Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9305/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin surətinin təqdim edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə araşdırılması aparmaqla iddiaçının xidmətdən (işdən) azad olunmağına əsas olmuş cavabdehin qəbul etdiyi qərarın, əmrin surətinin ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmətə başlamışdır. Xidməti zərurətlə əlaqədar olaraq daha sonra xidmətini digər hərbi hissələrdə davam etdirmişdir. 2021-ci il sentyabrın 19-dan X2 rayonunda yerləşən N saylı hərbi hissəsinin Xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1ci yarımqrup komandiri vəzifəsində xidmətini davam etdirmişdir. 10 illik qüsursuz fəaliyyətə görə medalla təltif olunmuşdur. 2024-cü il fevralın 19-da ona məlum olmayan səbəblərdən xidmətinə xitam verilmişdir. Hesab edir ki, haqsızlığa məruz qalmışdir, pozulmuş hüquq və mənafeyinin bərpa olunması üçün bu məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlmişdir. Buna görə də işdən azad olunmağına əsas olmuş cavabdehin qəbul etdiyi qərarın, əmrin surətini təqdim edilməsini xahiş etmişdir. Cavabdeh ərizəni 18 mart 2024-cü il tarixdə qəbul etsə də, bu günədək ərizəsinə cavab verilməmişdir. Qeyd olunmalıdır ki, hazırkı iddiaçı kimi onun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının İdarəsinə müraciəti '‘xidmətdən (işdən) azad olunmağına əsas olmuş qəbul etdiyi qərarın, əmrin surətinin, xidməti vəsiqə, hərbi biletin ona verilməsi" ilə bağlıdır. İnzibati icraat çərçivəsində “inzibati aktın qəbulundan imtina”, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Odur ki, onun qənaətinə görə “qanunun analogiyası”ndan istifadə zəruridir. Belə nəticəyə gəlir ki, inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq olunmalıdır. Qeyd olunanlara əsaslanaraq hesab edir ki, İnzibati Prosessual Məcəlləyə görə, mübahisəyə baxan məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsi).
3. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrlərdən çıxarış məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdə qeyd olunur: Daxili İşlər Nazirliyi Daxili Qoşunların Komandasının 40 ş/h nömrəli xx.xx.2024-cü il tarixli əmrindən çıxarışa əsasən gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1-ci yarımqrupunun komandiri vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın. N saylı hərbi hissə komandirinin 3-13-14-19/Ə31/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafia olaraq daxili işlər nazirinin müavini daxili qoşunların komandanının 19 fevral 2024-cü il tarixli 40 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunda 1-ci yarımqrup komandiri gizir İddiaçı 19 fevral 2024-cü ildən hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılsın.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə icraata xitam verilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi.
6. Məhkəmə tərəflərin izahatını dinləyərək, cavabdeh tərəfindən təqdim edilən əmrləri, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
7. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
8. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva