Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9138/2024 16.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanl Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçının xidməti uyğunsuzluğa görə silahlı qüvvələrdən ehtiyata buraxılması barədə X1 xx.xx.2024-cü il tarixli, 133 ş/h saylı əmrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçının xidməti uyğunsuzluğa görə silahlı qüvvələrdən ehtiyata buraxılması barədə X1 xx.xx.2024-cü il tarixli, 133 ş/h saylı əmrinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin avqust ayından Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə qulluq etmiş, eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. İddiaçının sonuncu xidmət yeri DSX-nın Qubadlıda yerləşən N saylı hərbi hissəsi olmuşdur. Xidmətə aidiyyatı olmayan şəxsi xarakterli bir məsələyə görə iddiaçıya irad tutularaq X1 xx.xx.2024-cü il tarixli, 133 ş/h saylı əmri ilə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. İddiaçı qeyd edilən əmrlə razı deyil. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu gizir İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin müavini - X1 xx.xx.2024cü il tarixli, 133 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Gizir İddiaçı xx.xx.2023-cü il tarixdə attestasiyası keçirilmiş və keçirilmiş attestasiyanın sonunda Attestasiya komissiyası tərəfindən N №-li hərbi hissənin qərargah bölüyünün 1-ci mühafizə taqımının komandiri gizir İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması qərara alınmışdır. Həmçinin, gizir İddiaçı xx.xx.2023-cü il Attestasiya komissiyasının yekun rəyi ilə razılaşmış və sonda onu öz imzası ilə təsdiq etmişdir. Bununla da qəbul edilən qərardan razı olduğunu bildirmişdir Belə ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 105-ci maddəsinə əsasən attestasiya qaydasının pozulması və attestasiyanın qeyri-obyektivliyi ilə əlaqədar şikayət müəyyən edilmiş qaydada attestasiyanın elan edildiyi gündən 1 aydan gec olmayan müddətdə verilə bilər. Şikayət üzrə son qərarı attestasiya vərəqəsini təsdiq etmiş rəis qəbul edir. Hərbi qulluqçunun şikayəti əsaslı sayıldıqda, attestasiya vərəqəsinə müvafiq dəyişikliklər edilir, yaxud yeni attestasiya tərtib edilir. DSX Sərhəd Qoşunları “Qubadlı” X2 “Qubadlı” Sərhəd Dəstəsinin nizami hissə üzrə xx.xx.2024-cü il tarixli, 051 №-li əmrindən çıxarışdan görünür ki, gizir İddiaçı xx.xx.2024-cü il tarixdə şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış hesab edilmiş və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə {xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, gizir İddiaçı qərargah bölüyünün 1-ci mühafizə taqımının komandiri vəzifəsindən azad olunmaqla DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanılmış xx.xx.2023-cü il tarixli bağlaşma ləğv edilmişdir. Hərbi qeydiyyata götürülmək üçün SHXÇDX-nın Nizami rayon idarəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli k/557m №-li SHXÇDX-nın Nizami rayon İdarəsinə ünvalanan müşayiət məktubunun surətindən görünür ki, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış gizir İddiaçı qısaldılmış şəxsi iş materialları və şəxsi heyətin siyahısından çıxarılması barədə əmrin surəti saxlanılması üçün göndərilmişdir. Həmçinin, N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, gizir İddiaçı xx.xx.2024-cü il tarixdə təyinat vərəqəsi təqdim edilmiş və öz imzası ilə təsdiq etmişdir. Silahlı Qüvvələrin ehtiyatına buraxılan hərbi qulluqçunun ehtiyata buraxılma barədə əmri ilə tanışlıq cədvəlindən görünür ki, gizir İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə Dövlət Sərhəd Xidməti rəisinin müavini - X1 xx.xx.2024-cü il tarixli, 133 ş/h nömrəli əmri xx.xx.2024-cü il tarixdə ona elan edilmişdir. Gələcəkdə bununla bağlı DSX-yə qarşı hər hansı bir iddiası olmayacağını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia müddətini buraxmışdır. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixdə təyinat vərəqəsini almış, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılması ona elan olunmuş və şəxsi işinin SHXÇDX-nın Nizami rayon İdarəsinə göndərilməsi barədə məlumatlı olsa da, o, məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət edərək iddia müddətini 03 (üç) ay müddətinə üzrsüz səbəbdən ötürmüş və iddia ərizəsində prosessual müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən əsasları göstərməmişdir. İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 133 ş/h nömrəli əmr-hərbi qulluqçunun ehtiyata buraxılması ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması o cümlədən, maddi təminatı almaması (əmək haqqı, pul mükafatları) onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Cavabdeh göstərilənlərə əsasən, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2024 cil tarixli 133 Ş/h üzrə əmrə əsasən SQ komandanı tətəfindən xidməti uyğunsuzluqla ordu sıralarının ehtiyatına buraxılmış, maddənin üzərindən götürülməsi üçün 1 ay ərzində inzibati məhkəməyə müraciət edilməsindən məlumatsız olduğu üçün mart və aprel aylarının sonuncu həftəsinin ikinci günündə Dövlət Sərhəd Xidmətinin rəisi Cənab Generalpolkovnik Elçin Quliyevin qəbuluna yazılmaq istəsə də, bu mümkün olmamışdır. Mart ayında etdiyi müraciətdə 6 ay müddətində əfv (bağışlanma) komisiyası keçiriləcəyi bildirildi. Aprel ayında yenidən müraciət etdiyində isə eyni cavabla qarşılaşdı və çıxışda bir zabit bu maddənin dəyişdirilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirdi. Bakı şəhəri Nizami rayonu məhkəməsinə müraciət etsə də, orada inzibati məhkəməyə müraciət etməyi bildirildi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən qərarın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürüldüyünü bildirərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddia ərizəsindən göründüyü kimi iddia X1 xx.xx.2024-cü il tarixli, 133 ş/h saylı əmrinin ləğv edilməsindən ibarət olmaqla mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərti, iddia müddətidir. İddiaçının iddiası bu şərtinə cavab verib verilməməsinə hüquqi qiymət verərək, məhkəmə aşagıdakıları bildirir. Yuxarıda qeyd edildiyi kimi İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş əlverişsiz inzibati akt barədə iddiaçı helə 2024-cü ilin fevral ayında xəbərdar olması, iddiaçının məhkəməyə təqdim etdiyi (buraxılmış müddətin bərpası barədə)ərizəsindən müəyyən edilmişdir. Belə ki, iddiaçı mübahisələndirilən əmrlə bağlı müvafiq raportlarla mart və aprel aylarında komandanlığa müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hal-hazırda onun barəsində X1 xx.xx.2024-cü il tarixli, 133 ş/h saylı əmrindən məlumatlı olmasına baxmayaraq məhkəməyə bir ildən artıq müddət keçdikdən sonra, xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş iddia müddəti buraxılmış, müddətin buraxılması üzrlə səbəbdən olması məhkəmə araşdırılması ilə müəyyə edilməmişdir. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçının xidməti uyğunsuzluğa görə silahlı qüvvələrdən ehtiyata buraxılması barədə X1 xx.xx.2024cü il tarixli, 133 ş/h saylı əmrinin ləğv edilməsi barədə qərarın qəbul edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-9138/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9138/2024
16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver