Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9492/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı «tikintinin layihəyə uyğun aparılmasına və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarətin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı «tikintinin layihəyə uyğun aparılmasına və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarətin cavabdehə həvalə edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 73A ünvanında yerləşən, sahəsi 75 kv.m olan və layihə əsasında 92,83 kv.m torpaq sahəsi üzərində yeni tikilən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi ticarət obyekti kimi fəaliyyət göstərirdi. 2022-ci ilin noyabr ayında "xxxx" MTK-nın əməkdaşları özbaşına söküntü işləri aparan zaman obyektin qarşısını hasarlamağa cəhd göstərmişlər və həmin vaxt iddiaçı onların bu qanunsuz hərəkətlərinin qarşısını almışdır. 36 saylı MKİS tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli 36/202 saylı arayışa əsasən “Xətai prospekti, 73A” ünvanında olan əmlakın əvvəlki ünvanı “Xətai prospekti, 43” olmuşdur. Məlum olmuşdur ki, "xxxx" MTK həmin ətrafda olan tikililəri almışdır və orada 4 mərtəbəli ticarət obyekti tikmək istəyir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 21 dekabr 2020-ci il tarixli 36 nömrəli sərəncamı ilə MTK-ya verilmiş layihə ilə tanış olduqda iddiaçı müəyyən etmişdir ki, aparılan tikinti layihə uyğun deyil. Belə layihənin “təsnifat” bölməsinin 3-cü hissəsində 1 mərtəbəli qeyri-yaşayış binası nəzərdə tutulduğu halda, MTK 4 mərtəbəli bina tikir. Söküntü və tikinti işləri elə formada aparılır ki, iddiaçının obyektinin iddiaçının obyektinə zərər vurulma ehtimalı mövcuddur. Bu söküntü və tikinti işlərini belə aparılması məqsədli şəkildə planlaşdırılmışdır. Belə ki, MTKnın məqsədi iddiaçının obyektinə zərər vurulması və bu yolla aşağı həddə qiymətləndirmə aparılmaqla əmlakın ələ keçirilməsidir. Bu səbəbdən də iddiaçı ərizə ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək, "xxxx" MTKnın şəhərsalma və tikinti normalarının tələblərinə riayət edilmədən tikinti işlərinin aparılması ilə yanaşı obyektin özbaşına sökülməsi cəhdlərinin qarşısının alınmasını xahiş etmişdir. Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 14 mart 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, baxış zamanı sözügedən ünvanda bir müddət öncə söküntü işlərinin aparıldığı müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq, narazılığa səbəb olan amillərin aradan qaldırılması məqsədilə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstərişlərin verilməsi və müraciət müəllifinı məlumat verilməsi xahiş olunur. İddiaçı eyni zamanda bu halla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edərək, MTK-nın qanunsuz hərəkətlərinin araşdırılması və layihəyə uyğun tikintinin aparılmasına nəzarət olunmasını xahiş etmişdir. Məktuba Nazirliyin Tikintidə X3 Agentliyində baxılmış və 6 aprel 2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı ŞİH başçısının 21 avqust 2020-ci il tarixli 163 nömrəli sərəncamı ilə həmin ərazidə yerləşən torpaq sahəsi icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilmiş və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2 girişli, 2 zirzəmili, 16 mərtəbəli, 2 ədəd, 2 zirzəmili, 1 mərtəbəli qeyri-yaşayış binası və avtodayanacağın tikintisinə icazə verilmişdir. Ha-hazırda yaşayış binasında fasad işləri, qeyri-yaşayış binası, avtodayanacağın ətrafı svayvurma işləri aparılır. İddiaçının ticarət obyekti aylardır ki, fəaliyyət göstərmir. Bunun səbəbi MTK-nın qanunsuz hərəkətləri nəticəsində obyektin arxa qapısının giriş-çıxışının yararsız hala gətirilməsi, eyni zamanda yolun Xətai prospektinə giriş-çıxışının çəpərlənməsi, bağlanması olmuşdur. MTK-nın bu cür qanunsuz hərəkətləri sahibkar kimi onun (iddiaçının) fəaliyyətji dayandırmağa, obyektdə çalışan insanların işsiz qalmasına səbıb olmuşdur. Göstərilənlərə və İPM-in 2, 13, 34, 45-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi haqqında» Əsasnamənin 8.22.5-ci bəndinə əsaslanaraq, "xxxx" MTK-nın Nərimanov rayonu, Xətai prospekti, 73A (əvvəlki Xətai prospekti, 43) ünvanı ərazisində apardığı (qazıntı, söküntü və svay vurma işləri zamanı obyektin dağılması, uçması, yanması və s. kimi təhlükə, obyektə həyət tərəfdən Xətai prospektinə giriş-çıxışın bağlanması) tikinti və tikintiətrafı ərazilərdə müəyyən olunmuş təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarəti və layihəyə uyğun tikintinin aparılmasına nəzarət olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - (2.2.4) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); - (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maaddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi haqqında» Əsasnamənin 1-ci bəndinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Əsasnamənin 8-ci bəndinə görə Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: - (8.22.4) tikintidə sifarişçi tərəfindən texniki nəzarətin, layihəçi tərəfindən müəllif nəzarətinin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin müəyyən olunmuş qaydalara uyğun olaraq aparılmasına nəzarət etmək; - (8.22.5) tikinti və tikinti ətrafı ərazilərdə müəyyən olunmuş təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək. Göründüyü kimi, aparılan müvafiq tikinti işləri üzrə təhlükəsizlik tələblərinə tikinti obyektinin sifarişçisi və podratçısı tərəfindən (aidiyyəti hissədə) riayət olunmasına nəzarət etmək hazırkı cavabdeh FHN Tikintidə X3 Agentliyinin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı iddia özündə mahiyyətcə qismən mülki mübahisəni ehtiva edir. Yəni onunla yaşadığı binada qonşuluqdakı mənzilin sahibləri ilə aralarındakı mülki münasibətlərdən doğulur. İddiaçı öz hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciət edə və bu müraciətin müsbət həll olunmadığı təqdirdə, İPMin 2.2-ci maddəsi üzrə iddia qaldıra bilər. Hazırkı halda isə, iddiaçının inzibati orqana münasibətdə arzuladığı hal onun özü üçün əlverişli inzibati aktın qəbulu ilə bağlı olmamış, başqa şəxsə ("xxxx" MTK-ya) münasibətdə təsir tədbirlərinin görülməsi barədədir. Bu isə, istər hərəkətsizlik olduqda, istərsə də hər hansı tədbir görüldükdə sonradan inzibati məhkəmə icraatı qaydasında hər hansı iddianın qaldırılmasına əsas vermir. Qeyd olunanlarla yanaşı məhkəmə həmçinin vurğulayır ki, bir tərəfdən iddiaçının qaldırdığı məsələ inzibati icraat çərçivəsində həllini tapması mümüksüzdür, digər tərəfdən də qanunvericilik müvafiq sahədə normaların tələblərinə riayət etməyən şəxslərin məsuliyyətə cəlbini nəzərdə tutan müddəalar müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasl İnzibati Xətalar Məcəlləsinin 394-cü maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasına, yəni: (394.0.1) lisenziya olmadan tikintisinə icazə tələb olunan və ya barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, yaxud tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya tikinti-quraşdırma işləri ilə məşğul olmağa; (394.0.2) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla müfəssəl planlarda dəyişiklik edilməsinə; (394.0.3) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələrini ekspertizadan keçirmədən tikinti obyektlətinin tikintisinin həyata keçirilməsinə; (394.0.4) müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan dini ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına; (394.0.5) mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydalarını pozmağa; (394.0.6) tikintisinə icazə tələb edilən tikinti obyektinin istismara verilməsi qaydalarını pozmağa; (394.0.7) tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə; (394.0.8) ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunmalıdır ki, iş materiallarına əsasən FHN Tikintidə X3 Agentliyi "xxxx" MTK-nın sədri (A.S.İsazadə) barəsində 4 oktyabr 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və həmin qərarla Nərimanov rayonu, Xətai prospekti və Qaradağ küçələrinin kəsişməsində işna olunan qeyri-yaşayış binasının tikintisinin dayandırılması barədə Agentliyin müvafiq qərarına əməl etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi üzrə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bililərək adıçəkilən vəzifəli şəxsin 2.000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. MPM-in 24-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Beləliklə məhkəmənin qənaətinə görə iş üzrə fiziki şəxs olmayan cavabdehlər tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, digər cavabdehlər isə fiziki şəxs olmaqla inzibati orqan sayılmadığından iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-9492/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9492/2023
01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver