Məhkəmə qərarları › İş №2-1(112)-8508/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8508/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8508/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “dövlət qeydiyyat nişanının qeydiyyata alınaraq, yeni avtomobilə təhkim olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən təqdim edilmiş imtina məktubu (inzibati akt) qanunsuz və əsassız olduğuna görə məhkəmə tərəfindən ləğv edilərək iddiaçıya məxsus ** XS *** nömrəli dövlət qeydiyyat nişanının qeydiyyata alınaraq, yeni aldığı avtomobilinə təhkim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 03 fevral 2025-ci il tarixdə iddiaçı ona məxsus Honda İnsight markalı avtomobili satmışdır, lakin adına olan ** XS *** nömrəli dövlət qeydiyyat nişanının satmamış və həmin nişanı adında saxlanılaraq bir neçə gündən sonra götürəcəyini bildirərək X3nə təhvil vermişdir. 06 fevral 2025-ci il tarixdə Baş X3nə gedərək köhnə dövlət yol nişanını ona verilməsini xahiş etdikdə bu barədə ayrıca ərizə ilə müraciət etdikdən sonra həmin nömrənin ona veriləcəyi bildirirlmişdir. İddiaçı 06 fevral 2025-ci il tarixində BDYPİ elektron ərizə ilə rəsmi qaydada ona məxsus olan ** XS *** dövlət qeydiyyat nişanını yeni aldığı Toyota Prius prime markalı təhkim olunmasını xahiş etmişdir. 13 fevral 2025-ci il tarixdə Baş Dövlət Yol Polsi İdarəsindən ona imtina məktubu göndərilərək bildilmişdir ki, “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 29 maddəsinin İİİ-cü hissəsinə əsasən avtomobil özgəninkiləşdirildikdə həmin avtomobilin əvvəlki dövlət qeydiyyat nişanı saxlanılır və yalnız avtomobili satan və alan şəxslər avtomobilin üzrəindəki dövlət qeydiyyat nişanını saxlamaq istəmədikləri halda həmin nişan X3nə təhvil verilir və avtomobilə digər dövlət qeydiyyat nişanı verilir. Cavabdehin 13 fevral tarixli imtina məktubundan sonra müxtəlif dövlət orqanlarına (Prezident administrasiyası, Baş Prokurluq, Ombudsman, Daxili işlər nazirliyi) Şikayət ərizəsi ilə müraciət etmiş, lakin şikayət təmin olunmamışdır. İnzibati orqan olan Baş X3inin təqdim etdiyi imtina məktubu (inzibati akt) işin faktiki hallarına uyğun deyil və qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, işin faktiki vəziyyəti ondan ibarətdir ki, əvvəl satdığı avtomobilin dövlət qeydiyyat nişanının və yeni aldığı avtomobilin də mülkiyyətçisi özü olmuş və yeni avtomobili alarkən onun əvvəlki sahibi və bu avtomobilin üzərindəki dövlət qeydiyyat nişanını saxlamaq istəməmiş və belə olan halda qanunvericiliyin tələblərinə görə nəqliyyat vasitəsinə digər dövlət qeydiyyat nişanı verilir. O, yeni aldığı nəqliyyat vasitəsinə əvvəllər ona məxsus olmuş nəqliyyat vasitəsindəki sahib olduğu ** XS *** dövlət qeydiyyat nişanının daimi uçota alınaraq yeni aldığı nəqliyyat vasitəsinə verilməsini xahiş etmişdir. Beləliklə də məlum olur ki, cavabdeh tərəfindən təqdim olunan imtina məktubu əsassız və qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməlidir.

3. Məhkəmənin sorğusuna əsasən cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə vətəndaş İddiaçı DİN Baş X3 İdarəsinə daxil olmuş müraciətlərinin, əlavə olunmuş digər sənədlərin və cavab məktublarının surəti məhkəməyə təqdim edilmişdir.

4. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin İİİ hissəsinin tələbinə görə Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları saxlanılır. Belə ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə həmin gün nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə müvafiq qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.

5. Məhkəmənin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iştirak etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

7. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

8. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

11. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. İddia tələbi dövlət qeydiyyat nişanının qeydiyyata alınaraq, yeni avtomobilə təhkim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır.

14. “Yol hərəkəti haqqında” Qanunun: Maddə 3. Yol hərəkəti haqqında qanunvericilik Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı İ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. İİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, "HONDA İNSİGHT MİNİK" markalı **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsinə **-UY-*** dövlət qeydiyyat nişanı təhkim olunmuş, elə həmin tarixdə "HONDA İNSİGHT MİNİK" markalı **-UY-*** (**-XS-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında X1 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Hazırda iddiaçı **-XS-*** dövlət qeydiyyat nişanının ona qaytarılmasını tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Göründüyü kimi, iddiaçının tələb etdiyi **-XS-*** dövlət qeydiyyat nişanı xx.xx.2025-ci il tarixədək iddiaçıya məxsus nəqliyyat vasitəsinə təhkim olunmuşdur. Sonradan iddiaçı nəqliyyat vasitəsini özgəninkiləşdirərkən həmin dövlət qeydiyyat nişanını digər nəqliyyat vasitəsinə vermək istədiyini bildirməmiş (belə olan halda nəqliyyat vasitəsini alan şəxsin razılığı da tələb olunur), daha sonra həmin dövlət qeydiyyat nişanı onun yeni nəqliyyat vasitəsinə təhkim edilməmişdir. Qeyd olunan qanunvericilik nomalarından da görünür ki, özgəninkiləşdirildikdən sonra təhvil verilmiş dövlət qeydiyyat nişanlarının nəqliyyat vasitəsini satan şəxsin adında saxlanılması və sonradan ona qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır.

17. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Bu səbəbdən iddia əsassız hesab edilməli və rədd edilməlidir.

18. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

19. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

20. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar