Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8439/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X3 Agentliyinin nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasınını Dövlət Şəhərsalma və Arxitektura Komitsəi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə, Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X3 Agentliyinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yannında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi tikinti Planlaşdırma Mərkəzinə qarşı “qeyriyaşayış binasının sənədləşdirilməsi və sairə hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə, Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X3 Agentliyinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yannında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi tikinti Planlaşdırma Mərkəzinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bərdə bələdiyyəsi ilə bağladığı 29 iyun 2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən qanuni əsaslarla icarəsində olan Bərdə şəhəri, Nizami küçəsidə (hazırkı Heydər Əliyev prospektində) yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 366 kv.m ibarət torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış binasının (mağaza binasının) X4 adına sənədləşdirilməsi, onun adına istismara qəbul aktının, müvafiq rəy və layihənin, texniki pasportun və mülkiyyət hüququna dair çıxarışın tərtib edilərək verilməsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanılmış və mübahisənin aidiyyət məsələsinin müzakirəsi ilə bağlı məhkəmənin hazırlıq icraatı üzrə iclası təyin edilərək, bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdeh inzibati orqanların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Azərbaycan Respublikasınını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin və nümayəndələri işin ərazi aidiyyəti məsələsinin məhkəmənin mülahizəsinə uyğun həll edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia daşınmaz əmlakla bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisəyə aid olduğundan işin aidiyyəti müstəsna aidiyyət qaydalarına uyğun olaraq həll edilməlidir. Məhkəmə müəyyən edir ki, hazırkı inzibati mübahisənin predmeti olan qeyri-yaşayış sahəsi Bərdə şəhərində yerləşir. İddianın mahiyyəti isə həmin qeyri-yaşayış sahəsinin digər şəxsin adına sənədləşdirilməsi ilə bağlı hərəkətlərin qadağan edilməsindən ibarətdir. Belə olan halda işin ərazi aidiyyəti İPM-in 8.1.1-ci maddəsinə uyğun olaraq həll edilməlidir. İPM-in 8.1.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Həmin Qərara əsasən Bərdə rayonu Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir (16.3.) Göstərilənlərə əsasən, məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.1 maddəsinin tələbinə uyğun olaraq, daşınmaz əmlakın aid olduğu yer üzrə müvafiq inzibati məhkəmədə, yəni Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə hazırkı mübahisə üzrə müvafiq prosessual hərəkətlərin ərazi aidiyyəti üzrə göndərildiyi məhkəmədə edilməli olduğunu nəzərə alaraq iddiaçının tələbin həcminin artırılmasına dair ərizəsinə münasibət bildirməyə və hazırkı iddia ərizəsi üzrə formal xətaların aradan qaldırılmasına zərurət görmür. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 8.1.3, 8.1.2, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə, Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X3 Agentliyinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yannında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi tikinti Planlaşdırma Mərkəzinə qarşı “qeyriyaşayış binasının sənədləşdirilməsi və sairə hərəkətlərin qadağan edilməsi” tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8439/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8439/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver