Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8062/2025 13.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən dövlət satınalmalarının X4 üzərindən həyata keçirilən “Mebellər və digər dizayn mallarının satınalması”na dair açıq tender üzrə İddiaçı MMC-nin qalib seçilməsi öhdəliyinin satınalan təşkilat və onun Tender Komissiyasının üzərinə qoyulması” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən dövlət satınalmalarının X4 üzərindən həyata keçirilən “Mebellər və digər dizayn mallarının satınalması”na dair açıq tender üzrə İddiaçı MMC-nin qalib seçilməsi öhdəliyinin satınalan təşkilat və onun Tender Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Azərbaycan Respublikası Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “Mebellər və digər dizayn mallarının satınalması üzrə X4”nda 102256 nömrəli müsabiqə üzrə açıq tenderin prosedurunun keçirilməsi barədə elan verilmişdir. Şirkət sözügedən tendərə iştirakçı kimi qatılaraq müsabiqədə iştirak etmək üçün tələb edilən lazımı sənədləri internet portalı üzərindən Tender Komissiyasına təqdim etmişdir. Eyni zamanda Tender Komissiyası tərəfindən şərtlər toplusunda tələb olunan sənədlər tərəfindən təqdim edilməklə, komissiya tərəfindən verilən digər suallara qaşılıqlı olaraq zamanında cavab verilmişdir. xx.xx.2024-ci il tarixdə iclas protokolu ilə tender üzrə zərfin açılışı zamanı ən az qiymət təklifi şirkət tərəfindən verilməsi məlum olmuşdur. Bundan sonra xx.xx.2025 ci il tarixdə Cavabdeh iki nəfər əməkdaşı ofisə yaxınlaşaraq təqdim edəcəkləri məhsullar barədə görüş keçirmişlər. Təklifin qüvvədə olma müddəti 60 iş günü qeyd olunmasına baxmayaraq tərəfindən dəfələrlə X4 vasitəsilə müraciət edilməsinə baxmayaraq heç bir qərar qəbul olunmamışdır. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə saat 11:00-da dövlət satınalmalarının X4ndan müraciət göndərilmişdir. Komissiya bu müraciətə aşağıdakı qaydada cavab olaraq bildirmişdir ki, satınalınan malların fiziki olaraq satınalan təşkilata gətirilməsi mümkün olmaması və ya əlavə vəsait tələb etməsinə görə satınalan təşkilatın nümayəndələri tərəfindən təchizatçıların məkanlarında təkli f edilən mallara baxış keçirilmişdir. Qeyd edilən görüşlərin nəticəsinə uyğun olaraq satınalan təşkilatın rəhbərliyi və satınalma komissiyasının üzvlərinə məlumat təqdim edilmişdir. “X1” Qanuna uyğun olaraq satınalmanın qalibi elan edilir. Keçirilmiş satınalmaların nəticələri “X1” Qanunun icrasına nəzarətedici orqan, olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarat Dövlət Xidməti (Xidmət) tərəfindan təsdiq eddir. Sözügedən satınalmada iştirak edən təchizatçıların təqdim etdiyi təkliflər barədə satınalma komissiyasının protokolu Xidmətə təqdim edilmişdir. Xidmət tərəfindən təkliflərin qiymətləndirilmasi həyata keçiriləcəkdir. Qanuna uyğun olaraq satınalmanın qalibinin Xidmət tərəfindən təsdiq edilməsindən sonra qalib təchizatçıya təklifin akseptinə dair bildiriş ünvanlanır. Aksept bildirişinin təsdiq edilməsindən sonra təchizatçı ilə müqavilə bağlanıla bilər. xx.xx.2025-ci il tarixdə dövlət satınalmalarının X4ndan tender nəticələrinin elan olunması ilə bağlı suala cavab olaraq bildirildi ki, əvvəldə qeyd edildiyi kimi hal-hazırda təqdim edilən təkliflərin qiymətləndirilməsi mərhələsi icra edilir. Müsabiqənin nəticəsi ilə bağlı olaraq satınalma komissiyası tərəfindən qərar qəbul edildiyi zaman bu barədə “X1” qanuna uyğun olaraq bütün təchizatçılar portal vasitəsi ilə məlumatlandırılır. İddiaçı Komissiya tərəfindən yol verilən mütəmadi pozuntuların qarşısın almaq və ədalətli tender keçirilməsinə köməklik edilməsi barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət ünvanlamışdır. 14 fevral 2025 ci il tarixdə satınalan təşkilatın əməkdaşı zəng vuraraq keçirilən görüş barədə vahid portal üzərindən protokol hazırlayıb göndərəcəyini və qarşılıqlı imzalamalı olduqlarını bildirdi. Halbuki, “X1” qanuna əsasən yalnız şərtlər toplusunun izahı ilə bağlı görüş keçirilə bilər. Tender təklifləri açılandan sonra görüşün keçirilməsi qanunsuz olmaqla yanaşı, bütün yazışmalar portal vasitəsilə aparılmalıdır şərtini də pozur. Bu barədə dəfələrlə şikayət ünvanlanmasına baxmayaraq xx.xx.2025-ci il tarixində əsassız olaraq portalda bildirilmişdir ki, "xxxx" MMC-nin qalib elan etmək üçün gözləmə vaxtı təyin edilib. İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə hüquqi yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci bəndinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin qanunun 2.0.2-ci bəndinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridirdir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinizə çatdırılır ki, hazırkı iddia üzrə cavabdeh qismində göstərilən Cavabdeh inzibati orqan olmadığından mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. İddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan, yuxarıda göstərilənlərə 5 gün müddətində münasibət bildirməyi təklif olunur. İddiaçıya qeyd olunanlarla bağlı hüquqi yardım məktubu ünvanlanmış, lakin məhkəmənin hüquqi yardımına münasibət bildirilməmişdir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmənin yardım məktubunlarında iddiaçıya qeyd olunanlara yazılı münasibət bildirməsi təklif olunmuşdur. xx.xx.2025-ci il tarixli yardım məktubu xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən iddiaçının şəxsi kabinetinə yerləşdirilmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixli yardım məktubu 22.04..2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən iddiaçının vəkili Nümayəndə şəxsi kabinetinə yerləşdirilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddia düzgün cavabdehə qarşı yönəldilməmişdir. Belə ki, inzibati mübahisələr inzibati orqanlar fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Hazırkı iddia ərizəsində isə Cavabdeh qismində göstərmişdir. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:
1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);
2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);
3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);
4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);
5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);
6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);
7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; “İnzibati icraat haqqında” AR Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda da inzibati orqanlara Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər aid edilmişdir. Beləliklə, iddia ərizəsində adı göstərilən Cavabdeh hazırkı iş üzrə cavabdeh qismində çıxış edə bilməz. Belə ki, inzibati işlər üzrə cavabdeh qismində fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq inzibati orqanlar çıxış edə bilərlər. Yuxarıda qeyd olunanlarla bağlı iddiaçıya İPM-in 13-cü maddəsinə müvafiq olaraq hüquqi yardım olunmuş və dinlənilmə hüququ təmin edilmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Müvafiq imtina cavabı alındıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı : İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən dövlət satınalmalarının X4 üzərindən həyata keçirilən “Mebellər və digər dizayn mallarının satınalması”na dair açıq tender üzrə İddiaçı MMC-nin qalib seçilməsi öhdəliyinin satınalan təşkilat və onun Tender Komissiyasının üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
X3.