Məhkəmə qərarları › İş №2-1(112)-921/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-921/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-921/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X26 Monitorinq İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X26 Monitorinq İdarəsinə qarşı X26 Monitorinq İdarəsinin 26.02.2021-ci il tarixli, 18/K qeydiyyat nömrəli əmrinin ona aid olan hissədə ləğv edilməsi, onun X26 Monitorinq İdarəsinin tabeliyində olan "xxxx" MMC-də işə bərpa olunması və ona 26.02.2021-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-ci ilin 01 iyun tarixindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X26 Monitorinq İdarəsinin (bundan sonra - cavabdeh) X1 Sektorunda kimyaçı mühəndis vəzifəsində işləmişdir. 1987-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini kimyaçı-texnoloq mühəndisi ixtisası üzrə bitirmiş, müvafiq sahədə 30 ildən çox iş təcrübəsi var. Uzun illər Heydər Əliyev adına X22 müxtəlif vəzifələrdə, o cümlədən laborant, mühəndis və laboratoriya rəisi vəzifələrində çalışmışdır. İdarədə işlədiyi müddətdə daim vəzifə təlimatlarını məsuliyyətlə və yüksək peşəkarlıqla yerinə yetirmiş, barəsində heç bir intizam tənbeh tədbiri tətbiq edilməyib. Cavabdeh - X26 Monitorinq İdarəsinin 26.02.2021-ci il tarixli 018/K qeydiyyat nömrəli əmri ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2020-ci il 16 iyun tarixli 378/Ü nömrəli Əmri ilə cavabdehin strukturunda dəyişiklik edilmişdir. Struktur dəyişikliyinə əsasən Laboratoriya ləğv edilmiş və cavabdehin tabeliyində "xxxx" MMC yaradılmışdır. Ləğv edilən laboratoriya 3 sektordan ibarət idi: onun çalışdığı X10, Ekotoksikologiya Sektoru və Hidrobiologiya Sektoru, yeni yaradılan "xxxx" MMC (bundan sonra - MMC) ləğv edilən Laboratoriya ilə eyni fəaliyyəti həyata keçirir. Ləğv edilən laboratoriyada 26 işçi çalışırdı. İdarədə aparılmış struktur dəyişkliyi zamanı onun birlikdə Laboratoriyanın 19 işçisi kütləvi surətdə işdən çıxarılmış, 7 nəfər isə yeni yaradılan "xxxx" MMC-yə işə götürülmüşdür. Aşağıda qeyd edilənlərə əsasən, hesab edir ki, onun qanunvericiliklə nəzərdə tutulmuş bir sıra hüquqları pozulmuşdur: 1. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Lakin, əmək qanunvericiliyin bu hüququndan istifadə edərkən işəgötürənin üzərinə bir çox vəzifələr də, qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Cavabdeh onun tutduğu peşəyə uyğun olmasını, onun ixtisasını, müvafiq sahədə 30 illik laboratoriyadakı əmək fəaliyyətini və peşəkarlıq meyarlarını ümumiyyətlə qiymətləndirməmiş, bununla da, subyektiv baxımından ayrı-seçkiliyə yol verməklə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Subyektiv ayrı-seçkiliyin sübutu kimi yeni yaradılan MMC-yə işçi seçimi zamanı təcrübəsiz, hətta müvafiq sahədə təhsili olmayan şəxslər (Muxtarova Məryəm - riyaziyyatçı, Bayramova Gülnar - bioloq, Babazadə Səmiyyə - ekoloq və s.) işə qəbul edilmiş, onun isə 30 illik laboratoriyadakı əmək fəaliyyəti və ixtisası nəzərə alınmadan əmək müqaviləsinə xitam verilmişdir. MMC-də hələ də, xeyli sayda boş ştatlar qalmasına baxmayaraq, o, həmin MMC-də işlə təmin edilməmişdir. Hətta işçilərin sayının ixtisarı bəhanəsi ilə işdən çıxarılsalar da, ləğv edilən Laboratoriyanın əvəzinə yaradılan MMC-nin ştat sayı Laboratoriyanın ştat sayından az deyil. 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Cavabdeh tərəfindən belə bir əsaslandırma aparılmamaqla yanaşı, 2019-cu ildən etibarən işçilərin məqsədli şəkildə işdən çıxarılması üçün ardıcıl qondarma attestasiyalar, test imtahanları, müsahibələr keçirilmişdir. Belə ki, 2019-cu ilin fevral ayında İdarədə işçilərin attestasiyası adı ilə test imtahanı keçirilmişdir. 2020-ci ilin 25 sentyabr tarixində İdarənin Laboratoriya işçiləri üçün növbəti dəfə test imtahanı keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən, işçilər üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Onlar isə bir il ərzində ikinci dəfə test imtahanına cəlb edilmişlər. Hər bir imtahandan işçilər uğurla keçdikcə cavabdeh tərəfindən kütləvi işdənçıxarma üçün növbəti imtahan təşkil edilirdi. 2020-ci ilin 06 noyabr tarixində onlara növbəti dəfə optimallaşdırma ilə bağlı ştatların ixtisar edilməsi haqqında bildiriş təqdim edilmiş, onlara laboratoriya işçiləri üçün dekabr ayında yenidən imtahan keçiriləcəyi bildirilmişdir. Müvafiq qurumlara ünvanladıqları şikayətlərdən sonra həmin imtahan ləğv edilmişdir. Yuxarı instansiyalara ünvanlanmış sadəcə bir şikayətlə imtahanın ləğv edilməsi onun qondarma və qanunsuz xarakterini, subyektiv yanaşmanın təzahürü olduğunu bir daha sübut edir. Onlara təqdim edilmiş 07 yanvar 2021-ci il tarixli bildirişdə Əmlak Məsələləri Dövlət Xidmətinin 2020-ci il 25 dekabr tarixli Sərəncamı ilə "xxxx" MMC-nin təsis edildiyi və orada işləmək arzusunda olduqları təqdirdə 11 yanvar tarixində keçiriləcək imtahanda iştirak edə biləcəkləri qeyd edilmişdir. Bu qədər qısa müddətdə imtahana hazırlaşıb, həmin imtahanda iştirak etsə də, ona heç bir əsas göstərilmədən imtahandan keçmədiyi bildirilmişdir. 3. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, həmin Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin, cavabdeh tərəfindən qanunvericiliyin bu tələbinə əməl edilməmiş və işdən çıxarılan 20-yə yaxın işçinin hamısının həmkarlar ittifaqının üzvü olmasına baxmayaraq, müəssisənin həmkarlar ittifaqının belə bir rəyi olmamış, 26.02.2021-ci il tarixli əmrin əsası kimi həmkarlar ittifaqının müvafiq qərarı qeyd edilməmiş, o cümlədən işdən çıxarılan işçilərin heç biri belə bir qərarla tanış edilməmişdir. 3. Cavabdeh təşkilatın işçilər arasında ayrı-seçkiliyə yol verməsinə və subyektiv maraqlarına daha bir sübut kimi məhkəməyə müraciət hüququmu məhdudlaşdırmaq, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətləri buraxması üçün qərəzli şəkildə işdən çıxarılma əmri ona rəsmi qaydada təqdim edilməmişdir. Əmrin surətini götürdüyü zaman imzası ilə tarixi qeyd etmək istədiyini bildirsə də, ona belə bir qaydanın olmadığını, sadəcə əmrin surətini götürüb getməli olduğunu bildirmişlər. Hətta prosessual müddətləri buraxması üçün ona yalan vədlər verərək Novruz bayramından sonra iş təklif ediləcəyini bildirmişlər. Halbuki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Əmək Məcəlləsinin 12-ci maddəsinə görə, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. Əmək Məcəlləsinin 16-cı maddəsinə görə, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 300.1 -ci maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda X26 Monitorinq İdarəsi 17.2.1 -ci yarımbənddə qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Proesessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd edir ki, daha əvvəl 25 mart 2021-ci il tarixində iddia ərizəsi ilə İdarənin yerləşdiyi Xətai Rayon Məhkəməsinə müraciət etsə də, məhkəmənin 02 aprel tarixli 2(011)-3547/2021 nömrəli qərardadı ilə mübahisənin inzibati icraat qaydasında baxılmalı olduğu səbəb göstərilərək iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsi barədə əmr qəbul edilərkən hüquqdan sui-istifadəyə yol verildiyini hesab edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli təşkilatlarında strukturun optimallaşdırılması və büdcə vəsaitlərindən səmərəli istifadənin təşkil edilməsi məqsədilə bir-birini təkrarlayan Ətraf mühit üzrə Laboratoriya Mərkəzi, Milli Geoloji Kəşfiyyat Xidmətinin Analitik Tədqiqatlar Laboratoriyası və X26 Monitorinq İdarəsinin laboratoriyası ləğv edilmişdir. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2021-ci il 05 fevral tarixli, 095/Ü nömrəli Əmri ilə X26 Monitorinq İdarəsinin strukturu yenidən təşkil edilmiş, idarənin laboratoriya sahəsi üzrə fəaliyyət göstərən struktur bölmələr və ştat vahidləri ixtisar olunmuşdur. Qeyd edirlər ki, optimallaşdırma tədbirləri çərçivəsində İdarədə struktur dəyişikliklərinin aparılması ilə əlaqədar tərəflərindən İddiaçı, o cümlədən, digər əməkdaşlara qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi bildiriş təqdim edilmişdir. "xxxx" MMC-yə peşəkar kadrlarla komplektləşdirilməsi məqsədilə kadrların seçimi mərhələsində iştirak etmək barədə İddiaçı 08 yanvar 2021-ci il tarixində rəsmi məlumat verilmişdir. X26 Monitorinq İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 16 fevral 2021-ci il tarixli iclas Protokoluna əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İddiaçı ilə bağlanmış əmək müaqviləsinə X26 Monitorinq İdarəsinin 26 fevral tarixli, 018/K nömrəli Əmri ilə həmin tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericilyin tələblərinə riayət edilmiş, qanunun pozulması halları baş verməmişdir. Onu da qeyd edirlər ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2020-ci il 25 dekabr tarixli 138 nömrəli Sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir. "xxxx" MMC-nin Nizamnaməsinin 1.3-cü bəndinə əsasən Cəmiyyət dövlət sifarişləri üzrə büdcə vəsaiti hesabına, digər fəaliyyətlər üzrə təsərrüfat hesablı maliyyələşən dövlət müəssisəsidir və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra- “Nazirlik”) tabeliyində fəaliyyət göstərir. Göründüyü kimi İddiaçının ərizəsində qeyd etdiklərinin əksinə "xxxx" MMC X26 Monitorinq İdarəsinin tabeliyində olan hüquqi şəxs deyildir. Qeyd edilənlərə əsasən iddiaçının "xxxx" MMC-yə işə bərpa öhdəliyinin X26 Monitorinq İdarəsinin üzərinə qoyulmasını qanunauyğun hesab etmirlər. Eyni zamanda iddiaçının işdən azad edilməsi zamanı əmək qanunvericiliyinin tələbləri gözlənildiyi üçün Əmrin ləğv edilməsi hissəsində də, iddianı əsassız hesab edirlər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə işdə iştirak etmiş şəxslərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşınn AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Yaşayış yeri Bakı şəhəri, Xətai rayonu. M.Hadi üçəsi, ev 83, mənzil 89-dur. İşdə olan РВ seriyalı, 024769 nömrəli, 06.07.1987-ci il tarixli diplomun surətindən görünür ki, X11 1981-ci il tarixdə M.Əzizbəyov adına X32 X24 və Kimya İnstitutuna daxil olmuş və 1987-ci ildə X16 Texnologiyası ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasıın 1987-ci il 20 iyun tarixli qərarı ilə ona kimyaçı-texnoloq mühəndisi ixtisası verilmişdir. İşdə olan iddiaçının adına xx.xx.1963-cü il tarixdə açılmış, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.10.1981-ci il tarixdən 06.09.1983-cü il tarixədək, 20.10.1983-cü il tarixdən 07.03.1984-cü il tarixədək, 11.03.1984-cü il tarixdən, 11.09.1985-ci il tarixədək, 16.09.1985-ci il tarixdən 23.07.1989-cu il tarixədək, 01.02.1990-ci il tarixdən, 28.02.1992-ci il tarixədək, 26.05.1993-cü il tarixdən, 02.01.1997-ci il tarixədək, 01.03.1998-ci il tarixdən, 05.04.2001-ci il tarixədək müxtəlif idarələrdə işləmişdir. 01.06.2007-ci il tarixdə X26 Monitorinq İdarəsinə X10na mühəndis vəzifəsinə təyin edilmiş, 20.09.2018-ci il tarixdən Analitik tədqiqatlar üzrə mühəndis kimyaçı təyin olunmuş, 26.02.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X26 Monitorinq İdarəsinin 018/k nömrəli, 26.02.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, X26 Monitorinq İdarəsinin strukturunun optimallaşdırılması tədbirləri haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2021-ci il 05 fevral tarixli, 095/ü nömrəli əmrindən irəli gələn məsələlərin həlli ilə əlaqədar Nazirliyin 2002-ci 10 yanvar tarixli, 087/ü saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X26 Monitorinq İdarəsi haqqında Əsansamə”nin 15.2-ci bəndini rəhbər tutaraq, X26 Monitorinq İdarəsinin aşağıda adları qeyd olunan əməkdaşları ilə bağlanmış əmək müqavilələri Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir: 1.14. İddiaçı – 26 fevral 2021-ci il tarixindən analitik tədqiqatlar üzrə mühəndis kimyaçı. 2.Mühasibat uçotu sektoru (Aslanxanov) Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 77-ci maddəsinin 3-cü bəndinə əsasən yuxarıda adları qeyd olunan əməkdaşlara əmək stajlarına müvafiq işdənçıxma müavinətinin ödənilməsini təmin etsin. 3. Kadrlar üzrə məsləhətçi (K.Seyidbəyova) bu Əmrdən irəli gələn məsələləri həll etsin. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3547/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehin 26.02.2021-ci il tarixli, 18/k qeydiyyat nömərli əmrinin ona aid olan hissədə ləğv edilməsi, onun X26 Monitorinq İdarəsinin tabeliyində olan "xxxx" MMC-də işə bərpa olunması və 26.02.2021-ci i ltarixdən başlayaraq işə bərpa olunduğu günə qədər məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin sözügedən qərardadına əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, iddiaçıya mübahisə üzrə inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından aşağıdakılar müəyyən edilir: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X26 Monitorinq İdarəsi (XKEMİ) tərəfindən İddiaçı (mühəndis kimyaçı) ünvanlanmış 3 nömrəli, 06.11.2020-ci il tarixli “Optimallaşdırma ilə bağlı ştatların ixtisar edilməsi haqqında” bildirişin surətindən görünür ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının strukturunda idarəetmənin təkmilləşdirilməsi ilə müasir yanaşmaların tətbiqi barədə” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2020-ci il 16 iyun tarixli, 378/Ü nömrəli Əmrilə "xxxx" MMC-nin yaradılması nəzərdə tutulmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq aparılan laborator işlərin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi məqsədilə Nazirliyin tabeli qurumlarında, həmçinin X26 Monitorinq İdarəsində bu sahə üzrə fəaliyyət göstərən struktur bölmələrin ştatları ləğv ediləcəkdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xəbərdar edilmişdir ki, onunla bağlanmış əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir. Azərabycan Respublikası Əmək Məcələsinin 77-ci maddəsinin şərtlərinə uyğun oalraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş yeri axtarmaq üçün ona bir iş günü təqdim edilə bilər. Bildirmişlər ki, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan başqa iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda,Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda, xəbərdarlıq müddəti əvəzinə bu müddətə uyğyun orta aylıq əmək haqqının müvafiq misli məbləğini birdəfəyə ödəməklə müvafiq əsasla onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. Ona, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər qurumlarında mövcud olan müvafiq vakant yerlər təklif olunacaqdır. "xxxx" MMC-də işləmək arzusunda olduğu təqdirdə isə, bildirirlər ki, MMC-yə işə qəbul seçim komissiyası tərəfindən keçiriləcək müsahibələrin nəticəsinə əsasən aparılacaqdır. Sözügedən bildiriş qeydiyyat kitabına iddiaçı tərəifndən 06.11.2020-ci il tarixdə imza edilməklə təhvil alınmışdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 5/Ş-74-12 nömrəli, 07.01.2021-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2020-ci il 25 dekabr tarixli 138 nömrəli Sərəncamı ilə "xxxx" MMC təsis edilmişdir. "xxxx" MMC-nin peşəkar kadrlarla komplektləşdirilməsi, kadrların seçimində şəffaflığın təmin edilməsi və işlərin daha operativ tənzimlənməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 5.2.2-ci yarımbəndinə əsasən MMC-nin 2021-ci il 07 yanvar tarixli, 01/ü nömrəli Əmri ilə Komissiya yaradılmışdır. "xxxx" MMC-də işləmək arzusunda olduğu təqdirdə 2021-ci il 11 yanvar tarixində saat 09:50-də ünvan 1 ünvanında keçiriləcək seçimdə iştirak edə bilər. Sözügedən bildiriş iddiaçı tərəfindən 08.01.2022-ci il tarixdə imza edilməklə təhvil alınmışdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 095/ü nömrəli, 05.02.2021-ci il tarixli “X26 Monitorinq İdarəsinin strukturunun optimallaşdırılması tədbirləri haqqında” əmrinin surətindən görünür ki, Ekologiya və X13 tabeli təşkilatlarında strukturun optimallaşdırılması və büdcə vəsaitlərindən səmərəli istifadənin təşkil edilməsi məqsədi ilə birbirinin funksiyalarını təkrarlayan Ətraf Mühit üzrə Laboratoriya Mərkəzi, Milli Geoloji Kəşfiyyat Xidmətinin Analitik tədqiqatlar laboratoriyası əsasında "xxxx" Məhdud Məsuliyyətli cəmiyyəti təsis edilmişdir. Bununla əlaqədar X26 Monitorinq İdarəsində laboratoriya sahəsi üzrə fəaliyyət gösətərn struktur bölmələr və ştat vahidləri ixtisar olunmuşdur. Beləliklə, X26 Monitorinq İdarəsinin hazırda mövcud olan strukturunun və idarəetmə sisteminin təkmilləşdirilməsinə zərurət yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il27 mart tarixli 975 nömrəli Fəmranı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.5.5-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq, X26 Monitorinq İdarəsinin strukturu təsdiq edilmiş (əmrə əlavə olunmuşdur), 2. Hüquq məsələləri (Teymur Şəkərəliyev), Maliyyə və iqtisadiyyat Nəciməddin Orucov) və İnsan resurslarının idarə edilməsi (Orxan Məhərrəmli) şöbələrinə tapşırılmışdır ki, bu əmrdən irəli gələn məsələləri həll etsinlər. 3.Ümumi Şöbə (Tamilla Mustafayeva) bu Əmrin surətinin nazirliyin aidiyyəti üzrə struktur bölmələrinə, habelə X26 Monitorinq İdarəsinə çatdırılmasını təmin etsin. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X26 Monitorinq İdarəsi (XKEMİ) tərəfindən X26 Monitorinq İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış 25/18 nömrəli təqdimatdan görünür ki, X26 Monitorinq İdarəsinin stukturunun optimallaşdırılması tədbirləri haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2021-ci il 05 fevral tarixli 095/ü nömrəli əmrinə əsasən İdarədə fəaliyyət göstərən bəzi struktur bölmələr və ştat vahidləri ixtisar olunmuşdur. Bununla bağlı İdarədə çalışan bəzi əməkdaşlara (siyahı əlavə olunmuşdur) bağlanmış əmək müqavilələrinə xitam verilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 80-ci madədsinə əsaslanaraq bu məsələni İdarənin Həmkarlar Komitəsində müzakirə edərək Protokolların tərtib edilməsini və siyahıda qeyd olunan əməkdaşların əmək müqavilələrinin “Əmək Məcəlləsi”nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi xahiş edilmişdir. 24 nəfərdən ibarət siyahıda İddiaçı 3-cü sırada qeyd edilmişdir. - X26 Monitorinq İdarəsinin Həmkarlar İttifaqı Komitəsi iclasının 1 nömərli, 16.02.2021-ci il tarixli protokolundan görünür ki, İclasda siyahıda adları çəkilmiş 23 nəfərin iştirakı nəzərdə tutulsa da, 10 nəfər müəyyən səbəblərdən iştirak etməmişdir. Gündəlikdə duran məsələ: X26 Monitorinq İdarəsinin strukturunun optimallaşdırılması tədbirləri haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2021-ci il 05 fevral tarixli, 095/Ü nömrəli əmrinə əsasən idarədə laboratoriya sahəsi üzrə fəaliyyət gösətrən struktur bölmələr və ştat vahidləri ixtisar olunmuşdur. Bununla bağlı İdarədə çalışan bəzi əməkdaşlarla (siyahı əlavə olunmuşdur) bağlanmış əmək müqavilələrinə xitam verilməsi zərurəti yaranmışdır. Azərbayan Respublikası “Əmək Məcəlləsi”nin 80-ci maddəsinə əsaslanaraq İdarənin siyahıda adı çəkilən əməkdaşlarının əmək müqavilələrinin “Əmək Məcəlləsi”nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsinin müzakirəsi olmuşdur. İclasda eşidilmişdir: X26 Monitorinq İdarəsinin Həmkarlar Komitəsinin sədri Kərimov Valeh iclası açıq elan edərək bildirmişdir ki, 15 fevral 2021-ci il tarixində idarənin rəisi X7 yazılı şəkildə müraicət etmişdir və bu məsələyə fikir bildirməyi xahiş etmişdir. Çıxışlar: İddiaçı – İdarədə 2007-ci ildən öz ixtisasına uyğun olaraq analitik tədqiqatlar üzrə mühəndis kimyaçı işlədiyini, ailənin tək gəlir mənbəyinin onun maaşı olduğunu, oğlunun əyani şöbədə magistr tələbə olduğunu və eləcə də, bir çox problemlərinin olduğunu bildirmişdir. Ümumilikdə iştirak edən işçilərin bir çoxu uzun müddətdir öz ixtisaslarına uyğun işlədiklərini, öz sahələrində təcrübəli işçi olduqlarını, İdarənin və nazirliyin müəyyən işlərində yaxından iştirak etdiklərini, indiyədək barələrində kollektivdə heç bir xoşagəlməz halların olmadığını bildirmişlər və bunları nəzərə alaraq müvafiq işl təmin olunmalarını istəmişlər. X17 Komitəsinin üzvü Həsənov Nemət, X19, X15, X12 və X8 təqdim etdikləri sənədləri nəzərdən keçirərək onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsinə etiraz etmiş, Əliyeva Tatyana, Yunanova Aynur, İdrisova Xəyalə, Qaçayeva Səidə və Bilmiş Xalidənin vəziyyətini nəzərə alaraq, mümkün olduğu halda müvafiq işlə təmin olunmasını təklif etmişdir. Qərar: X26 Monitorinq İdarəsinin rəisinin təqdimatı qismən nəzərə alınaraq, “Əmək Məcəlləsi”nin 78 və 79-cu maddələrinə əsasən X5, X19, X12 və X8 əmək müqavilələrinə xitam verilməsi məqsədəuyğun hesab edilməmiş, Siyahıda adları qeyd edilən digər işçilərlə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. - Əmək müqavilələrinə Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilən əməkdaşların siyahısı X26 Monitorinq İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 16 fevral 2021-ci il tarixli iclasın 01 nömrəli protokoluna əlavə edilmişdir. Sözügegedən siyahıda iddiaçının adı 3-cü sırada qeyd edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X26 Monitorinq İdarəsinin “Əmək müqavilələrinə xitam verilməsi haqqında” 018/k nömrəli, 26 fevral 2021-ci il tarixli əmrinə əsasən, X26 Monitorinq İdarəsinin strukturunun optimallaşdırılması tətbirləri haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2021-ci il 05 fevral tarixli 095/ü nömrəli əmrindən irəli gələn məsələlərin həlli ilə əlaqədar Nazirliyin 2002-ci il 10 yanvar tarixli 087/Ü saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X26 Monitorinq İdarəsi haqqında Əsanamə”nin 15.2-ci bəndi rəhbər tutularaq, 1. X26 Monitorinq İdarəsinin aşağıda adları qeyd olunan əməkdaşları ilə bağlanmış əmək müqavilələri Azərbaycan Respublikası “Əmək Məcəllləsi”nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 1.4.İddiaçı. 2. Mühasibat uçotu sektorunun (P.Aslanxanov) Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 77-ci maddəsinin 3-cü bəndinə əsasən yuxarıda adları qeyd olunan əməkdaşlara əmək stajlarına müvafiq işdənçıxma müavinətinin ödənilməsini təmin etsin. - Sözügedən əmr iddiaçı tərəfindən 26.02.2022-ci il tarixdə iddiaçı tərəfindən qeydiyyat kitabına imza edilməklə təhvil alınmışdır. Beləliklə işin hallarından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli təşkilatlarında strukturun optimallaşdırılması və büdcə vəsaitlərindən səmərəli istifadənin təşkil edilməsi məqsədilə bir-birini təkrarlayan Ətraf mühit üzrə Laboratoriya Mərkəzi, Milli Geoloji Kəşfiyyat Xidmətinin Analitik Tədqiqatlar Laboratoriyası və X26 Monitorinq İdarəsinin laboratoriyası ləğv edilmişdir. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2021-ci il 05 fevral tarixli, 095/Ü nömrəli Əmri ilə X26 Monitorinq İdarəsinin strukturu yenidən təşkil edilmiş, idarənin laboratoriya sahəsi üzrə fəaliyyət göstərən struktur bölmələr və ştat vahidləri ixtisar olunmuşdur. Qeyd edirlər ki, optimallaşdırma tədbirləri çərçivəsində İdarədə struktur dəyişikliklərinin aparılması ilə əlaqədar tərəflərindən İddiaçı, o cümlədən, digər əməkdaşlara qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi bildiriş təqdim edilmişdir. "xxxx" MMC-yə peşəkar kadrlarla komplektləşdirilməsi məqsədilə kadrların seçimi mərhələsində iştirak etmək barədə İddiaçı 08 yanvar 2021-ci il tarixində rəsmi məlumat verilmişdir. X26 Monitorinq İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 16 fevral 2021-ci il tarixli iclas Protokoluna əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İddiaçı ilə bağlanmış əmək müaqviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad edilməklə X26 Monitorinq İdarəsinin 26 fevral tarixli, 018/K nömrəli Əmri ilə həmin tarixdən xitam verilmişdir. İddiaçı hazırda sözügedən əmri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırki iş üzrə mübahisəli əmr 26.02.2021-ci il tarixlidir. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 27.04.2021-ci il tarixdə müraciət etmişdir. Lakin, bundan öncə mövcud iddia tələbi ilə ümumi (rayon) yurisdiksiyalı məhkəməyə müraciət etmişdir. Həmin məhkəmənin 02.04.2021-ci il tarixli qərardadı ilə iddiaçıya mübahisə üzrə inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunaraq, İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin ötürülməsi halı müəyyən edilmir. Bu səbəbdən də, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli təşkilatlarında strukturun optimallaşdırılması və büdcə vəsaitlərindən səmərəli istifadənin təşkil edilməsi məqsədilə bir-birinin funksiyalarını təkrarlayan Ətraf Mühit üzrə Laboratoriya Mərkəzi, Milli Geoloji Kəşfiyyat Xidmətinin Analitik Tədqiqatlar Labroratoriyası və X26 Monitorinq İdarəsinin laboratoriyası əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edlmişdir. Bununla əlaqədar X26 Monitorinq İdarəsində laboratoriya sahəsi üzrə fəaliyyət göstərən struktur bölmələr və ştat vahidləri ixtisar olunmuşdur. Beləliklə, X26 Monitorinq İdarəsinin hazırda mövcud olan strukturunun və idarəetmə sisteminin təkmilləşdirilməsinə zərurət yarandığından, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respubliksının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.5.5-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “X26 Monitorinq İdarəsinin strukturunun optimallaşdırılması tədbirləri haqqında” 095/Ü nömrəli, 05.02.2021-ci il tarixli əmrinə əsasən X31 Monitorinq idarəsinin strukturu təsdiq edilmişdir. Optimallaşdırma tədbirləri çərçivəsində İdarədə stuktur dəyişikliklərinin aparılması ilə əlaqədar cavabdeh tərəfinədn İddiaçı, o cümlədən, digər əməkdaşlara qanunvericiliyin tələblərinə uyğun oalraq rəsmi bildiriş təqdim edilmişdir. "xxxx" MMC-yə peşəkar kadrlarla komplektləşdirilməsi məqsədilə kadrların seçimi mərhələsində iştirak etmək barədə iddiaçıya 08 yanvar 2021-ci il tarixində rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X26 Monitorinq İdarəsinin rəisi 15.02.2021-ci il tarixli, 25/18 nömrəli təqdimatla X26 Monitorinq İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədrinə təqdimatla müraciət edərək, X26 Monitorinq İdarəsinin strukturunun optimallaşdırılması tədbirləri haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2021ci il 05 fevral tarixli, 095/ü nömrəli əmrinə əsasən İdarədə fəaliyyət göstərən bəzi struktur bölmələr və ştat vahidləri ixtisar olunduğundan, bununla bağlı İdarədə çalışan bəzi əməkdaşlarla (siyahı əlavə olunmuşdur) bağlanmış əmək müqavilələrinə xitam verilməsi zərurəti yarandığından, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq bu məsələnin İdarənin Həmkarlar Komitəsində müzakirə edərək protokolların tərtib edilməsini və siyahıda qeyd olunan əməkdaşların əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsini xahiş etmişdir. Təqdimata əlavə olunmuş siyahıda iddiaçının adı 3-cü sırada qeyd olunmuşdur. X26 Monitorinq İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin iclasının 1 nömrəli, 16 fevral 2021ci il tarixli iclas protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78 və 79-cu maddəsinə əsasən X5, X9, X4 və X8 əmək müqavilələrinə xitam verilməsi məqsədəuyğun hesab edilməmiş, Siyahıda adları qeyd edilən digər işçilərlə, o cümlədən, İddiaçı ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Sözügedən iclasda İddiaçı öz çıxışında, İdarədə 2007-ci ildən öz ixtisasına uyğun olaraq analitik tədqiqatlar üzrə mühəndis kimyaçı işlədiyini, ailənin tək gəlir mənbəyinin onun maaşı olduğunu, oğlunun əyani şöbədə magistr tələbə olduğunu və eləcə də, bir çox problemlərinin olduğunu bildirmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin mübahisəli əmri qanuni və əsaslı olmuş, eləcə də, cavabdeh tərəfindən mübahisəli əmrin qəbul edilməsi zamanı aparılmış inzibati icraat zamanı maddi və prosessual hüquq normalarının pozulması halı aşkar edilməmişdir. Belə ki, mübahisəli əmrdən görünür ki, əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad edilməklə qəbul edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İş materiallarından görünür ki, həqiqətən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 095/ü nömrəli, 05.02.201-ci il tarixli əmri ilə X26 Monitorinq İdarəsinin stukturu yenidən təşkil edilmiş, İdarənin laboratoriya sahəsi üzrə fəaliyyət göstərən struktur bölmələr və ştat vahidləri ixtisar olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən - 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət edilməklə İdarə rəisi tərəfindən 15.02.2021-ci il tarixli təqdimatla X26 Monitorinq İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədrinə müraciət edilərək, təqdimata əlavə olunmuş siyahıda göstərilən əməkdaşların əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi xahiş edilmişdir. Həmkarlar İttifaqı Komitəsi İclasının 1 nömrəli, 16 fevral 2021-ci il tarixli protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78və 79-cu maddələrinə əsasən X5, X9, X6 nvə X8 əmək müqavilələrinə xitam verilməsi məqsədəuyğun hesab edilməmiş, siyahıda adları qeyd olunan digər işçilər, həmçinin İddiaçı ilə bağlanmış əmək müqavilələrinə Azəbraycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bundan sonra cavabdeh tərəfindən 015/k saylı, 26 fevral 2021-ci il tarixli əmrlə iddiaçı və digər şəxslərin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı iddia ərizəsində mübahisəli əmrin ləğvi üçün əsas kimi Azəbraycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad etmişdir. Məhkəmə iddiaçının sözügedən mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə (işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər) əsasən – 1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. İş materiallarında olan Həmkarlar İttifaqı Komitəsi iclasının 1 nömrəli, 16 fevral 2021-ci il tarixli protokolundan müəyyən edilir ki, əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi üçün Komitəyə təqdim edilmiş Siyahıda göstərilən şəxslər Komitənin iclasında dindirilmiş, dindirilmə zamanı İdarədə hidrobiologiya üzrə laborant vəzifəsində çalışan Əliyeva Zülfiyyə öz çıxışında şəhid ailəsi olduğunu, himayəsində İ qrup əlil bacısı olduğuna və yataqxanda yaşadığını bildirmiş; laborant Əmrəliyeva Nərgiz himayəsində azyaşı övladının olduğunu, tək böyütdüyünü və yeganə gəlir mənbəyinin bu iş olduğunu bildirmiş; Ağayeva Rəhimə məcburi köçkün olduğunu, iki azyaşlı uşağının olduğunu, həyat yoldaşının işləmədiyini və yeganə gəlir mənbəyinin bu iş yeri olduğunu bildirmişdir. İddiaçı isə öz çıxışında İdarədə 2007-ci ildən öz ixtisasına uyğun olaraq analitik tədqiqatlar üzrə mühəndis kimyaçı işlədiyini, ailənin tək gəlir mənbəyinin onun maaşı olduğunu, oğlunun əyani şöbədə magistr tələbə olduğunu, eləcə də bir çox problemlərinin olduğunu bildirmişdir. X14 Komitəsinin üzvü Həsənov X3, X15, X12 və X8 təqdim etdikləri sənədləri nəzərdən keçirərək, onlarla bağlanmış əmək müqavilərinə xitam verilməsinə etiraz etmiş, qərar layihəsi səsə qoyulmuş, 4 leyihə, 0 əleyhinə, 1 – birtərəf olmaqla, qərar səs çoxluğu ilə qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin iddiaçıya münasibətdə pozulması halına yol verilməmişdir. Əksinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinin tələbləri nəzərə alınmaqla, həmin bənddə sadalanan şəxslərin işdə saxlanılmasına üstünlük verilmişdir. Məhkəmə eləcə də, mübahisəli əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun qəbul edilməsini tam həcmdə yoxlayaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79cu maddəsinə əsasən - 1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçının sözügedən maddədə nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid olub-olmaması məhkəmə tərəfindən araşdırılmış və iddiaçının sözügedən maddədə nəzərdə tutulan şəxslər dairəsinə aid olmadığı müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir. Bu səbəbdən də, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Məhkəmə eləcə də, qeyd edir ki, iş üzrə mübahisəli əmrin qanuni və əsaslı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, hüquqi müqəddaratı onunla bağlı olan digər törəmə tələblərdə əsassız hesab edilməklə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X18 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar