Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8906/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, iddiaçı Tarverdiyev Əfqan Artel oğlunun (Bakı şəhərində qeydiyyatdadır) iştirakı ilə, iddiaçı Tarverdiyev Əfqan Artel oğlunun cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3rşı “ixtisasına uyğun işlə təmin olunması, itirdiyi illərin təzminatının ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı Tarverdiyev Əfqan Artel oğlu Bakı İnzibati Məhkəməsində cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə qarşı iddia qaldıraraq “vətəndaş haqqı-hüququnun təmin olunması - ixtisasına uyğun işlə təmin olunması, itən illərinin təzminatının ödənilməsi, SOCAR-ın mexaniki sahəsində işləyən mütəxəssislərin siyahısının təqdim edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin, nazir müavini Mətin Kərimlinin, eləcə də Suraxanı rayon X2 qanun qarşısında cavab vermələri” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı Tarverdiyev Əfqan Artel oğlu iddiаsını оnunlа əsаslаndırmışdır ki, iddiaçı 1989-cu ildə Neft-Kimya İnstitutunun neft-mexanika fakultəsini əyani bitirmişdir, təyinatla “Bakı fəhləsi” maşınqayırma zavoduna göndərilmişdir.Sonradan məlum səbəblərdən işsiz qalmışdır.Həmin vaxtdan müxtəlif dövlət qurumlarına işlə təmin edilməsi barədə müraciətləri nəticəsiz qalmışdır.Məşğulluq Xidməti yaranandan Suraxanı rayon Məşğulluq Xidmətində qeydiyyatdadır, lakin heç bir müavinət almır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və nazir müavini Mətin Kərimli ilə görüşməsinə baxmayaraq işlə təmin edilməmişdir.SOCAR-ın İnsan Resursları Departamentinə özü haqqında məlumat göndərməsinə baxmayaraq nəticə əldə edilməmişdir.30 ilə yaxındır ki, “Bakı fəhləsi” zavodundan aldığı 4 otaqlı mənzilini təmir etdirə bilmir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi iddiaya dair təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, Agentliyin fəaliyyət istiqamətlərində əsas istiqamətlərdən biri işsiz və işaxtaran şəxslərin işlə təmin edilmə imkanlarının genişləndirilməsidir.İddiaçının dövlət qurumlarında, digər müəssisə və təşkilatlarda işlə təmin olunmasına cavabdeh tərəfdən təsir göstərilməsi yolverilməzdir və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.İddia ərizəsində cavabdeh qismində göstərilmiş inzibati orqan işəgötürənlərə münasibətdə iddiaçını işlə təmin etmək tələbi ilə çıxış edə bilməz.İşsiz və işaxtaran şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemindən qeydiyyatdan keçərək işaxtaran və işsiz şəxslər üçün məşğulluq siyasəti çərçivəsində nəzərdə tutulan imkanlardan yararlanırlar.İddiaçının işsiz olduğu müddətdə aylıq kompensasiya tələbi əsassızdır. İddiaçı MAS-da işsiz statusuna malikdir və xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə təyinatı üzrə 5 ay 190 manat miqdarında birdəfəlik ödəmə almışdır.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehlərə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdehlər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişlər, bunun səbəblərini məhkəməyə bildirməmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyərək, təqdim edilmiş etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır. Belə ki, məhkəmə iddiaçının və cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 20.04.2020-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatdan keçmişdir, iddiaçının statusu 07.10.2021-ci ildə “işaxtaran” statusuna dəyişdirilmişdir.İddiaçının ixtisasına uyğun işlə təmin olunması ilə bağlı müraciətləri təmin edilmədiyi üçün iddiaçı hazırda məhkəməyə təqdim olunmuş iddia ərizəsində göstərilən tələblərlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məşğul şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə məşğul şəxslərin reyestrini elektron formada aparır. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən məşğul şəxslərin reyestrində bu Qanunun 4.1-ci maddəsində göstərilən məşğul şəxslər barəsində məlumatların əldə edilməsi və reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən işaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən vakansiya bankı elektron informasiya sistemində işəgötürənlərin yeni yaradılan iş yerləri və vakansiyalar barədə bu Qanunun 18.3-cü maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən elektron informasiya sistemi işəgötürənlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə və bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnaməni 2.1-ci bəndinə əsasən Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:2.1.1. əmək münasibətləri, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya və əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsini təmin edir; 2.1.1-1. övladlığagötürmə sahəsində dövlət siyasətini və dövlət tənzimləməsini həyata keçirir; 2.1.2. aidiyyəti dövlət orqanları ilə birlikdə əmək miqrasiyası sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində qanunvericiliyə uyğun olaraq iştirak edir; 2.1.3. tibbi-sosial ekspertizanın, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyasının və sosial müdafiəsinin təşkil edilməsi üzrə müvafiq tədbirləri həyata keçirir; 2.1.4. öz səlahiyyətləri daxilində yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikasının, insan alveri qurbanlarının sosial reabilitasiyasının və penitensiar müəssisələrdə caza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının həyata keçirilməsini təmin edir; 2.1.5. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsini təmin edir; 2.1.6. öz səlahiyyətləri daxilində əmək münasibətləri, əhalinin məşğulluğu, demoqrafiya və əhalinin sosial müdafiəsi sahələrinin inkişafını təmin edir; 2.1.7. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X4 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən X7 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir, həmin Nizamnamənin 2.1-ci bəndinə əsasən Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:2.1.1. müvafiq sahənin inkişafını təmin etmək; 2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 2.1.4. işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etmək; 2.1.5. işsizlikdən sığorta vəsaitini idarə etmək, həmin vəsaitdən təyinatı üzrə istifadəni, o cümlədən aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini və sığorta ödənişlərinin verilməsini təmin etmək; 2.1.6. işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları əsasında vakansiya bankı yaratmaq və ondan istifadə etmək; 2.1.7. qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması, o cümlədən qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək; 2.1.8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş kvotaya uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək; 2.1.9. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək; 2.1.10. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. İşin faktiki hallarına əsasən iddiaçının müraciəti əsasında o, 20.04.2020-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatdan keçmişdir, iddiaçının statusu 07.10.2021-ci ildə “işaxtaran” statusuna dəyişdirilmişdir, eyni zamanda xüsusi karantin rejimi dövründə 5 ay ərzində 190 manat müavinətlə təmin edilmişdir,eyni zamanda “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə uyğun olaraq yaradılmış vakansiyalar bankında olan boş vəzifələr barədə məlumat da iddiaçının əvvəlki məhkəmə iclasında bildirdiyinə görə onun nəzərinə çatdırılmış, lakin iddiaçı həmin vəzifələr ixtisasına uyğun olmadığı üçün qeyd edilən vəzifələrlə razı olmamışdır, yəni iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının cavabdehlər tərəfindən pozulması hallarına yol verilməmişdir, iddiaçının iddia ərizəsində göstərilən ixtisasına uyğun işlə təmin olunması, itən illərinin təzminatının ödənilməsi ilə bağlı tələblərinə gəldikdə isə cavabdehlərin fəaliyyətini tənziməyən Əsasnamələrdə onların iddiaçıya münasibətdə belə öhdəliklərinin olması nəzərdə tutulmamışdır.Belə ki, cavabdehlərin heç birinin üzərinə nə onların fəaliyyətini tənzimləyən Əsasnamələr, nə də digər qanunvericilik aktları ilə vətəndaşları bilavasitə işlə təmin etmək vəzifəsi qoyulmamışdır, bu səbəbdən də iddiaçının işlə təmin edilməsi və işləmədiyi illərə görə cavabdehlər tərəfindən iddiaçıya təzminat ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddiasının hüquqi əsasları mövcud deyildir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respubliikasının Konstitusiyasının 35ci maddəsinin 4-cü hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Cavabdehlərin hər hansı bir işəgötürəni əmək müqaviləsi bağlamağa məcbur etmək və ya həmin işəgötürənin əvəzinə əmək müqaviləsi bağlamaq səlahiyyətləri mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiаçı Tarverdiyev Əfqan Artel oğlunun cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə qarşı “vətəndaş haqqı-hüququnun təmin olunması - ixtisasına uyğun işlə təmin olunması, itən illərinin təzminatının ödənilməsi” öhdəliyinin qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə qəbul edilmiş 02 dekabr 2021-ci il tarixli qərardadla “vətəndaş haqqı-hüququnun təmin olunması - ixtisasına uyğun işlə təmin olunması, itən illərinin təzminatının ödənilməsi barədə iddia tələbi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibətdə və iddiaçının cavabdehlərə qarşı “SOCAR-ın mexaniki sahəsində işləyən mütəxəssislərin siyahısının təqdim edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin, nazir müavini Mətin Kərimlinin, eləcə də Suraxanı rayon X2 qanun qarşısında cavab vermələri” barədə iddiası mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2, 34, 68, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Tarverdiyev Əfqan Artel oğlunun cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə qarşı “vətəndaş haqqı-hüququnun təmin olunması - ixtisasına uyğun işlə təmin olunması, itən illərinin təzminatının ödənilməsi” öhdəliyinin qoyulması barədə iddiası rədd edilsin. Qərardan apellyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-8906/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8906/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver