Məhkəmə qərarları › İş №2-1(114)-1001/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1001/2020

28.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1001/2020 28.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh Şəmkir rayon Bayramlı bələdiyyəsinə qarşı torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi və torpaq icarəsi müqaviləsinin uzadılması tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şəmkir rayon Bayramlı bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Bayramlı bələdiyyəsi ilə onun arasında mövcud olmuş torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi və torpaq icarəsi müqaviləsinin uzadılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı və vəkili məhkəmə iclasına gəlmişlər. Cavabdeh Şəmkir rayon Bayramlı bələdiyyəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili X2 ərizə təqdim edərək iddiadan imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iddiaçının və vəkilinin ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Şəmkir rayon Bayramlı bələdiyyəsinə qarşı torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi və torpaq icarəsi müqaviləsinin uzadılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar