metroloji, maliyyə və raket artilleriya silahların təminatı üzrə tədbirləri vaxtında həyata keçirmək, bölmələrin həyat qabiliyyətini saxlanılması, tibbi təminatı üzrə bütün növ prafilaktik tədbirlərin həyata keçirilməsini, qaytarılmaz və sanitar itkilərin təxliyyəsin, ilkin tibbi yardımların göstərilməsini həyata keçirtməklə yanaşı bölmələrin yaşama qabiliyyətini saxlanılması üçün tapşırıqlar icra edilsin. Cəlb edilən şəxsi heyət - N nömrəli hərbi hissənin qərargahının arxa cəbhə təminat və tibbi təminat üzrə şəxsi heyət.

3. xx.xx.N0N0-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələrini yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı aşağıdakı kimi tərtib edilsin: Sıra sayı Vəzifəsi Hərbi rütbəsi Adı, soyadı, İştirak etdiyi ata adı bölmə 15 Maliyyə xidməti rəisi mayor İddiaçı X4

13. N №-li hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli, NN3 № Əmrinə əsasən maliyyə xidməti rəisi-baş mühasib mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N0N3-cü ilin hesabından 45 (qırx beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə, N1 sentyabr N0N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinə göndərilmişdir. Mayor İddiaçı N0N3-cü ilin yanvar-avqust aylarındakı xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilmişdir. Mayor İddiaçı Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N3-cü il tarixli 0N4 nömrəli əmri ilə "1-ci məharət dərəcəsi" verilmişdir. Mayor İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq vəzifə və rütbə maaşının beş misli miqdarında birdəfəlik pul müavinəti ödənilsin. N0N3-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilib. N0N3-cü ilin növbəti məzuniyyətindən 45 (qırx beş) gün istifadə edib və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilib. Əsas: Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N0N3-cü il tarixli 0505 nömrəli əmrindən çıxarış (daxilolma № 153) və üzülüşmə vərəqəsi № 16.

14. N nömrəli Hərbi Hissə tərəfindən verilmiş xx.xx.N0N5 nömrəli Arayışda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı həqiqətən xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Müdafiə nazirinin xx.xx.N0N1-ci il tarixli 06N nömrəli, Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N0-ci il tarixli 0N1 nömrəli və hərbi hissə komandirinin N7 sentyabr N0N0-ci il tarixli 07N nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında Maliyyə xidməti rəisi vəzifəsində hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 500 nömrəli əmri ilə yaradılan bilavasitə mühafizə heyəti qismində Hərbi Hava Qüvvələrinin ehtiyat mərkəzi komanda məntəqəsinin qorunması üzrə döyüş təminatı tapşıqlarmı yerinə yetirmişdir.

IV. Məhkəmənin mövqeyi

15. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

16. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir.

17. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinə əsasən, N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji XN Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

18. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.

19. Cavabdeh orqan tərəfindən imtinanın və etirazın əsas dəlili İddiaçı vəzifəsini icra etdiyi ərazinin (Kürdəmir rayonu) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş ərazi meyarlarına uyğun olmaması ilə bağlıdır.

20. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - N №-li hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 9 №-li Əmrindən çıxarışa əsasən Mayor İddiaçı, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin N4 dekabr N019-cu il tarixli 0564 nömrəli əmri ilə N nömrəli hərbi hissənin Maliyyə Xidməti Rəisi vəzifəsinə təyin edilmiş, Bakı şəhəri N nömrəli hərbi hissədən gəlmiş hesab edilsin, 10 yanvar N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. - N №-li hərbi hissə komandirinin “N nömrəli hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyalarına cəlb edilməsi və döyüş tapşırıqların icrası haqqında” xx.xx.N0N0-ci il tarixli, 495 № Əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 0N1 nömrəli döyüş əmrini rəhbər tutaraq N nömrəli hərbi hissənin hərbi qulluqçularının Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilməsi və verilmiş döyüş tapşırıqların icra edilməsi məqsədi ilə əmr edilmişdir: 1. N nömrəli hərbi hissənin idarə heyəti, S-1N5-NTM divizionu, təlim divizionu, radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-texniki təminat taqımı Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilsin. Döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə hərtərəfli (döyüş, maddi-texniki, mənəvi-psixoloji və tibbi) təminat üzrə tədbirlər tam şəkildə həyata keçirilsin. N. Hərbi hissənin bölmələri üçün döyüş tapşırıqları aşağıdakı kimi müəyyənləşdirilsin: N.N. X4 - tabelikdəki bölmələrin avtotexniki, yanacaq sürtkü materialları, ərzaq, əşya, metroloji, maliyyə və raket artilleriya silahların təminatı üzrə tədbirləri vaxtında həyata keçirmək, bölmələrin həyat qabiliyyətini saxlanılması, tibbi təminatı üzrə bütün növ prafilaktik tədbirlərin həyata keçirilməsini, qaytarılmaz və sanitar itkilərin təxliyyəsin, ilkin tibbi yardımların göstərilməsini həyata keçirtməklə yanaşı bölmələrin yaşama qabiliyyətini saxlanılması üçün tapşırıqlar icra edilsin. Cəlb edilən şəxsi heyət - N nömrəli hərbi hissənin qərargahının arxa cəbhə təminat və tibbi təminat üzrə şəxsi heyət. 3. xx.xx.N0N0-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələrini yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı aşağıdakı kimi tərtib edilsin: Sıra sayı Vəzifəsi Hərbi rütbəsi Adı, soyadı, İştirak etdiyi ata adı bölmə 15 Maliyyə xidməti rəisi mayor İddiaçı X4 - N №-li hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli, NN3 № Əmrinə əsasən maliyyə xidməti rəisi-baş mühasib mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N0N3-cü ilin hesabından 45 (qırx beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə, N1 sentyabr N0N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinə göndərilmişdir. Mayor İddiaçı N0N3-cü ilin yanvar-avqust aylarındakı xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilmişdir. Mayor İddiaçı Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N3-cü il tarixli 0N4 nömrəli əmri ilə "1-ci məharət dərəcəsi" verilmişdir. Mayor İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq vəzifə və rütbə maaşının beş misli miqdarında birdəfəlik pul müavinəti ödənilsin. N0N3-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilib. N0N3-cü ilin növbəti məzuniyyətindən 45 (qırx beş) gün istifadə edib və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilib. - N nömrəli Hərbi Hissə tərəfindən verilmiş xx.xx.N0N5 nömrəli Arayışda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı həqiqətən xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Müdafiə nazirinin xx.xx.N0N1-ci il tarixli 06N nömrəli, Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N0-ci il tarixli 0N1 nömrəli və hərbi hissə komandirinin N7 sentyabr N0N0-ci il tarixli 07N nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında Maliyyə xidməti rəisi vəzifəsində hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 500 nömrəli əmri ilə yaradılan bilavasitə mühafizə heyəti qismində Hərbi Hava Qüvvələrinin ehtiyat mərkəzi komanda məntəqəsinin qorunması üzrə döyüş təminatı tapşıqlarını yerinə yetirmişdir.

21. Məhkəmə nəzərə alır ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı – döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə maddi-texniki, mənəvi-psixoloji və tibbi təminat üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı avtotexniki, yanacaq sürtkü materialları, ərzaq, əşya, metroloji, maliyyə və raket artilleriya silahların təminatı üzrə tədbirləri vaxtında həyata keçirmək, bölmələrin həyat qabiliyyətini saxlanılması, tibbi təminatı üzrə bütün növ prafilaktik tədbirlərin həyata keçirilməsini, qaytarılmaz və sanitar itkilərin təxliyyəsin, ilkin tibbi yardımların göstərilməsini həyata keçirtməklə yanaşı bölmələrin yaşama qabiliyyətinin saxlanılması məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.

22. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı N nömrəli hərbi hissəyə ezam olunduğu dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Belə olan təqdirdə iddiaçının faktiki vəziyyəti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir.

23. Məhkəmə tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat olmadığı müəyyən edilmişdir (bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir).

24. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərlidir. Məhkəmə qeyd edir ki, birinci Qarabağ müharibəsindən fərqli olaraq ikinci Qarabağ müharibəsinin iştirakçılarına müharibə veteranı adı və vəsiqəsi müvafiq siyahı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Yəni bu proses müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı vahid inzibati icraatın tərkib hissəsidir. Bununla belə, yekun olaraq (müvafiq razılaşdırmadan sonra) müvafiq ad və vəsiqə məhz Müdafiə Nazirliyi tərəfindən verildiyindən məhkəmə hesab edir ki, iddia tələbi məhz müharibə veteranı adı və vəsiqəsinin verilməsi kimi təmin edilməlidir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun N4.N-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

26. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

27. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

29. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.

30. Göstərilənlərə əsasən və İPM-in 4.1, N3.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar