Məhkəmə qərarları › İş №2-1(112)-7440/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7440/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7440/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümaəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X19, X20, X51, X12, X42, X14, X5, X21, X4, X22, X15, X35, X23, X16, X2, X6, X7, X8, X3, X24, X25, X1, X9, X37, X26, X17 və X29 üçüncü şəxs qismində cəlb olunmaqla) mənzillər üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Mənzil Tikinti Kooperativinin adına Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən: - 3-cü mərtəbə 83,1 kv.m. olan 1 №-li mənzil; - 3-cü mərtəbə 193,6 kv.m. olan 2 №-li mənzil; - 3-cü mərtəbə 134,3 kv.m. olan 3 №-li mənzil; - 3-cü mərtəbə 87 kv.m. olan 4 №-li mənzil; - 4-cü mərtəbə 83,1 kv.m. olan 5 №-li mənzil; - 4-cü mərtəbə 193,6 kv.m. olan 6 №-li mənzil; - 4-cü mərtəbə 134,6 kv.m. olan 7 №-li mənzil; - 5-ci mərtəbə 83,1 kv.m. olan 9 №-li mənzil; - 5-ci mərtəbə 193,6 kv.m. olan 10 №-li mənzil; - 5-ci mərtəbə 87 kv.m. olan 12 №-li mənzil; - 6-cı mərtəbə 83,1 kv.m. olan 13 №-li mənzil; - 6-cı mərtəbə 193,6 kv.m. olan 14 №-li mənzil; - 6-cı mərtəbə 87 kv.m. olan 16 №-li mənzil; - 7-ci mərtəbə 193,6 kv.m. olan 18 №-li mənzil; - 7-ci mərtəbə 134,3 kv.m. olan 19 №-li mənzil; - 7-ci mərtəbə 87 kv.m. olan 20 №-li mənzil; - 8-ci mərtəbə 83,1 kv.m. olan 21 №-li mənzil; - 8-ci mərtəbə 193,6 kv.m. olan 22 №-li mənzil; - 8-ci mərtəbə 87 kv.m. olan 24 №-li mənzil; - 9-cü mərtəbə 83,1 kv.m. olan 25 №-li mənzil; - 9-cü mərtəbə 193,6 kv.m. olan 26 №-li mənzil; - 9-cü mərtəbə 87 kv.m. olan 28 №-li mənzil; - 10-cu mərtəbə 83,1 kv.m. olan 29 №-li mənzil; -1 0-mərtəbə 134,3 kv.m. olan 31 №-li mənzil; - 10-cü mərtəbə 87 kv.m. olan 32 №-li mənzil; - 11-ci mərtəbə 83,1 kv.m. olan 33 №-li mənzil; - 11-ci mərtəbə 193,6 kv.m. olan 34 №-li mənzil; - 11-ci mərtəbə 134,3 kv.m. olan 35 №-li mənzil; -1 1-ci mərtəbə 87 kv.m. olan 36 №-li mənzil; - 12-ci mərtəbə 83,1 kv.m. olan 37 №-li mənzil; - 12-ci mərtəbə 193,6 kv.m. olan 38 №-li mənzil; - 13-cü mərtəbə 193,6 kv.m. olan 42 №-li mənzil; - 13-cü mərtəbə 134,3 kv.m. olan 43 №-li mənzil; - 13-cü mərtəbə 87 kv.m. olan 44 №-li mənzil; - 14-cü mərtəbə 83,1 kv.m. olan 45 №-li mənzil; - 14-cü mərtəbə 193,6 kv.m. olan 46 №-li mənzil; - 14-cü mərtəbə 134,3 kv.m. olan 47 №-li mənzil; - 14-cü mərtəbə 87 kv.m. olan 48 №-li mənzil; - 15-ci mərtəbə 83,1 kv.m. olan 49 №-li mənzil; - 15-ci mərtəbə 193,6 kv.m. olan 50 №-li mənzil; - 15-ci mərtəbə 134,3 kv.m. olan 51 №-li mənzil; - 15-ci mərtəbə 87 kv.m. olan 52 №-li mənzil; - 16-cı mərtəbə 83,1 kv.m. olan 53 №-li mənzil; - 16-cı mərtəbə 193,6 kv.m. olan 54 №-li mənzil; - 16-cı mərtəbə 134,3 kv.m. olan 55 №-li mənzil; - 16-cı mərtəbə 87 kv.m. olan 56 №-li mənzil; - 17-ci mərtəbə 83,1 kv.m. olan 57 №-li mənzil; - 17-ci mərtəbə 193,6 kv.m. olan 58 №-li mənzil; - 17-ci mərtəbə 134,3 kv.m. olan 59 №-li mənzil; - 17-ci mərtəbə 87 kv.m. olan 60 №-li mənzil; - «mansard» 193,6 kv.m. olan 62 №-li mənzil; - «mansard» 134,3 kv.m. olan 63 №-li mənzil; - «mansard» 87 kv.m. olan 64 №-li mənzilin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24 noyabr 2020-ci il tarixli qərardadına əsasən X19, X20, X51, X12, X42, X14, X5, X21, X4, X22, X15, X35, X23, X16, X2, X6, X7, X8, X3, X24, X25, X1, X9, X37, X26, X17 və X29 üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, 12 oktyabr 2004-cü il tarixli Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin 01 oktyabr 2004cü il tarixli 01-01/368 saylı razılıq məktubunu, İddiaçı Mənzil Tikinti Kooperativinin 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı dayanacağın layihələşdirilməsi və tikintisinə İddiaçı Mənzil Tikinti Kooperativinə icazə verilmişdir. Bundan sonra həmin sahədə 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binası inşa edilmiş və tikinti 2017-ci ildə başa çatmışdır. Bununla bağlı müvafiq dövlət orqanları tərəfindən inşaat pasportu, rəy, istismara icazə və s. sənədlər MTK-ə təqdim edilmişdir. Bundan sonra iddiaçı "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən daşınmaz əmlakların (inşa edilmiş binada) 54 mənzil üzərində hüquqların daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 13 avqust 2020-ci il, 24 avqust 2020-ci il, 21 sentyabr 2020-ci il tarixlərdə ərizələrlə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 07 oktyabr 2020-ci il tarixli **********44 №-li məktubu ilə imtina vermişdir. Cavabdeh verdiyi imtinanı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvan: Dilarə Əliyeva küçəsi, 198) ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 12 (on iki) mənzil (1 (bir) mənzil üzərində məhkəmə qərarına əsasən hüquqlarına xitam verilmişdir) və ümumi sahəsi 2116,3 kv.m. olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hesab olunur ki, cavabdeh tərəfindən imtina üçün gətirdiyi bu cür dəlil tam əsassızdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən binanın 10 (on) mənzil üzrə məhkəmə mübahisəsi Bakı İnzibati Məhkəməsində davam edir və həmin işlər üzrə İddiaçı MTK 3-cü şəxs qismində cəlb edilmişdir. Bundan əlavə qeyd olunan ünvanında yerləşən bina yalnız həmin on mənzildən ibarət deyil, həmin binada əllidən artıq mənzil yerləşir. Bundan başqa cavabdeh özü bildirir ki, bir mənzil üzrə məhkəmə qərarı əsasında hüquqlarına xitam verilmişdir. Belə ki, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 15 sentyabr 2017- ci il tarixli 2-1(81)-4637/2017 saylı qərarı ilə iddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, 7-ci mərtəbə, 4 otaqlı, ümumi sahəsi 210 kv.m. olan 18 saylı mənzilə və həmin binanın 10-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m. olan 4 otaqlı 30 saylı mənzilə Abbas Zeynalovun mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsinin İdarəyə həvalə edilməsi qət edilmişdir. Lakin həmin məhkəmənin 27 mart 2018-ci il tarixli 2-1(81)-4637/2017 saylı qərardadı ilə məhkəmə özünün 15 sentyabr 2017-ci il tarixli qərarını ləğv etmiş və iş üzrə qəbul edilmiş 06 aprel 2018-ci il tarixli qərarı ilə iddiaçı X28 Xidmətinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, 7-ci mərtəbə, 4 otaqlı, ümumi sahəsi 210 kv.m. olan 18 saylı mənzilə və həmin binanın 10-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m. olan 4 otaqlı 30 saylı mənzilə dair Abbas Zeynalovun mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və həmin qeydiyyatlar əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Qeyd etdiyim qərar yuxarı instansiya məhkəmələr tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Beləliklə, qeyd olunan hallar Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən daşınmaz əmlakların cavabdeh tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativinin müraciətinin təmin edilməsi və daşınmaz əmlakların qeydə alınması üçün tam əsas verir. Daha sonra iddiaçı tərəfindən təqdim olunmuş müraciət ərizəsinin İddiaçı Mənzil Tikinti Kooperativinin sədri tərəfindən yox, sədrin etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanması müraciətin təmin edilməməsi üçün əsas deyil. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməsinə etiraz edərək izahatında göstərdi ki, İddiaçı MTK tərəfindən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaklar üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı baxılmış və müəyyən edilmişdir ki, ünvan 5 ünvan Dilarə Əliyeva küçəsi 198 ünvanında inaş edilmiş yaşayış binasında yerləşən 12 mənzil və ümumi sahəsi 2116,3 kv.metr olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1 mənzil üzərində məhkəmə qərarına əsasən hüquqlara xitam verilmişdir. Buna görə də müraciətin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. Hazırki iddia tələbi üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin adına Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən mənzillər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə araşdırması zamanı iddiaçının hazırki tələblə bağlı subyektiv hüquqa malik olmadığı müəyyən edilmişdir. Belə ki, işdə olan dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Mənzil-Tikinti Kooperativi olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır və qanuni təmsilçisi X18r. İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 237 saylı, 12 oktyabr 2004-cü il tarixli sərəncamından görünür ki, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2004cü il tarixli, 01-04/368 saylı razılıq məktubunu, İddiaçı Mənzil Tikinti Kooperativinin xx.xx.2004-cü il tarixli, A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin qarşısındakı sahədə yeraltı avtodayancağının layihələşdirilməsi və tikintisinə həmin MTK-ya icazə verilmişdir. Həmin sərəncam əsasında bağlı müvafiq dövlət orqanları tərəfindən inşaat pasportu, rəy, istismara icazə və s. sənədlər MTK-ə təqdim edilmişdir. Bundan sonra həmin sahədə 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binası inşa edilmiş və tikinti 2017-ci ildə başa çatmışdır. Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Mənzil Məcəlləsinin 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. Həmin Məcəllənin 109.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Hazırki halda İddiaçı MTK kooperativ binanın mənzilləri üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Halbuki mənzil-tikinti kooperativləri yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Həmçinin qanunvericiliyin tələblərinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Göründüyü kimi mənzil-tikinti kooperativləri tələb olunan müddətə müvəqqəti yaradılır və yuxarıda göstərilən əsaslar üzrə sonrakı mərhələdə qanunla müəyyən olunmuş qaydada ləğv və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilir. Həmçinin qanunvericilik üzrə mənzil-tikinti kooperativi deyil, onun üzvləri pay haqqını tam ödədikdə onların yaşayış sahəsinə mülkiyyət hüququ əldə edirlər. Belə olan halda qeyd olunan mənzillər üzərində kooperativin mülkiyyət hüququnun qeydə alınmasını tələb etməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MTK-nın hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun mövcud olması müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X19, X20, X51, X12, X42, X14, X5, X21, X4, X22, X15, X35, X23, X16, X2, X6, X7, X8, X3, X24, X25, X1, X9, X37, X26, X17 və X29 üçüncü şəxs qismində cəlb olunmaqla) mənzillər üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar