Məhkəmə qərarları › İş №2-1(112)-8486/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8486/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8486/2021 23.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdehnə qarşı telefon xətti çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdehnə (bundan sonra mətndə Cavabdeh MMC) qarşı Cəlilabad rayon Göytəpə şəhər Qurtuluş küçəsi ev 177 nömrəli mənzilinə telefon xəttinin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınmışdır və mənzilin mülkiyyətçisi odur. 2013-cü ildən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinə müraciət etməsinə baxmayaraq, ona məxsus olan mənzilinə telefon xəttinin çəkilməsi təmin edilməmişdir. Qonşularının hamısında rabitə xətti mövcuddur. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi müraciətlərinə cavab isə blokda yer olmadığını əsas gətirib bəhanə edirlər. Son dəfə 31.05.2021-ci il tarixində müraciətinə yenə də eyni məzmunlu cavab verilmişdir. Ona məxsus olan mənzilinə telefon xəttinin çəkilməsi üçün blokda yerin olub-olmaması onun hüquqlarının pozulması üçün əsas ola bilməz. Artıq hüquqlarının bərpa edilməsi, mənzilinə telefon xəttinin çəkilməsi məsələsini məhkəmə müstəvisində mübahisələndirmək qərarına gəlmişdir. Konstitusiyaya əsasən mülkiyyət toxunulmazdır. Onun Konstision hüquqları Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi və strukturu tərəfindən kobud surətdə pozulmuşdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin şəxsin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmuşdur. Etirazda göstərilmişdir ki, iddia ərizəsində qeyd edilənlərdən və Cavabdeh MMC tərəfindən iddiaçıya verilmiş cavabdan da göründüyü kimi, telefon çəkilişindən imtina edilməmiş, həmin ərazidə texniki imkan olmadığından iddiaçının evinə telefon çəkilişinin mümkün olmadığı bildirilmişdir. Bundan əlavə iddiaçıya verilən cavabda texniki imkan yaranan kimi onun evinə telefon çəliləcəyi qeyd edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasında iştirak etməmişdir. 22.11.2021-ci il tarixdə ərizə (teleqram) ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı X1 nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə öhdəliyin icrası haqqında iddia onunla xarakterizə olunur ki, iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı ********* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Cəlilabad rayonu, Prişib şəhərində doğulmuş Abıyeva X2 rayonu, Göytəpə şəhəri, A.Bayramov küçəsi, ev 35 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 0,141 ha torpaq sahəsində yerləşən 86,9 kv. metr ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 26.09.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC tərəfindən verilmiş 102-2-13/3/7231-21 saylı 31.05.2021-ci il tarixli məktubla müraciətçiyə bildirilmişdir ki, onun Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlanmış telefon çəkilişi və telefon dirəyinin mülkiyyətindən çıxarılması barədə müraciətinə “Aztelekom" MMC-də aidiyyəti üzrə baxılmışdır. Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində telekommunikasiya xidmətinin təminatı ilə əlaqədar texniki imkan məhdud olduğundan, hazırda müraciətin təmin edilməsi mümkün deyildir. Qeyd edilən ərazidə telekommunikasiya xidmətinin yüksək səviyyədə göstərilməsi üçün müasir növ texniki avadanlıqlar quraşdırılacaqdır. Texniki avadanlıqlar quraşdırıldıqdan sonra, Cəmiyyətin Cəlilabad filialı onlara məlumat təqdim edərək, telefon xidmətinin göstərilməsini təmin edəcəkdir. Telefon dirəyi mülkiyyətlərindən çıxarılmışdır. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının 12.12.2018-ci il tarixli 004 nömrəli qərarı ilə təsdiq edilmiş “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nın: 1.2-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasında sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə şərtlərini, sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsi operatorları ilə abunəçiləri arasında qarşılıqlı münasibətləri tənzimləyir; 1.3-cü bəndinə əsasən xidmətdən istifadə etmək üçün abunəçilərin son telekommunikasiya avadanlığı şəbəkəyə qoşulur; 1.5-ci bəndinə əsasən son telekommunikasiya avadanlığı yaşayış evlərində, mənzillərdə və qeyri-yaşayış məntəqələrində qurulur; 2.1-ci bəndinə əsasən şəbəkəyə qoşulmaq üçün operatora poçtla və ya elektron formada müraciət edilə bilər. Operator müraciət edən şəxsə qoşulma üçün texniki imkan barədə 3 (üç) iş günündən gec olmayaraq məlumat verir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində yaşadığı mənzilə telefon xəttinin çəkilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin həmin ərazidə telekommunikasiya xidmətlərinin təminatı ilə əlaqədar mövcud avadanlıqlarda texniki imkan məhdud olduğundan telefon çəkilişi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının yaşadığı ərazidə texniki imkan olmadığından telefon xəttinin çəkilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar