Məhkəmə qərarları › İş №2-1(112)-913/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-913/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-913/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “kompensasiya ödənilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayış məntəqələrinin torpaqlarında və iddiaçının xüsusi mülkiyyətində olan torpaq üzərində yerləşən xüsusi mülkiyyətində olan birmərtəbəli 35.5 kv.m. olan evin ikinci mərtəbəsinin qanunsuz və əsasız sökülməsi ilə bağlı iddiaçıya vurulmuş maddi, mənəvi və psixoloji dəyən ziyanın ödənilməsi və evinin 2-ci mərtəbəsinin tikilməsinə dair qərar verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yaşayış məntəqələrinin torpaqlarında və iddiaçının xüsusi mülkiyyətində olan torpaq üzərində yerləşən xüsusi mülkiyyətində olan birmərtəbəli 35.5 kv.m. olan evin ikinci mərtəbəsinin qanunsuz və əsassız sökülməsi ilə bağlı iddiaçıya vurulmuş 6660 manat məbləğində maddi, mənəvi və psixoloji ziyanın ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yaşayış məntəqələrinin torpaqlarında və iddiaçının xüsusi mülkiyyətində olan torpaq üzərində yerləşən birmərtəbəli 35.5 kv.m. olan evin ikinci mərtəbəsinin tikilməsi ilə əlaqədar qanuna əsasən lazımi olan sənədləri əldə etdikdən sonra Bakı şəhəri Cavabdehə müraciət etmişdir. Cavabdeh öz növbəsində iddiaçının müraciətinə baxaraq A-102/2- 159/2-t/l saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə cavab verərək, təqdim etdiyi layihəyə uyğun olaraq evinin ikinci mərtəbəsinin tikilməsinə razılıq vermişdir. Cavabdeh tərəfindən tikintiyə razılıq alındığından sonra, layihəyə uyğun olaraq iddiaçı evinin ikinci mərtəbəsini tikmişdir. Evinin ikinci mərtəbəsinin tikib bitirəndən sonra Cavabdeh tərəfindən iddiaçıya A-102/2-159/2-t/1 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarı əsasında pilot layihə çərçivəsində iddiaçının evinin yerləşdiyi ərazisi “Pearl Construction" MMC-yə verilmiş və buna əsasən Cavabdehin A-102/2-159/2-t/1 saylı xx.xx.2019-cu il tarixli tikintiyə icazə məktubu qüvvədən düşmüş hesab edilmişdir. Həmin məktubu aldığı günün səhəri günü Cavabdehin əməkdaşlarının və Nərimanov rayon 16-cı Polis bölməsinin əməkdaşların iştirakı ilə evinin ikinci mərtəbəsi sökülmüşdür. Cavabdehin qanunsuz və əsassız olaraq iddiaçının evinin ikinci mərtəbəsinin sökülməsini sübut edən foto və video, digər sənədləri məhkəmə iclasında təqdim edəcəkdir. Cavabdehin qanunsuz və əsasız olaraq iddiaçının evinin ikinci mərtəbəsinin sökülməsi ilə bağlı iddiaçıya vurulmuş 75.000 (yetmiş beş min) manat maddi ziyanın ödənilməsi ilə əlaqədar Cavabdehə müraciət etsə də, iddiaçının ərizəsinə məhəl qoyulmamış və cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi etirazda göstərilmişdir ki, iddia tələbi əsassızdır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 292-İVQ №-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 №-li Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarı qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sükülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Cavabdehə (RİH) tapşırılmışdır. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ hüquqi aktın icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 411 №-li Sərəncamı ilə rayonun Maqsud Əlizadə və Xan Şuşinski küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması, həmin ərazidə 0,785 ha torpaq sahəsinin "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Bu məsələlərlə əlaqədar, Nərimanov RİH ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun sözügedən ərazidə ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Köçürülmə ilə əlaqədar, mübahisə məhkəmə müstəvisinə çıxarılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6753/2017 №-li iş üzrə 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Nərimanov RlH-in cavabdehlər İddiaçı və qeyrilərinə qarşı digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilmişdir. Cavabdehlərin qətnamədən verdiyi apellyasiya şikayəti baxılması ərəfəsində digər cavabdehlərə münasibətdə mübahisə predmeti tərəflər arasında məhkəmədən kənar qarşılıqlı razılaşma ilə aradan qaldırılmış, İddiaçı münasibətdə isə iddiadan imtina barədə ərizəsi nəzərə alınmış, mülki iş üzrə icraata xitam verilmişdir (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2324/2018 №-li iş üzrə 11 aprel 2018-ci il tarixli qərardadı). İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə Nərimanov RİH-ə müraciət edərək təqdim olunmuş layihəyə uyğun yaşadığı mənzilin üzərində 2-ci mərtəbənin tikintisinə icazə verilməsini xahiş etmiş, RİH başçısı müavini Mirzəyevin dərkənarı ilə ona xx.xx.2019-cu il tarixli A-102/2-152/2-t/1 məktubla təqdim edilmiş layihəyə uyğun 2-ci mərtəbənin tikilməsinə etiraz edilməməsi bildirilmişdir. Mübahisəli ərazinin pilot layihə çərçivəsində "xxxx" MMC-nin istifadəsinə verilməsi, eləcə də qəzalı vəziyyətdə olan tikilinin üzərində müvafiq qurumlar tərəfindən müvafiq razılaşdırmaların olmaması səbəbindən İddiaçı tərəfindən tikintinin aparılmasına başlanması ərəfəsində, işlərin dayandırılması tələb edilmiş və ona xx.xx.2019-cu il tarixli imtina məktubu verilmişdir. İddiaçının mülkiyyətində olan birmərtəbəli, ümumi sahəsi 35,0 kv.m. olan mənzil 1900-cü ildə inşa edilmiş və mütəxəssis rəyinə əsasən qəzalı vəziyyətdədir. Onun üzərində müvafiq ekspertiza rəyi olmadan yüklü edilməsi nəticə etibarı ilə ciddi təhlükələr yarada bilərdi. Eləcə də Bakı şəhərində aparılan irimiqyaslı abadlıq-quruculuq işlərinin aparıldığı ərəfədə mövcud layihənin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmaması yolverilməzdir. Hal-hazırda mübahisəli ərazidə "xxxx" MMC tərəfindən qanuni əsaslarla onun istifadəsinə ayrılmış ərazidə icrası müvəqqəti dayandırılmış tikinti işlərinə başlanması həyata keçirilir. Nərimanov RİH tərəfindən iddiaçıya vurulmuş 75000 manat zərərə gəldikdə bildirilir ki, bu tələbin hər hansı bir hüquqi əsası yoxdur, bu barədə hər hansı mötəbər sübut məhkəməyə təqdin edilməmiş və iddiaçı öz subyektiv mülahizələrinə uyğun ümumi sahəsi 35,0 kv.m. olan mənzilin İİ mərtəbəsində inşa edilməli olan yaşayış sahəsinin xəyali təsvirini yaratmış və xüsusi biliyə malik mütəxəssis kimi 75000 manatlıq zərərin əvəzinə müəyyən etmişdir. Hazırki iş üzrə cavabdeh dövlət büdcəsindən maliyyələşən inzibati orqandır. Nərimanov RİH tərəfindən mübahisəli ərazidə iddiaçı tərəfindən tikintinin başlanılması dayandırılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin əsassız olduğu üçün onun rədd edilməsi xahiş edilmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 16 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış 180-C-21 №-li material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - Daşınmaz Əmlakı Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.00506 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35.5 kv.m fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********54-10301 saylı texniki pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.00506 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35.5 kv.m fırdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Cavabdehin xx.xx.2019-cu il tarixli A-102//2-159/2-H1 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, daha öncə məlumatlandırma icraatı çərçivəsində tikintisinə icazə verilmiş A-102/2-159/2-t/1 saylı xx.xx.2019-cu il tarixli məktubda qeyd olunan ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 №lı Qərarı əsasında pilot layihə çərçivəsində bu ərazinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrıldığını əsas tutaraq, həmin məktub qüvvədən düşmüş hesab edilmişdir. - Cavabdehin xx.xx.2019-cu il tarixli iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq inşa edilməsi təklif olunan fərdi yaşayış evinin ikinci mərtəbəsinin təqdim olunmuş layihəyə uyğun tikintisinə etiraz etmir. Lakin bununla yanaşı bildirilir ki, tikinti zamanı razılaşdırılmış layihədən kənara çıxma halları aşkar olunarsa, inşaat işləri dayandırılacaq, İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə, həmçinin qüvvədə olan qanunverciliyin digər tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək. - “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən tərtib edilmiş memarlıq planlaşdırma həllindən görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayı evinin 2-ci mərtəbəsini tikmək üçün layihələndirmişdir. İddiaçı hazırki iddia tələbi ilə cavabdehdən ünvan 1 ünvanında iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən evinin ikinci mərtəbəsinin qanunsuz və əsassız sökülməsi ilə bağlı iddiaçıya vurulmuş maddi, mənəvi və psixoloji zərərin ödənilməsini və evinin 2-ci mərtəbəsinin tikilməsinə dair qərar verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Bu maddənin tələbinə uyğun olaraq, iddiaçı cavabdeh inzibati orqana münasibətdə əmlak tələbini irəli sürməklə inzibati iddianı qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu əmlakın real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (Mülki Məcəllənin 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Lakin hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmir. İddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş bildirişdə tikinti materiallarının adlarını və qarşısında qiymətlərini yazaraq, 6600 Azn zərərin dəydiyini, habelə videodiskdə çəkilişi təqdim etmiş olsa da, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olmasını sübut etmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Əksinə olaraq Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 16 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsinin müəyyən edilmədiyi nəticəsinə gəlinmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə MMnin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkəti nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. Beləliklə də hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı ünvan 1 ünvanında iddiaçının xüsusi mülkiyyətində olan torpaq üzərində yerləşən xüsusi mülkiyyətində olan birmərtəbəli 35.5 kv.m. olan evin ikinci mərtəbəsinin qanunsuz və əsassız sökülməsi ilə bağlı iddiaçıya 6660 manat məbləğində dəymiş maddi, mənəvi və psixoloji ziyanın ödənilməsi vəzifəsinin Bakı şəhər Cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı, 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiası təmin edilməsin. Qərardan inzibati rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar