Məhkəmə qərarları › İş №2-1(112)-8855/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8855/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8855/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh oğlunun iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı «üzvlükdən xaric edilmə» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri 19 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vəkillər X3 müvafiq qərarı ilə X1 müraciəti əsasında Bakı şəhəri 19 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Qeyd edilən intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyası tərəfindən vəkil Cavabdeh iştirakı ilə müvafiq araşdırma aparılmış, ərizəçinin və vəkilin izahatları alınmış, təqdim olunmuş sənədlər və digər sübutlar tədqiq edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, vəkil Cavabdeh iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müəyyən etmə və tanınmahaqqında” iddia tələbinə (Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli, 0691 nömrəli əmrinin Elçin Mehdiyevə aid olan hissədə qanunsuz hesab edilməsi və ona dəymiş 25000 manat pul kompensasiyasının ödənilməsi) dair Sumqayıt İnzibati Məhkəməsində baxılmış inzibati iş üzrə Elçin Mehdiyevin müvafiq müqavilə (xx.xx.2022-ci il tarixli ******* marka nömrəli vəkil orderi) və xx.xx.2021-ci il tarixli 7E-17210 reyestr nömrəli etibarnamə əsasında vəkili və nümayəndəsi olmuşdur. Tərəflər arasında imzalanmış hüquqi yardımın göstərilməsi haqqında müqavilədə onun nömrəsi, bağlandığı gün, ay göstərilməmiş, yalnız 2021-ci il tarixi qeyd edilmiş, müqavilənin müraciət edən şəxs, hüquqi yardım göstərilən şəxs, vəkil, vəkil qurumunun rəhbəri, vəkilə həvalə edilən tapşırığın mahiyyəti, tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan, təşkilat hissələrində heç bir qeyd aparılmamış, müqavilə vəkil qurumunun rəhbəri tərəfindən imzalanmamış və Büronun möhürü illə təsdiqlənməmişdir. Müqaviləyə əsasən göstərilən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 2000 manat müəyyən olunmuş, həmin məbləğ vəkil Cavabdeh tərəfindən şikayətçi Elçin Mehdiyevdən ayrı-ayrı vaxtlarda (2022ci ilin yanvar ayında 800 manat, məhkəmə prosesinin getdiyi dövrdə 700 manat və 2023-ci ilin iyun ayında 500 manat olmaqla) müqavilədənkənar olaraq nağd şəkildə alınmış, bu məbləğdən 100 manatını vəkil Cavabdeh özü Elçin Mehdiyevin adından xx.xx.2022-ci il tarixli 1413 nömrəli mədaxil qəbzi ilə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun bank hesabına eManat vasitəsilə köçürmüş, buna rəğmən sözügedən məbləğ hələ ödənilməmiş qeyd edilən müqavilə əsasında xx.xx.2022-ci il tarixli ******* marka nömrəli vəkil orderi götürüb istifadə etmişdir. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 19 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh tərəfindən şikayətçi X2 Sumqayıt İnzibati Məhkəməsində baxılmış inzibati iş üzrə müvafiq müqavilə və etibarnamə əsasında vəkili və nümayəndəsi kimi hüquqi yardımın göstərilməsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən tərəflər arasında imzalanmış hüquqi yardımın göstərilməsi haqqında müqavilənin tərtibi ilə bağlı prosedur tələblərə riayət olunmamaqla (müqavilədə onun nömrəsinin, bağlandığı gün və ayın göstərilməməsi, yalnız 2021-ci il tarixinin qeyd edilməsi, müqavilənin müraciət edən şəxs, hüquqi yardım göstərilən şəxs, vəkil, vəkil qurumunun rəhbəri, vəkilə həvalə edilən tapşırığın mahiyyəti, tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan, təşkilat hissələrində heç bir qeyd aparılmaması, vəkil qurumunun rəhbəri tərəfindən imzalanmaması və Büronun möhürü illə təsdiqlənməməsi); müqaviləyə əsasən göstərilən hüquqi yardıma görə müəyyən olunmuş 2000 manat xidmət haqqı şikayətçi Elçin Mehdiyevdən ayrı-ayrı vaxtlarda (2022-ci ilin yanvar ayında 800 manat, məhkəmə prosesinin getdiyi dövrdə 700 manat və 2023-ci ilin iyun ayında 500 manat olmaqla) müqavilədənkənar olaraq nağd şəkildə alınmaqla, bu məbləğdən 100 manatının vəkilin özü tərəfindən Elçin Mehdiyevin adından xx.xx.2022-ci il tarixdə Vəkil Bürosunun bank hesabına köçürülərək, buna rəğmən sözügedən məbləğ hələ ödənilməmiş qeyd edilən müqavilə əsasında xx.xx.2022-ci il tarixli ******* marka nömrəli vəkil orderi götürülüb istifadə edilməklə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İ, İİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 2.10-cu bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X3 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş hüquqi yardım göstərilməsi haqqında müqavilənin nümunəvi formasının 1.2, 1.3, 2.1, 2.3, 4.5-ci bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X3 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.2, 2.3, 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkilər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətmişdir. Belə ki, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkillərin davranışı, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, vətəndaş X4 Azərbaycan Respublikası Vəkillər Kollegiyasına şikayət ərizəsi ilə müraciət edərək Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona nümayəndə, vəkil qismində keyfiyyətli hüquqi yardım göstərməməsini, ona işin nəticəsi haqqında əvvlcədən vəd verdiyini və onunla kobud davrandığını bildirmişdir. Cavabdehin intizam komissiyasında aparılmış intizam araşdırması zamanı toplanmış materiallardan (tərəflərin izahatları, tərəflərin orderi, izahatları, etibarnamə, müqavilə, ödəniş qəbzui, iddia ərizəsi, məhkəmənin sms mesajları) və buna uyğun qəbul edilmiş rəydən məlum olmuşdur ki, vətədaş Elçin Müehdiyevə Sumqayıt İnzibati Məhkməsində nümayəndə, vəkil qismində təmsil edərkən şikayətçiyə cavabdeh tərəfindən keyfiyyətli hüquqi yardım göstərməməyi ona işin nəticəsi barəsində əvvəlcədən vəd verməməsi və ona qarşı kobud davranmağı mötəbər sübutlarnan öz təsdiqini tapmamışdır. Yalnız hüquqi yardım göstərilməsi haqqında şikayətçi ilə aralarında bağlanmış müqavilədə üzrlü səbblərdən (unutqanlıq, şikayətçinin maddi vəziyyətinin ağır olması ilə əlaqədar) bəzi nöqsanlara (müqavilənin tarix və ayının yazılmaması, ödənişin hissə-hissə ödənilməsi və.s ) yol verdiyi müəyyən edilmişdir. Cavabdeh bildirir ki, hüquqi yardım üçün müraciət edən şəxs E.Mehdiyevə yalnız işin mümkün ehtimalları barəsində məlumat vermiş, ona məhkəməyə qədər və məhkəmə mərhələsində (1-ci instansiya məhkəməsində) keyfiyyətli hüquqi yardım (inzibati orqana ərizə yazılması, məhkəməyə iddia ərizəsi yazılaraq təqdim edilməsi, məhkəmədə iddianı israrla müdafiə edlməsi, şifahi vəsatət qaldırararq həmin vəsatət əsasında məhkəməyə təqdim edilən sorğuların müzakirə edilməsi) göstərmiş və ona qarşı heç bir kobud rəftara yol verməmişdir. Cavabdeh bildirir ki, qüvvədə olan qanunvericiliyə və tərəflər arasında bağlanılmış müqaviləyə görə vəkilə mürciət edən şəxs qarşısında yalnız keyfiyyətli hüquqi yardım göstərmək barəsində öhdəlik götürür, işin nəticəsi barədə məhkəmənin qəbul etdiyi hər hansı qərara görə məsuliyyət daşımır. Həmçinin vəkillik fəaliyyəti ilə məşğul olduğu 5 il müddət ərzində sonuncudan başqa heç bir intizam pozuntusu törətməmiş, müraciət edən fiziki və hüquqi şəxslərə keyfiyyətli hüquqi yardım göstərməyi nəticəsində çoxlu sayda uğurlu nəticələr əldə etmiş, bu fəaliyyətinə görə vəkillər kollegiyasının rəyasət heyəti tərəfindən ona “Səmərəli vəkillik fəaliyyətinə görə təşəkkür edilmişdir). Cavabdeh hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməməli və iddia ərizəsində göstərilən intizam pozuntusunu (müqavilənin tərtibində yol verdiyi nöqsanlar) törətdiyinə görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş intizam cəzalarından biri (irad, töhmət və.s) tətbiq edilə bilər (intizam pozuntusunun xarakteri, ağırlıq dərəcəsi və pozuntunu törədən şəxsin şəxsiyyətini nəzərə alınaraq). Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə: - (maddənin İ hissəsi) Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır; - (maddənin İİ hissəsi) Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir; - (maddənin İİİ hissəsi) Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. Həmin Qanunun 3-cü maddəsinə əsasən, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən, vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Həmin Qanunun 16-cı maddəsinin İ hissəsinə əsasən, peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir. Həmin Qanunun 18-ci maddəsinə əsasən, vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Həmin Qanunun 19-cu maddəsinin İ hissəsinə əsasən, vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 19-cu maddəsinin İİ hissəsinə əsasən, vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1-ci bəndinə görə: -(1.2) Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; -(1.3). Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. Əsasnamənin 2-ci bəndinə görə: -(2.2) Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. -(2.3) Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması). - (2.5) Vəkil vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır (İctimai etimad). - (2.7) Vəkillərin fəaliyyəti hər bir şəxsin hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına və müdafiəsinə xidmət etməlidir. Vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Vəkil hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyən və qanuni maraqlarını pozan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir (Hüquq, azadlıq və qanuni maraqlara, şərəf, ləyaqət və işgüzar nüfuza hörmət); -(2.10) Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi - Peşə fəaliyyətini həyata keçirməklə bağlı vəkillərin, qanuna zidd olaraq, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkət (hərəkətsizlik) etməsi qadağandır. -(3.4) Vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütamadi olaraq məlumatlandırmalıdır. -(6.4) Bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İşin faktiki hallarına görə X4 tərəfindən Cavabdeh barəsində şikayət daxil olduğundan, vəkil Cavabdeh barəsində intizam icraatı başlanmışdır. Nəticədə Cavabdeh Əkər oğlunun Sumqayıt İnzibati Məhkəməsində baxılmış inzibati iş üzrə müvafiq müqavilə və etibarnamə əsasında vəkili və nümayəndəsi kimi hüquqi yardımın göstərilməsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən, tərəflər arasında imzalanmış hüquqi yardımın göstərilməsi haqqında müqavilənin tərtibi ilə bağlı prosedur tələblərə riayət etmədiyi və müqaviləyə əsasən göstərilən hüquqi yardıma görə müəyyən olunmuş 2000 manat xidmət haqqını şikayətçi Elçin Mehdiyevdən ayrı-ayrı vaxtlarda (2022-ci ilin yanvar ayında 800 manat, məhkəmə prosesinin getdiyi dövrdə 700 manat və 2023-ci ilin iyun ayında 500 manat olmaqla) müqavilədənkənar olaraq nağd şəkildə alınmaqla, bu məbləğdən 100 manatının vəkilin özü tərəfindən Elçin Mehdiyevin adından xx.xx.2022-ci il tarixdə Vəkil Bürosunun bank hesabına köçürülərək, qeyd edilən müqavilə əsasında xx.xx.2022-ci il tarixli ******* marka nömrəli vəkil orderi götürülüb istifadə etdiyi müəyyən edilmişdir. Beləliklə də, cavabdehin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin, Azərbaycan Respublikası Vəkillər X3 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş hüquqi yardım göstərilməsi haqqında müqavilənin nümunəvi formasının, Azərbaycan Respublikası Vəkillər X3 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların və Azərbaycan Respublikası Vəkilər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğu və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətdiyi qənaətinə gəlinərək Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması barədə qərar qəbul olunmuşdur. İşin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən inzibati icraat zamanı müəyyən edilmiş halları təkzib edən hər hansı dəlil təqdim edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən peşə fəaliyyətini həyata kçeirərkən yol verilmiş pozuntular təsdiqini tapdığından yuxarıda sadalanan normaların tələbləri baxımından onun Kollegiya üzvlüyündən xaric edilməsi tələbinin əsaslı olmasını deməyə əsas verir. Belə ki, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu Qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Həmin Qanunun 23-cü maddəsinin İ hissəsinə görə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə vəkilin fəaliyyətinə xitam verilə bilər. Həmin maddənin İİ hissəsinə görə vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 56, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar