Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8156/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı onun, yəni xx.xx.1959-cu ildə Ermənistan SSR Quqark rayonunda anadan olmuş İddiaçı 01.01.2001-ci il tarixdən 09.01.2006-cı il tarixədək, eləcə də, 01.11.2013-cü il tarixinədək olan müddətdə "xxxx" ASC-də biçici vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə Ermənistan SSR Quqark rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. O, 62 yaşı tamam olduqdan sonra əmək pensiyası təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etmiş və ona 14 iyun 2021-ci il tarixli **********6 saylı imtina məktubu ilə bildirilmişdir ki, onun 01.01.2006-cı il tarixədək sığorta stajı 23 il 4 ay olmaqla tələb olunan müddətdən, 25 ildən azdır. Eyni zamanda, 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı nəzərə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Mərkəz Filialın 02.06.2021-ci il tarixli aktına əsasən əmək fəaliyyəti ilə məşğul olduğu "xxxx" ASCdə 01.01.2001-ci il tarixindən 09.01.2006-cı il tarixədək, 01.11.2013-cü il tarixədək öz hesabına məzuniyyətdə olduğu üçün sözügedən dövrün sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Lakin, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qeyd olunan dövrdə "xxxx" ASC öz fəaliyyətini dayandırdığından, hər bir işçiyə öz hesabına məzuniyyətə çıxması ilə bağlı ərizə yazdırılmış və həmin müddətdə onlara hər-hansı bir məzuniyyət haqqına görə məbləğ ödənilməmişdir. Bu səbəbdən, 01.01.2006-cı il tarixdən sonra fərdi sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Lakin, bundan başqa, cavabdehin onun əmək stajını 23 il 4 ay hesablanması ilə əlaqədar 1 il 8 ay müddətin çatışmazlığı səbəbindən, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası hüquqlarını pozur. Bu səbəbdən, inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, hesab edir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddia tələbi aşağıdakı hüquqi əsaslara görə təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, hazırki iş üzrə İddiaçı əmək kitabçasına əsasən 25 ildən çox sığorta stajının olduğunu, 17.09.1986-cı il tarixdən 09.01.2006-cı il tarixədək "xxxx" ATSC-də işlədiyini iddia edərək, həmin illərin sjğorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçı Fondun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 28.04.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 14.06.2021-ci il tarixli, **********6 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən 13.12.1974cü il tarixli ИT-l №1733921 saylı əmək kitabçasına əsasən iddiaçının 01.01.2006-cı il tarixinə kimi mövcud sığorta stajı qanunla tələb olunan müddətdən azdır (25 ildən). Eyni zamanda 01.01.2006cı il tarixdən 01.07.2018-ci il tarixədək iddiaçının fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Göstərilən səbəblərə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddələrin mətnindən aydın olur ki, yasa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1959-ci ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 19.04.2021-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 23 il 4 ay sığorta stajı, 21898,3606 manat pensiya kapitalı (01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək iddiaçının fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır) vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından və 28800 manat pensiya kapitalından azdır. İşin faktiki hallarına əsasən, İddiaçı məxsus əmək kitabçasında 12.10.1976-02.04.1986; 17.04.1986-03.01.1989; 10.10.1989-09.01.2006-cı illərdə əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı qeydlər aparılmışdır.İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 23 il 4 ay sığorta stajı mövcuddur. Belə ki, iddiaçının 12.10.1976-02.04.1986 (9 il 5 ay 21 gün); 17.04.1986- 03.01.1989 (2 il 8 ay 17 gün); 10.10.1989- 09.01.2006-cı illər (11 il 2 ay 22 gün( 01.01.2001-ci il tarixdən 09.01.2006-cı il tarixədək iddiaçı öz hesabına məzuniyyətdə olduğu üçün həmin dövrlər nəzərə alınmamışdır)) işlədiyi dövr mübahisələndirilməyən sosial sığorta stajına daxil edilən dövrlərdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011 -ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. İşin hərtərəfli araşdırılmasını təmin etmək məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə X8, daxili nəzarət və monitorinq departamenti tərəfindən qarşılıqlı yoxlama həyata keçirilmişdir. Tərtib edilən 02.06.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Belə ki, həmin akta əsasən, İddiaçı (İskəndərovanın) 10.10.1989-cu ildə (əmr № 246, 10.10.1989cu il) TRİKOTAJ fabrikinə işə qəbul edilməsi, 09.01.2006-cı ildə (əmr № 04 09.01.2006-cl il) işdən azad edilməsi, həmçinin əməkhaqqı cədvəllərinə baxış keçirilən zaman iddiaçının 31.12.2000-ci il tarixədək əmək haqqı alması və 01.01.2001-ci il tarixdən 09.01.2006-cı il tarixədək öz hesabına məzuniyyətdə olması öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçı 01.01.2001-ci il tarixdən 09.01.2006cı il tarixədək öz hesabına məzuniyyətdə olduğu üçün həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alına bilməmişdir. İlk olaraq, qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin məcəllənin 129-cu maddəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Yuxarıda qeyd olunan Məcəllənin 129-cu maddəsinə 2009-cu ildə edilmiş dəyişikliyə əsasən isə, “işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər”. Cavabdeh iddiaçının 01.01.2001-ci il tarixindən 09.01.2006-cı il tarixədək (5 il 8 gün) öz hesabına ödənişsiz məzuniyyətdə olduğunu, həmin tarixlərdə əmək haqqı almasının müəssisədə saxlanılan əmək haqqı ödəniş cədvəllərinə əsasən təsdiq edilmədiyini bildirir, iddiaçı faktı təkzib və mübahisə etmir. Digər tərəfdən, 5 ildən çox müddətə, habelə öz hesabına ödənişsiz məzuniyyətdə olma Əmək Məcəlləsinin 112 və 128-ci maddələri anlamında ödənişsiz məzuniyyət deyil. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1 -ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin, iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1 . 0 . 5 - v ə 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləridə qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin iddiaçının 2006-cı il tarixdən sonra fərdi hesabında qeydə alınan pensiya kapitalı barəsində Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə 2021-ci il 14 sentyabr tarixli **********7 nömrəli xidməti məktub ünvanlanmışdır. Fondun **********3 nömrəli 01.10.2021 -ci il tarixli cavab məktubunda həmin məsələ ilə bağlı bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin “X1 Sistemi”nin Sığorta (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) sığortaolunan kimi uçota alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Nazirliyin "X1 Sistemi"nin "Sığorta" (Hesabat) altsisteminin "Sığortaolunanların hesabları" bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı 01.01.2006-cı il tarixdən 31.03.2021-ci il tarixədək sığortaedənlər tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. Belə ki, İddiaçı 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, İddiaçı yasa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 14.06.2021-ci il tarixli, **********6 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubun surətindən görünür ki, iddiaçının 28.04.2021-ci il tarixli ərizəsinı və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qyedə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi 13.12.1974cü il tarixdə tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixədək sığorta stajı 23 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Mərkəzi Filialın 02.06.2021-ci il tarixli aktına əsasən əmək fəaliyyəti ilə məşğu olduğu "xxxx" ASC-də 01.01.2001-ci il tarixdən 09.01.2006-cı il tarixədək, 09.01.2006-cı il tarixdən 01.11.2013-cü il tarixədək öz hesabına məzuniyyətdə olduğu üçün sözügedən dövrün sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli və ПТ-İ seriyalı, ******* nömrəli əmək kitabçalarının surətindən görünür ki, iddiaçı 12.10.1976- 02.04.1986, 17.04.1986-03.01.1989, 10.10.1989-09.01.2006-cı il tarixlərində müxtəlif peşələrdə işləmişdir. İşdə olan 02.06.2021-ci il tarixli aktın surətindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X8, Daxili Nəzarət və Monitorin Departamentinin Monitorinq və araşdırma şöbəsinin aparıcı mütəxəssisi Z.G.Baxşıyev və Monitorinq və araşdırma şöbəsinin aparıcı mütəxəssisi N.Ş.Kərimov, "xxxx" ASC-nin baş mühasibi X4 iştirakı ilə akt tərtib edilmişdir ondan ötəri ki, həqiqətən də, İddiaçı 1989-2006-cı illərdə "xxxx" ASC-də işləməsi faktı yerində qarşılıqlı araşdırmış, araşdırma nəticəsində müəyyən edilmişdir ki, Rəfiyeva (İskəndərova) Həlimə Həsən qızı 10.10.1989-cu ildə (əmr № 246 AC, 10.10.1989-cu il) Trikotaj fabrikinə işə qəbul edilmiş və 09.01.2006-cı ildə (əmr № 04k, 09.01.2006-cı il) işdən azad edilib. Əmək haqqı cədvəllərinə baxış keçirilən zaman İddiaçı 31.12.2000-ci ilə qədər əmək haqqı alması əmək haqqı cədvəllərində öz əksini tapmışdır. İddiaçı 01.01.2001-ci ildən 09.01.2006-cı ilə qədər öz hesabına ödənişsiz məzuniyyətə olmuşdur. İşdə olan 01.10.2021-ci il tarixli, **********3 nömrəli “Fərdi şəxsi hesab haqqında” məlumatdan görünür ki, 2021-ci il 14 sentyabr tarixli **********7 nömrəli xidməti məktubla ünvanlanmış məsələ ilə bağıl bildirilir ki, Nazirliyin “X1 Sistemi”nin Sığorta (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN:1 CYR4A6) sığortaolunan kimi uçota alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı 01.01.2006-cı il tarixdən 31.03.2021-ci il tarixədək sığortaedənlər tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 10 nömrəli, 16.09.2021-ci il tarixli arayışdan görünür ki, X5 həqiqətən Bakı Trikotaj fabrikində 10.10.1989-cu ildə biçmə sexində biçici peşəsində işləyib (əmr № 246, 10.10.1989-cu il), 09.01.2006-cı ildə öz xahişi ilə işdən azad olunub (əmr № 04/k, 09.01.2006-cı il). Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 1192 saylı, 17.08.1998-ci il tarixli sərəncamı ilə "xxxx" ASC yaradılıb. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən 27 oktyabr 2021-ci il tarixli, 48 nömrəli və 17 noyabr 2021-ci il tarixli, 54 nömrəli məktublarla təqdim ediliş məlumatlardan müəyyən edilir ki, xx xxxxx 1959-cu il təvəllüdlü X2 şəxsi vərəqəsinə əsasən, 10 oktyabr 1989-cu il tarixli, 246 saylı əmrlə “Bakı Trikotaj Fabriki”–nin tikiş sexinə biçici peşəsi üzrə işə qəbul edilmiş, öz xahişi ilə 09 yanvar 2006-cı il tarixli, 04 saylı əmrlə işdən azad olunmuşdur. 1995-ci ilin aprel ayından dekabr ayına qədər, 1996-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları, 1997-ci ilin yanvar ayından 2005-ci ilin dekabr ayına qədər ödənişsiz məzuniyyətdə olmuşdur. Arayışa qoşma şəklində X2 10.10.1989-cu ildən 09.01.2006-cı il tarixə qədər "xxxx" ASC-də işlədiyi dövrlər üzrə əmək haqqı cədvəlləri təqdim edilmişdir. Məhkəmə cavabdehin imtinasında və etirazında qeyd olunan dəlilləri, iş materiallarına əlavə olunmuş sübutlarla birlikdə tədqiq edərək belə bir qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehin etirazında və imtinasında qeyd olunan dəlillərlə razılaşaraq qeyd edir ki, iddia tələbindən görünür ki, iddiaçının hazırki tələbinin hüquqi əsasını ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik şəxsə yaşa görə əmək pensiyasının təyin edilməsini 2 şərtlə şərtləndirmişdir: 1. Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatması, 2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən şərtlərinin iddiaçıya münasibətdə ödənilib-ödənilməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə araşdırması aparılmış və araşdırma nəticəsində işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş yaş həddinə 19.04.2021-ci il tarixdə çatmışdır. Lakin, onun Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya azı 25 il sığorta stajının olması müəyyən edilməmişdir. Belə ki, işdə olan iddiaçıya məxsus əmək kitabçası və məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən təqdim edilmiş arayışlara əsasən müəyyən edilmişdir ki, İddiaçı 12.10.1979-cı ildən 02.04.1986-cı il tarixədək (9 il 5 ay 21 gün) SSRİ Nəqliyyat Tikinti Nazirliyi “Armtransstroy” Trestində, 17.04.1986-cı ildən 03.01.1989-cu ilədək (2 il 8 ay 17 gün) tikişçi kimi işləmiş, 10.10.1989-cu il tarxdən “Bakı Trikotaj Fabriki”nin tikiş sexinə biçici peşəsi üzrə işə qəbul edilmiş, 09.01.2006-cı il tarixdən işdən azad olunmuşdur. 1995-ci ilin aprel ayından dekabr ayına qədər, 1996-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları, 1997-ci ilin yanvar ayından 2005-ci ilin dekabr ayına qədər ödənişsiz məzuniyyətdə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi). Bununla yanaşı, cavabdeh də öz növbəsində iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunun təsdiqi üçün sübutlar təqdim etmişdir (İPM-in 14.3-cü maddəsinin ikinci cümləsi). Tərəflərin təqdim etdikləri, həmçinin məhkəmənin təşəbbüsü ilə əldə edilmiş sənədlərə görə, iddiaçı sığorta stajının böyük bir hissəsini əhatə edən 10.10.1989-09.01.2006-cı illərdə “Bakı Trikotaj Fabriki”-də (hazırda "xxxx" ASC-də) işlədiyi illərdə - 1995-ci ilin aprel ayından dekabr ayına qədər, 1996-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları, 1997-ci ilin yanvar ayından 2005-ci ilin dekabr ayına qədər öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, iddiaçının ilk növbədə əmək fəaliyyətinin 2002-ci il 1 yanvar tarixədək müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Bununla yanaşı, müəyyən edildiyi kimi, mübahisələndirilən illər üzrə sosial sığorta haqları nəinki ödənilməmişdir, hətta həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuşdur. Bunun işəgötürənin təqsiri üzündən baş verməsi özüözlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur. Məhkəmə Əmək Məcəlləsinin 128 (Ödənişsiz məzuniyyətdən istifadə hüququ), 129 (Ödənişsiz məzuniyyətin növləri) və 146-cı (Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi) maddələri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək Məcəlləsinin 128-ci maddəsinin adından da göründüyü kimi, həmin norma işçinin ödənişsiz məzuniyyətdən istifadə etmək hüququnu nəzərdə tutur və bu hüququn həyata keçirilməsi şərtlərini müəyyən edir. İşçinin xahişi ilə ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddətləri Əmək Məcəlləsinin 130-cu maddəsində təsbit olunmuşdur. Lakin həmin müddəalar işəgötürənin tərəflərin razılığına və mülahizəsinə əsasən işçiyə digər əsaslarla ödənişsiz məzuniyyət vermək hüququna təsir etmir. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Əmək Məcəlləsinin 146-cı maddəsinin müddəalarına görə:
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, ödənişsiz məzuniyyətin 1995-ci il aprel ayından başlayan ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər. Əmək Məcəlləsinin 146-cı maddəsinin hazırkı işə tətbiqinə gəldikdə, ödənişsiz məzuniyyətin verilməsinin iddiaçının razılığı olmadan (işçinin iradəsinə zidd olaraq) baş verdiyi, cavabdehin ödənişsiz məzuniyyətin verilməsinə dair əmrinə qarşı iddiaçının etiraz etdiyi (mübahisə açdığı), həmçinin qanunla yol verilən ödənişsiz məzuniyyət müddətinin başa çatmasından sonra belə, işdən azad olunduğu 2008-ci ilədək olan 10 ilə yaxın müddət ərzində Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinin, deməli, həm də həmin Məcəllənin 169-cu maddəsinin ona münasibətdə tətbiq olunmasını işəgötürəndən tələb etdiyi təsdiq edilmir. Beləliklə, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş yuxarıda sadalanan əmək və pensiya qanunvericiliyinə görə 9 ildən artıq müddətdə ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilə bilməsi üçün əsas olmamışdır. Bununla da, iddiaçı qanunveriliklə tələb oluna 25 il sığorta stajına malik olmamışdır. Məhkəmə eləcə də, iddiaçının Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi halına münasibətdə qeyd edir ki, işdə olan 14.09.2021-ci il tarixli xidməti məktuba Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş cavab məktubundan və cavabdeh tərəfidən təqdim edilmiş məlumatlardan müəyyən edilir ki, iddiaçının hazırda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 21898.3606 manat olmaqla, ona münasibətdə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı 01.01.2006-cı il tarixdən 31.03.2021-ci il tarixədək sığortaedənlər tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi, yaşa görə əmək pensiyası hüququna malik olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva