Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8854/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vəkillər X5 müvafiq qərarı ilə X7 müraciəti əsasında Bakı şəhəri 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Qeyd edilən intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyası tərəfindən vəkil Cavabdeh iştirakı ilə müvafiq araşdırma aparılmış, ərizəçinin və vəkilin izahatları alınmış, təqdim olunmuş sənədlər və digər sübutlar tədqiq edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh ayrı-ayrı vətəndaşlara aid 4 işlə bağlı hüquqi yardım göstərməsi üçün ona müraciət etmiş ərizəçi X6 müvafıq müqavilə bağlamadan müqavilədən kənar qaydada nağd şəkildə 6400 manat məbləğində pul vəsaiti almış, sonradan ərizəçi şikayət etdiyinə görə həmin məbləğin 2000 manatını ona qaytarmış, 1000 manatını iş görüldüyü üçün ərizəçi geri istəməmiş, qalan 3400 manatını isə ərizəçiyə qaytaracağını vəd etsə də buna əməl etməmişdir. Vəkil Cavabdeh X2 Bakı İnzibati Məhkəməsində inzibati iş üzrə hüquqi yardımın göstərilməsi haqqında bağladığı xx.xx.2022-ci il tarixli 587 nömrəli müqavilə üzrə müəyyən edilən 100 manat hüquqi yardım haqqı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun bank hesabına ödənildiyi halda, həmin məbləğ hələ ödənilməmiş bu müqavilə əsasında xx.xx.2022-ci il tarixli vəkil orderi əldə etmiş, həmçinin müqaviləni bağlayan və ödənişi edən X4 adlı şəxsin müvafiq etibarnamə ilə buna səlahiyyətli olubolmamasını aydınlaşdırmamışdır. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh tərəfindən - ayrı-ayrı vətəndaşlara aid 4 işlə bağlı hüquqi yardım göstərməsi üçün ona müraciət etmiş ərizəçi X6 müvafiq müqavilə bağlamadan müqavilədən kənar qaydada nağd şəkildə 6400 manat məbləğində pul vəsaiti alıb hüquqi yardım göstərməklə; - X2 Bakı İnzibati Məhkəməsində inzibati iş üzrə hüquqi yardımın göstərilməsi haqqında bağladığı xx.xx.2022-ci il tarixli 587 nömrəli müqavilə üzrə müəyyən edilən 100 manat hüquqi yardım haqqı xx.xx.2022-ci il tarixdə Büronun bank hesabına ödənildiyi halda, həmin məbləğ hələ ödənilməmiş bu müqavilə əsasında xx.xx.2022-ci il tarixli vəkil orderi əldə etməklə, həmçinin müqaviləni bağlayan və ödənişi edən X4 adlı şəxsin müvafiq etibarnamə ilə buna səlahiyyətli olub-olmamasını aydınlaşdırmamaqla, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ, İİİ hissələrinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin və 19cu maddəsinin İ, İİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 2.2, 2.3, 2.4, 2.5, 2.10 və 3.3-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş hüquqi yardım göstərilməsi haqqında müqavilənin nümunəvi formasının 2.1 və 2.3-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1, 2.2 və 2.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələbləri pozularaq, peşə fəaliyyətini həyata keçirərkən intizam pozuntusu sayıla və intizam məsuliyyətinə əsas ola biləcək əməllərə (hərəkətlərə) yol verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddia ərizəsi məhkəməyə göndərildikdən sonra cavabdeh tərəfindən Zakir Babayeva 3.400 manat ödənilmişdir. Həmin şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ərizə ilə müraciət edərək pulun ona qaytarıldığını, hazırda Cavabdeh qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Qeyd olunur ki, cavabdeh vəkillik fəaliyyətinə 2005-ci ildən başlamış, 18 il qüsursuz fəaliyyət göstərmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İntizam icraatı ilə əlaqədar materialların, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin intizam icraatının başlanması braədə qərarının surəti, Vəkillərin İntizam Komissiyasının rəyinin surəti, Vəkillər X5 intizam məsuliyyətinə cəlb etmə barədə qərarının surəti, intizam işində olan müvafiq sənədlərin surəti məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
9. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
10. Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
11. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:
13. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
14. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
15. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi; Həmin Qanunun 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər; Həmin Qanunun 23-cü maddəsinin İ hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə;məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. Vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.
16. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iş üzrə iddiaçı olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Cavabdeh vəkil etikasını kobud şəkildə pozması barədə müraciətlər daxil olduğundan, vəkil Cavabdeh barəsində intizam icraatı başlanmış və bununla əlaqədar Kollegiyanın İntizam Komissiyası tərəfindən apaşdırma aparılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh ayrı-ayrı vətəndaşlara aid 4 işlə bağlı hüquqi yardım göstərməsi üçün ona müraciət etmiş ərizəçi X6 müvafiq müqavilə bağlamadan müqavilədən kənar qaydada nağd şəkildə 6400 manat məbləğində pul vəsaiti almış, sonradan ərizəçi şikayət etdiyinə görə həmin məbləğin 2000 manatını ona qaytarmış, 1000 manatını iş görüldüyü üçün ərizəçi geri istəməmiş, qalan 3400 manatını isə ərizəçiyə qaytaracağını vəd etsə də buna əməl etməmişdir. Eyni zamanda vəkil Cavabdeh X2 Bakı İnzibati Məhkəməsində inzibati iş üzrə hüquqi yardımın göstərilməsi haqqında bağladığı xx.xx.2022-ci il tarixli 587 nömrəli müqavilə üzrə müəyyən edilən 100 manat hüquqi yardım haqqı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun bank hesabına ödənildiyi halda, həmin məbləğ hələ ödənilməmiş bu müqavilə əsasında xx.xx.2022-ci il tarixli vəkil orderi əldə etmiş, həmçinin müqaviləni bağlayan və ödənişi edən X4 adlı şəxsin müvafiq etibarnamə ilə buna səlahiyyətli olub-olmamasını aydınlaşdırmamışdır.
17. İddiaçı tərəfindən cavabdeh ilə dəfələrlə əlaqə saxlanılıb təklif edilməsinə və hər dəfə söz verməsinə rəğmən, vəkil Cavabdeh müraciətlə bağlı yazılı izahat və hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir.
18. Göründüyü kimi Bakı şəhəri 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh tərəfindən - ayrı-ayrı vətəndaşlara aid 4 işlə bağlı hüquqi yardım göstərməsi üçün ona müraciət etmiş ərizəçi X6 müvafiq müqavilə bağlamadan müqavilədən kənar qaydada nağd şəkildə 6400 manat məbləğində pul vəsaiti alıb hüquqi yardım göstərməklə; - X2 Bakı İnzibati Məhkəməsində inzibati iş üzrə hüquqi yardımın göstərilməsi haqqında bağladığı xx.xx.2022-ci il tarixli 587 nömrəli müqavilə üzrə müəyyən edilən 100 manat hüquqi yardım haqqı xx.xx.2022-ci il tarixdə Büronun bank hesabına ödənildiyi halda, həmin məbləğ hələ ödənilməmiş bu müqavilə əsasında xx.xx.2022-ci il tarixli vəkil orderi əldə etməklə, həmçinin müqaviləni bağlayan və ödənişi edən X4 adlı şəxsin müvafiq etibarnamə ilə buna səlahiyyətli olub-olmamasını aydınlaşdırmamaqla, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5- ci maddəsinin İ, İİİ hissələrinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18- ci maddəsinin və 19-cu maddəsinin İ, İİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2, 1.3, 2.2, 2.3, 2.4, 2.5, 2.10 və 3.3-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş hüquqi yardım göstərilməsi haqqında müqavilənin nümunəvi formasının 2.1 və 2.3-cii bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1. 2.2 və 2.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələbləri pozularaq, peşə fəaliyyətini həyata keçirərkən intizam pozuntusu sayıla və intizanı məsuliyyətinə əsas ola biləcək əməllərə (hərəkətlərə) yol verilmişdir. Hazırda Vəkillər Kollegiyası vəkil Cavabdeh Kollegiya üzvlüyündən xaric olunmasını tələb edir.
19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
20. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X3 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm". Həmin Qanunun “vəkilin vəzifələri” təsbit olunmuş 16-cı maddəsinə görə: - (maddənin İ hissəsi) Peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir, «Сinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» AR Qanunundan irəli gələn tələblərə əməl etməlidir; Həmin Qanunun 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir.
21. «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1-ci bəndinə görə: - (1.2) Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; - (1.3). Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. Əsasnamənin 2-ci bəndinə görə: - (2.3) Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması). - (2.4) Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir (Loyallıq). - (2.5) Vəkil vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır (İctimai etimad). Əsasnamənin 5.3-cü bəndinə görə vəkil həmkarlarına münasibətdə hörmətlə davranmalı, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə və kobud rəftara yol verməməlidir.
22. Vəkillər və vəkillik fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərindən aydın olur ki, peşə fəaliyyətini həyata keçirərkən vəkil peşə etikasına uyğun rəftar etməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verməməlidir. Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük nümayiş etdirməli, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməli, peşə fəaliyyətini həyata keçirərkən vəkillik fəaliyyətini tənzimləyən qanunvericiliyə zidd vasitə və üsullardan istifadə etməməli, qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, məhkəmələrdə öz peşə borcunu yerinə yetirən vəkil tələb olunan davranış qaydalarına riayət etməli, hüquqi yardım göstərdiyi şəxsin maraqlarını müdafiəsi ilə bağlı və bu zaman özünün maraqlarını üstün tutmamalı, məhkəməyə bilərəkdən yanlış və ya çaşdırıcı məlumat verməməlidir.
23. Məhkəmə yuxarıda sadalanan normaları hazırkı işin hallarına tətbiq edərək bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə” 01 mart 2024-cü il tarixli protokoldan çıxarış qanuni əsaslarla qəbul olunmuşdur.
24. Məhkəmə bu qənaətini məhkəmə icraatında bildirilmiş dəlil və tədqiq olunmuş sübutlarına məcmu halında qiymət verərək belə əsaslandırır ki, vəkil Cavabdeh müvafiq hərəkətləri özlüyündə vəkil etikası ilə bir araya sığmayan və cəmiyyətin vəkilliyə olan inamına xələl gətirən hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən aparılan icraatda «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13 və 17-ci maddələrinin tələblərinə riayət olunmuş, eləcə də həmin Qanunun başqa müddəalarının pozulması hallarına yol verilməmişdir.
25. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə protokoldan çıxarışı qanunazidd sayılmaması Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil Cavabdeh Kollegiya üzvlüyündən xaric edilməsi tələbinin əsaslı olması nəticəsini doğurur.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva