Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1121/2025 04.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ödənilməmiş əmək haqqı, kirayə pulu və ərzaq pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək ödənilməmiş 3436 manat əmək haqqı, 400 manat kirayə pulu və N64 manat ərzaq pulu olmaqla, cəmi 4100 manat məbləğin və ödənilmiş dövlət rüsumu olan 75 manatın cavabdehdən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, AR MN nazirinin xx.xx.N0N0-ci il tarixli 01308 nomrəli əmri ilə Azərbacan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Gəncə şəhəri 3-cü Hərbi Polis bölməsində, leytenant rütbəsində, tağım komandiri vəzifəsində xidmətə başlamış, xx.xx.N0N3-cü ildə təxris olunmuşdur. Xidmətdə olduğu müddətdə xx.xx.N0NN-ci ildən xx.xx.N0NN-ci il tarixədək olan müddətdə əmək haqqı, kirayə pulu və ərzaq pulu ödənilməmişdir. Belə ki, xx.xx.N0N1-ci il tarixdə Kəlbəcər rayonu ərazisində olan "Ömər" aşırımı adlanan ərazidə xidmətdə olan zaman hava şəraitinin pis keçməsi və çox qar yağması nəticəsində yollar bağlanmış, 7 günlük döyüş növbətçiliyi postunda xx.xx.N0NN-ci il tarixədək ərzaqsız, yanacaqsız və təminatsız qalmış, bundan sonra həmin postdan yuxarı rəhbərliyə məruzə edib "Yol evi" adlanan əraziyə kimi piyada düşmüş, həmin postu dəyişməyə gələn hərbi qulluqçuları gətirən maşınla qayıtmış, bundan sonra boğazının sağ tərəfində şiş əmələ gəlmiş, tənginəfəslik yaranmış, həmin tənginəfəslik artdığına görə o hospitala müraciət etmişdir. Orada müayinə zamanı məlum olmuşdur ki, boğazının sağ payında 5-6 santimetrlik şiş var. Şiş böyük olduğuna görə onu göndərişlə Müdafiə Nazirliyinin Bakı Mərkəzi Hospitalına göndərmişlər. Hospitalda müayinə olunduqda, həmin şişin xərçəng ola bilməsi olduğunu bildirmişlər. Buna görə də onu mülki xəstəxanalara göndərmişlər, analiz verdikdən sonra onda xərçəng (malign) olması şübhəsi olduğunu və kəskin asma bronxit xəstəliyinin olmasını bildirmişlər. Onda malign şübhəsi olduğuna görə MN-nin BKH-nın göndərişi ilə xx.xx.N0N1-ci il tarixdə Ege hospitalda kəskin asma bronxit olduğu üçün öz razılığı alındıqdan sonra əməliyyat olunmuş, əməliyyatdan sonra məlum olmuşdur ki, boğazının sağ payında olan şiş xoşxassəlidir. Bununla bağlı N nömrəli hərbi hissədə müayinə olunduqdan sonra ona 30 günluk məzuniyyət verilmiş, o müalicə alsa da yenə də işə çıxmışdır. Lakin Gəncə 3-cü hərbi polis bölməsinin rəisi ona demişdir ki, tutduğu vəzifə ləğv olunmuş və təşkilati-ştat tədbirləri ilə əlaqədar onu Baş Qərargah rəisinin əmri ilə N saylı hərbi hissəyə tağım komandiri təyin etmişlər. O, 3-cü HPB-nin rəisi Seymur İsmayılova bildirmişdir ki, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əsasən onunla bu barədə əvvəlcədən fərdi söhbət aparılmalı idi və “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 8N və 84-cü maddələrinə əsasən onun xəstəliyi nəzərə alınmalı idi. Bundan sonra o xəstəliyi lə bağlı müxtəlif vaxtlarda Hərbi Hospitalda və mülki xəstəxanalarda müalicə və müayinə olunduqdan sonra şəhadətləndirilmək üçün onu Gəncə şəhər 3-cü Hərbi Polis bölməsindən N nömrəli hərbi hissənin Hərbi Həkim komissiyasına göndərmişlər, lakin N nömrəli hərbi hissə onu bronxial astma xəstəsi olduğu üçün müayinə olunmağı üçün MN-nin BKH-na göndərmişdir. Həmin hospitalda və mülki xəstəxanalarda aparılan müayinə və analizlərə əsasən onu MN-nin BKH-dan N30 saylı HH-də stasionar müalicə olunmağını və bundan sonra şəhadətləndirilməyi üçün tibb kitabçasında qeydlər edilsə də N30 saylı HH-ə onu stasionar müalicə etmədən N30 saylı HH-nin HHK-sı şəhadətləndirərək hərbi xidmətə yararlı olması barədə arayış vermişdir. Bu arayışa əsasən 3-cü HPB-si onu xidmət yerinə getməməyi ilə bağlı araşdırmaya vermədən onu şəxsi heyətin adlı siyahısından qanunsuz olaraq çıxarmış, bununla əlaqədar olaraq onun xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək əmək haqqı və ərzaq pulu ona verilməmişdir. Lakin o, həmin arayış ilə bağlı Gəncə hərbi prokurorluğuna müraciət edərək barəsində verilmiş arayışın yanlış verilməsindən narazılığını bildirərək yenidən şəhadətləndirilməsini tələb etmiş və MN-nin BKH-da stasionar müalicə və müayinədən sonra şəhadətləndirilmiş və onun sülh dövründə hərbi xidmətə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı olmağı müəyyən edilmişdir. Əmək haqqı, kirayə pulu və ərzaq pulunun verilməsi üçün Nazirliyə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. 08 avqust N0NN-ci il tarixdən N0 noyabr N0NN-ci il tarixədək ona çatası əmək haqqı 3436 manat, kirayə pulu 400 manat, ərzaq pulu N64 manat təşkil edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(114)-N459/N0N3 nömrəli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ödənilməmiş əmək haqqı, kirayə pulu və ərzaq pulunun ödənilməsi tələbinə dair iş üzrə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N4-cü il tarixli N- 1(104)-110/N0N4 nömrəli qərardadına əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N- 1(114)-N459/N0N3 nömrəli qərarı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən keçirilən təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq, leytenant İddiaçı 3-cü Hərbi Polis bölməsində (Gəncə) tutduğu vəzifə ixtisar olunduğundan o, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının komandiri vəzifəsinə təyin edilmişdir. 14 fevral N0NN-ci il tarixdə leytenant İddiaçı "COVİD-19" virus infeksiyası üzrə analizinin nəticəsi pozitiv çıxdığı üçün yeddi gün müddətində ev şəraitində müalicə almış, NN fevral N0NN-ci il tarixdə xidmət yerinə qayıtmışdır. N5 fevral N0NN-ci il tarixdə leytenant İddiaçı səhhəti ilə əlaqədar Gəncə şəhərində yerləşən hərbi hospitala stasionar müalicəyə göndərilmiş, 19 mart N0NN-ci il tarixdə müalicədən qayıtdıqdan sonra N nömrəli hərbi hospitalın 18 mart N0NN-ci il tarixli arayışı əsasında xəstəliyi ilə əlaqədar 30 (otuz) günlük məzuniyyətə buraxılmış, 18 aprel N0NN-ci il tarixdə məzuniyyətdən qayıtmışdır. N9 aprel N0NN-ci il tarixdə leytenant İddiaçı hərbi hospital tərəfindən ambulator müalicə məsləhət görülmüş və bu səbəbdən o, həmin tarixdən 4 may N0NN-ci il tarixədək ev şəraitində ambulator müalicə almışdır. Daha sonra 3-cü Hərbi Polis bölməsi (Gəncə) rəisinin 1NNN nömrəli xx.xx.N0NN-ci il tarixli göndəriş əsasında leytenant İddiaçı N nömrəli hərbi hissənin hərbi həkim komissiyasına təqdim edilmiş, komissiyanın 4467 nömrəli xx.xx.N0NN-ci il tarixli arayışı ilə o, "Hərbi xidmətə yararlıdır" kimi şəhadətləndirilmişdir. Bundan sonra leytenant İddiaçı 3-cü Hərbi Polis bölməsi rəisinin NN8 nömrəli 9 avqust N0NN-ci il tarixli nizami hissə üzrə əmrilə 9 avqust N0NN-ci il tarixdən 3-cü Hərbi Polis bölməsinin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi üçün ona xx.xx.N0NN-ci il tarixli 141N nömrəli təyinat vərəqəsi təqdim edilmiş, lakin sonuncu həmin təyinat vərəqəsini almaqdan və yeni xidmət yerinə getməkdən imtina edərək əmri icra etməmişdir. Leytenant İddiaçı təyinat vərəqəsini almaqdan imtina etdiyi üçün həmin vərəqə şəxsi işi ilə birlikdə yeni xidmət yeri olan N nömrəli hərbi hissəyə göndərilmişdir. Leytenant İddiaçı səhhətində olan problemləri əsas gətirərək, ümumilikdə iki dəfə - 5 may və 9 avqust N0NN-ci il tarixlərdə ona təqdim olunan təyinat vərəqəsini götürməkdən və N nömrəli hərbi hissəyə getməkdən imtina etməklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu və 15-ci maddələrinin, İntizam Nizamnaməsinin 3-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının komandiri vəzifəsinə təyin olunması barədə N8 yanvar N0NN-ci il tarixli əmrini icra etməmişdir. Bununla bağlı 3-cü Hərbi Polis bölməsində (Gəncə) 140N nömrəli xx.xx.N0NN-ci il tarixli və N14N nömrəli xx.xx.N0NN-ci il tarixli aktlar tərtib edilmişdir. Leytenant İddiaçı 9 avqust N0NN-ci il tarixdən N noyabr N0NN-ci il tarixədək (üç ay səkkiz gün) yeni təyinat yerinə üzürlü səbəb olmadan getməmiş və yalnız N nömrəli hərbi hissə komandirinin N noyabr N0NN-ci il tarixli N nömrəli nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. Belə olan halda iddiaçıya iddia tələbində qeyd edilən pul təminatı ödənilməsi qanuna ziddir. İnzibati iş materialına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı yeni xidmət yerinə getmədiyi və mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi üçün raportla hərbi hissə komandanlığına müraciət etmədiyindən ona qeyd edilən müddət ərzində mənzil kirayəsi üçün pul kompensasiyası komandanlıq tərəfindən haqlı olaraq ödənilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq leytenant İddiaçı yeni təyinat yeri üzrə xidmət yerinə üzürlü səbəb olmadan üç ay səkkiz gün gec getdiyinə görə ona hərbi hissədə olmadığı və əsassız gecikdiyi təqvim günlərinin vəzifə maaşının və ərzaq əvəzinə pul kompensasiyasının, habelə "Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydaları"nın 3.N-ci bəndində göstərilən sənədləri yeni təyinat yeri üzrə xidmət yerinə üç ay ərzində təqdim etmədiyinə görə müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilməmişdir. Qeyd olununların nəzərə alınaraq, iddia tələbi əsassız olduğuna görə rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşin halları Müdafiə Nazirliyi 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli arayışından görünür ki, 3-cü Hərbi Polis Bölməsinin hərbi qulluqçusu (1-ci hərbi polis dəstəsinin hərbi polis taqımının komandiri) leytenant İddiaçı xx.xx.N0NN-ci il tarixdə saat 11:00-dan xx.xx.N0NN-ci tarixə saat 16:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. 3-cü Hərbi Polis bölmə rəisinin xx.xx.N0NN-ci il tarixli, NN8 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı, Gəncə Qarnizonu Hərbi Polisinin 1-ci hərbi polis dəstəsinin hərbi polis taqımının komandiri, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli 0N nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin NN noyabr N0N1-ci il tarixli 0N57 nömrəli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq N nömrəli hərbi hissənin (Qubadlı rayonu) 1-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri vəzifəsinə təyin edildiyinə görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 09 avqust N0NN-ci il tarixdən 3-cü Hərbi Polis Bölməsinin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Leytenant İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli əmrinə əsasən N0NN-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Leytenant İddiaçı N0NN-ci il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyət pulu ödənilməmişdir. N0NN-ci ilin növbəti məzuniyyətindən istifadə etməmişdir. Müdafiə Nazirliyi 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli 141N nömrəli təyinat vərəqəsinə əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0NN-ci il tarixli 0N nömrəli əmrinə əsasən leytenant İddiaçı xidmətini davam etdirmək üçün xx.xx.N0NN-ci il tarixdə Qubadlı rayonu N nömrəli hərbi hissə komandirinin sərəncamına getməsi əmr edilmişdir. “Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0NN-ci il tarixli 0N nömrəli əmrinin yerinə yetirilməsi ilə əlaqədar leytenant İddiaçı xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə getməsindən imtina etməsi haqqında” tərtib edilmiş xx.xx.N0NN-ci il tarixli aktdan görünür ki, xx.xx.N0NN-ci il tarixdə leytenant İddiaçı N nömrəli hərbi hissəyə xidmətini davam etdirmək üçün göndərilməsi məqsədi ilə ona xx.xx.N0NN-ci il tarixli 94N nömrəli təyinat vərəqəsi tərtib edilmiş, sözügedən təyinat vərəqəsi təqdim edilmiş, lakin o, təyinat vərəqəsini götürməkdən və yeni xidmət yerinə getməkdən imtina etmişdir. Bunun səbəbi kimi o, xəstə olması və tibbi müayinəyə ehtiyacı olması ilə əlaqələndirmişdir. Komissiya göstərilənlərlə bağlı xx.xx.N0NN-ci il tarixli 140N qeydiyyat nömrəli akt tərtib etmişdir. 3-cü Hərbi Polis Bölmə rəisinin müvafiq göndərişi əsasında leytenant İddiaçı hərbi həkim komissiyasına təqdim edilmiş nəticə etibarı ilə ona N nömrəli hərbi hissə tərəfindən xx.xx.N0NN-ci il tarixli 4467 nömrəli arayış tərtib edilərək "Hərbi xidmətə yararlı" olması haqqında ştatlı Hərbi Həkim Komissiyası qərar vermişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq leytenant İddiaçı sağlamlığında hər hansı bir xəstəlik olmadığı üçün xx.xx.N0NN-ci il tarixində ona yeni xidmət yerinə getməsi haqqında xx.xx.N0NN-ci il tarixində onun adına tərtib edilmiş 141N təyinat vərəqəsi təqdim edilmişdir. Yuxarıda qeyd edilənlər və Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmri aktı imza edənlər tərkibində bir daha leytenant İddiaçı ucadan oxunmuş, ona əmrin tələbləri, əmrə tabe olmaq, onun tələblərini yerinə yetirmək aşılanmış, yenidən ona çatdırılmışdır ki, xx.xx.N0NN-ci il tarixdən 3-cü Hərbi polis Bölməsinin şəxsi heyətinin siyahısından çıxarılaraq yeni xidmət yerinə xx.xx.N0NN-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin sərəncamına xidmətini davam etdirmək üçün göndərilməsi elan edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən 3-cü Hərbi Polis bölməsinə ünvanlanmış xx.xx.N0NN-ci il tarixli məktubdan görünür ki, Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin 1-ci taborunun tağım komandiri vəzifəsinə təyin olunmuş, leytenant İddiaçı, Gəncə Qarnizonu Hərbi Polisindən xidməti yerinə gəlməli olduğu halda, hal-hazırda xidməti yerinə gəlməmişdir. Leytenant İddiaçı xidməti yerinə gəlmədiyi halda müvafiq sənədləri göndərilmişdir. Lakin leytenant İddiaçı xidməti yerinə gəlmədiyi üçün hərbi hissənin siyahısına əlavə edilməsi mümkün olmamışdır. Ona görə də leytenant İddiaçı xidməti yerinə gəlməsi barədə köməklik göstərilməsi 3-cü Hərbi Polis bölməsinin rəisindən xahiş edilmişdir. Müdafiə Nazirliyi 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli məktubundan görünür ki, 3-cü Hərbi Polis Bölməsinin sabiq hərbi qulluqçusu leytenant İddiaçı xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə getməkdən imtina etməsi və getməməsi faktı ilə əlaqədar toplanmış araşdırma materialları hüquqi rəyin verilməsi üçün N-ci Təhqiqat Bölməsinə göndərilmişdir. Müdafiə Nazirliyi N-ci Təhqiqat bölməsinin xx.xx.N0NN-ci il tarixli məktubundan görünür ki, 3-cü Hərbi Polis Bölməsinin sabiq hərbi qulluqçusu leytenant İddiaçı xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə getməkdən imtina etməsi barədə N-ci Təhqiqat bölməsinə M-N543 nömrəli material daxil olmuşdur. Material öyrənilərkən müəyyən edilmişdir ki, leytenant İddiaçı Elçad oğlu Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən 3-cü Hərbi Polis bölməsindən N nömrəli hərbi hissəyə təyin olunmuşdur. Bu səbəbə görə leytenant İddiaçı təyinat vərəqəsi verilərək N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi bildirilsə də, leytenant İddiaçı xəstəliyini bəhanə gətirərək təyinat vərəqini götürməkdən imtina etmiş və bu günədək xidmət yerinə qayıtmamışdır. Müdafiə Nazirliyi 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından daxil olan, leytenant İddiaçı xx.xx.N0NN-ci il tarixdə pulmonologiya bölməsinə daxil olması barədə 7755 nömrəli bildirişlə əlaqədar bildirilmişdir ki, leytenant İddiaçı xx.xx.N0NN-ci il tarixdə 3-cü Hərbi Polis Bölməsinin şəxsi heyətinin siyahısından çıxarılmış və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 01 noyabr N0NN-ci il tarixli, 1N9N5 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Bronxial astma, qarışıq forma, nəzarət olunan qeyri-stabil remissiya mərhələsində, dərəcəli, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu ilə. Sağ gözün sadə miopik astigmatizmi, Em və M1,5D, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla. Sağtərəfli hemitireoidektomiya (xx.xx.N0N1) əməliyyatından sonrakı bərkimiş dəri çapığı. Sağ böyrəyin ekstrarenal ləyəni. Başın tüklü hissəsinin follikulitləri, remissiya mərhələsində.” diaqnozu “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli Əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı, Müdafiə Nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli 0N nömrəli əmrinə əsasən hərbi hissənin 1ci motoatıcı taborun motoatıcı bölüyün motoatıcı taqım komandiri vəzifəsinə təyin edilmiş, Gəncə Qarnizonu Hərbi Polisindən gəlmiş hesab edilmiş, N noyabr N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. Gəncə Hərbi Prokrorluğunun xx.xx.N0NN-ci il tarixli “cinayət işinin başlamasının rədd edilməsi haqqında” qərarına əsasən, vətəndaş XN xx.xx.N0NN-ci il tarixli və eləcə də leytenant İddiaçı xx.xx.N0NN-ci il tarixli ərizələrində göstərdikləri xüsusatlar, yəni sonuncunun bronxial astma xəstəliyi nəzərə alınmadan, onunla heç bir söhbət aparılmadan Qubadlı rayonunda yerləşən N nömrəli komando hərbi hissəsinə göndərildiyi, 3-cü Hərbi Polis bölməsinin rəisi Seymur İsmayılovun tapşırığı ilə N nömrəli hərbi hospitalda onun bronxial astam olması nəzərə alınmayaraq tibbi sənədlərinin saxtalaşdırılaraq barəsində “Hərbi xidmətə yararlıdır” arayışının verilməsi xüsusatları öz təsdiqini tapmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən həmin hissədə cinayət işinin başlanmasının rədd edilməsi, leytenant İddiaçı xx.xx.N0NN-ci il tarixdə 3-cü Hərbi Polis bölməsinin siyahısından çıxarıldığına görə xx.xx.N0NN-ci il tarixdən yeni xidmət yeri olan N nömrəli hərbi hissəyə getməli olmasına baxmayaraq, xx.xx.N0NN-ci il tarixdə N nömrəli hərbi hissəyə getməyib xx.xx.N0NN-ci il tarixədək, yəni MN Mərkəzi Hərbi Həkim Komissiyasının onun barəsində “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” rəyini verdiyi tarixədək evində qalması əməlində formal cəhətdən cinayət tərkibinin olduğu görünsə də, leytenant İddiaçı hərbi xidmətə yararsız olması səbəbindən hərbi cinayətin subyekti olmadığı nəzərə alınaraq həmin faktla bağlı barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.N-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Müdafiə Nazirliyi Hərbi Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.N0N3-cü il tarixli məktubdan görünür ki, o, Azərbaycan Respublikası müdafiə nazirinin NN noyabr N0N1-ci il tarixli müvafiq əmrinə əsasən həyata keçirilən təşkilatı-ştat tədbirləri ilə əlaqədar olaraq, müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) müvafiq qaydada N nömrəli hərbi hissədə taqım komandiri vəzifəsinə təyin edilmiş, 3-cü Hərbi Polis bölməsi rəisinin 9 avqust N0NNci il tarixli nizami hissə üzrə əmri ilə şəxsi heyətinin siyahısından və bütün növ təminatdan çıxarılmışdır. Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin tələblərinə əsasən 31 avqust N0NN-ci il tarixədək pul təminatı ilə təmin olunmuşdur. Paltar əvəzinə pul kompensasiyasının ödənilməsi üçün N nömrəli hərbi hissəyə müraciət etməsi məqsədə müvafiq hesab edilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli 6-1(06N)-1/N0N3 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Gəncə hərbi prokurorunun böyük köməkçisi X1 xx.xx.N0NN-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.N0N3-cü il tarixli 6- 1(1104)-1/N0N3 nömrəli qərarı ilə X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli 6-1(06N)-1/N0N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N4-ci il tarixədək 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar, “Qarışıq astma, bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ tərəfli lobektomiya” diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.N0N4cü il tarixli, T N03/N0N4 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi həkim komissiyasının xx.xx.N0NN-ci il tarixli, 1N9N5 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilən "Bronxial astma, qarışıq forma, nəzarət olunan qeyri-stabil remissiya mərhələsində, orta-ağır dərəcəli, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu ilə, sağ gözün sadə miopik astiqmatizmi, Em və M1,5D, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla, sağtərəfli hemitireoldektomiya (xx.xx.N0N1) əməliyyatından sonrakı bərkimiş dəri çapığı, sağ böyrəyin ekstrarenal ləyəni, başın tüklü hissəsinin follikulitləri, remissiya mərhələsində” xəstəliklər onda xx.xx.N0NN-ci il tarixdə artıq mövcud idi. Qeyd edilən nəticə tibbi sənədlərlə təsdiq olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə 8N. Xidmət üzrə yerləri dəyişdirilən hərbi qulluqçular, işləri və vəzifələri təhvil verdikdən sonra, hərbi qulluqçunun növbəti məzuniyyətdə, yaxud müalicədə olduğu hallardan başqa hərbi hissə tərəfindən yerdəyişmə haqqında əmr, yaxud yazılı bildiriş aldığı gündən bir aydan gec olmayaraq təzə xidmət yerinə ezam olunmalıdırlar.
146. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi qulluqçunun vəzifəsidir: vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq.
147. Təlim və yoxlama toplanışlarına çağırılmış hərbi qulluqçular və hərbi vəzifəlilər dövlət hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun olaraq pul və natural təminat (və ya pul kompensasiyası) alırlar. Xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10. Pul təminatı və maddi təminat hüququ
5. Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına qida məhsulları və əşya əmlakı alır, qida məhsulları və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. Maddə 1N. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ
1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Maddə N4. Ümumi vəzifələr Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının başqa qanunlarına ciddi əməl etmək, komandirlərin və rəislərin əmrlərini qeyd-şərtsiz yerinə yetirmək;
Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamə 33.1. Üzürlü səbəb olmadan hərbi xidmətə gəlməyən, hərbi hissəni özbaşına tərk edən, hərbi xidmətdən yayınmaq məqsədilə fərarilik edən, məzuniyyətdən, ezamiyyətdən, müalicə və xüsusi təyinatlı təhsil müəssisələrindən qanunsuz olaraq gec qayıdan hərbi qulluqçulara hərbi hissədə olmadıqları və əsassız gecikdikləri təqvim günlərinin vəzifə maaşları və ərzaq əvəzinə pul kompensasiyası ödənilmir.
Azərbaycan Respublikası Müdafiə nazirinin 6 may N019-cu il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydaları" 3.4. Hərbi qulluqçu xidmət yerinə gəldikdə kirayədə yaşaması (və ya ailə üzvləri ilə birlikdə kirayədə yaşaması) barədə raportla müraciət etdikdən sonra müvafiq sənədləri üç ay ərzində təqdim etdiyi halda müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası raportun qeydiyyata alındığı gündən hesablanaraq ödənilir. Sənədlər üç aydan gec təqdim olunduqda müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası sənədlərin təqdim edildiyi gündən ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə N. İnzibati mübahisələrin məhkəmə aidiyyəti N.N. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: N.N.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçı xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək ödənilməmiş 3436 manat əmək haqqı, 400 manat kirayə pulu və N64 manat ərzaq pulu olmaqla, cəmi 4100 manat məbləğin və ödənilmiş dövlət rüsumu olan 75 manatın cavabdehdən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşin halları ilə müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli 01308 nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Gəncə şəhəri 3-cü Hərbi Polis bölməsinə leytenant rütbəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin NN noyabr N0N1-ci il tarixli əmrinə əsasən keçirilən təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq, leytenant İddiaçı 3-cü Hərbi Polis bölməsində (Gəncə) tutduğu vəzifə ixtisar olunduğundan o, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NNci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının komandiri vəzifəsinə təyin edilmişdir. 14 fevral N0NN-ci il tarixdə leytenant İddiaçı "COVİD-19" virus infeksiyası üzrə analizinin nəticəsi pozitiv çıxdığı üçün yeddi gün müddətində ev şəraitində müalicə almış, NN fevral N0NN-ci il tarixdə xidmət yerinə qayıtmışdır. N5 fevral N0NN-ci il tarixdə leytenant İddiaçı səhhəti ilə əlaqədar Gəncə şəhərində yerləşən hərbi hospitala stasionar müalicəyə göndərilmiş, 19 mart N0NN-ci il tarixdə müalicədən qayıtdıqdan sonra N nömrəli hərbi hospitalın 18 mart N0NN-ci il tarixli arayışı əsasında xəstəliyi ilə əlaqədar 30 (otuz) günlük məzuniyyətə buraxılmışdır. 18 aprel N0NN-ci il tarixdə məzuniyyətdən qayıtmışdır. 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli 91N nömrəli göndərişinə əsasən leytenant İddiaçı N nömrəli hərbi hissəyə göndərilmiş və həmin tarixdən 04 may N0NN-ci il tarixədək ev şəraitində ambulator müalicə almışdır. xx.xx.N0NN-ci il tarixdə leytenant İddiaçı xəstə olmasını əsas gətirərək xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi məqsədi ilə ona təqdim edilən xx.xx.N0NN-ci il tarixli 94N nömrəli təyinat vərəqəsini götürməkdən və yeni xidmət yerinə getməkdən imtina etmişdir. 3-cü Hərbi Polis bölməsi rəisinin xx.xx.N0NN-ci il tarixli 1NNN nömrəli göndərişinə əsasən İddiaçı xx.xx.N0NN-ci il tarixdə N nömrəli hərbi hissənin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və "Qalxanabənzər vəzin sağ payının xoşxassəli törəməsinə görə aparılmış "sağ tərəfli lobektomiya" əməliyyatından sonrakı bərkimiş dəri çapığı" diaqnozu ilə "Xəstəliklər cədvəli"nin 5Nb maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnaməyə qoşma) əsasən “Hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Bundan sonra iddiaçının hərbi xidmətə yararlılığı müəyyən edildiyinə görə 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli NN8 nömrəli əmri ilə o, 09 avqust N0NN-ci il tarixdən 3-cü Hərbi Polis Bölməsinin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Lakin İddiaçı ona yeni xidmət yerinə getməsi haqqında xx.xx.N0NN-ci il tarixində tərtib edilmiş 141N təyinat vərəqəsini almaqdan yenə imtina etmiş və xidmət yerinə getməmişdir. N nömrəli hərbi hissə komandiri tərəfindən 3-cü Hərbi Polis bölməsinə xx.xx.N0NNci il tarixdə məktub ünvanlanaraq İddiaçı xidməti yerinə gəlmədiyi üçün hərbi hissənin siyahısına əlavə edilməsinin mümkün olmadığı bildirilmiş və onun xidməti yerinə gəlməsi barədə köməklik göstərilməsi 3-cü Hərbi Polis bölməsinin rəisindən xahiş edilmişdir. Bundan sonra 3-cü Hərbi Polis bölməsi tərəfindən xx.xx.N0NN-ci il tarixdə İddiaçı xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə getməkdən imtina etməsi və getməməsi faktı ilə əlaqədar toplanmış araşdırma materialları hüquqi rəyin verilməsi üçün təhqiqata göndərilmişdir. İddiaçı təkrar şəhadətləndirilməsi üçün Gəncə Hərbi Prokurorluğuna müraciət etmiş və o, Gəncə Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci il tarixli HP-17/5838 nömrəli göndərişi ilə hərbi xidmətə yararlılığının təyini üçün MN Mərkəzi Hərbi Poliklinikasına göndərilmiş, poliklinika tərəfindən xx.xx.N0NN-ci il tarixdə “stasionar müayinədən sonra şəhadətləndirilməlidir” qərarı verilmişdir. İddiaçı stasionar müalicədə olmuş və yenidən şəhadətləndirilən zaman Mərkəzi Hərbi Poliklinikası tərəfindən ona "Xəstəliklər cədvəli"nin 5Nb maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnaməyə qoşma) əsasən "bronxial astma, qarışıq forma, nəzarət olunan qeyri-stabil remissiya mərhələsində, orta-ağır dərəcəli, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu ilə, sağ gözün sadə miopik astiqmatizmi, Em və M1, 5D, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla, sağtərəfli hemitireoidektomiya (xx.xx.N0N1) əməliyyatından sonrakı bərkimiş dəri çapığı, sağ böyrəyin ekstrarenal ləyəni, başın tüklü hissəsinin follikulitləri, remissiya mərhələsində” diaqnozuna əsasən “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" səbəb əlaqəsi ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. Həmin qərarı əldə etdikdən sonra iddiaçı N nömrəli hərbi hissəyə getmiş və həmin hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N nömrəli əmri ilə Aşurov X4 nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli 0N nömrəli əmri ilə hərbi hissənin 1-ci motoatıcı taborun motoatıcı bölüyün motoatıcı tağım komandiri vəzifəsinə təyin edilmiş, Gəncə Qarnizonu Hərbi Polisindən gəlmiş hesab edilmiş, N noyabr N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin NN noyabr N0N1-ci il tarixli 0N57 nömrəli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli 0N nömrəli əmrinə əsasən həyata keçirilmişdir. Həmin əmrin icrası məqsədilə İddiaçı 9 avqust N0NN-ci il tarixdən 3-cü Hərbi Polis Bölməsinin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, lakin o, xidmət yerinə yalnız N0NN-ci ilin noyabr ayında getdiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin 1-ci motoatıcı taborun motoatıcı bölüyün motoatıcı tağım komandiri vəzifəsinə təyin edilərək, həmin tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmişdir ki, həmin müddət aralığında iddiaçı hərbi hissədə olmadığından və xidmət vəzifələrinin icrasını yerinə yetirmədiyindən həmin dövr üçün əmək haqqı və ərzaq pulu tələb etməkdə haqlı deyildir. Həmçinin iddiaçı xx.xx.N0NN-ci il tarixdən 3-cü Hərbi Polis Bölməsinin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarıldığı üçün o, kirayə haqqı üçün yalnız yeni xidmət yeri olan N nömrəli hərbi hissəyə getdikdən sonra kirayədə yaşaması barədə raportla hərbi hissə komandanlığına müraciət etməli idi ki, yuxarıda göstərilən hallarla iddiaçının yeni xidmət yerinə getmədiyi və mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi üçün raportla hərbi hissə komandanlığına müraciət etmədiyi, yalnız xx.xx.N0NN-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinə daxil edildiyi müəyyən edilir. Ona görə də, iddiaçının kirayə haqqı tələbi də əsaslı deyildir. İddiaçı yeni təyinat yeri üzrə xidmət yerinə üzürlü səbəb olmadan getmədiyinə görə ona hərbi hissədə olmadığı və əsassız gecikdiyi təqvim günlərinin vəzifə maaşının və ərzaq əvəzinə pul kompensasiyasının, habelə "Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydaları"nın 3.N-ci bəndində göstərilən sənədləri yeni təyinat yeri üzrə xidmət yerinə üç ay ərzində təqdim etmədiyinə görə müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası haqlı olaraq ona ödənilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N4-cü il tarixli N-1(104)-110/N0N4 nömrəli qərardadında qeyd etdiyi mövqeyə uyğun olaraq iddiaçıya sərəncam göndərilmiş, həmin sərəncam iddiaçı tərəfindən rəsmi qaydada qəbul edilsə də, verilmiş vaxt ərzində sərəncama əməl edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva