Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7442/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Məclisinə qarşı sorğu etdiyi informasiyanın verilməsinə dair inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Məclisinin Aparatına ünvanladığı 05.04.2021-ci il tarixli və 30.04.2021-ci il tarixli məktublarla sorğu etdiyi yazılı informasiyanın kağız daşıyıcıda çap edilərək, yazılı formada ona göndərilməsinin təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanununa, xüsusilə də, bu Qanunun 2.2, 2.4, 3.0.1, 6.1.1,6.1.3, 6.1.5, 6.1.7, 10.1, 10.4.1, 10.4.5,13.1.2 maddələrinə uyğun olaraq, o, hüquq və azadlıqlarımın həyata keçirilməsini təmin etmək üçün ona lazım olan informasiyanın əldə edilməsi məqsədilə sorğu ilə 05.04.2021 və 30,.04.2021-ci il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin Aparatına müraciət etmişdir. Sorğu etdiyi informasiya heç də dövlət sirri deyildir, siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində dövlətin maraqlarına zidd deyil ("İnformasiya əldə etmək haqqında" Qanunun 2.4-1-ci maddəsinin tələblərinə zidd deyildir) və Milli Məclisdəki fəaliyyəti ilə bağlı olaraq, şəxsən özünə aiddir. Cari il aprelin 5-də və 20-də Milli Məclisə göndərdiyi informasiya sorğularında Məclis Aparatından xahiş etmişdir ki, o dövrdə (2018-ci ildə) İddiaçı Milli Məclisin Aparatında sektor müdiri vəzifəsində işləyərkən onun tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış 03.12.2018-ci il tarixli məktubun Prezident Administrasiyasından 21/3415 nömrəli, 06.12.2018-ci il tarixli məktubla aidiyyəti üzrə Milli Məclisə daxil olub-olmaması və ya Milli Məclisdə qəbul edilib-edilməməsi barədə yazılı informasiya verilsin. Çünki, Prezident Administrasiyasından həmin məktubun rekvizitləri barədə telefonla aldığı qısa statistik məlumat onu qane etmədiyindən, eyni zamanda həmin məktubla bağlı Milli Məclis heç bir mövqe sərgiləmədiyindən və məktuba, ümumiyyətlə, münasibət bildirimədiyindən məktubun Milli Məclisdə qəbul edilibedilməməsi barədə informasiyanı Milli Məclisdən informasiya sorğusu vasitəsilə əldə etmək istərdi. Əgər sözügedən məktub 2018-ci ilin dekabrın 6-da Prezident Administrasiyasından Milli Məclisə göndərilibsə, həmin məktub arxivləşdirilərək Milli Məclisin arxivində saxlanılmalıdır, eləcə də, daxil olan məktubların qeydiyyat kitabçasında Milli Məclisə daxil olmuş həmin məktub barədə qeydlər olmalıdır. Sadəcə həmin məktubun Milli Məclisə daxil olub-olmaması və ya Milli Məclisdə qəbul edilib-edilməməsi barədə arxiv informasiyasını yazılı şəkildə əldə etmək istərdi. Sorğu etdiyi informasiyanın mahiyyəti bundan ibarətdir. Qeyd edir ki, həmin məktubun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Milli Məclisə daxil olub-olmaması və ya Milli Məclisdə qəbul edilibedilməməsi barədə Milli Məclisdən indiyə kimi ona heç bir yazılı və şifahi informasiya verilməmişdir. Bu informasiya hüquq və azadlıqlarımın həyata keçirilməsi üçün tələb olunur. Düşünür ki, əgər Milli Məclisin Aparatı vətəndaş olaraq onun hüquq və azadlıqlarının həyata keçirilməsində və ya bərpa edilməsində maraqlıdırsa və ya bu işə kömək etmək istəyirsə, sorğuya müsbət cavab verməlidir. Bu, həm də, Milli Məclisin qəbul etdiyi və Prezidentin imzaladığı qanunların tələbidir. Milli Məclis Aparatından yuxarıda qeyd edilmiş sorğularına verilən 20 aprel 2021-ci il tarixli 09-1-21 nömrəli və 25.05.2021-ci il tarixli, 09-1-32 nömrəli cavablardan (cavab məktubları iddia ərizəsinə əlavə olunur) aydın olur ki, sözgedən orqanın mövqeyi “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsaslanır. Çünki, həmin maddənin tələbinə görə "müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda" müraciət baxılmamış saxlanılır. Milli Məclis də, informasiya sorğusunda tələb olunan informasiyanı verməmək üçün məhz əvvəlki məhkəmə qərarlarına istinad etmişdir. Halbuki, o zaman məhkəmədə Milli Məclisə qarşı qaldırdığı iddia tələbi heç də, bu məsələyə dair informasiya sorğusu əldə etmək barədə yox, işə bərpa ilə bağlı olmuşdur və məhkəmədə bu məktubun Milli Məclisə daxil olub-olmaması və ya Milli Məclisdə qəbul edilib-edilməməsi əvvəlki məhkəmə çəkişmələrinin predmeti də, olmamışdır. Hər üç məhkəmə instansiyası müddətin ötürülməsi mülahizəsini əsas götürərək işə mahiyyəti üzrə baxılmadığından, o zaman qəbul edilmiş müvafiq məhkəmə qərardadlarında və qərarında bu məsələ barədə heç bir qeyd yoxdur və heç bir münasibət bildirilməmişdir. Buna görə də, deyilə bilər ki, "Vətəndaşların müraciətləri haqqında" qanunun 8.1.3-cü maddəsinə əsaslanan bu hüquqi yanaşma, ümumiyyətlə yanlışdır. Çünki, o, vətəndaş olaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa yox, “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə müvafiq olaraq Milli Məclisə informasiya soğrusu göndərmişdir. Sorğusu da, məhz “İnformasiya əldə etmək haqqında” Qanunun müddəaları əsasında cavablandırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdir. Məhkəmə iddianın predmet baxımından mümkünlüyünə hüquqi qiymət verərək hesab edir ki, iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtlərini ödəmədiyindən mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı öz iddia tələbinin hüquqi əsasını “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hüquqlarının pozulması ilə əsaslandırır. Halbuki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır. Həmin Qanunun 3.0.6-cı maddəsinə əsasən informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. İddia ərizəsinin məzmunundan və iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı özünün Azərbaycan Respublikası Milli X1 Parlament təşkilatları ilə iş sektorunun müdiri vəzifəsindən azad olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinə etdiyi müraciətinin, baxılması üçün Azərbaycan Respublikası Prezident Administrasiyasından 21/3415 nömrəli, 06.12.2018-ci il tarixli məktubla Milli Məclisə göndərildikdən sonra müraciətinə Azərbaycan Respublikası Milli Məclisində baxılıb-baxılmaması barədə məlumatın əldə olunması ilə bağlı sonuncuya müvafiq ərizə ilə (özü həmin məktubu “İnformasiya əldə edilməsi haqqında sorğu” şəklində göndərmişdir) müraciət etmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçının həmin ərizəsi (sorğusu) “Vətəndaşların müraicətləri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən təklif, ərizə və şikayətlər kateqoriyasına aid olmaqla, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş informasiya və informasiya sorğusu anlayışlarına aidiyyəti yoxdur. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin (qanunun tənzimləmə sahəsi) 4.2.3-cü bəndində bir başa qeyd edilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən təklif, ərizə və şikayətlərə bu Qanun şamil edilmir. Göstərilən hal isə, hazırkı iddia tələbinin inzibati məhkəmə icraatında baxılmasının mümkünlüyünü və əsaslandırılmış iddia kimi qəbul olunmasını stisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Əks təqdirdə, Məcəllənin 35.3-cü maddəsinin tələbindən göründüyü kimi, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7442/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7442/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver