Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-943/2024 23.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müqavilənin bağlanması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası üzrə inzibati işə üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi cəlb etməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia qaldıraraq 1995-ci ildən bu vaxta qədər istifadəsində olan, Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına daxil, ümumi sahəsi 15 kv.m-dən ibarət radioteleviziya emalatxanası ilə müqavilə bağlayıb, dövlət mülkiyyətindən istifadəyə görə dövlət vəsaitinin dövlət büdcəsinə keçirilməsini təmin etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı məhkəmə tərəfindən hüquqi yardım göstərildikdən sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş və onunla müqavilə bağlanması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 99 ünvanında yerləşən M.Ə.Sabir adına kitabxana-klubda, kitabxana-klubun direktoru tərəfindən imzalanmış 01 iyun 1995-ci il tarixli ,14a saylı əmrə əsasən açılmış radio-televiziya təmiri emalatxanasında 01 iyun 1995-ci il tarixli əmək müqaviləsi əsasında “televizor təmiri” peşəsi üzrə əmək fəaliyyətinə başlamışdır. xx.xx.1995-ci il tarixli əmək müqaviləsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq qazanılmış pul vəsaitlərini müdiriyyətə təhvil vermişdir, bunun müqabilində müdiriyyət müqavilənin 5-ci bəndində göstərildiyi kimi qazanılan məbləğin 40% - ni iddiaçıya əmək haqqı kimi ödəmişdir. Bundan sonra iddiaçı qarşılıqlı anlaşma şəraitində xx.xx.2000- ci il və xx.xx.2001-ci il tarixli əmək müqavilələri əsasında əmək fəaliyyətini davam etdirmişdir. Lakin Bakı şəhər Mədəniyyət İdarəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı əmrindən sonra, xx.xx.2003-cü il tarixli əmrə əsasən işdən azad edilmişdir. İddiaçı işə bərpa olunmaq üçün Xətai rayon məhkəməsinə müraciət etdikdən sonra xx.xx.2003- cü il tarixində Xətai rayon məhkəməsində keçirilən iclasda cavabdeh məhkəməyə müraciət edərək səhvə yol verdiyini, bu səbəbdən də işçiləri könüllü olaraq işlərinə bərpa edəcəyini bildirdiyi üçün məhkəmə tərəflər arasında barışıq sazişinin olması əsası ilə iş üzrə icraata xitam vermişdir. Bundan sonra klubun rəhbərliyi ilə onun arasında xx.xx.2004-cü ildə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq hər ay M.Ə.Sabir adına kitabxana-klubun hesabına 100.000 AZM pul vəsaiti iddiaçı tərəfindən ödənilmişdir, 2005-ci ildə müqavilənin müddəti uzadılmışdır. xx.xx.2005-ci ildə ƏMDX M.Ə.Sabir adına kitabxanaya məktub ünvanlayaraq klubun direktoru F. Bəkirzadənin iddiaçı ilə bağladığı daxili müqavilələrin qeyri-qanuni olduğunu bildirmişdir. Bundan sonra klubun direktoru xx.xx.2005-ci ildə məktubla iddiaçıya 2006-cı ildə icarə müqaviləsi bağlamayacağını, icarə müqaviləsinin cavabdeh ilə bağlanmalı olduğunu bildirmişdir. İddiaçı həmin məktubu aldıqdan sonra cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir, belə ki, cavabdeh bildirmişdir ki, iddiaçının istifadəsində olan sahə Sabir adına kitabxananın icarəsinə verilmişdir, kitabxananın direktoru kitabxananın hər hansı bir hissəsindən imtina edərsə iddiaçı ilə müqavilə bağlanıla bilər. Odur ki, o yenidən Xətai rayon məhkəməsinə müraciət etmişdir.Hal-hazırda həmin mübahisə ilə bağlı qəbul edilmiş məhkəmə qərarlarını iddia ərizəsinə əlavə etmişdir.Həmin məhkəmə mübahisələrindən sonra da dəfələrlə cavabdehə müraciət edərək istifadəsində olan qeyri-yaşayış sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanmasını xahiş etsə də müraciəti təmin edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanına və Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1027 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci bəndinə uyğun olaraq dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrini istifadəyə və icarəyə vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur.İddiaçı məhkəməyə müraciət etməzdən qabaq iddianın predmeti olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdiyini, lakın onun müraciətinə hər hansı cavab verilmədiyini qeyd etmişdir.İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək iddianın predmeti olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir.Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-A- 00xx-xx/2023 nömrəli məktubu ilə müraciətə cavab verilərək, İddiaçı icarə haqqı ödəmək istədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 147s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verildiyi, qeyd edilən sahənin icarəsinə verilməsinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı olduğu təqdirdə onun tərəfindən qaldırılmış məsələnin həlli üçün zəruri tədbirlər görüləcəyi, əks halda istifadə etdiyi sahənin boşaldılması üçün qanunvericiliklə müəyyən edilmiş zəruri addımlar atılacağı qeyd olunmuşdur.Buna baxmayaraq, iddiaçı iddianın predmeti olan qeyri-yaşayış sahəsinin onun icarəsinə verilməsini xahiş etsə də, bu günədək həmin sahənin icarəyə verilməsinə razılıq verilməsinə dair balanssaxlayıcı qurumun razılıq məktubu Xidmətə təqdim olunmamışdır.Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyriyaşayış sahəsinin icarəyə verilməsindən imtina edilməmiş, yalnız qanunvericiliklə müəyyən olunmuş zəruri sənədlər təqdim edildikdən sonra iddiaçının müraciətinə baxılacağı bildirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü.
5. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Tərəflərin çıxışları və tədqiq edilmiş sənədlər.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəməyə təqdim edilmiş: “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 1642/28 nömrəli, xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanında ümumi sahəsi 1946,7 kv metr təşkil edən Xətai rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsi Bakı şəhəri Mədəniyyət İdarəsi M.Ə.Sabir adına kitabxana-kluba xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilə qədər icarəyə verilmişdir; Bakı şəhəri Mədəniyyət İdarəsi M.Ə.Sabir adına şəhər kitabxana-klubun iddiaçıya ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubuna əsasən iddiaçıya xx.xx.2006-cı ilin yanvar ayından iddiaçı ilə icarə müqaviləsinin bağlanmayacağı bildirilmişdir; xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Gəncə pr.99 ünvanda yerləşən 15 kv metr qeyri-yaşayış sahəsi M.Ə.Sabir adına şəhər kitabxana-klub tərəfindən iddiaçıya xx.xx.2004-cü ilə qədər müddətə icarəyə verilmişdir; xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Gəncə pr.99 ünvanda yerləşən 15 kv metr qeyri-yaşayış sahəsi M.Ə.Sabir adına şəhər kitabxana-klub tərəfindən iddiaçıya xx.xx.2005-ci ilə qədər müddətə icarəyə verilmişdir; M.Ə.Sabir adına şəhər kitabxana-klubun 14a nömrəli, xx.xx.1995-ci il tarixli əmrinə əsasən 1995-ci ilin iyun ayının 1-dən kitabxana-klubda radio cihazlarının, kompüter aparatlarının, elektron musiqi alətlərinin təmiri, təmizlənməsi emalatxanasının fəaliyyətə başlaması əmr edilmişdir; xx.xx.1995-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı ilə M.Ə.Sabir adına şəhər kitabxana-klub arasında xx.xx.1995-ci il tarixə qədər olan müddətə əmək müqaviləsi bağlanmışdır, iddiaçı radio-televiziya təmir emalatxanası dərnəyinin rəhbəri təyin edilmişdir; əmək müqaviləsinə əsasən iddiaçı ilə M.Ə.Sabir adına şəhər kitabxana-klub arasında xx.xx.2000-ci ildən xx.xx.2000-ci il tarixə qədər olan müddətə əmək müqaviləsi bağlanmışdır, iddiaçı radio-televiziya təmir emalatxanası dərnəyinin rəhbəri təyin edilmişdir; əmək müqaviləsinə əsasən iddiaçı ilə M.Ə.Sabir adına şəhər kitabxana-klub arasında xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixə qədər olan müddətə əmək müqaviləsi bağlanmışdır, iddiaçı radio-televiziya təmir emalatxanası dərnəyinin rəhbəri təyin edilmişdir; M.Ə.Sabir adına şəhər kitabxana-klubun xx.xx.2003-cü il tarixli əmrinə əsasən iddiaçı xx.xx.2003-cü ildən işdən azad edilmişdir; "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli ödəniş vərəqinə əsasən iddiaçı Bakı şəhəri, Gəncə pr, 99 ünvanda qeyri-yaşayış sahəsi ilə bağlı elektrik enerjisinin istehlakçısı olmuşdur; 06/57 nömrəli, xx.xx.2014-cü il tarixli “İstilik enerjisi və isti suyun verilməsi haqqında” müqaviləyə əsasən "xxxx" ASC ilə iddiaçı arasında Xətai rayonu, Gəncə prospekti, 99 (televiziya təmiri emalatxanası) qeyri-yaşayış sahəsinin mərkəzləşdirilmiş isitmə, isti su və buxar təchizatı ilə təmin edilməsi haqqında müqavilə bağlanmışdır; “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” vergi orqanının arayışına əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə pr.,99 ünvanda televizor təmiri fəaliyyəti ilə məşğul olur; iddiaçının müxtəlif tarixlərdə cavabdehə ünvanlanmış ərizələrinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanında yerləşən 1994-cü ildən istifadə etdiyi 15 kv metrdən ibarət emalatxana ilə bağlı müqavilə bağlayıb dövlət vəsaitinin dövlət büdcəsinə keçirilməsinin təmin olunması üçün hesab nömrəsi (kod) təyin edilməsi iddiaçı tərəfindən xahiş edilmişdir; cavabdeh tərəfindən aparılan registrdən çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti,99 ünvanda yerləşən 1823,60 kv metr sahəsi olan X8 adına şəhər kütləvi kitabxanasının inzibati sahəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin balansında qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli, 6K-2665 nömrəli qərarına əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 may 2006-cı il tarixli qətnaməsilə iddiaçılar İddiaçı, X1 və X2 cavabdehlər Bakı şəhəri X8 adına kitabxana-kluba və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə qarşı icarə müqaviləsinin bağlanmasına dair etirazın əsassız hesab edilməsi və icarədə olan sahənin özəlləşdirilməsi tələbi barədə əsas iddiası qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin iddiaçılar İddiaçı, X4 və X5 qarşı özgəsinin qanunsuz sahibliyindən əmlakı geri tələb etmək haqqında qarşılıqlı iddia tələbi isə rədd edilmişdir, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 15 avqust 2006-cı il tarixli qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi ləğv olunmuş, ilkin iddianın da tam həcmdə rədd olunması qət edilmişdir,həmin qətnamədən verilən kassasiya şikayəti təmin edilməmişdir, Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli, 6K-2665 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, “M.Ə.Sabir adına Kitabxana-klubun yerləşdiyi qeyri-yaşayış sahəsi 9 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşir.Sahənin ümumi həcmi 2087,08 kv metrdir.1-ci mərtəbədəki qeyri-yaşayış sahəsi 1194,21 kv metr, 2-ci mərtəbədəki qeyri-yaşayış sahəsi 892,87 kv metr təşkil edir.İddiaçıların kitabxana-klubla bağladıqları icarə müqaviləsi əsasında istifadə etdikləri hər birinin sahəsi 15,0 kv metr olan 2 otaq 1-ci mərtəbədə, 35 saylı Xətai seçki dairəsinin yerləşdiyi otağın giriş qapısının yanındadır.Hər bir otağın ayrıca giriş-çıxışı qapısı olmaqla otaqlar M.Ə.Sabir adına Kitabxana-klubun icarəsində olan sahədən divarla ayrılmışdır.İddiaçı sahəsi 15,0 kv metr olan otaqdan radio-televizor təmiri emalatxanası kimi, X3 Hüseynov isə sahəsi 15,0 kv metr olan otaqdan dərzi emalatxanası kimi istifadə edir.Beləliklə, apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 99 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 2087,08 kv metrdir.Həmin qeyri-yaşayış sahəsinin 1946,7 kv metri Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə Bakı şəhər Mədəniyyət İdarəsinin M.Ə.Sabir adına Kitabxana-klubu arasında bağlanmış icarə müqaviləsinə əsasən 01 may 2004-cü ildən 31 dekabr 2004cü ilədək M.Ə.Sabir adına Kitabxana-kluba icarəyə verilmişdir.İcarədən kənar qalan sahə 140,38 kv metr təşkil edir.M.Ə.Sabir adına Kitabxana-klub arasında bağlanmış icarə müqavilələrinə əsasən iddiaçıların hər biri sahəsi 15 kv metr olan otaqlardan istifadə edir, kitabxana-kluba icarə haqqı ödəyirlər”; cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, icarə haqqı ödəmək istədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 147s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin balansına verilmişdir.Müraciətdə qeyd olunan sahənin icarəyə verilməsinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı oduğu təqdirdə iddiaçının qaldırdığı məsələnin həlli üçün zəruri tədbirlər görüləcəkdir.
İV. Məhkəmənin mövqeyi
9. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, cavabdehin etirazını, təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiası əsaslıdır.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 11.”İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən icarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.Torpaq icarəsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə həmin qanunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 3-cü maddəsinə əsasən icarəyə xalq təsərrüfatının bütün sahələrində yol verilir və o, mülkiyyətin bütün formalarının və növlərinin əmlakı barəsində tətbiq edilə bilər.İcarə münasibətlərinin obyekti ola bilməyən əmlakın dairəsi və növləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin icarəsinə dövlət və bələdiyyə mülkiyyəti obyektləri yalnız mülkiyyətçinin razılığı ilə verilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən hər hansı hüquqi və fiziki şəxs icarəçi ola bilər. Həmin Qanunun 7-ci maddəsində göstərilir: “1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi.3. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər.4. İcarəyə verilən əmlakın dəyəri faktik aşınma nəzərə alınmaqla bu əmlakın icarəyə verildiyi an ona qoyulan qiymət əsasında müqavilədə müəyyən edilir.” Həmin Qanunun 14-cü maddəsinə əsasən icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır Həmin Qanunun 18-ci maddəsinə qeyd edilir: 1. Vətəndaş, yaxud vətəndaşlar qrupu istehsal vasitələrini və təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün onlara lazım olan başqa əmlakı icarəyə götürə bilərlər. 12.“İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndində göstərilir: 1. Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən hallar, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri, Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan tarix və mədəniyyət abidələri və ya onların hissələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilsin. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində müəyyən edilən məqsədlər üçün ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin və ya onların ayrı-ayrı hissələrinin (arxeoloji abidələr, habelə Şuşa şəhərinin ərazisində yerləşən tarix və mədəniyyət abidələri və ya onların hissələri istisna olmaqla) icarəyə verilməsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir. Dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri istisna olmaqla, Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan digər tarix və mədəniyyət abidələri və ya onların hissələri Şuşa şəhərinin Baş planına uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən icarəyə (istifadəyə) verilir.Bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hesab olunsun. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınar əmlakın və Dövlət mülkiyyətində olan digər əmlakın icarəyə və istifadəyə verilməsi yalnız Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı ilə həyata keçirilsin. Müəyyən edilsin ki, dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda daşınmaz əmlakın icarəyə verilməsindən alınan haqqın 100 faizi, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal istisna olmaqla, kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda isə 50 faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi onların sərəncamında qalır.Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakın icarəyə verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir və həmin əmlakın icarəyə verilməsindən alınan icarə haqqının nizamnamə kapitalındakı dövlətin payına mütənasib hissəsi dövlət büdcəsinə köçürülür. Həmin Fərmanın 2-ci bəndinə qeyd edilir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi:dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış müqavilələri təhlil etsin və mövcud qanunvericiliyə zidd olan halların aradan qaldırılması üçün müvafiq tədbirlər görsün;“İcarə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icarəçilərin iştirakı ilə icarə haqqının məbləğinə yenidən baxsın və icarə haqlarının vaxtlı-vaxtında müvafiq büdcələrə köçürülməsi üçün lazımi tədbirlər həyata keçirsin;
13. İşin faktiki hallarına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanında ümumi sahəsi 15 kv metr təşkil edən qeyri-yaşayış sahəsi 2004-cü ildən bu günə qədər iddiaçının istifadəsindədir, belə ki, iddiaçı həmin sahədən ilkin olaraq X8 adına şəhər kütləvi kitabxanası ilə bağladığı icarə müqaviləsi əsasında istifadə etmişdir, daha sonra isə dəfələrlə cavabdehə müraciət edərək istifadə etdiyi 15 kv metr qeyri-yaşayış sahəsi ilə bağlı onunla icarə müqaviləsinin bağlanmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, cavabdeh imtinasının əsası kimi həmin qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 147s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin balansına verilməsini göstərmişdir, həmin sahənin icarəyə verilməsinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı oduğu təqdirdə iddiaçının qaldırdığı məsələnin həlli üçün zəruri tədbirlər görüləcəyini bildirmişdir. Halbuki hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli, 6K-2665 nömrəli qərarı ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 99 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 2087,08 kv metrdir, həmin qeyri-yaşayış sahəsinin 1946,7 kv metri Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə Bakı şəhər Mədəniyyət İdarəsinin M.Ə.Sabir adına Kitabxana-klubu arasında bağlanmış icarə müqaviləsinə əsasən 01 may 2004-cü ildən 31 dekabr 2004-cü ilədək M.Ə.Sabir adına Kitabxanakluba icarəyə verilmişdir, icarədən kənar qalan sahə 140,38 kv metr təşkil edir, M.Ə.Sabir adına Kitabxana-klub arasında bağlanmış icarə müqavilələrinə əsasən iddiaçı sahəsi 15 kv metr olan otaqdan istifadə edir, eyni zamanda qərarla müəyyən edilmişdir ki, hər bir otağın ayrıca giriş-çıxışı qapısı olmaqla otaqlar M.Ə.Sabir adına Kitabxana-klubun icarəsində olan sahədən divarla ayrılmışdır. Eyni zamanda cavabdeh tərəfindən aparılan registrdən çıxarışa əsasən də Bakı şəhəri Xətai rayonu Gəncə prospekti,99 ünvanda yerləşən cəmi 1823,60 kv metr sahə X8 adına şəhər kütləvi kitabxanasının inzibati sahəsi kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin balansında qeydiyyata alınmışdır; Göründüyü kimi cavabdehin iddiaçı ilə icarə müqaviləsinin bağlamasından imtinası kimi göstərilən əsasın mövcud olması qüvvədə olan məhkəmə aktı ilə təkzib olunur, yəni iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi heç də X8 adına şəhər kütləvi kitabxanasının inzibati sahəsi kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin balansında qeydiyyata alınmamışdır.Belə olan halda isə iddiaçının faktiki istifadəsində olan 15 kv metr qeyriyaşayış sahəsinin iddiaçıya icarəyə verilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin razılığının olması tələb olunmur, belə olan halda məhkəmənin gəldiyi nəticəyə görə cavabdehin imtinasında göstərilənlər əsassız olduğu üçün cavabdeh məhz dövlət əmlakından səmərəli istifadə olunmanı təmin etmək məqsədilə iddiaçı ilə iddiaçının istifadəsində olan dövlət əmlakının icarəyə verilməsi barədə inzibati akt qəbul etməli olduğu halda bunu etməmişdir. 14.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Hal-hazırda işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh iddiaçının xeyrinə olan halları araşdırmadan və nəzərə almadan, iddiaçının müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, bununla da qanunvericiliklə inzibati orqan kimi üzərinə qoyulan öhdəlikləri icra etməmişdir. 15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
16. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 99 ünvanında yerləşən sahəsi 15 kv metr olan qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə müqavilə bağlanması barədə inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 18.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı ilə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 99 ünvanında yerləşən sahəsi 15 kv metr olan qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanması barədə inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova