Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7911/2025 06.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi qarşı “məlumatların təqdim edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək 2006-cı ildən 2012-ci il dövr üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMFnun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında saxlanılan sığortaolunanın fərdi şəxsi hesabı haqqında arayışları, Əmək haqqından tutlmalar barədə məlumatları, MDSS-ə cəlb olunan gəlirlər, eləcə də hesablanmış, ödənilmiş MDSS haqları barədə adbaad ümumi siyahını, "xxxx"Firmasının DSMF-yə təqdim etdiyi 2006-2012-ci il dövrü üçün içilərin təsdiq edilmiş adbaad siyahısının, Direktor və mühasib tərəfindən təsdiq edilmiş siyahısının surətinin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci tarixdə cavabdeh Fond rəhbərliyinə rəsmi ərizə göndərərək ünvan 1 ünvanında yerləşən "xxxx" Firmasında, ("xxxx" MMC) (VÖEN **********, SUN:**********9) 2006-2012-ci illərdə müxtəlif vəzifələri yerinə yetirməklə, o cümlədən 2008-2010-cu illər ərzində icraçı direktor olmaqla əmək münasibətlərində olduğu barədə 2010-cu ildə yalan ittihamlarla həbs edilmiş və 463gün həbsdə olmuşdur. Həmin cinayət işinin istintaqı zamanı icraçı direktor olaraq vəzifəsini yerinə-yetirməyi ilə bağlı işçilər 100-dən çox halda iddiaçı barəsində yalan ifadə və izahatlar vermişlər. Təsisçilərin və Prokurorluq işçilərinin bu işdə əlbir olması yeni faktlar ortaya çıxmışdır. Yalan ifadələr və digər sübutlar məhkəmə proseslərində üzə çıxmışdır. Bununla belə, MMC-in rəhbərliyi əmək münasibətlərində və həbsdə olduğu dövrdə iddiaçının əmək hüquqlarını kobudcasına pozmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na ödənilməli məcburi dövlət sosial ödənişləri əmək haqqından tutmalar təyinatı üzrə ödənilməmiş, başqa hesablara köçürülərək MMC-in rəhbərliyi tərəfindən mənimsənilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, fərdi məlumatların verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Əlavə olaraq bildirilir ki, “informasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə əsasən sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda informasiya sahibi sorğunun icrasından imtina edir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixində Fonda ərizə ilə müraciət edərək ona "xxxx" firmasının işçiləri ilə bağlı bir sıra məlumatların təqdim edilməsini xahiş etmişdir. İddiaçı 1102.2025-ci il tarixində 3-17-1/1-Ş-31636/2025 nömrə ilə qeydiyyata alınmış müraciəti aidiyyəti üzrə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- Ş-34004/2025 nömrəli məktubu ilə cavablandırılmış və sorğu edilərı məlumatların təqdim edilməsindən imtina edilmişdir. İddiaçı hüquqi marağı “AER" firmasının işçilərinin 2006-2012-cı illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də həmin gəlirlərə nisbətdə hesablanmış və xeyirlərinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları, fərdi şəxsi hesabları barədə məlumatın verilməsinə, həmçinin müəssisənin sözügedən illər üzrə Fonda təqdim etdiyi sığortaolunanların adlı siyahısının təsdiq edilmiş surətlərinin təqdim edilməsinə nail olmaqdır. Fərdi məlumatların verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilir. Həmin Qanunun 2.1.1 -ci maddəsinə əsasən fərdi məlumatlar şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən fərdi şəxsi hesaba sığortaolunanın sosial sığorta nömrəsi (SSN), adı, atasının adı, soyadı, doğulduğu il, ay, gün, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı, fərdi identifikasiya nömrəsi (FİN) kimi şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən məlumatlar daxil edilir. “Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı (o cümlədən X1 Sistemi üzərindən) razılığı ilə yol verilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən subyektin razılığı olmadan fərdi məlumatların verilməsinə yalnız aşağıdakı hallarda yol verilir: 13.2.1. açıq kateqoriyalı fərdi məlumatlar verildikdə: 13.2.2. konfidensial fərdi məlumatlar dövlət orqanları (qurumları) və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə; 13.2.3. fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda. Hazırkı iş üzrə iddiaçı tərəfindən sorğu edilən fərdi məlumatların subyektlərinin (barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxslərin) fərdi məlumatların təqdim edilməsi ilə bağlı hər hansı razılığının olması halı və ya belə razılıq olmadan da məlumatın verilə bilməsi üçün əsaslar müəyyən edilməmişdir. Əlavə olaraq bildirilir ki, “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 211 -ci maddəsinə əsasən informasiya sahibi sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda sorğunun icrasından imtina edir. Məlum olduğu kimi, inzibati məhkəmənin iş üzrə qəbul edəcəyi qərarın əsaslandırma hissəsində aydınlaşdırmalı olduğu ilk məsələlərdən biri iddianın mümkünlüyüdür, “inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlüklə bağlı məsələlər bütün hallarda məhkəmənin xidməti vəzifəsinə görə yoxlanılmalıdır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Hazırkı iddiaya münasibətdə xüsusi mümkünlük şərtlərindən iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM- də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM- in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati- İqtisadı Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən, iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür, iddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki. hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır Göründüyü kimi, iddia tələbində qeyd edilən məsələ üzrə iddiaçının subyektiv hüququ mövcud deyil. Beləliklə, hazırkı işdə iddianın mümkünlük şərti təmin olunmamışdır.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etdi və bildirdi ki, məhkəmə qərarı əsasında 2010- 2011-ci illərdə həbs edilmişdir. İstintaq və məhkəmə araşdırması zamanı 70 nəfər iddiaçının əleyhinə ifadə vermişdir. İddiaçı qeyd edir ki, barəsində ifadə vermiş 70 nəfər şəxsin izahatları yalan məlumatlardan ibarətdir. Belə ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən əldə edilmiş məlumatlar həmin şəxslərin ifadələrini təkzib edir. Hazırki iddianı qaldırmaqda məqsəd bəraət almaqdır. İddiaçının hazırda həmin məlumatları şəxsən əldə etmək imkanı yoxdur, lakin məhkəmə qərarı əsasında mümkündür. Məhkəmə araşdırması dövründə işlə tanışlıq üçün imkan yaradılmamış və iddiaçı həmin dövrdə hökmdən şikayət verməmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, tələb olunan məlumatlar fərdi məlumatlar hesab edilir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şəxslər barədə məlumatlara yalnız konret məhkəmə işi olduğu təqdirdə baxa bilirlər. İddiaçının həmin məlumatları tələb etmək üçün subyektiv hüququ yoxdur. Müvafiq məlumatların iddiaçıya təqdim edilməsi “Fərdi Məlumatlar haqqında” Qanunun tələblərinin pozulması ilə nəticələnə bilər. Qanunda fərdi məlumatların üçüncü şəxslərə təqdim edilməsi üçün konkret şərtlər nəzərdə tutulmuşdur. Fərdi məlumatların üçüncü şəxslərə təqdim edilməsi ilkin şərt barəsində məlumat təqdim edilən şəxsin razılığının olmasıdır.
II. İddianın mümkünlüyü
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
8. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
9. Məhkəmə müəyyən edir ki, İddiaçı 2006-cı ildən 2012-ci il dövr üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında saxlanılan sığortaolunanın fərdi şəxsi hesabı haqqında arayışları, Əmək haqqından tutlmalar barədə məlumatları, MDSS-yə cəlb olunan gəlirlər, eləcə də hesablanmış, ödənilmiş MDSS haqları barədə adbaad ümumi siyahını, "xxxx"Firmasının DSMF-yə təqdim etdiyi 2006-2012-ci il dövrü üçün içilərin təsdiq edilmiş adbaad siyahısının, Direktor və mühasib tərəfindən təsdiq edilmiş siyahısının surətinin təqdim edilməsini tələb edir.
10. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1.1. fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat; 2.1.2. fərdi məlumatların subyekti (bundan sonra — subyekt) — barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs; 2.1.13. fərdi məlumatların verilməsi — fərdi məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada sorğu əsasında maddi daşıyıcılarla və ya informasiya texnologiyaları vasitəsilə istifadəçilərə təqdim edilməsi; Maddə 13. Fərdi məlumatların verilməsi 13.1. Bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı (o cümlədən X1 Sistemi üzərindən) razılığı ilə yol verilir. 13.2. Subyektin razılığı olmadan fərdi məlumatların verilməsinə yalnız aşağıdakı hallarda yol verilir: 13.2.1. açıq kateqoriyalı fərdi məlumatlar verildikdə; 13.2.2. konfidensial fərdi məlumatlar dövlət orqanları (qurumları) və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə; 13.2.3. fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda.
11. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.1. dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılması; 1.1.2. fərdi şəxsi hesab – hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesab; Maddə 2. Fərdi uçotun məqsədləri 2.0.1. dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatlardan ibarət informasiya bazasının yaradılması; Maddə 3. Fərdi uçotun təşkilinin əsas prinsipləri 3.0.4. bu Qanunun 2.0.1-ci maddəsində nəzərdə tutulan informasiya bazasından sığortaçının razılığı olmadan digər məqsədlər üçün istifadənin yolverilməz olması; Maddə 5. Sığortaolunanın fərdi şəxsi hesabı 5.2. Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir: ...5.2.10. əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı, o cümlədən əmək şəraitinə görə güzəştli staj müddəti; 5.2.11. məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün); 5.2.12. sığortaedən tərəfindən hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün); 5.2.13. sığortaedən tərəfindən sığortaolunana münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün); 5.2.14. məcburi dövlət sosial sığorta haqqı ödənilməyən, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajına daxil edilən müddət; 5.2.15. əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) və indeksləşdirilməsi haqqında məlumat. 5.2.16. sığortaolunanın 2006-cı il yanvarın 1-i tarixinə qazanılmış əmək pensiyası hüququna uyğun şərti qaydada hesablanmış pensiya kapitalı haqqında məlumat; 5.2.17. fərdi şəxsi hesabın sığorta hissəsi və onun indeksləşdirilməsi haqqında məlumat; 5.2.17-1. xüsusi hesabda qeydə alınan vəsait və onun indeksləşdirilməsi haqqında məlumat; 5.2.18. fərdi şəxsi hesabın yığım hissəsi haqqında məlumat;
12. Məhkəmə ilk növbədə müəyyən edir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanuna əsasən iddiaçı tərəfindən tələb olunan sığortaolunanın fərdi şəxsi hesabından çıxarış, əmək haqqından tutmalar, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının məbləği, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı məbləği fərdi şəxsi hesaba daxil olan məlumatlardır.
13. Məhkəmə xüsusilə nəzərə alır ki, fərdi şəxsi hesab fərdi uçot məlumatlarının əks olunduğu hesabdır və konfidensial fərdi məlumatların üçüncü şəxsə verilməsinə yalnız barəsində məlumat tələb olunan şəxsin razılığı olduğu təqdirdə yol verilir (dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması halları istisna olmaqla). Hazırki iş üzrə barəsində fərdi məlumatlar tələb olunan şəxslərin müvafiq məlumatların verilməsi ilə bağlı razılığı və razılıq olmadan da məlumatın verilə bilməsi üçün əsaslar olduğu aşkar edilmir.
14. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbini (digər şəxslər barəsində fərdi məlumatların təqdim edilməsi) irəlini sürməyə subyektiv hüququ yoxdur.
15. Məhkəmə eyni zamanda müəyyən edir ki, iddia tələbi aydın şəkildə ifadə edilməmişdir. Belə ki, iddiaçı qeyri-müəyyən şəxslər barəsində fərdi şəxsi hesaba dair məlumatların verilməsini tələb etmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatında aydın olmuşdur ki, hazırki iddia tələbi üzrə 70 nəfər şəxs barədə fərdi məlumatların verilməsi tələb olunur, lakin həmin şəxsləri eyniləşdirməyə imkan verən hər hansı məlumat məhkəməyə təqdim edilməmişdir.
16. Digər tərəfdən məhkəmə nəzərə alır ki, İddiaçı hazırki iddia tələbini qaldırmaqda məqsədi cinayət təqibinin təzələnməsi və 2011-ci ildə barəsində qəbul edilmiş cinayət hökmü ilə bağlı bəraət almaqdır.
17. Məhkəmə müəyyən edir ki, iddiaçı barəsində həyata keçirilmiş cinayət işi bağlı məhkəməyədək icraat dövründə və məhkəmə baxışı zamanı hazırki iş üzrə tələb olunan məlumatları mübahisələndirməmiş, 2011-ci il tarixdə qət edilmiş məhkəmə hökmündən yuxarı instansiya məhkəmələrinə şikayət verməmiş və məhkəmə hökmü qanuni qüvvəyə minmişdir (qeyd olunan hallar iddiaçı tərəfindən təkzib edilmir).
18. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır.
19. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva