Məhkəmə qərarları › İş №2-1(112)-8101/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8101/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8101/2023 30.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı «kollegiya üzvlüyündən xaric edilmə» tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası məhkəməyə müraciət edərək, Cavabdeh kollegiya üzvlüyündən xaric edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Vəkillər X1, X19, X14, X16, X8 və X15 Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Cavabdeh barəsində müraciətləri daxil olmuşdur. Həmin müraciətlər əsasında vəkil Cavabdeh barəsində Azərbaycan Respublikası Vəkillər X6 müvafiq qərarları ilə intizam icraatları başlanılaraq, araşdırma aparılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. X2 müraciəti belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı olan Cavabdeh 2016-cı ildə kassasiya instansiyasında iştirak etmək üçün ondan 2.600 manat pul almış, lakin onu aldadıb prosesdə iştirak etməmişdir. X12 müraciəti belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı olan Cavabdeh məhkəmə işi ilə bağlı ondan xx.xx.2021-ci il tarixdə cəmi 530 manat pul almış, xx.xx.2022-ci il tarixdə məhkəmədə iştirak iştirak etməmiş və ona heç bir hüquqi yardım göstərməmişdir. X14 və X9 müraciəti belə əsaslandırılmışdır ki, Mahir Osmanov hazırkı iş üzrə iddiaçı olan Cavabdeh Ali Məhkəmədə onun hüquqlarını müdafiə etməsi üçün ümumilikdə 1.000 manat pul vermiş, ancaq vəkil kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüş və ona heç bir hüquqi yardım göstərməmişdir. Mustafa Dibirov onun qohumunu işə düzəltməyə yardım etmək üçün Cavabdeh 1000 manat pul vermiş, həmçinin, X10 işi üzrə kassasiya şikayəti vermək məqsədilə vəkil Cavabdeh arvadının kartına 200 manat pul göndərilmiş, lakin Cavabdeh öz vəzifəsini yerinə yetirməmişdir. X3 müraciəti belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə Cavabdeh ondan ailə mübahisəsi üzrə hüquqi xidmət göstərməsi üçün 400 manat almış, lakin ona lazımi hüquqi yardım göstərməmiş, məhkəmənin iclaslarına gəlməmişdir. X15 müraciəti belə əsaslandırılmışdır ki, oğlunun məhkəmə işlərini həll etməsi üçün Cavabdeh 300 manat pul vermişdir. Qeyd edilən intizam icraatları üzrə müraciətlərdə göstərilən xüsusatlara dair izahat verilməsi və zəruri sənədlərin təqdim edilməsi dəfələrlə təklif edilsə də, vəkil Cavabdeh Vəkillərin İntizam Komissiyasına izahat və hər hansı sənəd təqdim etməmiş, Komissiyanın həmin müraciətlərə baxılması ilə bağlı keçirilən iclaslarında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Vəkillərin İntizam Komissiyası sözügedən intizam icraatları üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Cavabdeh peşə fəaliyyətini həyata keçirərkən, göstəriləcək hüquqi yardıma dair müvafiq müqavilələr bağlamadan müqavilədən kənar olaraq X7, X19, X14, X8 və X13 müxtəlif məbləğlərdə pul vəsaitləri almaqla, həmçinin X9 qeyd etdiyi kimi ondan da konkret olaraq 1.000 manat pulu almasına dair sübut olmasa da, onun vəkili və nümayəndəsi olduğunu və həmin iş üzrə hüquqi yardımın göstərilməsi ilə bağlı vəzifələrini yerinə yetirmədiyni təsdiq edən notarial qaydada təsdiq edilmiş ərizəni imzalamaqla və X17 ilə hüquqi yardımın göstərilməsinə dair müqaviləsinin və vəkil orderinin olmasına baxmayaraq ona heç bir hüquqi yardım göstərməməklə, yalnız qanunun tələblərini, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin müddəalarını rəhbər tutmaq və icra etmək vəzifəsinə, qanunun aliliyi prinsipinə və vəkil etikasına riayət etməmiş, vəkil andına sadiq qalmamış, qanunvericiliyin və Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə etməklə, qanuna zidd olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etmiş, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmiş, öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını, vəkillik peşəsinin nüfuzunu artırmamış, bu inamın və etimadın sarsılmasını şərtləndirən və vəkillivin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, bununla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İ, İİ hissələrinin "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.3, 2.4, 2.10-cu bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cii bəndinin tələblərini pozmuşdur.

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

5. Məhkəmənin mövqeyi

6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

7. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

8. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

9. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi; Həmin Qanunun 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər; Həmin Qanunun 23-cü maddəsinin İ hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə;məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. Vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. 10.Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iş üzrə iddiaçı olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasına 20 saylı Vəkil Bürosunun vəkili Cavabdeh vəkil etikasını kobud şəkildə pozması barədə müraciətlər daxil olduğundan, vəkil Cavabdeh barəsində intizam icraatı başlanmış və bununla əlaqədar Kollegiyanın İntizam Komissiyası tərəfindən apaşdırma aparılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Cavabdeh peşə fəaliyyətini həyata keçirərkən, göstəriləcək hüquqi yardıma dair müvafiq müqavilələr bağlamadan müqavilədən kənar olaraq X7, X19, X14, X8 və X13 müxtəlif məbləğlərdə pul vəsaitləri almaqla, həmçinin X9 qeyd etdiyi kimi ondan da konkret olaraq 1.000 manat pulu almasına dair sübut olmasa da, onun vəkili və nümayəndəsi olduğunu və həmin iş üzrə hüquqi yardımın göstərilməsi ilə bağlı vəzifələrini yerinə yetirmədiyni təsdiq edən notarial qaydada təsdiq edilmiş ərizəni imzalamaqla və X17 ilə hüquqi yardımın göstərilməsinə dair müqaviləsinin və vəkil orderinin olmasına baxmayaraq ona heç bir hüquqi yardım göstərməməklə, yalnız qanunun tələblərini, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin müddəalarını rəhbər tutmaq və icra etmək vəzifəsinə, qanunun aliliyi prinsipinə və vəkil etikasına riayət etməmiş, vəkil andına sadiq qalmamış, qanunvericiliyin və Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə etməklə, qanuna zidd olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etmiş, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmiş, öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını, vəkillik peşəsinin nüfuzunu artırmamış, bu inamın və etimadın sarsılmasını şərtləndirən və vəkillivin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir.

11. Vəkil Cavabdeh intizam icraatı üzrə dəfələrlə dəvət olunsa da, İntizam Komissiyalarına gəlməmiş, icraat materialları ilə tanış olmamış, izahat təqdim etməmişdir. Vəkillər Kollegiyasının İntizam Komissiyalarında aparılmış araşdırma üzrə xx.xx.2022 və xx.xx.2022ci il tarixdə rəylər tərtib olunmuş və rəydə araşdırma zamanı vəkil Cavabdeh tərəfindən «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İİ və İİİ hissələrinin, «Vəkillərin davranəş qaydaları haqqında» Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.3, 2.4, 2.10-cu bəndlərinin, eləcə də «Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsi»nin 5.13-cü bəndinin tələblərinin pozulduğunun müəyyən edildiyi bildirilmişdir. Həmin rəylər əsasında X5 xx.xx.2022-ci il tarixli iclasında vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunmuşdur. Hazırda Vəkillər Kollegiyası vəkil Cavabdeh Kollegiya üzvlüyündən xaric olunmasını tələb edir.

12. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

13. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X5 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm". Həmin Qanunun “vəkilin vəzifələri” təsbit olunmuş 16-cı maddəsinə görə: - (maddənin İ hissəsi) Peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir, «Сinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» AR Qanunundan irəli gələn tələblərə əməl etməlidir; Həmin Qanunun 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir.

14. «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1-ci bəndinə görə: - (1.2) Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; - (1.3). Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir.

15. Əsasnamənin 2-ci bəndinə görə: - (2.3) Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması). - (2.4) Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir (Loyallıq). - (2.5) Vəkil vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır (İctimai etimad). - (2.7) Vəkillərin fəaliyyəti hər bir şəxsin hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına və müdafiəsinə xidmət etməlidir. Vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Vəkil hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyən və qanuni maraqlarını pozan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir (Hüquq, azadlıq və qanuni maraqlara, şərəf, ləyaqət və işgüzar nüfuza hörmət); - (2.8) Vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır (Mədəni davranış); - (2.13) Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və ictimai yerlərdə vəkilliyin nüfuzunu ləkələyən, Vəkillər Kollegiyasının orqanlarının qərarları barədə cəmiyyətdə yanlış təsəvvürlər yarada bilən hərəkətlərdən və ictimai çıxışlardan, təhqir və böhtan xarakterli məlumatların yayılmasından çəkinməlidir. Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və kütləvi çıxışlarda dövlət, qeyri-dövlət və onların vəzifəli şəxsləri barəsində əsassız, böhtan xarakterli məlumatların yayılmasına yol verməməli və həmin şəxslərə qarşı qeyri-etik ifadələr işlətməməli və davranışlara yol verməməlidir (İctimailik).

16. Əsasnamənin 5.3-cü bəndinə görə vəkil həmkarlarına münasibətdə hörmətlə davranmalı, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə və kobud rəftara yol verməməlidir.

17. Məhkəmə yuxarıda sadalanan normaları hazırkı işin hallarına tətbiq edərək bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə” xx.xx.2022-ci il tarixli qərarı qanuni əsaslarla qəbul olunmuşdur.

18. Məhkəmə bu qənaətini məhkəmə icraatında bildirilmiş dəlil və tədqiq olunmuş sübutlarına məcmu halında qiymət verərək belə əsaslandırır ki, vəkil Cavabdeh müvafiq hərəkətləri özlüyündə vəkil etikası ilə bir araya sığmayan və cəmiyyətin vəkilliyə olan inamına xələl gətirən hərəkətlər kimi qiymətləndirilməlidir.

19. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən aparılan icraatda «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13 və 17-ci maddələrinin tələblərinə riayət olunmuş, eləcə də həmin Qanunun başqa müddəalarının pozulması hallarına yol verilməmişdir.

20. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə xx.xx.2022-ci il tarixli qərarı qanunazidd sayılmaması Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil Cavabdeh Kollegiya üzvlüyündən xaric edilməsi tələbinin əsaslı olması nəticəsini doğurur.

21. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 56, 58.7, 69, 75, 81, 85-ci -ci maddələrinin tələblərini rəhbər tutaraq,

QƏRARAALDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar