Məhkəmə qərarları › İş №2-1(112)-988/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-988/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-988/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Məmmədov Mübariz Nadir oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “maddi yardımın ödənilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı maddi yardımın ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə məhkəməyə ərizə ilə müraciət edərək X4 Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 04 aprel 2020-ci il tarixdə təsdiq edilmiş müvafiq tədbirlər planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildən hal hazırki vaxta qədər iddiaçı turizm sahəsində (VÖEN **********) sahibkarlıq fəaliyyəti göstərir. İddiaçı həmin vaxtdan vergi və sosial müdafiə fonduna aid olan hesabatlarını ve ödənişlərini hər rüb geciktirmədən vermişdir. 2017-ci ildə Vergilər Nazirliyi iddiaçının bank hesabından səhvən 1900 (min doqquz yüz) manat pul silmişdir. İddiaçı cavabdehin səhvini sübut etdikdən sonra Nazirliyin əməkdaşı iddiaçıya bildirmişdir ki, bu məbləğ onun vergilər hesabında qalacaq və iddiaçı hər rüb hesabat verdikcə bu məbləğdən çıxılacaq. 2020-ci ilin mart ayında dünyada yaranmış koronavirus pandemiyası Azərbaycandanda yan keçmədi. Bu səbəbdən bütün sahələr kimi iddiaçının çalışdığı sahədə də işlər dayanmışdır. Sahibkarlara və onların işçilərinə dəstək olaraq Cənab Prezident göstəriş vermişdir ki, onun tərəfindən ayrılmış pul vəsaitlərindən sahibkarlara və onların işçilərinə yardim olunsun. Bu səbəbdən Vergilər İdarəsinin onlayn qeydiyyatindan keçib yardımdan yararlanmaq lazım idi. İddiaçı işçisi üçün qeydiyyatı etmişdir, lakin sahibkar kimi özünü qeydiyyatdan keçirə bilməmişdir. Qeydiyyat zamanı bir səhv kimi onun 2019-cu ildə vergi ödənişinin olmaması göstərilirdi. Lakin 2019-cu ildə hər rüb hesabatı olmuşdur, vəsait isə onun artıq pulundan silinmişdir. Artıq 2 aydan çox müddətdir ki, iddiaçı işləmir və onun çalışdığı sahəsinin nə vaxt fəaliyyətə başlayacağı bilinmir. Ən çox ziyan edən sahələrdən biri də məhz turizm sahəsi olmuşdur. Hal hazırda onun ofisinin 2 aylıq telefon internet və 1-ci rüb üçün vergi və sosial müdafiə fondu ödənişləri borc kimi qalmışdır. İddiaçı dəfələrlə vergi orqanlarına məktub yazıb vəziyyəti izah etmişdir. Lakin cavab olaraq ona həmişə bildirilmişdir ki, onlayn qeyydiyatdan keçmək lazımdır. Təkrar məktub yazıb vəziyyəti izah edəndə yenə də həmin cavab verilmişdir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin etirazında bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İqtisadiyyat Nazirliyinin 08.04.2020-ci il tarixli F-41 nömrəli əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. X3 (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. Belə ki, maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Fərdi (mikro) sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. Metodiki Göstərişin 3.3-cü bəndinə əsasən müraciət formasında vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanının adı, VÖEN, aktiv bank hesabları, o cümlədən 2019-cu il ərzində ödənilmiş vergiləri, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları barədə məlumatlar elektron informasiya sistemi tərəfindən avtomatik qaydada doldurulur. Metodiki Göstərişin 3.4-cü bəndində nəzərdə tutulan (2 faiz sadələşdirilmiş vergi ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması və ya gəlir vergisinin ödəyicisi (mikro) olması) vergi rejimi barədə məlumatlar isə vergi ödəyiciləri tərəfindən onlayn qaydada doldurmalıdırlar. Metodiki Göstərişə əsasən pandemiya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar baza məlumatları ilə avtomatik yoxlanılır. Müraciətin yoxlanması zamanı sistem tərəfindən aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər (3.6): Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır. Yuxarıda sadalanan müddəalardan da göründüyü kimi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi yalnız müəyyən kateqoriya və konkret şərtlərə cavab verən vergi ödəyiciləri üzrə nəzərdə tutulmuşdur və Metodiki Göstəriş digər əsaslarla yanaşı, 2019-cu il ərzində vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə vergi ödənişlərinin edilməsini mütləq şərt özündə əks etdirmişdir. Lakin hazırkı halda iş materiallarının, o cümlədən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən 2019-cu il ərzində dövlət büdcəsinə heç bir vergi ödənişi edilməmişdir (şəxsi hesab vərəqə əlavə olunur). Bununla da, iddiaçının maliyyə dəstəyindən yararlanması üçün nəzərdə tutulan şərtlərə cavab verməməsi müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluğun aşkar edilməsinə səbəb olmuşdur. İddia ərizəsində istinad olunan artıq ödəmə məbləği şəxsi hesab vərəqəyə əsasən 06.11.2017-ci il tarixdə yaranmışdır. Artıq ödəmə də iddiaçı tərəfindən 2019-cu il ərzində edilmiş hər hansı ödənişlər hesabına deyil, 2017-ci ildəki ödəniş, hesablama və ya azalmalar nəticəsində formalaşmışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, hazırkı iş üzrə təqdim edilmiş etirazda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Vergi Məcəlləsinin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin iddiaçıya ünvanlandığı “Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq barədə müraciətə baxılması haqqında” bildirişdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci iİ 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur. Vergi ödəyiciləri internet vergi idarəsi şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” və “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölmələrinə daxil olaraq buradakı müvafiq alt bölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır. Bununla əlaqədar iki video təlimat hazırlanmışdır. Qeyd edilən video təlimatlarla bağlı aşağıdakı elektron ünvanlara daxil olub məlumat ala bilərsiniz: 1. Vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün müraciətin tərtib edilmə qaydasını izah edən videotəlimat https://www.taxes.qov.az/az/post/1024. 2. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün müraciətin tərtib edilmə qaydasını izah edən videotəlimat https://www.taxes.qov.az/az/post/1025. Eyni zamanda bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş fəaliyyət sahələri və müvafiq fəaliyyət sahələri ilə məşğul olan fərdi (mikro) sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə https://www.taxes.gov.az/az/page/iqtisadi-artimave-sahibkarlara-dovlet-destevi-tedbirlerinin-mexanizmleri linkinə daxil olmaqla tanış ola bilərsiniz. - Vergilər Nazirliyinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin iddiaçıya ünvanlanmış “müraciətə baxılması” barədə məktubla iddiaçıya bildirilmişdir ki, “Koronavirus (COVİD-19) pandemiyasının ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə göstərdiyi mənfi təsirlə əlaqədar zərərçəkmiş sahələrdə çalışan fərdi (mikro) sahibkarlıq subyektlərinə maliyyə dəstəyi barədə müraciətə Vergilər Nazirliyinin Bakı şəhəri X8 üzrə Baş İdarəsində baxılmışdır. “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən “Fərdi (mikro) sahibkara ödənişlər üzrə müraciət” forması təqdim edildikdə vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılması və 2019cu il ərzində büdcəyə vergi ödəmələri olmamaması kimi uyğunsuzluqlar aşkarlana bilər ki, bu cür uyğunsuzluqlar aşkarlandıqda, vergi ödəyicisi tərəfindən düzəlişlərin edilməsi mümkün olan uyğunsuzluqlar üzrə dəyişikliklər aparılmalı və şəxsi kabinet vasitəsilə yenidən onlayn qaydada müraciət edilməlidir. Vergi Məcəlləsi və vergi qanunvericiliyinə dair qüvvədə olan digər normativ hüquqi aktları, Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Qanunvericilik" bölməsindən, hesabat formaları və onların tərtib edilməsi qaydaları barədə məlumatları isə qeyd edilən rəsmi internet səhifəsinin “Bəyannamə” bölməsinin “Bəyannamə və ərizə formaları arayış və hesabatlar” alt bölməsindən əldə edə bilərsiniz. Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) və 195-1 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz”. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin 19.06.2020-ci il tarixli **********056800 saylı müraciətə baxılması barədə məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin hesablanmış vergi məbləği barədə müraciətinizə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsində baxılmışdır. Bildiririk ki, tərəfinizdən 10.07.2017-ci il tarixdə təqdim etdiyiniz 2017-ci ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində əldə etdiyiniz e-VHF üzrə çəkdiyiniz xərclərinizlə dövriyyəniz arasında 49.658,93 manat fərq uyğunsuzluğun yaranmasına səbəb olmuş və qeyd edilən uyğunsuzluqla bağlı Sizə 11.07.2017-ci il tarixli **********710400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilməsinə baxmayaraq müəyyən edilmiş kənarlaşmalar barədə tərəfinizdən izahat məktubu və ya təsdiqedici sənədlər təqdim edilmədiyi üçün 1.986,08 manat əlavə vergi məbləği hesablanmışdır. Əlavə olaraq bildiririk ki, müraciətinizə əsasən hesablanmış vergi məbləği azaldılaraq 03.11.2017-ci il tarixli **********596900 nömrəli məktubla Sizə məlumat verilmişdir”. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin 09.02.2021-ci il tarixli **********531200 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, uçot-baza məlumatlarına əsasən fiziki şəxs X5 tərəfindən 01.10.2018-ci il tarixdən 30.09.2019-cu il tarixədək olan dövr üçün vergi orqanına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə 2019-cu il ərzində 299,22 manat vergi məbləğinin hesablandığı müəyyən edilmişdir. 2019-cu il ərzində fiziki şəxs X4 vergi yoxlaması nəticəsində əlavə vergi məbləğinin hesablandığı müəyyən edilməmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin 13.11.2020-ci il tarixli **********722000 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, iddiaçıya 156 manat məbləğində əlavə vergi borcu hesablanmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” **********1 saylı bildirişdən görünür ki, iddiaçının muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 16.11.2020-ci il tarixə ümumilikdə 119.92 manat məbləində borcunun 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. -İddiaçıya məxsus şəxsi hesab vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, 06.11.2017-ci il tarixdə iddiaçının 1.870,55 manat məbləğində artıq ödəməsi olmuş və həmin məbləğ hesabına 14.10.2020-ci il tarixə qədər vergi ödənişləri həyata keçirilmişdir. 14.10.2020-ci il tarixə 1.042.21,41 manat məbləğində artıq ödəməsi (saldosu) olmuşdur. Beləliklə işin araşdırılan halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 04 aprel 2020-ci il tarixdə təsdiq edilmiş müvafiq Tədbirlər Planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı müraciət etmiş və sonuncunun işdə olan cavab məktublarından göründüyü kimi, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin araşdırılması zamanı iddiaçı tərəfindən 2019-cu il ərzində dövlət büdcəsinə heç bir vergi ödənişi edilmədiyi məlum olmuş, bununla da, iddiaçının maliyyə dəstəyindən yararlanması üçün nəzərdə tutulan şərtlərə cavab verməməsi müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluğun aşkar edilməsinə səbəb olmuş, son nəticədə iddiaçıya maliyyə yardımının göstərilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya maliyyə yardımının göstərilməsindən imtina etməsi işin hallarına və qanunvericilyin tələblərinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.10-cu maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanın vəzifəsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 1-ci bəndinə əsasən 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılmışdır. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 3-cü bəndinə əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) 300 mliyon manat vəsait ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş “Koronavirus DİVOC)-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”ə əsasən: 1.2. Bu Metodiki Göstəriş koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. 1.3. Bu Metodiki Göstərişin məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir. 3.1. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün fərdi sahibkarlara “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lərin göndərilməsi təmin edilir. 3.2. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus DİVOC)-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Fərdi (mikro) sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. 3.3-cü Müraciət formasında aşağıdakı məlumatlar elektron informasiya sistemi tərəfindən avtomatik qaydada doldurulur: 3.3.1. Vergi uçotunda olduğu vergi orqanının adı; 3.3.2. VÖEN; 3.3.3. Aktiv bank hesabları; 3.3.4. 2019-cu il ərzində ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları; 3.4. Müraciət formasında aşağıdakı vergi rejimi barədə məlumatlar vergi ödəyicisi tərəfindən onlayn doldurulur: 3.4.1. 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olması; 3.4.2. sabit qəbz almaqla fəaliyyət göstərməsi; 3.4.3. daşıma fəaliyyəti ilə məşğul olması; 3.4.4. gəlir vergisi mükəlləffiyyəti olan mikro sahibkarlıq subyekti olması. 3.4.5. Vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı. 3.5. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar baza məlumatları ilə avtomatik yoxlanılır: 3.6. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 3.6.1. Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; 3.6.2. Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; 3.6.3. 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır. 3.7. Uçot məlumatları üzrə uyğunsuzluqlar aşkarlandıqda, vergi ödəyicisi tərəfindən müvafiq dəyişikliklər aparılır və şəxsi kabinet vasitəsilə yenidən onlayn qaydada müraciət edilir. 3.8. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. 3.9. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit hesab vasitəsilə vergi ödəyicilərinin bank hesablarına köçürülən vəsaitlər barədə hər günün yekunu üzrə hesabat həmin günün sonunda İqtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İqtisadiyyat Nazirliyi tərəfindən Bildiriş (Əlavə 2) göndərilir. 3.10. Vergi ödəyicisinin borcu ilə bağlı köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi ilə bağlı banka Sərəncam göndərilmir, mövcud Sərəncamlar isə geri götürülür. 3.11. Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində vergi ödənişlərinin ümumi məbləği 250,0 manatdan aşağı olduqda ona 250,0 manat həcmində (ölkə üzrə minimum aylıq əmək haqqı) vəsait ödənilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən maddi yardımın ödənilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçı tərəfindən, guya 2019-cu ildə vergi, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəməməsi göstərilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı iddiaçının 06.11.2017-ci il tarixdə 1.870,55 manat məbləğində artıq ödəməsinin oldugu və həmin məbləğin iddiaçıya geri qaytarılmadıgı, əvəzində 14.10.2020-ci il tarixə qədər həmin pul vəsaiti hesabına vergi ödənişlərinin həyata keçirildiyi müəyyən edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi 14.10.2020-ci il tarixə 1.042.21,41 manat məbləğində artıq ödəməsi (saldosu) olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən əsasla iddiaçıya maddi yardımının ödənilməsindən imtinası əsassız olmuşdur. Belə ki, göründüyü kimi iddiaçı tərəfindən artıq ödənilmiş vəsait hesabına olsa da, yenə də onun 2019-cu il üçün vergilər ödənilmişdir. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, əsassız səbəblərdən məsələ iddiaçının xeyrinə həll edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 04 aprel 2020-ci il tarixdə təsdiq edilmiş müvafiq Tədbirlər Planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi X4 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 04 aprel 2020-ci il tarixdə təsdiq edilmiş müvafiq Tədbirlər Planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi X4 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar