Məhkəmə qərarları › İş №2-1(112)-8915/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8915/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8915/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil X1rşı “əmrin ləğvi edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Məktəbinin OP242110910 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, qızı X5 və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Məktəbinin birinci kursunda xx.xx.2024-cü il tarixədək təhsil almışdır. Lakin cavabdehin OP242110910 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə mərkəzin tələbələri sırasından xaric edilmişdir. Buna əsas ki, isə onun guya dərs vaxtı qaydalara əməl etməyərək dərs pozuntusu etməsi göstərilmişdir. Bununla bağlı cavabdehə həmin əmrin qanunsuz və əsassız olması ilə bağlı müraciət etsə də bugünə kimi onlara heç bir cavab verilməmişdir. Yalnız Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatına müraciət etdikdən sonra onlara məsələnin araşdırılacağı bildirilmişdir. Lakin həmin məktubdan da uzun müddət keçməsinə baxmayaraq rəsmi məlumat verilməmişdir. Ona görə də sonuncu ümid yeri kimi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli OP242110910 nömrəli əmrlə İddiaçı Mərkəzin tələbələri sırasından xaric edilmişdir. Həmin əmrin əsasını isə Pedoqoji Şuranın xx.xx.2024-cü il tarixli 3 saylı qərarı təşkil etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli F-509 nömrəli əmri ilə təsdiq edilmiş “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən Mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, Azərbaycan Respublikasının “Təhsil haqqında" və “Peşə təhsili haqqında" qanunlarına uyğun olaraq müvafiq səviyyələr üzrə peşə təhsili, habelə tam orta və əlavə təhsil proqramlarını həyata keçirən peşə təhsili müəssisəsidir. Nizamnaməsinin 4.4-cü bəndinə əsasən Mərkəzin ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedoqoji Şuradır. “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsin ali idarəetmə orqanı olan X2”nin 3.1.2.7-ci yarım bəndinə əsasən tələbələrin xaric edilməsi (davamiyyətə və daxili nizam - intizam qaydalarına riayət etmədikləri üçün) barədə müzakirələr keçirib müvafiq qərarlar qəbul etmək Pedoqoji Şuranın vəzifəsidir. “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin daxili nizam-intizam Qaydaları”nın 3.1.4-cü, 3.1.8-ci və 3.1.9-cu yarımbəndlərinə əsasən “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək, Mərkəzin daxilində, ictimai yerlərdə nizam-intizamlı və səliqəli olmaq, Mərkəzin və şagird yataqxanasının daxili intizam qaydalarına riayət etmək təhsialanların vəzifəsidir. Mərkəzlə iddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 218 nömrəli fərdi müqavilənin 2.3.2-ci yarımbəndinə əsasən təhsilalan öz üzərinə peşə təhsili müəssisəsinin daxili intizam və davranış qaydalarına riayət etmək öhdəliyi götürmüşdür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2023-cü il tarixli KQ-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın 3.1.3-cü yarımbəndinə əsasən tələbələr peşə təhsili müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə və ya dəfələrlə pozduqda peşə təhsili müəssisəsindən xaric olunurlar. Mərkəzin riyaziyyat müəllimi X7 tərəfindən Mərkəzin direktoru vəzifəsini icra edən Xalidə Hümbətovaya təqdim edilmiş xx.xx.2024-cü il tarixli məlumatda 90811123 saylı interyer dizaynı qurupunda təhsil alan Elif Ayaz və Elnarə Nuriyeva arasında yaranmış mübahisənin özü və digər müəllimlər tərəfindən aradan qaldırılmasının mümkün olmadığı və nəticədə həmin qurupdakı digər təhsilalanların da dərs prosesinin pozulması ilə əlaqədar narazılıqlarını bildirdiklərini qeyd etmiş və həmin şagirdlər barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixində Mərkəzdə 90811123 saylı interyer dizaynı qurupunda təhsilalanların valideynlərinin iclası keçirilmiş və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təhsialana yaraşmayan hərəkətlərin təkrarlanması səbəbindən həmin qurupda təhsil alan Elif Ayaz və X4 xaric olunmalarına etiraz edilməmişdir. Həmin təhsilalanların Mərkəzdən xaric olunması məsələsi Pedoqoji Şuranın xx.xx.2024-cü il tarixli iclasının gündəliyinə daxil edilmiş və iclas zamanı 57 nəfər Şura üzvünün yekdil səsi ilə onların Mərkəzdən xaric edilmələri barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı Mərkəzin tələbələri sırasından xaric olunması barədə qərar qanunvericiliyə və Mərkəzin daxili qaydalarına uyğun qəbul edilmişdir və iddia ərizəsində qeyd olunanın əksinə həmin əmrin ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Əlavə olaraq, yuxarıda qeyd olunan Qaydaların 4.1-ci bəndinə əsasən peşə təhsili müəssisəsindən xaric olunmuş şəxslər, xaric olunma tarixindən 10 (on) il müddətində peşə təhsili müəssisəsinə bərpa olunmaq üçün növbəti yarımildən müraciət edə bilərlər. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma, habelə təhsilin müvəqqəti dayandırılması (akademik məzuniyyətin verilməsi) üzrə tələbələrin müraciətlərinin qəbulu və baxılması elektron qaydada Nazirliyin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (bundan sonra - TMİS) altsistemi vasitəsilə həyata keçirilir. Qeyd olunanlara əsasən İddiaçı hazırda Mərkəzin tələbələri sırasına bərpa olunmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət etmək hüququna malikdir.

4. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pedaqoji şura iclasının xx.xx.2024-cü il tarixli protokoldan çıxarışa əsasən: Eşidildi: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini və direktor vəzifəsini müvəqqəti icra edən Xalidə Hümbətova daxili intizam qaydalarının və davamiyyətin tələbələrin həyat və sağlamlığının təminatına, tədris prosesinin təhlükəsizliyinə, mərkəzdə hər bİr tələbənin uğurlu təlimini təşkil etməyə hesablandığını qeyd etdi. Mərkəzdə normal şəraitin yaradılması, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsi, davranış mədəniyyəti və davamiyyət qaydalarında öz əksini tapdığını vurğuladı. Çıxışlar: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini və direktor vəzifəsini müvəqqəti icra edən Xalidə Hümbəıova "İnteryer dizayn” ******* saylı qrupuna qəbul edilmiş X10 və X3 müəssisə daxilində nizam intizam qaydalarının ciddi pozması və edilən xəbərdarlıqlara baxmayaraq digər qrup yoldaşına qarşı təhdid xarakterli davranışlar sərgilədiyinə görə 5 mart tarixində valideynlər iclası keçirilmiş və 17 nəfər valideynin səs verməsi nəticəsində qrupdan xaric edilmələri xahiş edildi. Nəticə olaraq bu məsələ növbədənkənar Pedaqoji Şuranın çağırılmasına səbəb oldu. Xalidə Hümbətova dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təhsilalana yaraşmayan hərəkətlərin təkrarlanmasını, valideynlərin xaric olunma barəsində imzalı ərizələrini və bu kimi hərəkətlərin təhsilalanların qrupda olan digər təhsilalanlara pis nümunə olduğunu əsas gəlirərək Elif Ayaz və X3 Mərkəzdən xaric olunmasını səsə qoyulmasını təklif etdi. Xaric olunma məsələsinə dair səsvermə 57 nəfərin lehinə səsverməsi ilə yekdililiklə qəbul edildi. Qərar: 57 nəfərin lehinə səsverməsi nəticəsində X11 və X3 Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən xaric edilsin.

5. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, OP242110910 nömrəli “Mərkəzin tələbələri sırasından xaric olunma haqqında” əmrə əsasən: İddiaçı, “İnteryer dizayn” ixtisası üzrə təhsil alan, 4 illik 90811123 saylı qrup tələbəsi pedaqoji şuranın qərarı ilə xx.xx.2024-cü il tarixindən mərkəzin tələbələri sırasından xaric edilsin.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

10. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

11. Məhkəmə qeyd edir ki, mübahisələndirilən əmr iddiaçıya təqdim edilməsi müəyyən olunmur, eləcə də əmrdə həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri əks olunmamışdır. İddiaçı həmin əmrin ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş, lakin hər hansı cavab almadığı üçün, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

12. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

13. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Mübahisə predmeti publik hüquq münasibətlərindən – təhsil hüququnun həyata keçirilməsindən irəli gəlir.

14. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

15. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci bəndinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

16. Azərbaycan Respublikası Təhsil haqqında Qanununun: 1.0.47. təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur; 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir; 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 5.6. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. 32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.

17. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 2023-2024-cü tədris ilində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “İnteryer dizayn” ixtisası üzrə qəbul olmuş, pedaqoji şuranın qərarı ilə xx.xx.2024-cü il tarixindən mərkəzin tələbələri sırasından xaric edilmişdir.

18. İddiaçını mərkəzin tələbələri sırasından xaric edilməsi əsas mərkəzin riyaziyyat müəllimi tərəfindən təqdim edilmiş məlumatda interyer dizaynı qurupunda təhsil alan Elif Ayaz və Elnarə Nuriyeva arasında yaranmış mübahisənin özü və digər müəllimlər tərəfindən aradan qaldırılmasının mümkün olmadığı və nəticədə həmin qurupdakı digər təhsilalanların dərs prosesinin pozulması ilə əlaqədar həmin şagirdlər barəsində müvafiq tədbir görülməsi olmuşdur.

19. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən təqdim edilən materiallarda iddiaçının yaranmış mübahisə ilə bağlı cağırılıb, ondan izahat alması və ya onunla fərdi danışıqlar aparılması iş materiallarında mövcud deyil.

20. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

21. Həmçinin cavabeh Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pedaqoji şura iclasının xx.xx.2024-cü il tarixli protokoldan çıxarışında qeyd edilmişdir ki, “...dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təhsilalana yaraşmayan hərəkətlərin təkrarlanmasını, valideynlərin xaric olunma barəsində imzalı ərizələrini və bu kimi hərəkətlərin təhsilalanların qrupda olan digər təhsilalanlara pis nümunə olduğunu əsas gəlirərək Elif Ayaz və X3 Mərkəzdən xaric olunmasını səsə qoyulmasını təklif etdi. Xaric olunma məsələsinə dair səsvermə 57 nəfərin lehinə səsverməsi ilə yekdililiklə qəbul edildi.”

22. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında iddiaçının nizam-intizam qaydalarını dəfələrlə pozması halı aşkar edilmədi. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi həmin halı təsdiq edən hər hansı sübüt təqdim edə bilmədi.

23. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş Orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydalarının: 3.1. Tələbələr aşağıdakı hallarda orta ixtisas təhsili müəssisəsindən xaric edilir: 3.1.3. orta ixtisas təhsili müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə orta ixtisas təhsili müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda;

24. Beləliklə, yuxarıda istinad olunan normalara görə iddiaçının tələbələr sırasından xaric edilməsi barədə Əmr verilən zaman inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsas olmamışdır.

25. Belə ki, Nazirlər Kabinetinin qeyd edilən qərarı ilə ilə təsdiq edilmiş Orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydalarına əsasən iddiaçının nizam-intizam qaydalarını kobud şəkildə və ya dəfələrlə pozması halı cavabdeh tərəfindən sübüta yetirilə bilməmişdir.

26. Cavabdehin əmri yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan iddiaçının təhsil hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Publik hüquqi şəxsdən tələbələr sırasından xaric edilməsi barədə OP242110910 nömrəli, xx.xx.2024-cü il tarixli Əmr ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar