Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1279/2021 14.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə qarşı avtomobilin çıxdaş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 06.04.2021-ci il tarixli 313-1626H-3221 nömrəli məktubundan görünür ki, QAZ-32213 markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil 10.11.2012-ci il tarixdən hal-hazıradək İddiaçı adına qeydiyyatdadır. “Elektron notariat” X1 çıxarışa əsasən İddiaçı 08.07.2013-cü il tarixdən 08.07.2014cü il tarixədək X4 QAZ-32213 markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə əlaqədar həmin nəqliyyat vasitəsinə sərəncam hüququ ilə əlaqədar etibarnamə vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 30.04.2021-ci il tarixli 313-2135H-3221 nömrəli məktubundan görünür ki, QAZ-32213 markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin çıxdaş edilməsi üçün dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi ilə birgə Gəncə regional qeydiyyat imtahan və texniki baxış şöbəsinə müraciət etməsi tövsiyə edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin 29.04.2021-ci il tarixli 122-17833H nömrəli arayışından görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı ondan ötrü ki, onun özünə məxsus “QAZEL” 32213 markalı **-CO-*** dövlət nömrə nişanı olan avtomobilin texniki pasportu və hər iki dövlət qeydiyyat nömrə nişanı Gəncə şəhərinin inzibati ərazisində naməlum şəraitdə itirməsi barədə Kəpəz RPİ-nə ərizə ilə müraciət etmişdir. Qeyd olunan sənədlər tapıntı kimi Kəpəz RPİ-nə daxil olmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, mülkiyyətində olan QAZ-32213 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin çıxdaş edilməsi öhdəliyinin cavabdeh orqana həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsi ilə əvəz edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QAZ-32213 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil 10.11.2012-ci il tarixdən hal-hazıradək onun adına qeydiyyatdadır. Təxminən 2013-cü il tarixdə həmin avtomobili X2 və bununla bağlı ona etibarnamə vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, avtomobil onun adından qeydiyyatdan çıxarılmamışdır. X8 bildirmiş, sonuncu avtomobili yararsız vəziyyətə düşdüyünə görə ehtiyat hissələrinə ayıraraq satdığını, sənədləri və dövlət qeydiyyat nişanlarının isə naməlum səbəbdən itirdiyini bildirmişdir. Hətta qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının itməsi ilə bağlı aidiyyəti quruma müraciət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin 29.04.2021-ci il tarixli məktubundan da məlum olduğu kimi sənəd və qeydiyyat nişanı tapıntı kimi İdarəyə daxil olmamışdır. Göründüyü kimi onun nə qeydiyyat şəhadətnaməsini, nə də ki, dövlət qeydiyyat nişanını aidiyyəti quruma təqdim etməyi mümkün deyildir. Hazırda o, sosial müavinətlə bağlı aidiyyəti qurumlara müraciət edir, lakin adına nəqliyyat vasitəsi olduğuna görə müavinətdən yararlana bilmir. İddiaçı və iddiaçının nümayəndəsi X6 əvvəlki məhkəmə iclaslarında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermişlər və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Bundan başqa, məhkəmə tərəfindən işin obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə İddiaçı mülkiyyətində olan QAZ-32213 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində müvəqqəti qadağa və məhdudiyyətlərin olubolmaması, həmçinin hər hansı cinayət axtarış fəaliyyəti ilə əlaqədar olaraq qaçırılması, oğurlanması, axtarışda olub-olmaması barədə ətraflı məlumatın təqdim edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinə sorğu edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi X10 Şöbəsinin 29.09.2021-ci il tarixli 317-6950-1221 nömrəli məktubundan görünür ki, QAZ- 32213 markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun üzərində 28.10.2013-cü il tarixli BYP 447397 saylı və 29.09.2013-cü il tarixli BYP 383270 saylı inzibati protokollar ödənilmədiyi üçün həbs qoyulmuş, həmin nəqliyyat vasitəsinin üzərində qeyd edilən ödənilməyən cərimə protokolları ilə bağlı 128 manat cərimə borcu vardır. Hazırkı məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X6 28.10.2013-cü il tarixli BYP 447397 saylı inzibati protokola əsasən 80 manat cərimənin ödənilməsinə dair "xxxx" ASC-nin 12.10.2021-ci il tarixli 18362 nömrəli qəbzini, 29.09.2013-cü il tarixli BYP 383270 saylı inzibati protokola əsasən 48 manat cərimənin ödənilməsinə dair "xxxx" ASC-nin 12.10.2021-ci il tarixli 15060 nömrəli qəbzini məhkəməyə təqdim etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, İddiaçı 10.11.2012-ci il tarixdən adına qeydiyyatda olan **-CO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu rəsmiləşdirilmə aparılmadan X2 və bununla bağlı sonuncuya nəqliyyat vasitəsinə dair sərəncam hüququna dair baş etibarnamə vermişdir. Nadir Həsənov isə avtomobil yararsız vəziyyətə düşdüyünə görə ehtiyat hissələrinə ayıraraq satmış, sənədləri və dövlət qeydiyyat nişanları isə naməlum səbəbdən itirmişdir. İddiaçı adına qeydiyyatda olan **-CO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının itməsi ilə bağlı Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinə müraciət etmiş, polis idarəsinin 29.04.2021-ci il tarixli məktubunda sənədlərin tapıntı kimi daxil olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” əsasnamənin: - 1.2-ci bəndinin birinci hissəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər. - 5.1-ci bəndinə əsasən bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır: 1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda; 2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasınqa verildikdə; 3) nəqliyyat vasitələri çıxdaş edildikdə. - 5.2-ci bəndinin ikinci hissəsinə əsasən nəqliyyat vasitələri çıxdaş edilməklə əlaqədar uçotdan çıxarıldıqda qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları qeydiyyat məntəqəsinə təhvil verilir. - 5.3-cü bəndinə əsasən nəqliyyat vasitələri məhkəmələrin, yaxud mövcud qanunvericilik aktlarına müvafiq olaraq digər səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxslərinin cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə qəbul etdiyi qərar əsasında uçotdan çıxarıla bilər. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən fiziki şəxslərə məxsus mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin çıxdaş edilməklə uçotdan çıxarılması iki formada: nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları qeydiyyat məntəqəsinə təhvil verildiyi hallarda, ya da məhkəmənin qəbul etdiyi qərar əsasında aparılır. Hazırkı iddia tələbi üzrə müəyyən edilmişdir ki, iddiaçının adına qeydiyyata alınmış QAZ-32213 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında digər şəxsin (X3) sərəncamında olduğu müddətdə yararsız vəziyyətə düşdüyünə görə ehtiyat hissələrinə ayıraraq satılmışdır. İddiaçı heç bir halda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını əldə edib qeydiyyat məntəqəsinə təhvil verə bilmədiyinə görə avtomobil çıxdaş edilməklə onun adından qeydiyyatdan çıxarılması mümkün olmamışdır. İş materialları ilə o da müəyyən edilmişdir ki, iddiaçı adına qeydiyyatda olan QAZ-32213 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının itməsi ilə bağlı polisə müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. Məhkəmə tərəfindən də İddiaçı mülkiyyətində olan QAZ-32213 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində müvəqqəti qadağa və məhdudiyyətlərin olubolmaması, həmçinin hər hansı cinayət axtarış fəaliyyəti ilə əlaqədar olaraq qaçırılması, oğurlanması, axtarışda olub-olmaması barədə ətraflı məlumatın təqdim edilməsi ilə bağlı müvafiq araşdırmalar aparılmış, araşdırmaların nəticəsi olaraq **-CO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla bağlı 28.10.2013-cü il tarixli BYP 447397 saylı və 29.09.2013-cü il tarixli BYP 383270 saylı inzibati protokollar üzrə ödənilməyən 128 manat cərimə borcunun olduğu müəyyən edilmişdir. Həmin borcun, yəni 28.10.2013-cü il tarixli BYP 447397 saylı inzibati protokola əsasən 80 manat cərimənin, 29.09.2013-cü il tarixli BYP 383270 saylı inzibati protokola əsasən 48 manat cərimənin ödənilməsinə dair ödəniş qəbzləri iddiaçının etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan QAZ-32213 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində hər-hansı məhdudiyyət, qadağa və s. hüquqların məhdudlaşdırılması ilə əlaqədar vəziyyət mövcud olmadığından iddia tələbinin təmin edilməsindən imtina ilə bağlı heç bir hüquqi əsas mövcud deyil. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı adına qeydiyyatda olan QAZ-32213 markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin çıxdaş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1279/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1279/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver