Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7600/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil,cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “iddiaçıya Baş Prokurorun müavini kimi 2015-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia qaldıraraq “ iddiaçıya 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya Baş Prokurorun müavini kimi 2015-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin 03 sentyabr 2024-cü il tarixli Qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 iyun 1979-cu ildən 22 sentyabr 1993-cü ilə kimi (14 il 3 ay 10 gün) Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, baş ədliyyə müşaviridir. İşlədiyi müddətdə yaxşı işinə görə dəfələrlə mükafatlandırılmışdır. Ümumi iş stajı isə 35 ildən çoxdur. 24 dekabr 2015-ci il tarixdə onun 60 yaşı tamam olmuş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən sabiq prokurorluq əməkdaşı kimi onun güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmışdır. Həmin qanunun 9.4 və 9.4.2-ci maddələrində göstərilmişdir ki, 25 və daha çox ümumi stajı olan və bu stajın 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malikdirlər. 29 oktyabr 2023-cü il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh təşkilata yazılı formada müraciət edərək lazım olan sənədlərin surətlərini göndərmiş, Lakin iki aydan artıq müddət keçməsinə baxmayaraq qanunsuzluq edilərək ona heç bir rəsmi cavab verilməmişdir. Bununla da iddiaçının Azərbaycan Respublikası Konstitusiyasımın 57-ci maddəsində təsbit olunmuş “Müraciət etmək hüququ”, həmçinin digər insan və vətəndaş hüquqları kobud formada pozularaq ona qarşı laqeydlik və etimadsızlıq göstərilmişdir. Dəfələrlə etdiyi telefon zənglərinə cavab olaraq bildirilmişdir ki, güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. Lakin, rəsmi cavab verilmədiyindən iddiaçı qanunla qorunan hüquqlarının müdafiəsi ilə bağlı yuxarı təşkilatlara və yaxud məhkəməyə müraciət etmək hüququndan məhrum olmuşdur. Dəfələrlə şifahi şikayətlərindən sonra cavab məktubunun surəti ona qeyri rəsmi olaraq təqdim edildi. Həmin məktubda cavabdeh təşkilat Qanunun 20.8.1 və 20.8.2-ci maddələrinə əsaslanaraq 15 il və daha yuxarı qulluq stajının olması halında pensiyaya çıxa bilməyini bildirmişlər. Eyni zamanda prokurorluq orqanlarında iş stajını qanunsuz olaraq 9 il 6 ay 23 gün kimi hesablayıblar. xx.xx.2024-cü il tarixində təkrarən sənədlərini əlavə etməklə yenidən cavabdeh təşkilata müraciət ünvanlamış, bu müraciətinə də cavabdeh tərəfindən müsbət cavab verilmədi. xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilir: “Bildiririk ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş 25 il və daha çox ümumi stajı olan, bu stajın isə 12 il 6 ayını (1 iyul 2017- ci il tarixindən sonra 17 il 6 ay) prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ var idi. Qeyd olunanları nəzərə alaraq, prokurorluq orqanlarında xüsusi rütbəli vəzifələrdə qulluq illəri 12 il 6 aydan az olduğundan, həmçinin prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyindən, sizə müraciətinizdə göstərdiyiniz 60 yaşınızın tamamlandığı tarixdən prokurorluq orqanlarının sabiq xüsusi rütbəli işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mükün deyildir”.Cavabdeh təşkilat iddiaçının staj illərini düzgün hesablamamaqla yanaşı eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsini də cavab məktubunda düzgün əks etdirməmişdir. Belə ki, Qanunun 9.4.2-ci maddəsində deyilir: “ yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. İlk olaraq, Baş Prokurorluğun xx.xx.2011-ci il tarixli məktubuna əsasən iddiaçının prokurorluq orqanlarında iş başladığı ilk iş olan arxiv müdiri vəzifəsi Baş Prokurorluğun strukturuna əsasən rütbəli vəzifədir. Cavabdeh təşkilat isə 1979-cu ilin avqust ayının 30dan 1984-cü ilin 29 fevral tarixinədək olan dövrü qanunsuz olaraq əmək stajına daxil etmir. Halbuki, iddiaçının xx.xx.1979-cu il tarixindən xx.xx.1993-cü ilə kimi Azərbaycan Respublikası Prokurorluğunda işlədiyi müddət 14 il, 3 ay, 10 gün təşkil edir. Göründüyü kimi qanunun 12 il 6 ay iş stajı tələbi tam olaraq təmin edilir. İddiaçının Baş prokurorluqda arxiv müdiri işlədiyi 30 avqust 1979 - 29 fevral 1984-ci illər Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi 27 may 2011-ci il tarixli 11/496 nömrəli arayışdan göründüyü kimi arxiv müdiri vəzifəsi Baş Prokurorluğun strukturuna əsasən hazırda rütbəli vəzifədir. Göstərilənlərə əsasən iddiaçının Azərbaycan Respublikası Baş prokurorluğunda arxiv müdiri vəzifəsində işlədiyi 30 avqust 1979-29 fevral 1984-cü illər (4 il 8 ay 17 gün) də ona prokurorluqda qulluq stajı kimi hesablanaraq pensiya təyin olunmasımda nəzərə alınmalıdır. İlk əmək fəaliyyətinə xx.xx.1972-ci il tarixində başlamış, əmək kitabçasında olan iş yerləri və əmək stajı aşağıdakı kimidir. xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə kimi: - 8 ay, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilə kimi: - 3 ay, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə kimi: 2 il müddətində hərbi xidmət, xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə kimi 2 il, 8 ay, 24 gün, xx.xx.1979-cu il tarixindən xx.xx.1993-cü ilə kimi Azərbaycan Respublikası Prokurorluğunda: - 14 il, 3 ay, 10 gün, xx.xx.2000-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi: 3 il, 13 gün, xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinə kimi: 13 il, 4 ay, 25 gün. Göründüyü kimi ümumilikdə 35 il, 5 ay, 25 gün tam əmək stajı mövcuddur. Bu əmək stajının 14 il, 3 ay, 10 günü Prokurorluq orqanlarının payına düşür. Həmçinin 1977-ci il tarixindən 1983-cü il tarixinə kimi Kirov adına Azərbaycan Dövlət Universitetində axşam təhsili üzrə hüquqşünaslıq təhsil almış, (oxuduğu illərdə tam ştat prokurorluq orqanlarında əmək fəaliyyəti davam edib. Qanunvericiliyin tələbinə uyğun olaraq təhsil müddətinində əmək stajına daxil edilməsi ilə 40 ilə yaxın əmək stajı tamam olur). Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 2010-cu il tarixli redaksiyasının 9.4 və 9.4.2-ci maddələrinə əsaəsn iddiaçının pensiya hüququ yaranmışdır. 2015-ci ildə 60 yaşı tamam olmuş, 25 ildən artıq əmək stajı olmuş və bu stajın 14 ildən çox hissəsi prokurorluq orqanlarının payına düşmüşdür. Qanunun 9.4-cü maddəsində deyilir: prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Göründüyü kimi qanun 25 il ümumi iş stajı olan və bu stajın 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin pensiya hüququnu tanıyır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Mərkəzi filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-C- 277501/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/2-C-26706/2024 nömrəli imtina məktublarında bildirilmişdir ki, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olduğundan, həmçinin prokurorluq orqanlarında qulluğa yaşa görə xitam verilmədiyindən, ona sabiq xüsusi rütbəli işçi kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən prokurorluq orqanlarında iş stajı 15 ildən az (9 il 6 ay 23 gün (xx.xx.1984 xx.xx.1993-cü il tarixləri arasındakı dövr) təşkil etmişdir. İddiaçı prokurorluq orqanlarında xüsusi rütbəli vəzifələrdə qulluq illəri 12 il 6 aydan az olduğundan, həmçinin prokurorluq orqanlarında qulluğa yaşa görə xitam verilmədiyindən, iddiaçıya 60 yaşının tamamlandığı tarixdən prokurorluq orqanlarının sabiq xüsusi rütbəli işçi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı Azərbaycan SSR Prokurorluğunun arxiv müdiri vəzifəsində işlədiyi (xx.xx.1979-ci il tarixdən xx.xx.1984-cü il tarixədək) olan müddət həmin dövr üçün rütbəli vəzifə olmadığından prokurorluq orqanlarında qulluq illərinə əlavə edilməmişdir. Həmçinin, İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmişdir ki, 1977-ci il tarixdən 1983-cü il tarixə kimi S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil almışdır. İddiaçı təhsil aldığı illərin onun ümumi iş stajına daxil edilməsi tələbini irəli sürmüşdür. İddiaçı təhsil aldığı dövrlə Azərbaycan SSR Prokurorluğunun arxiv müdiri vəzifəsində işlədiyi dövr (xx.xx.1979-ci il tarixdən xx.xx.1984-cü il tarixədək) eyni tarixə təsadüf etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1. məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun çıxış edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir.
Faktiki hallar və sübutlar.
AA 299630 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Baş Prokurorluğun 19 may 2023-cü il tarixli, 2-2-10/4/3-648/2023 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan SSR prokurorunun xx.xx.1979-cu il tarixli 217 nömrəli əmri ilə işə qəbul edilmiş və aşağıdakı vəzifələrdə işləmişdir: xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Azərbaycan SSR Prokurorluğunun arxivarius; xx.xx.1979-cu ildən xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilədək Azərbaycan SSR Prokurorluğunun arxiv müdiri; Azərbaycan SSR prokurorunun 29 fevral 1984-cü il tarixli, 70 nömrəli əmri ilə Azərbaycan SSR prokurorluq orqanlarında qulluğa (rütbəli vəzifələrə) qəbul edilərək aşağıdakı vəzifələrdə çalışmışdır; xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək Bakı şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajoru; xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi; xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək Bakı şəhər prokurorluğunun İstintaqa nəzarət şöbəsinin prokuroru; xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək Bakı şəhər prokurorluğunun böyük müstəntiqi, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Bakı şəhər prokurorluğunun mühüm işlər üzrə müstəntiqi, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək Bakı şəhər prokurorluğunun böyük müstəntiqi; xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikası Baş prokurorunun müavini; xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək Bakı şəhər prokurorluğunun İstintaq şöbəsinin istintaq hissəsinin müstəntiqi. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1993-cü il tarixli, 1250 nömrəli əmri ilə İddiaçı intizam məsuliyyətinə cəlb edilərək tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 10 avqust 1992-ci il tarixli, 672 nömrəli əmri ilə İddiaçı baş ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və prokurorluq orqanlarından xaric edilərkən o, həmin rütbədən məhrum olunmamışdır. Prokurorluq orqanlarında işlədiyi müddət ərzində İddiaçı Azərbaycan SSRprokurorunun 27 iyul 1987-ci il tarixli 267 №-li əmri ilə təşəkkür, xx.xx.1983-cü il tarixli 156 nömrəli əmri ilə təşəkkür və 100 rubl, həmçinin xx.xx.1990-cı il tarixli 355 nömrəli əmri ilə 100 rubl mükafat verilmişdir. Həmçinin ayında 100 % və həmin ilin may ayında 50 % vəzifə maaşı həcmində mükafat verilmişdir.İddiaçı 1990-cı ilin sentyabr ayında, 1992-ci ilin dekabr ayında, 1993cü ilin mart ayında 100% və həmin ilin may ayında 50% vəzifə maaşı həcmində mükafat verilmişdir. Baş Prokurorluğun 27 may 2011-ci il tarixli, 11/496 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək işlədiyi Azərbaycan Respublikası Prokurorluğunun arxiv müdiri vəzifəsi Baş Prokurorluğun struktruna əsasən hazırda rütbəli vəzifədir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın iddiaçıya İddiaçı ünvanladığı 06 fevral 2024-cü il tarixli, 3-17-1/2-C-26706/2024 saylı “Sabiq prokurorluq orqanlarının işçisi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubuna əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını (1 iyul 2017-ci il tarixindən sonra 17 il 6 ay) prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ var idi. Qeyd olunanları nəzərə alaraq, prokurorluq orqanlarında xüsusi rütbəli vəzifələrdə qulluq illəri 12 il 6 aydan az olduğundan, həmçinin prokurorluq orqanlarında qulluğa yaşa görə xitam verilmədiyindən, iddiaçıya müraciətində göstərdiyi 60 yaşının tamamlandığı tarixdən prokurorluq orqanlarının sabiq xüsusi rütbəli işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. ИВ 046227 nömrəli diplomdan görünür ki, 1977-ci ildən 1986-cı ilədək Azərbaycan Dövlət Universitetində təhsil almışdır. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1972-ci ildə Naxçıvan SSR Durulaşdırılmış qaz kontoruna İİ dərəcəli işçi təyin edilmiş, xx.xx.1973-cü ildə tutduğu vəzifədən azad edilib, xx.xx.1973-cü ildə müvəqqəti olaraq 2-ci növbə çiyidli pampıqla işləyən işçi qismində işə qəbul olunub, xx.xx.1974-cü ildə işdən azad olunub, xx.xx.1974cü ildə Kolxozçu “1may” kolxozunda 73 gün iləyərək 327 manat pul qazanmış, xx.xx.1974cü il tarixdən xx.xx.1976-cı il tarixədək Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1976cı ildə Darama sexinə darayıcı aparatların təmizləyicisi, itiləyicisi qismində qəbul olunmuş, xx.xx.1979-cu ildə işdən azad edilmiş, xx.xx.1979-cu ildə Prokurorluq orqanlarına qəbul edilmiş, xx.xx.1979-cu ildə Azərbaycan SSR Prokurorluğunun dəftərxanasının arxiv müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.1984-ci ildə Bakı şəhəri prokurorluğuna müstəntiq vəzifəsi üzrə stajor, xx.xx.1985-ci ildən Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiq vəzifəsinə,xx.xx.1989-cu ildə Bakı şəhəri prokurorluğu baş müstəntiqi, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə respublika Baş prokurorunun müavini təyin edilmiş, xx.xx.1993-cü ildə Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi haqqında xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikası qanununun icrası ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və xx.xx.1993-cü ildə üzürsüz səbəblərə görə tutduğu vəzifədən azad edilərək, prokurorluq orqanlarından xaric edilmişdir, xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək "xxxx" ASC-də hüquqşünas vəzifəsində işləmiş, xx.xx.2006-ci ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmişdir, Bakı şəhəri 13 saylı hüquqməsləhətxanasına vəkil göndərilmişdir, xx.xx.2019-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021 –ci il tarixli hökmünə əsasən həmin tarixdən Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən xaric edilmişdir.
Məhkəmənin mövqeyi:
7. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsaslı hesab edir.
8. İddiaçı prokurorluq orqanlarında qulluq etmiş şəxs olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Prokurorluq orqanlarında qulluq etmiş şəxslərin əmək pensiyası hüququnun yaranması əsasları, təyin edilməsi şərtləri “Əmək pensiyaları haqqında“, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının normalarına əsasən müəyyən edilir.
9. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.4. prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun iddiaçının 60 yaşı tamam olduğu 2015-ci ildə qüvvədə olan redaksiyasına əsasən: 9.4. prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri;9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.
10. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.1. Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – "prokurorluqda qulluq keçmə" adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. 3.1. Bu Qanun "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilən prokurorluq işçilərinə şamil edilir. 32.1 Prokurorluğa işə bir qayda olaraq 30 yaşınadək şəxslər qəbul olunurlar. 32.2. Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. 32.4. Yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. 32.5. Prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir.
11. "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Bu qanunda aşağıdakı anlayışlar istifadə olunmuşdur: prokuror - Azərbaycan Respublikasının baş prokuroru, bütün tabe prokurorlar, prokuror müavinləri, prokurorun böyük köməkçiləri, prokuror köməkçiləri, idarə, şöbə rəisləri, rəislərin müavinləri, idarə, şöbələrin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, prokurorları və prokuror-kriminalistləri;[1] müstəntiq - xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük müstəntiqlər, müstəntiqlər, stajor müstəntiqlər; əməliyyatçı – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları; prokurorluq işçiləri - prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları; prokurorluğun stajorları - prokurorluq orqanlarında ilk dəfə iş təcrübəsi keçən şəxslər. İş materiallarında olan sənədlər əsasında müəyyən olunur ki, İddiaçı prokurorluq orqanlarında müstəndiq, respublika baş prokurorunun müavini vəzifələrdə işlədiyi üçün iş stajı 9 il 6 ay 23 gün (xx.xx.1984 -xx.xx.1993-cü il tarixləri arasındakı dövr) təşkil etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının prokurorluq orqnlarında arxivarius vəzifəsində işlədiyi dövr prokurorluq işçiləri üçün güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün staja daxil edilə bilməz. Belə ki, “arxivarius”, “arxiv müdiri” qanunverici tərəfindən “prokurorluq işçıləri” sayılmamışdır. “Prokurorluq haqqında” Qanuna görə “prokurorluq işçiləri prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları”dır(maddə1) Göründüyü kimi iddiaçının ümumi stajı güzəştli şərtlərlə pensiyanı təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 35 ( və ya iddiaçının 60 yaşı tamam olduğu tarixinə Qanunun qüvvədə olan redaksiyasına əsasən 25 il) stajından az təşkil edir. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçının prokurorluq orqanlarında qulluğuna xitam yaşa görə, yəni 60 yaşına çatması əsası ilə 2015-ci ildə deyil, 2010-cu ildə prokurorluq orqanlarından xaric edilməsi səbəbi ilə baş vermişdir. Halbuki “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2. –ci maddəsinə əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə iddiaçya prokurorluq orqanlarında qulluğa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi üçün qanunvericilikdə göstərilmiş əsaslar mövcud deyil. Belə olan halda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsidən imtinası qanuni və əsaslı olmuşdur.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “iddiaçıya Baş Prokurorun müavini kimi 2015-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddia tələbi təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа