Məhkəmə qərarları › İş №2-1(114)-1182/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1182/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1182/2020 10.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı staj müddətinin bərpa edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı onun işlədiyi Bərdə rayon «X4» MMC-də xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan iş stajının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onula əsaslandırılmışdır ki, o, 1962-ci ildə Bərdə rayonunda anadan olmuş, orta məktəbi bitirdikdən sonra xx.xx.1980-ci ildən «Bərdə X4» MMC-də işləməyə başlamış, xx.xx.2006-cı ilə kimi fasiləsiz işləmiş və xx.xx.2006-cı ildə öz xahişi ilə işdən çıxmışdır. İşlədiyi müddətlə bağlı cavabdehə müraciət etsə də, onun staj müddəti sığorta stajına hesablanmamışdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı nümayəndəsi olduğu inzibati orqana staj müddətinin bərpası ilə bağlı müraciət etmiş və xx xxxx 2020-ci il tarixli məktubla iddiaçıya iş stajının bərpa olunması ilə bağlı işlədiyi müəssisəyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixli məktubla məhkəmə tərəfindən iddiaçıya real yardım edilmiş və yardıma uyğun nöqsanların aradan qaldırılması ona təklif olunmuşdur. Məhkəmənin müraciəti xx xxx 2020-ci il tarixdə sonuncunun ünvanı üzrə təqdim olunsa da iddiaçı məhkəmənin müraciətinə uyğun nöqsanları aradan qaldırmamış, məhkəməyə ərizə ünvanlayaraq təkrar olaraq stajının təmin olunmasında və «Bərdə X4» MMC-də işlədiyi barədə stajının 26 ilini olmasını təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi qeyri-müəyyəndir. Belə ki, iddiaçı iddia ərizəsindəm işlədiyi «Bərdə X4» MMC-də xx.xx.1980-ci ildən xx.xx.2006-cı il tarixədək olan iş stajının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nəzərinə çatdırılır ki, «Bərdə X4» MMC-də xx.xx.1980-ci ildən xx.xx.2006-cı il tarixədək olan iş stajının sosial siğorta stajına daixl edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə müraciət etməlidir. Bundan başqa, məhkəməyə təqdim edilmiş imtina ərizəsində də cavabdeh inzibati orqan tərəfindən staj müddətinin bərpası ilə bağlı müraciət etməsi və xx xxxx 2020-ci il tarixli məktubla iddiaçıya iş stajının bərpa olunması ilə bağlı işlədiyi müəssisəyə müraciət etməsi tövsiyə olunmuşdur. Bununla bağlı bildirilir ki, iş illərinin sosial sığorta stajına daxil edilməklə pensiya təyin edilməsinə dair iddia məcburetmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1-ci maddəsi) növünə aiddir. Qeyd olunan iddianın mümkünlük şərtləri-iddiaçının iddia qaldırmaqda subyektiv hüquqa malik olması, iddianın düzgün cavabdehə qarşı verilməsi, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilməsi, iddiaçının tələblə ilkin olaraq inzibati orqana müraciət etməsi, inzibati orqanının inzibati aktın qəbul edilməsindən imtina etməsi barədə sənəd olmasıdır. İnzibati Posessual Məcəllənin 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün öncədən inzibati orqana müraciət olunması ilkin və zəruri şərt kimi nəzərdə tutulub və burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. Odur ki,tələbin nədən ibarət olmasının, hüquqların məhz hansı inzibati orqan tərəfindən pozulmasının, qeyd olunan inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunmasının iddia ərizənizdə qeyd edilməsi və tələblə ilkin olaraq inzibati orqana müraciət olunması zəruridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 8ci bəndində qeyd edilir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya mümkünlük şərtlərinə əməl olunmaqla yenidən iddia vermək hüquqları izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsinə dair iddia tələbi mümkün sayılmasın. İddiaçı İddiaçı mümkünlük şərtlərinə əməl olunmaqla yenidən iddia vermək hüququ izah olunsun. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsing şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar