Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1277/2021 01.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, üçüncü şəxs Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi) Gəncə şəhəri, Niyazi prospekti Zabitlər evinin qarşı tərəfində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququna dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) qarşı 26.05.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Niyazi prospekti Zabitlər evinin qarşı tərəfində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququna dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 27.05.2021-ci il tarixli, 2-1(114)- 1277/2021 nömrəli qərardadla Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) X3 23.08.2021-ci il tarixdə məhkəmə dəftərxanasına ərizə təqdim edərək iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin də, inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 23.08.2021-ci il tarixli, 2-1(114)-1277/2021 nömrəli qərardadla iddiaçının nümayəndəsi (vəkili) X1 ərizəsi təmin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami küçəsi, Zabitlər evinin qarşı tərəfində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 29.12.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış mülkiyyət hüquqlarına dair çıxarış əsasında İddiaçı məxsus olan 0,01 hektar torpaq sahəsində İddiaçı tərəfindən qeyri-yaşayış binası tikilmişdir. İddiaçı 27.02.2021-ci il tarixdə tikilmiş obyektə çıxarış alınması üçün tələb olunan bütün sənədləri qoşma şəkildə müraciətinə əlavə edərək Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə təqdim etmişdir. Lakin idarə tərəfindən qanunvericiliyə uyğun vaxtında cavab verilməmiş, uzun müddət süründürməçiliyə yol verilmişdir. Bununla əlaqədar aidiyyəti dövlət qurumlarına şikayət ərizəsi ilə müraciət etdikdən sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 26 aprel 2021- ci il tarixli **********47 saylı məktubu ilə çıxarışın verilməsindən imtina edilmişdir. İmtina üçün əsas kimi göstərilmişdir ki, güya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş “Tikinti obyektinin istismarına” dair 21 dekabr 2020-ci il tarixli 11 nömrəli icazə sənədində tikintiyə dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Həmçinin tikinti obyektinin istismarına icazə sənədində sifarişçi İddiaçı Nazım oğlu olmasına baxmayaraq, fiziki şəxs -X6 tikinti obyektinin istismarına icazə verildiyi, 20 sentyabr 2017-ci il tarixli 18 nömrəli obyektin tikintisinə icazə sənədində tikintinin ümumi sahəsinin 164.7 kv.m, ümumi həcminin 789.4 kub.m olduğu, istismara icazə sənədində isə tikintinin ümumi sahəsinin 256.8 kv, ümumi həcminin 1132,2 kub.m olduğu qeyd edilmişdir. Qeyd olunan uyğunsuzluq aradan qaldırıldıqdan sonra müraciət edilməsi məqsədəmüvafıq hesab edilmişdir. İddiaçı cavabdeh orqanın imtinasını qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 01 oktyabr 2021-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi (vəkili) X3 və üçüncü şəxs Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X9 məhkəmə iclasına gəlmiş, cavabdehlər və üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri isə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehlər və üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Təyin edilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Gəncə şəhəri, Niyazi prospekti Zabitlər evinin qarşı tərəfində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququna dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təyin edilmiş məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəməyə eitraz ərizəsi təqdim etmiş və həmin etiraz ərizəsində qeyd edilmişdir ki, sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, sözügedən obyektin tikintiyə icazə sənədlərində ciddi hüquq pozuntuları mövcuddur. Belə ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi tərəfindən 20.04.2017-ci il tarixli, 18 nömrəli tikintiyə icazə sənədi verilmişdir ki, həmin təsisatın belə sənəd vermək səlahiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19.12.2008-ci il tarixli, 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda sözügedən idarənin adının olmaması, eyni zamanda tikintiyə icazə vermək səlahiyyətinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-İVQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli, 695 nömrəli Fərmanın 4.7-1.2.2-ci yarımbəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsini nəzərə alaraq sözügedən icazənin Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilməsi qanuna ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən inzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən imzalanmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 26.04.2021-ci il tarixli imtina məktubunun surəti; - İddiaçıya məxsus 29.12.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surəti; - 20.09.2017-ci il tarixli, 18 nömrəli Obyektin tikintisinə icazə sənədinin surəti; - 12.11.2020-ci il tarixli, Ö004206 nömrəli İstismara hazırlıq aktının surəti; - 21.12.2020-ci il tarixli, 11 nömrəli Tikinti obyektinin istismarına icazə sənədinin surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin 21.06.2021-ci il tarixli, XO-01-09-2021-03676 nömrəli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia aşağıdakılara görə əsaslı deyil. İşin faktiki hallarından görünür ki, iddiaçının nümayəndəsi (vəkili) X3 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək Gəncə şəhəri, Niyazi prospekti Zabitlər evinin qarşı tərəfində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququna dair iddiaçının adına çıxarışın verilməsi barədə ərizə ilə müraciət etmiş, cavabdeh orqan iddiaçının nümayəndəsinə (vəkilinə) 26.04.2021-ci il tarixli imtina məktubu göndərərək bildirmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi, Zabitlər evinin cənub-şərq tərəfində yerləşən qeyri-yaşayış binasına dair Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş “Tikinti obyektinin istismarına” dair 21 dekabr 2020-ci il tarixli, 11 nömrəli icazə sənədində tikintiyə dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd olunmadığı müəyyən edilmişdir. Həmçinin tikinti obyektinin istismarına icazə sənədində tikinti sifarişçisinin İddiaçı olmasına baxmayaraq, 21 dekabr 2020- ci il tarixindən fiziki şəxs - X6 tikinti obyektinin istismarına icazə verildiyi, 20 sentyabr 2017-ci il tarixli, 18 nömrəli obyektin tikintisinə icazə sənədində tikintinin ümumi sahəsinin 164,7 kv.m, ümumi həcminin 789,4 kub.m olduğu, istismara icazə sənədində isə tikintinin ümumi sahəsinin 256,8 kv.m, ümumi həcminin isə 1113,2 kub.m olduğu qeyd edilmişdir. 20.09.2017-ci il tarixli, 18 nömrəli Obyektin tikintisinə icazə sənədində müəyyən olunmuşdur ki, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi X5 Gəncə şəhəri, Nizami prospekti Zabitlər evinin canub-şərq tərəfindən ticarət obyektinin tikintisinə icazə vermişdir. Həmin sənəddə tikinti obyektinin tikinti sahəsi 101.2 kv.m, ümumi sahəsi 164.7 kv.m, manasardı 141.06 kv.m, ümumi həcmi 789.4 kub.m kimi qeyd edilmişdir. 12.11.2020-ci il tarixli, Ö004206 nömrəli İstismara hazırlıq aktında qeyd olunmuşdur ki, obyektin adı, təyinatı və yerləşdiyi yer Gəncə şəhəri, Kəpəz rayonu, Nizami prospekti Zabitlər evinin cənub-şərq tərəfində, 2+ mansarda mərtəbəli, qeyri-yaşayış binasıdır. Tikintiyə icazə vermiş müvafiq icra hakimiyyətinin adı Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsidir. Sifarişçi, sifarişçinin nümayəndəsi, podratçı, podratçının nümayəndəsi İddiaçıdir. 21.12.2020-ci il tarixli, 11 nömrəli Tikinti obyektinin istismarına icazə sənədində qeyd olunmuşdur ki, tikinti obyektinin istismarına icazə verən orqanın adı Gəncə Şəhər İcra Hakimiyyətidir. Tikinti obyektinin ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Nizami prospekti Zabitlər evinin cənub-şərq tərəfidir. Tikinti obyektinin istismar təyinatı 2+ mansarda mərtəbəli qeyri-yaşayış binasıdır. Tikinti obyektinin tikinti sahəsi layihə üzrə və faktiki olaraq 101.2 kv.m, ümumi sahəsi layihə üzrə və faktiki olaraq 256.8 kv.m, ümumi həcmi layihə üzrə və faktiki olaraq 1113.2 kub.m-dir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtinasını qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 8.0.10.1-ci maddəsinə görə (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilən tikililərə dair) tikintisnə icazə tələb olunan tikinti obyekti üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Qeyd olunan normalardan məlum olduğu kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (01.01.2013-cü il tarixdən sonra) inşa edilən və tikintisnə icazə tələb olunan tikinti obyekti üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyü) və xitam verilməsi üçün dörd əsas: 1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2. tikintiyə icazə verilməsi barədə qərar; 3. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 4. tikinti obyektinin istismarına icazə sənədi tələb olunur. Hazırki iş üzrə mübahisəli məsələ məhz tikintiyə icazə verilməsi barədə sərəncamın və tikinti obyektinin istismarına icazə sənədinin qanunamüvafiq qaydada tərtib olunmamasıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 5-ci maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: - ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi, tikintiyə icazənin verilməsi, şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması, tikinti fəaliyyətinin, tikinti təyinatı avadanlıqlarının, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti layihələrinin ekspertizadan keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi, tikinti obyektinin istismarına icazə verilməsi, şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi, tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. - 7-ci maddəsinə görə Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: - sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması, ictimaiyyətin məlumatlandırılması. - 75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. - 75.1-1-ci maddəsinə görə sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. - 75.2-ci maddəsinə görə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsi, sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti. - 75.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü ərzində bu Məcəllənin 75.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. - 75.4-cü maddəsinə görə tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində rəy bildirilməlidir. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) iradların olmaması prezumpsiyasından çıxış edir. - 75.7-ci maddəsinə görə tikintiyə icazə verildiyi halda, bu barədə qərarın surəti və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan ərizəçiyə eyni vaxtda təqdim olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda, xüsusi nişan həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə təqdim olunur. Tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. - 75.10-cu maddəsinə görə tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) icazədə nəzərdə tutulmuş məlumatları 10 gün müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixlu Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.11-ci bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir: - (4.11.11.5) «Memarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 4cü, 7-ci və 12-ci maddələrinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; - (4.11.12) müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək. Əsasnamənin 4.18.2-ci bəndinə görə bu Əsasnamənin 4.11.11.5-ci bəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Göründüyü kimi tikintiyə icazə sənədinin verilməsi şəhər icra hakimiyyəti başçısının səlahiyyəti kimi müəyyən edilsə də, hazırki iş üzrə icazə sənədi Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin rəisi tərəfindən verilmiş və icazədə nəzərdə tutulan məlumatların Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 75.11-ci maddəsinə görə tikintiyə və tikinti obyektinin istismarına icazələrin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyənləşdirilir. - 84.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsini təmin edir. Texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyən edilir. Tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblərin məcmusu kimi texniki şərtlərdə aşağıdakılar nəzərdə tutulur: - tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblər, tikinti obyektinin mühəndis-kommunikasiya təminatı mənbələri, müvafiq mühəndis-kommunikasiya təminatı sisteminə qoşulma nöqtələrinə dair tələblər, mövcud mühəndis-kommunikasiya təminatı sisteminin genişləndirilməsinin əsaslandırılması. - 84.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti) texniki şərtlərin alınması üçün təchizat müəssisələrinə sorğu göndərir. Sorğuya tikinti ərazisinin vəziyyət planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. 84.3. maddəsinə görə təchizat müəssisələri 10 gün ərzində texniki şərtlərlə bağlı sorğuya cavab verməlidirlər. Texniki şərtlərin verilməsi zamanı sifarişçinin üzərinə mühəndis-kommunikasiya təminatına dair sorğuda nəzərdə tutulmamış əlavə öhdəliklər qoyula bilməz. - 101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. - 101.2-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən verilir. - 101.4-cü maddəsinə görə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. - 102.1-ci maddəsinə görə tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri, şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. - 102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. - 102.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən ödənilir. - 102.4-cü maddəsinə görə tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün müddətində müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) obyektin istismarına icazə verir və ya icazə verməkdən imtina edir. - 103.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 103.1.4. tikinti obyektinin istismar təyinatı; 103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; 103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. - 103.2-ci maddəsinə görə tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir. Göründüyü kimi tikinti obyektinin istismarına icazə sənədinin rekvizitləri dəqiq müəyyən edilmiş hazırki iş üzrə təqdim olunan icazə sənədində tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi hissəsində qeydiyyat aparılmamış, yəni həmin kod icazə sənədinə əlavə olunmamışdır. İnzibati orqanın imtinasının ikinci əsası ilə bağlı məhkəmə qeyd edir ki, tikili razılaşdırlmış lahiyəyə uyğun inşa edilməmişdir. Belə ki, tikilinin tikintisinə icazə sənədində tikintinin ümumi sahəsinin 164,7 kv.m ümumi həcminin 789,4 kub.m olduğu, istismara icazə sənədində isə tikintinin ümumi sahəsinin 256.8 kv.m, ümumi həcminin isə 1113.2 kub.m olduğu qeyd edilmişdir. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1277.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 1277.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhəri, Niyazi prospekti Zabitlər evinin qarşı tərəfində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququna dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 1277, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi) Gəncə şəhəri, Niyazi prospekti Zabitlər evinin qarşı tərəfində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququna dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1277/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1277/2021
01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver