Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1205/2022 01.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin 11 may 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək keçmiş SSRİ dövründə hərbi xidmətdə olmuşdur. Vətənin ağır günlərində 06 avqust 1992-cı il tarixdən 19 mart 1993-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda N nömrəli hərbi hissənin tərkibində baş leytenant rütbəsində zabit kimi rota komandiri vəzifəsində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib erməni işğalçıları ilə döyüşmüşdür. Ermənilərə qarşı müharibəyə qeydiyyatda olduğu Gəncə şəhəri o zaman Kəpəz Rayon Hərbi Komissarlığı (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsi) tərəfindən səfərbər olunaraq orduya yollanmış yaralanıb hərbi xidmətə yararsız olduğuna görə 19 mart 1993-cü il tarixdə ordudan tərxis olunmuşdur. Hərbi xidmət zamanı 17 sentyabr 1992-cı il tarixdə Zəngilan rayonun Vejnəli kəndi ətrafında gedən döyüşlərdə ayaq, baş, kürək nahiyyəsindən qəlpə yaraları almışdır. Bu barədə ona məxsus hərbi biletində N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən qeydlər edilərək möhürlənmişdir. Uzun müddət hospitallarda müalicələrdə olmağına baxmayaraq bədəninin müxtəlif nahiyyələrində qəlpələr və qəlpə yaraları hələ də saxlanılır. Yaraları tam sağalmadığından və yarımcan bir adam olduğu an 2006-cı ilin payızından ona 2-ci qrup əlillik diaqnozu əlillik əlaməti təyin edilmişdir. 01 may 2021-ci il tarixdə əlillik əlaməti təyin edilmir bəhanəsi ilə pensiya kəsilmiş və pensiyası dayandırılmışdır. Halbuki əlillik ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 71 nömrəli, 27 aprel 2006-cı il tarixdən verilmişdir. İddiasına əlavə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 71 nömrəli, 27 aprel 2006-cı il tarixli qərarından görünür ki, ona qoyulmuş diaqnoz. “Ağır gedişli, sarılıq forma virus hepatiti”A”. Baş-beyin silkələnməsidən sonrakı vəziyyət. Astenonevrotik sindrom. Sağ budun qəlpə yaralanmasından sonrakı çapıq. Budun dəri sinirlərinin nevriti. Göz qapaqlarının yumşaq toxumalarının çoxsaylı yad cisimləri” (MN MHKH-nın verdiyi xx.xx.1992-ci il tarixli çıxarış epikizi, Kəpəz RHK-nın verdiyi xx.xx.2006-cı il tarixli, 102 saylı arayışı, N saylı hərbi hissənin verdiyi xx.xx.1992-ci il tarixli, 30 saylı arayışı ilə təsdiq edilir), “HƏRBİ TRAVMA, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Bundan əlavə qanuni qüvvəsini almış Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, iddiası təmin olunaraq əlillik qrupu təyin olunduğu vaxtdan 25 may 2006-cı ildən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi xətti üzrə pensiya təyin olunması Azərbaycan Respublikası Hərbi Komissarlığına vəzifə olaraq tapşırılması qət edilmişdir. Axırıncı dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının sonuncu müayinəyə dair çap tarixi 24 dekabr 2021-ci il tarixli edilmiş imtina ilə göstərilmişdir ki, guya səbəb onda diaqnoz əlillik əlaməti təyin etməməsi olmuşdur. Buna görə də əlilliyin bərpa olunmasından imtina edilmişdir. Halbuki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək rota komandiri olarkən erməni faşistlərinə qarşı vuruşarkən torpaqlarımızın müdafiəsi və dövlətimizin ərazi bütövlüyü uğrunda 17 sentyabr 1992-ci il tarixdə Zəngilan rayonun Vejnəli kəndi ətrafında gedən döyüşlərdə ağır yaralanıb qəlpə yaraları almışdır. Bunu N nömrəli hərbi hissənin qərargah rəisi imzası və möhürü ilə ona məxsus hərbi biletində qeyd edib göstərmişdir. Dəfələrlə TSEK-na müraciətlər etsə də, ona Agentliyin deyil, TSEK-in xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli imtina məktubları vermişlər. Bundan sonra tərəfindən Azərbaycan Respublikası Prezidenti və X2 müraciətindən sonra xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyindən imtina etmişdir. Hətta, gözlə görünən qəlpələri olduğu halda, bilərəkdən qeyd etmişdir ki, bədənində qəlpə yoxdur. Halbuki, sol qaşının üstündəki qəlpə adi göznən də görünür. Həmçinin ona irad tuturlar ki, guya o, 2016-cı ildən sonra müayinələrdə olmamışdır. Halbuki, o, 2016-2022-ci illər ərəfəsində dörd dəfə onkoloji əməlliyyat keçirmək məcburiyyətində olaraq əməliyyat olunmuşdur. Belə hesab edir ki, hüquqları pozulmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün İnzibati Məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Gəncə şəhəri Müharibə və əmək veteranları poliklinikasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif- Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.9 - Baş beynin dəqiqləşdirilməmiş zədələnməsi; Diaqnozun mətni: Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.29. Epilepsiya seyrək tutmalarla” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Gəncə şəhəri Müharibə və əmək veteranları poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif- Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 – Baş beynin digər zədələnmələri => G93.9 - Baş beynin dəqiqləşdirilməmiş zədələnməsi; Diaqnozun mətni: Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Astenonevrotik sindrom; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Gəncə şəhəri Müharibə və əmək veteranları poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79: Bud çanaq oynağı və bud nahiyəsinin travmaları => S76 - Bud-çanaq oynağı və bud nahiyyəsinin əzə...; Diaqnozun mətni: Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Astenonevrotik sindrom; Meyar: 2.2. İkinci dərəcə => DİGƏR: 2.2 Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Gəncə Akademik Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90- G99 - Sinir sisteminin pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.9 - Baş beynin dəqiqləşdirilməmiş zədələnməsi; Diaqnozun mətni: Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom. Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar; Meyar: 2.2. dərəcə əlillik => DİGƏR: 2.2 Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.9 - Baş beynin dəqiqləşdirilməmiş zədələnməsi; Diaqnozun mətni: Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom. Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar; Meyar: 2.2. dərəcə əlillik => DİGƏR: 2.2 Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Gəncə A.Səhhət adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - "Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - "Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90- Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin tavmasının baş beyin kontuziyasının davamlı qalıq əlamətləri. Sağ göz görmə sinirinin atrofiyası. ÜİX. Gərginlik stenokardiyası. Xroniki hepatoxolesistit. Sağ budun dördbaşlı əzələsinin hissəvi qapılmasından bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin diaqnozu ilə əlaqədər stasionar müalicə yetərli deyil. Akademik Mirqasimov adına Respublika xəstəxanasında ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Gəncə A.Səhhət adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: S06 Kəllədaxili travma, Keçirilmiş kəllə beyin travmasının baş beyin kontuziyasının davamlı qalıq əlamətləri. Sağ göz görmə sinirinin atrofiyası. ÜİX. Gərginlik stenokardiyası. Xroniki hepatoxolesistit. Sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar. Sol qaş və burun nahiyyəsində yad cisim (metal qəlpə). Ağırlaşma G93.8 Baş beyin digər dəqiqləşdirilmiş zədələnmələri, Postravmatik ensefalopatiya İİ mərhələ. Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının baş beyin kontuziyasının davamlı qalıq əlamətləri. Yanaşı xəstəliklər C67.8 Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi, Sidik kisəsinin xərçəngi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Residiv.P\r-№-18412/2018- İnfitrativ urotelial karsinoma. Lamina propia sirayət qişası intakt. Yanaşı xəstəliklər İT3.0 Başqa rubrikalarda təsnif olunmayan xroniki persistəedici hepatit, Xroniki ecatoxoiesistit. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Asteno-nevrotik sindrom Yanaşı xəstəliklər S76.1 Dördbaşlı əzələ və onun vətərinin travması, Sağ budun dördbaşlı əzələsinin hissəvi qapılmasından bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar. Yanaşı xəstəliklər H47.2 Görmə sinirinin atrofiyası, Sağ göz görmə sinirinin atrofiyası. Yanaşı xəstəliklər İ25 Ürəyin xroniki işemik xəstəliyi, ÜİX. Gərginlik stenokardiyası. Yanaşı xəstəliklər F07 Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 01 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İş materiallarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********4 nömrəli və xx.xx.2022-ci il tarixli, məktubunun surəti, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli « Sonuncu müayinəyə dair » məlumatın surətləri, xx.xx.2016-cı il tarixli, 2YLM0F0005 nömrəli göndərişin surəti, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, 906 nömrəli vəsiqənin surəti, xx.xx.1982-ci il tarixli, 067632 nömrəli vəsiqənin surəti, 8095 nömrəli Ambulator xəstənin tibbi vərəqinin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli, 71 nömrəli qərarının surəti, Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1649/06 nömrəli qətnaməsinin surəti, xx.xx.2021-ci il tarixli xəstənin tibbi kartasından çıxarışın surəti, 2335 nömrəli stasionar reabilitasiya kartasından çıxarışın surəti, xx.xx.2018-ci il tarixli epikrizin surəti, xx.xx.2021-ci il tarixli ambulator kartdan arayışın surəti, xx.xx.2022-ci il tarixli epikrizin surəti, xx.xx.2022-ci il tarixli göndərişin surəti, laboratoriya nəticələrinin surətləri əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 13 iyun 2022-ci il tarixli, T 256/2022 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi 0452003AAK5N nömrəli göndərişdə (Forma 88) şəxsin səhhətini əks etdirən « Kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, ÜİX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından, bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə) » diaqnozu kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin xəstəliklər nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyralarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2-ci bəndinə əsasən ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); ağır formalı bədxassəli qan xəstəlikləri (C80- C96.9); ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boyçəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); E23.2, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45- G46.8, G95-G95.9); hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri hallarında ikinci dərəcə əlillik təyin edilir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1205/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1205/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver