Məhkəmə qərarları › İş №2-1(112)-8842/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8842/2022

28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8842/2022 28.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə qarşı ictimai birliyin qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyinin qeydiyyata alınmasını və reyestrə daxil edilməsini vəzifə kimi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddiaçı qismində tanınmalarının və işə buraxılmalarını xahiş etmişlər və həmin ərizə məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən qəbul edilərək İddiaçı3 və İddiaçı2 iş üzrə birgə iddiaçı qismində prosessual həmiştirakçı kimi tanınmışlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, AMAC İctimai Hərakatı xx.xx.2019-cü ildə Bakı şəhərində yaşayan bır qrup ziyalılar və alimlər tərəfindən ümumi iclasın qərarı ilə yaradılmış, bütün müvafiq sənədlər toplanmış və qeydiyyata alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmişdir. Nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 05-3486-2-13 saylı məktubla Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən təşkilatın adında onun təşkilatı-hüquqi forması və fəaliyyətinin xarakteri göstərilmədiyi bildirilərək toplanmış materiallar geri qaytarılmışdır. Qeydiyyat və Notariat Baş İdarəsindən daxil olan məktuba xx.xx.2019-cu il tarixdə ümumi yığıncaqda baxılmış, təşkilatın adında onun hüquqi forması və fəaliyyətinin xarakteri haqqında izahat verilərək toplanmış materiallar qeydiyyata alınması üçiin təkrar Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərilmişdir. Toplanmış materiallar xx.xx.2020-ci il tarixdə 05-3486-3-13 saylı məktubla qeydiyyata alınmadan geri qaytarılmışdır. Məktubda heç bir əlavə izahat verilmədən bildirilmişdir ki, əvvəlki məktubda qeyd olunan “təşkilatın hüquqi forması və fəaliyyətinin xarakteri" göstərilməmişdir. Bundan sonra Qeydiyyat və Notariat Baş İdarəsi əməkdaşları ilə üzbəüz görüşmək mümkün olmadığından telefon əlaqəsi yaradılmış, “təşkilat-hüquqi forma və fəaliyyətinin xarakteri" ilə əlaqədar əlavə izahat vermələri istənilmişdir. Bildirmişlər ki, “Qeyri-hökuməttəşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununda adından da göründüyü kimi yalnız ictimai birliklər və fondlar adlı təşkilatlar qeydiyyata alınır, Azərbaycanda İctimai Hərakat adlı QHT forması yoxdur, ona görə də təşkilatın adında dəyişiklik edilməlidir. Qeydiyyat və Notariat Baş İdarəsinə bildirilmişdir ki, onlar müasir dünyanın bir hissəsidirlər və demokratik bir cəmiyyətdə yaşayırlar, dünyanın bir çox dövlətlərində, yaxın qonşu olan X5 vardır, onlardan birinə isə Rusiya siyasətinin “xaçatası” hesab olunan Dugin rəhbərlik edir. Nəyə görə müasir dünya ilə ayaqlaşmamadırlar, onlar da İctimai Hərakat adlı QHT olmamalıdır. Bildirdilər ki, Qanunda nəzərdə tutulmayıb, ona görə də o adla qeydiyyata ala bilmirlər. xx.xx.2020-ci ildə Ümumi yığıcaqda Qeydiyyat və Notariat Baş İdarəsinin məktubuna baxıldı və AMAC İctimai Hərakatının adında dəyişiklik edilməsi, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununa uzlaşdırılması, AMAC İctimai Birliyinə çevrilməsi, Nizamnamədə müvafıq dəyişiklik edilməsi, Nizamnamənin yenidən təsdiq olunması, toplanmış materialların qeydiyyata alınması üçün təkrar Ədliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul olundu və materiallar yenidən Ədliyyə Nazirliyinə göndərildi. xx.xx.2020-ci il tarixdə 05-30-19 saylı məktubla toplanmış materiallar qeydiyyata alınmadan yenidən geri qaytarılmışdır. Məktubda göstəriİir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2 maddəsinin tələblərinə riayət olunmamış, ərizə notarial qaydada təsdiq olunmamışdır. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi əməkdaşları ilə yenə də üz-üzə görüş alınmadığından telefon əlaqəsi yaradıldı və bildirildi ki, əvvəlki müraciətdə ərizə notarial qaydada təsdiq olunmuş və onlarda saxlanılmışdır. Bildirdilər ki, hər müraciətdə yeni ərizə yazılmalı və notarial qaydada təsdiq olunmalıdır. Növbəti dəfə xx.xx.2020-ci il tarixdə Ümumi iclasda Ədliyyə Nazirliyinin məktubuna baxıldı, irad müzakirə olundu, nöqsan aradan qaldırıldı və toplanmış materialların yenidən Ədliyyə Nazirliyinə göndərilməsi haqda qərar qəbul olundu. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi növbəti dəfə QHT-ni qeydiyyata almadan xx.xx.2020-ci il tarixdə 05- 3019-2-13 saylı məktubla geri qaytardı. Əlavə heç bir izahat verilmədən bildirilmişdir ki, “qurumun adında fəaliyyətinin xarakteri göstərilməmişdir”. Yenə də Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi ilə üzbə-üz əlaqə yaradıla bilinmədiyindən, telefon əlaqəsi yaradıldı və bildirildi ki, “qurumun adında fəaliyyətinin xarakteri” haqqında izahat versinlər. Bildirdilər ki, qurumun adına görüləcək fəaliyyətin ümumi adı əlavə olunmalıdır. Bildirmişlər ki, onların fəaliyyət istiqaməti Nizamnamədə göstərilmişdir. Bildirdilər ki, fəaliyyət istiqaməti bir başa qurumun adında göstərilməlidir. xx.xx.2021-ci ildə yenidən Ümumi yığıncaq çağırıldı, iradlar müzakirə olundu. AMAC İctimai Birliyinin adının “AMAC Geosiyasi Araşdırmalar" İctimai Birliyinə çevrilməsi, Nizamnamənin yeni ada uzlaşdırılması və toplanmış materialların qeydiyyata alınması üçün təkrarən Ədliyyə Nazirliyinə göndərilməsi haqqında qərar qəbul olundu və göndərildi. Qeydiyyat və Notariat Baş İdarəsi növbəti dəfə xx.xx.2021-ci il tarixdə 05-519-13 saylı məktubla toplanmış materialları geri qaytarmış və yenə də bildirilmişdir ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Qeydiyyat və Notariat Baş İdarəsi əməkdaşları ilə koronavirus pondemiyası səbəbi ilə üz-üzə görüşmək mümkün olmadığından, telefon əlaqəsi yaradıla bilmədiyindən nə istəmələri araşdırıla bilinmədi və toplanmış materiallar yenidən qeydiyyata alınmaq üçün göndərildi. Növbəti dəfə Ədliyyə Nazirliyi xx.xx.2021-ci il tarixdə 05-519-2-13 saylı məktubla toplanmış materialları qeydiyyata almadan geri qaytardı. Əvvəlki məktubdan fərqli olaraq bu dəfə “qurumun Nizamnaməsində idarə etmə orqanının səlahiyyət müddətinin göstəriİməməsi göstərilmişdir. xx.xx.2021-ci il tarixdə Ümumi yığıncaqda göstərilən bu irad da qəbul olundu və Nizamnamədə müvafıq dəyişiklik edilərək təsdiq olundu. Toplanmış materialların qeydiyyata alınması üçün yenidən Ədliyyə Nazirliyinə göndərilməsi haqda qərar qəbul olundu və göndərildi. Nəhayət xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyi 05-519-3-13 saylı məktubla QHT-ni qeydiyyata almadan toplanmış materialları yenidən poçtla geri qaytarılmış, məktub ünvana poçt əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə çatıdırılmışdır. Bu dəfə də əvvəlki məktubda olduğu kimi “qurumun Nizamnaməsində idarə etmə orqanının səlahiyyət müddəti göstəriİməməsi” qeyd olunmuşdur. Ədliyyə Nazirliyinin xx.xx.2021-ci iİ tarixli məktubu ünvana xx.xx.2021-ci il tarixdə çatdığından xx.xx.2021-ci il tarixdə növbəti dəfə müzakirə olundu. Bildirildi ki, AMAC-la əlaqədar toplanmış materiallar Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən 7-ci dəfədir müxtəlif bəhanələrlə qeydiyyata alınmadan geri qaytarılır. Sonuncu iki məktubda “qurumun Nizamnaməsində idarə etmə orqanının səlahiyyət müddətinin göstəriİməməsi" qeyd olunur. Halbu ki, xx.xx.2021-ci il tarixli məktubda göstərilən irada xx.xx.2021-ci il tarixli Ümumi yığıncaqda baxılmış, Nizamnamənin 5.1-ci bəndinə fəaliyyət müddəti 5 il müddətinə təyin edilməsi barədə düzəliş olunmuşdur. Qeydiyyat və Notariat Baş İdarəsi bu düzəlişi nəzərə almadan xx.xx.2021-ci iİ tarixdə yenə də həmin bəhanə ilə toplanmış materialları geri qaytarmışdır. Onlar da “AMAC Geosiyasi Araşdırmalar" X1raq bu haqsızlığa razı olmadıqlarından Ümumi iclasın xx.xx.2021-ci tarixli qərarı ilə 76 vərəqdən ibarət toplanmış materiallar baxılması və “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyinin qeydiyyata alınmasını və reyestrə daxil edilməsini vəzifə kimi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. xx.xx.2021-ci ildə ilkin məhkəmə iclası olmuş, qarşı tərəfin nümayəndəsinin məhkəməyə gəlməməsinə görə məhkəmə təxirə salınmış və xx.xx.2022-ci il tarixə yeni məhkəmə iclası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu təqdim edilmişdir. İddia ərizəsi geri götürmüş, göstərilmiş nöqsanın aradan qaldırılması və materialların yenidən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə hazırlanması üçün Ümumi iclasa müraciət etmişdir. Ümumi iclasın xx.xx.2022-ci il tarixli qərarı ilə Nizamnaməyə müvafiq dəyişiklik edilmiş, Nizamnamə təsisçilər tərəfindən təsdiqlənmiş, ərizə təsisçilər tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənmiş və bütün toplanmış material yenidən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərilmişdir. Təxminən 2 aydan sonra xx.xx.2022ci il tarixdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi 05-1042-13 saylı məktubla növbəti bəhanə kimi “Ərizəni bütün təsisçilərin imzalamamasını" göstərərək, “AMAC X2 Birliyini qeydiyyata almaqdan imtina etmiş, toplanmış materiallar poçtla geri qaytarmış və tərəflərindən xx.xx.2022-ci il tarixdə poçtdan qəbul olunmuşdur (Təsisçilər tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənmiş ərizə hazırda Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində saxlanılır). Əslində bu bəhanələrin hamısı 2019-cu ildə bir məktubda göstərilə və yaxud verdikləri əlaqə telefonları ilə bildirilə bilərdi. Onlar da həmin iradları bir dəfəyə düzəldərdilər. Lakin Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən 3-cü ildir ki, süründürməçilik davam etdirilir, “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyini müxtəlif bəhanələrlə qeydiyyata almaqdan imtina edirlər. Onlar da “AMAC Geosiyasi Araşdırmalar" X1raq bu haqsızlığa razı deyillər. Cavabdeh tərəfindən iddia tələbinə etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə qarşı «AMAC Geosiyasi Araşdırmalar» ictimai birliyinin dövlət qeydiyyatına alınması və reyestrə daxil edilməsi tələbi ilə bağlı aşağıdakıları bildirirlər. «AMAC Geosiyasi Araşdırmalar» ictimai birliyi xx.xx.2019-cu il tarixdə təsis edilmişdir. Qurumun təsis sənədləri ilk dəfə xx.xx.2019-cu il tarixdə AMAC İctimai Hərəkatı adı ilə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2019-cu il tarixdə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Belə ki, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələblərinə zidd olaraq birliyin adında onun təşkilati-hüquqi forması və fəaliyyətinin xarakteri göstərilməmişdir. xx.xx.2019-cu il tarixdə sənədlər yenidən nazirliyə təqdim olunsa da, əvvəlki məktubla bildirilmiş irad aradan qaldırılmadığından xx.xx.2020-ci il tarixdə geri qaytarılmışdır. Daha sonrakı müraciətlərində qurumun AMAC ictimai birliyi adı ilə Ədliyyə Nazirliyinə təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 5.2-ci maddəsinin (ərizə notariat qaydasında təsdiq olunmamışdır) və Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Qanunun 3.1-ci maddəsinin (qurumun adında fəaliyyətinin xarakteri göstərilməmişdir) tələblərinə riayət edilməməsi müəyyən olunmamışdır. Bununla yanaşı nazirliyə daxil olmuş sənədlər Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Qanunun 25.1-ci maddəsinin tələbinə zidd tərtib olunduğundan «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq geri qaytarılmışdır. Belə ki, sözügedən maddənin tələbinə əsasən ictimai birliyin idarəetmə orqanlarının səlahiyyət müddəti ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. Bunula bağlı qeyd edilir ki, təşkilatın nizamnaməsinin 7.1-ci bəndinə əsasən konfranslararası dövrdə birliyin fəaliyyətinə əsas icraedici orqan İdarə Heyəti rəhbərlik edir. Lakin həmin orqanın səlahiyyət müddəti nizamnamədə müəyyən olunmamışdır. Sonuncu dəfə qurumun sənədləri xx.xx.2022-ci il tarixdə nazirliyə təqdim olunmuş, lakin ərizə bütün təsisçilər tərəfindən imzalanmadığından xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır. Həmçinin qeyd etmək lazımdır ki, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Qanunun 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə maneə ola bilməz. Yuxarıda göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılar və cavabdeh lazımi qaydada məlumatlandırılmış, lakin digər iddiaçılar və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən digər iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının xx.xx.2008-ci il tarixli, Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1955-ci ildə Beyləqan rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının xx.xx.2005-ci il tarixli, Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1951-ci ildə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının xx.xx.2010-cu il tarixli, Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1956-cı ildə Şəmkir rayonunda doğulmuşdur. - AMAC X10 Yığıncağının 1 saylı, 03 iyun 2019-cu il tarixli protokolundan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, X9, X6 tərəfindən AMAC İctimai Hərəkatı və onun Nizamnaməsi təsis və təsdiq edilmişdir. - AMAC X10 Yığıncağının 2 saylı, 20 iyun 2019-cu il tarixli protokolundan görünür ki, X9 AMAC İctimai Hərəkatının təsisçiliyindən azad olunmuşdur. - Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 05/3486/2-13 nömrəli məktubdan görünür ki, AMAC ictimai Hərəkatının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxılmışdır. Bildirirlir ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 -ci maddəsinin tələblərinə zidd olaraq birliyin adında onun təşkilati-hüquqi forması və fəaliyyətinin xarakteri göstərilməmişdir.“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılır. - AMAC X11 X4 3 saylı, xx.xx.2019-cu il tarixli protokolundan görünür ki, ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 05/3486/2-13 nömrəli məktubunda göstərilənlər müzakirə edilmiş və AMAC İctimai Hərakatının qeydiyyata alınması haqqında toplanmış materialların təkrar Ədliyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/3486/3-13 nömrəli məktubdan görünür ki, AMAC ictimai hərəkatının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxılmışdır. Bildiririlir ki, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə zidd olaraq qurumun adında onun təşkilati-hüquqi forması və fəaliyyətinin xarakteri göstərilməmişdir. Bununla bağlı nazirliyin xx.xx.2019-cu il tarixli 05/3486/2-13 məktubunda bildirilsə də çatışmazlıq aradan qaldırılmamışdır. Göstərilənləri nəzərə alaraq “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılır. - AMAC X11 X4 4 saylı, 11 iyun 2020-ci il tarixli protokolundan görünür ki, X6 AMAC İctimai Hərəkatının təsisçiliyindən azad olunmuş, AMAC İctimai Birliyinin yeni redaktədə Nizamnaməsi təsdiq edilmiş, AMAC İctimai Birliyi haqqında toplanmış materialların qeydiyyata alınması üçün təkrar Ədliyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/3019/-13 nömrəli məktubdan görünür ki, AMAC ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 5.2-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, ərizə notariat qaydasında təsdiq olunmamışdır. Bu baxımdan adıçəkilən Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun dövlət qeydiyyatından imtina edilməklə sənədlər geri qaytarılır (əlavə olunur). Məsələyə nöqsanın aradan qaldırılacağı təqdirdə baxıla bilər. - AMAC X11 X4 5 saylı, xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, AMAC İctimai Birliyinin yeni redaktədə Nizamnaməsi təsdiq edilmiş, AMAC İctimai Birliyində təsisçilər adından bütün sənədlərin imzalanması Birliyin sədri İddiaçı1 həvalə edilmiş, AMAC İctimai Birliyi haqqında toplanmış materialların qeydiyyata alınması üçün təkrar Ədliyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/3019/2-13 nömrəli məktubdan görünür ki, AMAC ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı daxil olmuş müraciətinə baxılmışdır. Sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurumun adında fəaliyyətinin xarakteri göstərilməmişdir. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun qeydiyyatından imtina edilməklə müvafiq sənədlər geri qaytarılır (əlavə olunur). Məsələyə nöqsaların aradan qaldırılacağı təqdirdə baxıla bilər. - Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/519-13 nömrəli məktubdan görünür ki, «AMAC» ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələblərinə əməl edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Bu barədə ona sonuncu dəfə xx.xx.2020-ci il tarixli 05/3019/2-13 nömrəli məktubla təkrar bildirilmişdir. Bu baxımdan «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun dövlət qeydiyyatından imtina edilməklə sənədlər geri qaytarılır (əlavə olunur). Məsələyə nöqsanın aradan qaldırılacağı təqdirdə baxıla bilər. - “AMAC Geosiyasi Araşdırmalar” X12 X4 6 saylı, xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin 05-519-13 saylı, xx.xx.2021-ci il tarixli məktubunda göstərilənlər müzakirə edilmiş, “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyinin yeni redaktədə Nizamnaməsi təsdiq edilmiş, “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyinin təsisçilər adından bütün sənədlərin imzalanması Birliyin sədri İddiaçı1 həvalə edilmiş, “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyi haqqında toplanmış materialların qeydiyyata alınması üçün təkrar Ədliyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/519/2-13 nömrəli məktubdan görünür ki, “AMAC Geosiyasi Araşdırmalar” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunun 25.1-ci maddəsinin tələblərinə riayət olunmaması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə zidd olaraq qurumun nizamnaməsində idarəetmə orqanlarının səlahiyyət müddəti göstərilməmişdir. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılır (əlavə olunur). Məsələyə nöqsanların aradan qaldırılacağı təqdirdə baxılacaqdır. - “AMAC Geosiyasi Araşdırmalar” X12 X4 7 saylı, xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin 05-519-2-13 saylı, xx.xx.2021-ci il tarixli məktubunda göstərilənlər müzakirə edilmiş, “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyinin yeni redaktədə Nizamnaməsi təsdiq edilmiş, “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyinin təsisçilər adından bütün sənədlərin imzalanması Birliyin sədri İddiaçı1 həvalə edilmiş, “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyi haqqında toplanmış materialların qeydiyyata alınması üçün təkrar Ədliyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/519/3-13 nömrəli məktubdan görünür ki, “AMAC Geosiyasi Araşdırmalar” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, həmin maddəyə zidd olaraq qurumun nizamnaməsində idarəetmə orqanlarının səlahiyyət müddəti göstərilməmişdir. Qeyd olunanlar barədə nazirliyin xx.xx.2021-ci il tarixli 05/519/2-13 nömrəli məktubu ilə bildirilsə də, həmin çatışmazlıq aradan qaldırılmamışdır. Bu baxımdan "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılır (əlavə olunur). Məsələyə nöqsan aradan qaldırılacağı təqdirdə baxılacaqdır. - “AMAC Geosiyasi Araşdırmalar” X12 X4 8 saylı, xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin 05-519-3-13 saylı, xx.xx.2021-ci il tarixli məktubunda göstərilənlər müzakirə edilmiş, “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyinin qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınmışdır. - “AMAC” X12 X4 9 saylı, xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, iclasda İddiaçı1 (sədr), İddiaçı2 (ideoloji katib), İddiaçı3 (təşkilat katibi), Qiyas Məmmədov (Qarabağ ocağı), Xalid Bağırov (Şəki ocağı), Firdovsi Ələkbərov (Fransa ocağı), Vaqif Aşurzadı (Qəbələ ocağı) iştirak etmiş, “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyinin yeni redaktədə Nizamnaməsi təsdiq edilmiş, “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyinin təsisçilər adından bütün sənədlərin imzalanması Birliyin sədri İddiaçı1 həvalə edilmiş, “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyi haqqında toplanmış materialların qeydiyyata alınması üçün təkrar Ədliyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır. - İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ərizəçilər “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasını xahiş etmişlər. - Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/1042-13 nömrəli məktubdan görünür ki, “AMAC Geosiyasi Araşdırmalar” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsinin tələblərinə riayət olunmaması müəyyən edilmişdir. belə ki, ərizə bütün təsisçilər tərəfindən imzalanmamışdır. Bu baxımdan "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılır (əlavə olunur). Məsələyə nöqsan aradan qaldırılacağı təqdirdə baxılacaqdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, həmin ərizə “AMAC Geosiyasi Araşdırmalar” ictimai birliyinin təsisçiləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən imzalanmışdır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, AMAC X10 Yığıncağının 1 saylı, 03 iyun 2019-cu il tarixli protokoluna əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, X9, X6 tərəfindən AMAC İctimai Hərəkatı və onun Nizamnaməsi təsis və təsdiq edilmişdir. Yığıncağının 2 saylı, 20 iyun 2019-cu il tarixli protokolu ilə X7, 4 saylı, 11 iyun 2020-ci il tarixli protokolu ilə X6 AMAC İctimai Hərəkatının təsisçiliyindən azad olunmuşlar. Hazırki iş üzrə iddiaçılar tərəfindən AMAC İctimai Hərəkatının qeydiyyata alınması ilə bağlı müraciətlər olunmuş, cavabdehin imtinalarına əsasən “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyi kimi Nizamnamə təsdiq edərək qeydiyyata alınmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişlər. Sonuncu dəfə cavabdeh ərizə bütün təsisçilər tərəfindən imzalanmamasını əsas gətirərək sənədləri iddiaçılara geri qaytarmışdır. Hazırda iddiaçılar cavabdehin hərəkətlərini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirlər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun: - 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. - 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. - 5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. Məhkəmə işin hallarına qiymət verərək qeyd edir ki, iddiaçıların cavabdeh inzibati orqana etdikləri müraciətləri ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraatın cavabdeh inzibati orqan tərəfindən tam aparılmaması, bununla da qanunvericiliyin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 28.1.1-ci maddəsinə əsasən iddiaçının ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. - 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. - 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. - 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən; tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; şahid ifadələrindən; müvafiq müayinələrin aparılmasından; ekspert rəylərindən; hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. - 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə iddiaçıların müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçıların “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyinin dövlət qeydiyyatına alınması tələbinə dair müraciətləri ilə bağlı məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 73.2, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 “AMAC Geosiyasi Araşdırmalar” İctimai Birliyinin dövlət qeydiyyatına alınması tələbinə dair müraciətləri ilə bağlı məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar