Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7691/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X22 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi işə cəlb edilməklə sərəncamın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi işə cəlb edilməklə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 118 saylı yaşayış binasının 12 saylı mənzilində qanuni sənədlər əsasında aparılmış təmir tikinti işləri nəticəsində artırılmış yaşayış sahəsinə dəyişiklik edilərək, mənzilin artan ölçülərinin dəqiqləşdirilməsi haqqında sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə Socar Sosial İnkişaf Departamentinin Təmir-Tikinti Şöbəsi öz subpodratçısı "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 28.09.2006-cı il tarixli, 2006-2010-cu illərdə Dövlət Proqramı çərçivəsində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair “Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Dövlət Neft Şirkətinin qərarı ilə yeni yaşayış və ictimai obyektlərin planlaşdırılması və tikintisinə dair 262 saylı əmri (11.06.2007) əsasında Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 118 saylı yaşayış binasmda rekonstruksiya apararaq yeni üzlük vurmuşlar. Görülmüş təmir-tikinti işləri nəticəsində həmin binada yerləşən bütün mənzillərin konstuksiyası və ölçüləri dəyişilmişdir. Görülən işlər Bakı şəhər İcra Hakimiyyətinin 7-78/17g saylı, 06.02.2007-ci il tarixli, 7-169/17g saylı 20.03.2007-ci il tarixli, 7-267/17g saylı 01.06.2007-ci il tarixli məktubları ilə Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işlərinə kömək olunması müraciətinə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-398 saylı 13.12.2011-ci il tarixli razılaşdırdığı eskiz layihəsi və Bakı Dövlət Layihə İnstitutunun işlədiyi layihə sənədlərinə uyğun olaraq aparılmışdır. Bu məlumatı Socar-ın Sosial İnkişaf İdarəsi 08.02.2018-ci il tarixli cavab məktubunda da, yazmışdır. Socarın Sosial İnkişaf İdarəsinin ona ünvanladığı cavab məktubunda qeyd edilmişdir ki, aparılmış təmir-tikinti işləri və mənzillərdə yaranmış əlavə sahə, plan dəyişiklikləri barədə müvafiq sənədlər təqdim edilməklə İdarə tərəfindən aidiyyatı üzrə Cavabdehnə Qİ12/ƏTr-02/140 nömrəli, 28.01.2014-cü il tarixli məktub ünvanlanmışdır. Mənzilinin artırılmış sahəsinin sənədləşdirilməsi üçün Cavabdehnə müraciət etməsi tövsiyyə edilmiş və müvafiq sərəncamın verilməsi Cavabdeh səlahiyyətinə aid olduğu bildirilmişdir. O, bir neçə dəfə müvafiq sərəncamın verilməsi barədə Cavabdehnə müraciət etdikdən sonra yekunda ona verilmiş 28.05.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlər Sosial İnkişaf İdarəsi tərəfindən İcra hakimiyyətinə təqdim edildikdən sonra məsələyə yenidən baxılacaqdır. Hesab edir ki, bu cavab tam əsassız və qanunsuzdur. Belə ki, həmin hüququmüəyyənedici sənədlər bir neçə ildir ki, Cavabdehnə təqdim edilmişdir. Nəzərə çatdırır ki, həmin binanın sakini X2 məxsus 13 saylı "Mənzilin ölçülərinin dəqiqləşdirilməsi haqqında” Cavabdeh Başçısı 15.03.2016-cı il tarixli sərəncam vermiş və yeni ölçülər əsasında həmin mənzilə dair 12.07.2018-cı il tarixdə yeni Çıxarış əldə etmişdir. Həmçinin, X14, X3 və X4 Cavabdehnə qarşı həmin binada yerləşən özlərinə məxsus müvafiq olaraq 123, 124 və 125 saylı mənzillərin artırılmış yaşayış sahələrinə dəyişiklik edilərək, bu məzillərin artan ölçülərinin dəqiqləşdirilməsi haqqında Sərəncam verilməsinin Cavabdehnə həvalə edilməsi barədə iddia tələbləri Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2018-ci il tarixli Qərarı ilə təmin edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 19.02.2020-ci il tarixli və Ali Məhkəmənin 01.07.2020-ci il tarixli Qərarları ilə qüvvədə saxlanılmışdır. (Ali Məhkəmənin 01.07.2020-ci il tarixli Qərarı əlavə edilir). Hesab edir ki, həmin binada yerləşən və onun xüsusi mülkiyyətində olan 12 saylı mənzilində edilmiş dəyişiklik nəticəsində artan sahənin dəqiqləşdirilməsi barədə sərəncam vermək səlahiyyəti Cavabdehnə məxsusdur və eyni zamanda həmin səlahiyyəti icra etmək vəzifəsini daşıyır. Mənzil Məcəlləsinin 23, 24 və 26cı maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanının 6-cı bəndinə əsasən müvafiq İnzibati aktı qəbul etmək səlahiyyəti Cavabdehnə məxsusdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Təmir Tikinti şöbəsi öz subpodratçi "xxxx" MMC vasitəsi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 fevral 2006-cı il tarixli “2006-2010-cu illərdə” “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafin sürətləndiriləndirilməsinə dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qərarı ilə yeni yaşayış və ictimai obyektlərin planlaşdırılması və tikintisinə dair 262 saylı əmri (11.06.2007-ci il) əsasında ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli mövcud yaşayış binalarının fasadlarının yenidən qurulması işləri aparılmışdır (blok 1,2,3,4,5,6,7,8,9,10,11). Görülmüş təmir tikinti işləri nəticəsində həmin binada yerləşən, sakinlərə məxsus daşınmaz əmlakın, bütün mənzillərinin konstruksiyası və yaşayış sahələrinin ölçüləri dəyişdirilmişdir. Görülən işlər Bakı şəhər İcra hakimiyyətinin 7-78/17g saylı 06 fevral 2007ci il tarixli, 7-169/17g saylı 20 mart 2007-ci il tarixli, 7-267/17g saylı 01 iyun 2007- ci tarixli məktubları ilə Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işlərinə kömək olunması müraciətinə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04- 398 saylı 13 dekabr 2011-ci il tarixli razılaşdırdığı eskiz layihəsi və “Bakı Dövlət Layihə” İnstitutunun işlədiyi layihə sənədlərinə uyğun olaraq aparılmışdır. Aparılmış tikinti-işləri və mənzillərdə yaranmış sahə, plan dəyişiklər barədə müvafiq sənədlər təqdim olunmaqla Sosial İnkişaf İdarəsi tərəfindən aidiyyəti üzrə Cavabdehnə məktub ünvanlanmışdır. Bu məlumatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi 08 fevral 2018-ci il tarixli SOKAR **********31671373X00002 saylı cavab məktubunda yazmışdır (məktub əlavə olunur). Cavabdeh Başçısına ünvanlanmış 28.01.2014-cü il tarixli, Qİ12/ƏTY-02/140 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvandakı beş mərtəbəli yaşayış binasının bir qrup sakini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə müraciət edərək, yaşadıqları binaların fasadlarında aparılmış əsaslı təmir-yenidənqurma işlərindən sonra mənzillərində yaranmış sahə və plan dəyişikliklərinin texniki sənədlərdə nəzərə alınmasına köməklik olunmasını xahiş etmişlər. Göstərilən ünvanda beş mərtəbəli yaşayış binasının fasadının və dam örtüyündə Sosial İnkişaf İdarəsinin sifarişi ilə aparılmış əsaslı təmir-yenidənqurma işləri Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış eskiz layihəsini, aidiyyəti dövlət qurumlarının rəylərini göndərərək, sakinlərin müraciətlərinə baxılmasına göstəriş verilməsi xahiş olunmuşdur. Məktuba aşağıdakı sənədlər əlavə olunmuşdur: Eskiz layihəsinin surəti bir albom - 1 (bir) nüsxə, X18 Xidmətinin rəyi-bir nüsxə 2(iki) vərəqdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi- bir nüsxə 2(iki) vərəqdə Respublika Gigiyena və Epedemiologiya Mərkəzinin rəyi- bir nüsxə 3(üç) vərəqdə (məktub əlavə olunur). Yuxarıda sadalanan işin faktiki hallarından müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 118 saylı, beş mərtəbəli yaşayış binalarının fasadların yenidən qurulması Azərbaycan Respublikası Dövlət Nəft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişi ilə aparılmış əsaslı təmiryenidənqurma işlərinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Lakin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişi ilə aparılmış əsaslı təmir - yenidənqurma işləri dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 02 fevral tarixli 25 nömrəli Sərəncamına əsasən “Azərbaycan X19” X8 balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı şəhər İcra Hakimiyyətinin balansına, Bakı şəhər İcra Hakimiyyətinin 2015-ci il 20 fevral tarixli, 65 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən isə “Azərbaycan X19” X8 balansında ölan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. ünvan 2 saylı bina Azərbaycan X19” X8 balansında olmuş və hal-hazırda da, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 118 saylı binada yaşayan İddiaçı M-102-091 nömrəli, 24.05.2021-ci il qeydiyyat tarixli ərizə ilə Cavabdehnə müraciət edərək, ünvan 2 saylı binada ona məxsus olan 12 saylı mənzildə təmirdən sonra əlavə sahənin sənədləşdirilməsi barədə sərəncam qəbul edilməsini xahiş etmişdir. Cavabdeh M-102-091, 28.05.2021-ci il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, RİH tərəfindən Azərbaycan Respublikası Dövlət Nəft Şirkətinin Sosial İnkişaf İdarəsinə ərizəçinin qaldırdığı məsələ ilə bağlı müraciət ünvanlanmışdır. Hüquqmüəyyənedici sənədlər Sosial İnkişaf İdarəsi tərəfindən rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra ərizəçinin qaldırdığı məsələyə yenidən baxılacaqdır. İddiaçını cavab qane etmədiyindən, o, məhkəməyə müraciət etməyi üstün tutmuşdur. Yaşayış binalarında əsaslı təmir-yenidənqurma işlərinin aparılması “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydalan”nın (AzDTN 1.6-1*, 6.3) tələblərinə uyğun Azərbaycan Respublikası Dövlət Nəft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən tam başa çatdırılmamışdır. Tikintisinin istehsalat sənədləri AzDTN 1.6-1* normativ sənədinin 4.8 bəndinə uyğun (tikinti-quraşdırma işlərin jurnalı, üstü örtülən işlərin və məsul konstruksiyaların qəbul edilmə aktların tərtib edilməsi, yuk aparan daş hörqüsünün ilişmə möhkəmliyinin sınaq aktları və s.) tam həcmində hazırlanmamışdır. Yaşayış binasının dayanıqlığı və istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyindən müvafiq rəy alınmamışdır. Obyektinin sifarişçisi olan Azərbaycan Respublikası Dövlət Nəft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən əsaslı təmir-yenidənqurma işləri yekunlaşdırdırdıqdan sonra yaşayış binasının istismara qabul edilməsi üçün dövlət qəbul komissiyasının yaradılması barədə (AzDTN 1.6-1*, 6.7. bəndinə əsasən) Fövqəladə Hallar Nazirliyinə hər hansı bir müraciət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 1.2-ci bölməsinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra - Nazirlik) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (bundan sonra - Agentlik) və digər struktur bölmələri tərəfindən tikinti, yenidənqurma, əsaslı təmir və bərpa işlərinin (bundan sonra - tikinti işləri) bütün mərhələlərində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində dövlət nəzarətinin həyata keçirilməsi mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.4-cü bölməsinə əsasən bu Qaydalar İİİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti işləri ilə bağlı məsələlərinin tənzimlənməsinə şamil olunmur. Həmin Qaydaların 3.5.1-ci bölməsinə əsasən respublika ərazisində İ və İİ məsuliyyət səviyyəli bina və qurğularda aparılan tikinti işlərinə dövlət nəzarəti Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra — Dövlət Müfəttişliyi) tərəfindən həyata keçirilir. Digər bina və qurğularda yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının memarlıq-tikinti nəzarət xidmətləri öz işlərini müvafiq qanunvericiliyə və normativ-texniki sənədlərə uyğun olaraq təşkil edir; Həmin Qaydaların 3.6.4-cü bölməsinə əsasən qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X18 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X7 Görülməsi və X10 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. Həmin Qaydaların 3.6.6-cı bölməsinə əsasən qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. Bildirilir ki, Bakı şəhəri Cavabdeh şəhərin tərkibində olan rayondur və obyektin (Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 118 ünvanında yerləşən beş mərtəbəli yaşayış binasının) qəbul komissiyasının tərkibinə Cavabdeh nümayəndəsi daxil edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 6-cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin mülkiyyətçinin müraciət etdiyi gündən 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd olunur ki, yerli icra hakimiyyəti orqanı (Cavabdeh) binanın tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin (mənzilin deyil) və binanın istismara qəbul aktının (mənzilin deyil) surətlərinin mülkiyyətçinin müraciət etdiyi gündən 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etməlidir. Tək sözügedən ünvanda yox, rayonun digər ərazilərində yerləşən binalarda da aparılmış əsaslı təmir-yenidənqurma işləri yekunlaşdırıldıqdan sonra sifarişçi tərəfindən istismara qəbul aktı alınmamasına görə sakinlər eyniməzmunlu problemlə qarşılaşmışlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 sentyabr 2008-ci il tarixli, 214 nömrəli “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı”nın təsdiq edilməsi haqqında qərarın 1-ci hissəsinə əsasən İstismara yararsız olduğu halda, eləcə də dağılması zamanı müxtəlif miqyaslı iqtisadi, sosial və ekoloji nəticələrə səbəb olan bina və qurğuların məsuliyyət səviyyəsinin uçotu üçün üç səviyyə təyin olunmuşdur. Təsnifata əsasən yaşayış evləri (12 metr hündürlüyədək yaşayış evləri istisna olmaqla) İİ məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. ünvan 5 ünvandakı beş mərtəbəli yaşayış binası İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aiddir. ünvan 5 ünvandakı beş mərtəbəli yaşayış binası İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aiddir və istismara qəbul etmək Bakı şəhər İcra Hakimiyyəti başçısının vəzifəsinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamədə Yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri qeyd edilmişdir. Əsasnamənin 1.3-cü yarımbəndinə əsasən Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. Həmin Əsasnamənin 4.11.11.5-ci yarımbəndinə əsasən Yerli icra hakimiyətinin başçısı təmirtikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyətinə malikdir. Həmin Əsasnamənin 4.11.12-ci yarımbəndinə əsasən müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək səlahiyyətinə malikdir. Həmin Əsasnamənin 4.18.2-ci yarımbəndinə əsasən bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11,5-ci, 4.11.17-ci, 4.12.3-1 -ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4- cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. ünvan 5 ünvandakı beş mərtəbəli yaşayış binası İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aiddir və Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi sifarişçi kimi binanı istisma qabul edilməsi üçün dövlət qəbul komissiyasının yaradılması üçün vəzifəsini daşıyır. Sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edirlər ki, Cavabdeh 9/M-102- 091 saylı, 28.05.2021-ci il tarixli məktubu qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Dövlət Nəft Şirkətinin Sosial İnkişaf İdarəsinə tərərfindən ünvan 5 ünvandakı beş mərtəbəli yaşayış binaların fasadların yenidən qurulması ilə bağlı istismara qəbul aktının təqdim olunduqdan sonra ərizədə qaldırmış məsələyə yenidən baxıla bilər. Bu da onu deməyə imkan verir ki, iddia maddi hüquqi cəhətdən əsassızdır və bu səbəbdən təmin oluna bilməz. 3-cü şəxs tərəfindən məhkəməyə iddia ərizəsinə münasibət təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1 -ci maddəsinə uyğun olaraq yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanlarının qərarı əsasında həyata keçirilir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Mjəcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən həmin Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqan”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyətləri orqanları həyata keçirir. Əlavə olaraq diqqətə çatdırırlar ki, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012- ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.12-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aiddir. Bundan əlavə, Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 6/784 nömrəli 26.08.2021-ci il tarixli “İddia tələbinə Etiraz”da istinad edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli 390 nömrəli qərarı ilə 2017-ci il iyulun 1-dən ləğv edilmişdir. Məlum olduğu kimi, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19.03.2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.1-ci yarımbəndinə əsasən Baş İdarə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəl Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.2-ci yarımbəndinə əsasən dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, iddiaçının iddia tələbində ğeyd olunanlar Baş İdarənin səlahiyyətləri xaricindədir və bununla bağlı Baş İdarə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak 3-cü şəxsin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçının müraciətinə cavab olaraq SOCAR Sosial İnkişaf İdarəsi tərəfindən verilmiş 16.05.2020-ci il tarixli məktubdan görünür ki, bildirilmişdir ki, müraciətə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-398 saylı, 13 dekabr 2011-ci il tarixli razılaşdırdığı eskiz layihəsi və “Bakı Dövlər Layihə” İnstitutunun işlədiyi layihə sənədlərinə uyğun olaraq aparılmışdır. Nəzərə çatdırmışlar ki, yaşadığı binanın fəsad və dam örtüyündə işlərin aparılması zamanı yaaranmış sahələrin sənədləşdirilməsi Sosial İnkişaf İdarəsinin deyil, Cavabdeh səlahiyyətinə aiddir. Bununla əlaqədar olaraq, aparılmış tikinti-təmir işləri və mənzillərdə yaranmış əlavə sahə, plan dəyişiklikləri barədə müvafiq sənədlər təqdim olunmaqla Sosial İnkişaf İdarəsi tərəfindən aidiyyəti üzrə Cavabdehnə Qİ12/ƏTr-02/140 nömrəli, 28.01.2014-cü il tarixli məktub ünvanlanmışdır. Yenidənqurma nəticəsində mənzildə yaranmış əlavə sahənin sənədləşdirilməsi üçün Cavabdehnə müraciət etməsi tövsiyyə olunmuşdur. Məktuba qoşma şəklində Cavabdehnə ünvanlanmış məktubun surəti əlavə edilmişdir. İşdə olan SOCAR Sosial İnkişaf İdarəsi tərəfindən Bakı şəhəri Cavabdeh başçısına ünvanlanmış Qİ12/ƏTr-02/140 nömrəli, 28.01.2014-cü il tarixli məktubun surətindən görünür ki, Nəsimi rayonu, Nizami küçəsi 118 saylı ünvandakı üç mərtəbəli yaşayış binalarının bir qrup sakini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə müraciət edərək, yaşadıqları binaların fasadlarında aparılmış əsaslı təmiryenidənqurma işlərindən sonra mənzillərində yaranmış sahə və plan dəyişikliklərinin texniki sənədlərdə nəzərə alınmasına kömək olunmasını xahiş etmişlər. Göstərilən ünvandakı beş mərtəbəli yaşayış binalarının fasadlarında və dam örtüyündə Sosial İnkişaf İdarəsinin sifarişi ilə aparılmış əsaslı təmir-yenidənqurma işlərinin Bakı şəhər Memarlılq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış eskiz layihəsini, aidiyyəti dövlət qurumlarının rəylərini göndərək sakinlərin müraciətinə baxılmasına göstəriş verilməsi xahiş etmişdir. Məktuba qoşma şəklində eskiz layihəsinin surəti bir albom - 1(bir) nüsxə, X18 Xidmətinin rəyi – bir nüsxə 2 (iki) vərəqdə Respublika Gigiyena və Epedemiologiya Mərkəzinin rəyi – bir nüsxə 3 (üç) vərəqdə (məktub əlavə olunur) əlavə olunmuşdur. İşdə olan iddiaçının müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 9\M-1020091 nömrəli, 28.05.2021-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, tərəfindən Azərbbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qaldırdığı məsələ ilə bağlı müraciət ünvanlanmışdır. Müraciətdə qeyd olunan hüquqmüəyyənedici sənədlər ARDNŞ Sosial İnkişaf İdarəsi tərəfindən Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra qaldırdığı məsələyə yenidən baxılacaqdır. İşdə olan Cavabdeh başçısı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə ünvanlanmış 01.10.2020-ci il tarixli, 3/M-173-151 nömrəli məktubdan görünür ki, ünvan 8 ünvandakı beş mərtəbəli yaşayış binasının bir qrup sakini Rayon İcra Hakimiyyətinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən yaşadıqları binaların fasadlarında aparılmış əsaslı təmir-yenidənqurma işlərindən sonra mənzillərində yaranmış sahə və plan dəyişikliklərin texniki sənədlərdə nəzərə alınmasına köməklik olunmasını xahiş etmişlər. Qeyd edirlər ki, sözügedən ünvanda görülmüş işlər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılaraq aparılmışdır. Sosial İnkişaf idarəsinin sifarişi aparılmış əsaslı təmir-yenidənqurma işləri ilə bağlı sənədlər – eskiz layihəsinin surəti bir albom 1(bir) nüsxə, X18 Xidmətinin rəyi – bir nüsxə 2 (iki) vərəqdə, X11 Nazirliyinin rəyi – bir nüsxə 2 (iki) vərəqdə Respublika Gigiyena Epedemiologiya Mərkəzinin rəyi – bir nüsxə 3 (üç) vərəqdə Rayon İcra Hakimiyyətinə təqdim olunmuşdur. Lakin, aparılmış əsaslı təmiryenidənqurma işləri ilə bağlı yaşayış binasının dayanıq və istismara yaralılığı barədə Fövqəladə Hallar Nazirliyindən müvafiq rəyi və müvafiq qərarı, Komissiyanın istismara qəbul sənədi təqdim olunmamışdır. Lakin, aparımış əsaslı təmir-yenidənqurma işləri ilə bağlı yaşayış binasının dayanıqlığı və istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyindədn müvafiq rəyi və müvafiq qərarı Komissiyanın istismara qəbul sənədi təqdim olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 6-cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahdi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivsində yerinə yetirilmiş tkinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işi ilə bağlı tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin Rayon İcra Hakimiyyətinə təqdim olunması xahiş edilmişdir. İşdə olan SOCAR Sosial İnkişaf İdarəsi tərəfindən Cavabdeh başçısına ünvanlanmış 15.10.2020-ci il tarixli, “Cavabdeh başçısının 3/M-173-151 saylı, 01.10.2020ci il tarixli” məktubuna cavab olaraq verilmiş məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 118 saylı beş mərtəbəli yaşayış binalarının fasadlarında, dam örtüyündə aparılmış təmir işlərinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktlarının İcra Hakimiyyətinə təqdim olunması barədə SOCAR-ın Sosial İnkişaf İdarəsinə ünvanladığı məktuba baxılaraq bildirilmişdir ki, məktubda qeyd olunan ünvandakı yaşayış binalarının fasadlarında, dam örtüklərində təmir işləri Azərbaycan Respublikası Prezidentinin, “Bakı şəhərinin və ətraf qəsəbələrinin abadlaşdırılması proqramı” barədə sərəncamına əsasən aparılmış və zəruri səbəblərdən sakinlərin mövcud eyvanlarının plan ölçülərinin eyniləşdirilməsi tədbirləri görülmüşdür. Göstərilənləri nəzərə alaraq, tərəflərindən görülən işlər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, aidiyyəti qurumlardan rəylər alınmışdır. İşdə olan Cavabdeh başçısı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə ünvanlanmış 14.08.2021-ci il tarixli, 3/755 nömrəli məktubdan görünür ki, Nəsimi rayonu, Nizami küçəsi, 118 saylı ünvandakı beş mərtəbəli yaşayış binasının bir qrup sakini Rayon icra Hakimiyyətinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial inkişaf idarəsi tərəfindən yaşadıqları binaların fasadlarında aparılmış əsaslı, təmir-yenidənqurma işlərindən sonra mənzillərində yaranmış sahə və plan dəyişikliklərinin texniki sənədlərdə nəzərə alınmasına köməklik olunmasını xahiş etmişlər. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsiində yerləşən 118 saylı, beş mərtəbəli yaşayış binalarının fasadlarında və dam örtüyündə görülmüş işlər Azərbaycan Respublikası Dövlət Nəft Şirkətinin Sosial inkişaf idarəsinin sifarişi ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırılaraq aparılmışdır. Bildirmişlər ki, aparılmış əsaslı təmir-yenidənqurma işləri ilə bağlı Rayon İcra Hakimiyyətinə aşağıdakı sənədlər əlavə olunmuşdur: Eskiz layihəsinin surəti bir albom-1 (bir) nüsxə, X18 Xidmətinin rəyi-bir nüsxə 2(ikı) vərəqdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi bir nüsxə 2(iki) vərəqdə Respublika Gigiyena və Epedemiologiya Mərkəzinin rəyi- bir nüsxə 3(üç) vərəqdə. Lakin, aparılmış əsaslı təmir-yenidənqurma işləri dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunmamışdır. Yaşayış binaların əsaslı təmir-yenidənqurma işlərinin aparılması “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları'’ ilə (AzDTN 1.6-1*, 6.3) mütləq tələblərinə uyğun tam başa çatdırılmamışdır. Yaşayış binasının dayanıqlığı və istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyindən müvafiq rəyi alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 6-cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin Rayon icra Hakimiyyətinə təqdim olunması xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin rəisinə ünvanlanmış 188/04-398 nömrəli, 13.12.2011-ci il tarixli məktubdan görünür ki, Nəsimi rayonu, Nizami küçəsi, 118 saylı ünvanda yerləşən yaşayış binalarının fasadlarının yeni memarlıq həllinə dair təqdim olunmuş memarlıqplanlaşdırmasının eskiz layihəsinə baxılaraq (“Bakıdövlətlayihə”-nin işi, LBM Ə.Şükürlü) razılaşdırılmışdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ünvan 11 ünvanlanmış 55 nömrəli, 30 yanvar 2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 118 ünvanında yerləşən çoxmənzilli binada yaşayış sahələrinin yenidən qurulması və planlaşdırılması, vətəndaşlara məxsus əmlakların təkrar qeydidyyatına alınması üçün lazımi sənədlərin təqdim edilməsi ilə əlaqədar müraciətə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikaıs Nazirlər Kabinetinin 02.02.2015-ci il tarixli, 25 s nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2015-ci il tarixli, 65 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı Departamentinin 27.02.2015-ci il tarixli, 13 saylı sərncamına əsasən sözügedən ünvan 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Yuxarıda göstərilən sərəncamlardan da, məlum olur ki, həmin binalarda yenidən qurulma və planlaşdırma işləri aparılarkən bina 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmamışdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(81)-2859/2018 saylı iş üzrə 18.09.2018-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq verilmiş 718 nömrəli, 09.10.2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2015-ci il tarixli, 25 s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.02.2015-ci il tarixli, 65 saylı sərəncamına əsasən “Azərbaycan X19” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan mənzil fondu, o cümlədən Nəsimi rayonu, Nizami küçəsi, 118 ünvanında yerləşən yaşayış binası aidiyyəti struktur təşkilatlarının balansına və xidmət dairəsinə qəbul edilmişdir. Bakı şəhəri, Nizami küçəsi, 118 saylı bina hal-hazırda Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İşdə olan “X19” 2 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, 2 nömrəli Mənzil İstismar Sahəsinin rəisi E.Manafov, texnik X.Məmmədov, mühasib İ.Vəliyeva aktı tərtib etmişlər ondan ötrü ki, Nizami küçəsi, 118 saylı ev, mənzil 12-nin sakni İddiaçı mənzilindəki əlavə sahə mənzilin əvvəlki sahibnin uzun illər bundan əvvəl mənzilində öz şəxsi vəsaiti hesabına rekonstruksiya işləri aparması nəticəsində yaranmışdır. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 11/8369 nömrli, 20.07.2006-cı il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 22.06.2006-cı il tarixdə İdarəyə daxil olmuş ərizəsinə baxılaraq bildirilmişdir ki, ərizədən göründüyü kimi, onun istifadəsinə 1 otaq verilmişdir. Lakin, mühəndis tərəfindən yerində mənzilə baxış zamanı faktiki olaraq 2 otaq aşkar edilmişdir. Bu səbəbdən, xahişinin yerinə yetirilməsi imkan xaricində olmuşdur. İşdə olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 06.01.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən "xxxx" MMC İddiaçı məxsus 12 saylı mənzilin eyvanın yenidən qurarkən parket, tavan və divar kağızlarının bu müqavilənin imzalandığı ana olduğu vəziyyət və keyfiyyətdə (müqaviləyə əlavə edilən 8 ədəd foto şəkildə əks olunan qaydada) bərpasını öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən İddiaçı "xxxx" MMC-nin xəbərdarlığından sonra 1 (bir) gün ərzində mənzili boşaldaraq eyvanın təmiri üçün şəraitin yaradılmasını öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 118 saylı ünvandakı beşmərtəbəli yaşayış binası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf Departamentinin Təmir Tikinti şöbəsi və subpodratçı "xxxx" MMC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli «2006–2010-cu illərdə Dövlət Proqramı Azərbaycan Respublikası «Bakı şəhərinin qəsəbələrinin sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı»nın təsdiq edilməsi haqqında» sərəncamına, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qərarı ilə yeni yaşayış və ictimai obyektlərin planlaşdırılması və tikintisinə dair 262 saylı əmri əsasında Bakı şəhəri, Nizami küçəsində yerləşən 118 saylı yaşayış binasında rekonstruksiya işləri aparılaraq, yeni üzlük vurulmuşdur. Yaşayış binasının fasadında aparılmış təmir-tikinti işləri səbəbindən mənzillərin planlarında dəyişikliklər yaranmışdır. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə müraciət edərək, yaşadığı binanın fasadında aparılmış əsaslı təmiryenidənqurma işlərindən sonra mənzillərində yaranmış sahə və plan dəyişikliklərinin texniki sənədlərdə nəzərə alınmasına köməklik olunmasını xahiş etmişdir. Onun müraciətinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi cavabdeh Bakı şəhəri Cavabdehnə əvvəlki sakinlərin ünvanladığı müraciətlər əsasında göndərilmiş yaşayış binalarının fasadlarında və dam örtüyündə Sosial İnkişaf İdarəsinin sifarişi ilə aparılmış əsaslı təmir-yenidənqurma işlərinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış eskiz layihəsini, aidiyyəti dövlət qurumlarının rəylərinin ünvanlanması, sakinlərin müraciətlərinə baxılmasına göstəriş verilməsi barədə müraciəti tədim edərək, Cavabdehnə müraciət etməsini bildirsə də, nəticəsi olmamışdır. ünvan 15 ünvandakı yaşayış binasının fasadlarında və dam örtüklərində təmirtikinti işləri Sosial İnkişaf İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin 7-78/17g saylı, 06 fevral 2007-ci il tarixli, 7-169/17g saylı, 30 mart 2007-ci il tarixli, 7-267/17g saylı, 01 iyul 2007-ci il tarixli məktubları ilə Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işlərinə kömək olunması müraciətinə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-398 saylı 13 dekabr 2011-ci il tarixli razılaşdırdığı eskiz layihəsi və «Bakı Dövlət Layihə» İnstitutunun işlədiyi layihə sənədlərinə uyğun olaraq aparılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 2727 saylı, 24 may 2010-cu il tarixli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 18-ci maddəsində, 21.1-ci maddəsində ikinci halda, 24.1-ci maddəsində ikinci halda, 24.2.6-cı maddəsində, 28.3-cü maddəsinin birinci cümləsində, 28.4-5-ci maddəsində ikinci halda və 143-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Fərmanın 1.4-cü bəndinə əsasən həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Qeyd olunun normativ-hüquqi aktların müddəalarından göründüyü kimi hazırkı halda iddiaçıların mənzillərinin yerləşdiyi binada aparılmış yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması işinin nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı müvafiq akt qəbul etmək səlahiyyəti cavabdeh Bakı şəhəri Cavabdehnə məxsus səlahiyyətdir. Eləcə də, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1421/2020 saylı, 01.07.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə eyni mühüm faktiki hallarla və sənədlərlə iddiaçının qonşuları olan, həmin binanın sakinləri X2, X12, X3 və X6 cavabdeh tərəfindən müvafiq sərəncam verildiyi halda, iddiaçıya eyni məzmunlu sərəncamın verilməsindən aidiyyəti üzrə müraciət olunmaması əsası ilə imtina olunmasını əsassız hesab etmiş və iddia tələbi təmin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh özünün mövqeyində də, ardıcıl olmamış, faktiki halları oxşar olan işlər üzrə əsaslandırılmamış şəkildə fərqli qaydada davranmışdır. Bununla da, «İnzibati icraat haqqında» Qanunun 12.2-ci maddəsinin tələbləri də pozulmuşdur. Həmin normaya görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanının 6cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin mülkiyyətçinin müraciət etdiyi gündən 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etməlidirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.3-cü maddəsinə görə inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Qeyd edilən dəlillərlə bağlı mövcud məhkəmə təcrübəsi də formalaşmışdır (Ali Məhkəmənin İnzibati Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli, 2-1(102)-2510/2019-cu il tarixli və 2-1(102)-1421/2020 saylı, 01 iyul 2020-ci il tarixli qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 118 saylı yaşayış binasının 12 saylı mənzilində qanuni sənədlər əsasında aparılmış təmir tikinti işləri nəticəsində artırılmış yaşayış sahəsinə dəyişiklik edilərək, mənzilin artan ölçülərinin dəqiqləşdirilməsi haqqında sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7691/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7691/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver