Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-131/2020 13.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi Mustafayev Rövşən Yunis oğlunun iştirakı ilə İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı X3rşı xx.xx.2019-cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktı üzrə qəbul edilmiş qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh 14 saylı X3rşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili məhkəməyə elektron poçt vasitəsilə ərizə ünvanlayaraq xx.xx.2019cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktı üzrə qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-131/2020 nömrəli qərardadı ilə iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 14 saylı X8 xx.xx.2018-ci il tarixli, **********149740 nömrəli qərara əsasən “xxxxxxxxxxxxxxx” MMC üzrə aprel 2015-mart 2018-ci il dövrləri əhatə edən səyyar vergi yoxlaması aparmışdır. Vergi yoxlaması nəticəsində vergilərin azadılması müəyyən edilmişdir. Buna görə, xx.xx.2019-cu il tarixli, **********152315 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin akt ləğv edilməlidir. Belə ki, qeyd edilən dövrlər üzrə əvəllər səyyar vergi yoxlaması aparılmış və hər hansı bir pozuntu aşkar edilmədiyindən heç bir maliyyə sanksiyası tətbiq edilməmiş və məsuliyyətə cəlb etmə olmamışdır. Buna baxmayaraq xx.xx.2018-ci il tarixdə həmin dövlər üzrə yenidən yoxlama təşkil edilmişdir. Təşkil edilərək aparılmış yoxlama Vergi Məcəlləsinin müddəalarına tam zidd olaraq aparılmışdır. Buna görə də, xx.xx.2019-cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktı üzrə qəbul edilmiş qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Mustafayev Rövşən Yunis oğlu iddia tələbinə etiraz edərək və tərəflərindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilənləri müdafiə edərək, tələbin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı X8 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********485000 nömrəli etirazda qeyd edilmişdir ki, 14 saylı X5 xx xxx 2018-ci il tarixli, **********149740 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə "xxxxxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə (VÖEN **********) xx xxxxx 2015-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. 14 saylı X5 səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx xxxx 2018-ci il tarixli, **********156377 nömrəli qərarı ilə 29 (iyirmi doqquz) gün, xx xxxxxx 2018-ci il tarixli, **********160590 nömrəli qərarı ilə 32 (otuz iki) gün, xx xxxxxxxx 2018-ci il tarixli, **********164445 nömrəli qərarı ilə 29 (iyirmi doqquz) gün, xx xxxxxxx 2018-ci il tarixli, **********167174 nömrəli qərarı ilə 32 (otuz iki) gün, xx xxxxxx 2018-ci il tarixli, **********170095 nömrəli qərarı ilə 29 (iyirmi doqquz) gün, xx xxxxxx 2019cu il tarixli, **********175417 nömrəli qərarı ilə 27 (iyirmi yeddi) gün, xx xxxxxx 2019-cu il tarixli, **********177460 nömrəli qərarı ilə 31 (otuz bir) gün, xx xxxx 2019-cu il tarixli, **********179539 nömrəli qərarı ilə 31 (otuz bir) gün və xx xxxxx 2019-cu il tarixli, **********181855 nömrəli qərarı ilə 29 (iyirmi doqquz) gün olmaqla vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması cəmi 269 (iki yüz altmış doqquz) müddətində dayandırılmışdır (təxirə salınmışdır).xx xxx 2019-cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktına və səyyar vergi yoxlama materiallarına baxılmanın nəticələri üzrə qərar çıxarılarkən xx xxx 2019-cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktında hesablamaların düzgün aparılmadığı müəyyən edilmiş və Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə maddəsinə müvafiq olaraq səyyar vergi yoxlama materiallarına baxılmanın nəticələri üzrə xx xxxx 2019-cu il tarixli, **********184560 nömrəli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmışdır. Belə ki, xx xxx 2019-cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktında 157658,82 manat məbləğində mənfəət vergisinin, 176718,00 manat məbləğində əlavə dəyər vergisinin, 539,31 manat məbləğində əmlak vergisinin və 12,74 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, cəmi 334928,87 manat vergilərin azaldılması, 58148,26 manat məbləğində əlavə dəyər vergisinin və 1771,00 manat məbləğində ödəmə mənbəyində tutulan verginin, cəmi 59919,26 manat vergilərin artıq hesablanması və nəticədə 275009,61 manat vergilərin azaldılması müəyyən edildiyi halda xx xxxx 2019-cu il tarixli, **********184560 nömrəli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar əsasında aparılmış yoxlamanın nəticələri üzrə tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktında 190835,25 manat məbləğində mənfəət vergisinin, 203581,41 manat məbləğində əlavə dəyər vergisinin, 539,31 manat məbləğində əmlak vergisinin və 12,74 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, cəmi 394968,71 manat vergilərin azaldılması, 50434,80 manat məbləğində əlavə dəyər vergisinin və 1771,00 manat məbləğində ödəmə mənbəyində tutulan verginin, cəmi 52205,80 manat vergilərin artıq hesablanması və nəticədə 342762,91 manat vergilərin azaldılması müəyyən edilmişdir.xx xxxx 2019-cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktına və səyyar vergi yoxlama materiallarına baxılmanın nəticələri üzrə qərar çıxarılarkən mənfəət vergisi üzrə 2015-ci və 2016-cı illər üçün hesablama aparılarkən 2014-cü il üzrə 26077,82 manat zərər məbləği vergiyə cəlb edilən gəlirdə nəzərə alınmadığı, 2014-cü ilin kameral vergi yoxlaması ilə əhatə edilmiş mənfəət vergisi bəyannaməsində 26077,82 manat zərər olduğunu nəzərə alaraq Vergi Məcəlləsinin 36.2-ci və 121-ci maddələrinin tələblərinin nəzərə alınması məqsədəmüvafiq olduğu, 2015-ci ilin sentyabr ayında əlavə dəyər vergisi məbləği 2688,61 manat olan mal idxal edilməsinə baxmayaraq, həmin ay üzrə gömrük bəyannaməsi əsasında 8740,24 manat, həmin ilin dekabr ayı üzrə isə heç bir idxal əməliyyatı olmadığı halda 2688,60 manat əlavə dəyər vergisi məbləğinin əvəzləşdirildiyi müəyyən edilmiş və Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə maddəsinə müvafiq olaraq səyyar vergi yoxlama materiallarına baxılmanın nəticələri üzrə xx xxxxxxxx 2019-cu il tarixli, **********189666 nömrəli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmışdır.Səyyar vergi yoxlaması zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə, yəni kənd təsərrüfatı məhsullarının alış qiymətinin, satılmış tikinti materiallarının aylar üzrə qiymətinin, Qazax şəhəri, N.Nərimanov küçəsi - 11 D, Qazax rayonu Xanlıqlar kəndi (Bakı-Qazax şossesinin sol kənarı) Qazax rayonu Çaylı kəndi (Bakı - Qazax şossesinin sol kənarı), ünvan 1 65 və ünvan 1 32 ünvanlarda yerləşən qeyri yaşayış sahələrinin icarə haqqı məbləğinin bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə mütəxəssisin dəvət olunması zərurəti yarandığı üçün mütəxəssisin ayrılması barədə tərəfimizdən xx xxxx 2018-ci il tarxli, **********315000 nömrəli məktubla “MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyətə müraciət edilmişdir. “MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş xx xxxx 2018-ci il tarixli, **********588500 nömrəli məktubda ayrılmış mütəxəssisin X4 olduğu bildirilmişdir. Bununla bağlı xx xxxx 2018-ci il tarixli, **********154627 nömrəli Mütəxəssisin dəvət edilməsi haqqında qərar çıxarılaraq X4 mütəxəssis kimi dəvət edilmiş və rəy verilməsi üçün sənədlər X1na təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq X1 tərəfindən rəyin təqdim edilməsi təmin edilməmişdir.X1 tərəfindən rəyin təqdim edilməməsi ilə bağlı müxtəlif dayandırma qərarları ilə səyyar vergi yoxlaması xx xxxx 2018-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək olan dövrdə müvəqqəti olaraq dayandırılmışdır (təxirə salınmışdır). Mütəxəssisin dəvət edilməsi ilə bağlı “MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyət ilə müqavilə bağlandığı üçün səyyar vergi yoxlaması zamanı başqa mütəxəssis dəvət edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Nümayəndə məhkəməyə elektron poçt vasitəsilə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin (vəkilinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: xx.xx.2019-cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktı; xx.xx.2015-ci il tarixli, **********957433 nömrəli, xx.xx.2016-cı il tarixli, **********015431 nömrəli, xx.xx.2016-cı il tarixli, **********022440 nömrəli, xx.xx.2017-ci il tarixli, **********079986 nömrəli və xx.xx.2018-ci il tarixli, **********149740 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarların təsdiqlənmiş surəti; xx.xx.2018-ci il tarixli, **********149948 nömrəli vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamənin təsdiqlənmiş surəti; Mütəxəssisin dəvət edilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********154627 nömrəli qərarın təsdiqlənmiş surəti; xx.xx.2018-ci il tarixli, **********156377 nömrəli səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarın təsdiqləmiş surəti; Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********159564 nömrəli qərarın təsdiqləmiş surəti; xx.xx.2019-cu il tarixli, **********184560 nömrəli və xx.xx.2019-cu il tarixli, **********189666 nömrəli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarların təsdiqlənmiş surətləri; xx.xx.2019-cu il tarixli, **********187108 nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülmədi haqqında qərarın təsdiqlənmiş surəti; xx.xx.2019-cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktının təsdiqlənmiş surəti; xx.xx.2019-cu il tarixli, **********193149 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın təsdiqlənmiş surəti; xx.xx.2020-ci il tarixli, 29611 nömrəli ekspert rəyi. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Çünki iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunması və ya dəyişdirilməsi) dair iddia (mübahisələndirmə haqqında iddia) qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki,14 saylı X8 xx.xx.2018-ci il tarixli, **********149740 nömrəli qərara əsasən “xxxxxxxxxxxxxxx” MMC üzrə aprel 2015-mart 2018-ci il dövrləri əhatə edən səyyar vergi yoxlaması aparmışdır. Vergi yoxlaması nəticəsində vergilərin azadılması müəyyən edilmiş və xx.xx.2019-cu il tarixli, **********152315 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. İddiaçı “xxxxxxxxxxxxxxx” MMC xx.xx.2019-cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktı üzrə qəbul edilmiş qərarın ləğv edilməsinı xahiş etmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. İş materiallarından göründüyü kimi, “xxxxxxxxxxxxxxx” MMC-nin (VÖEN- 10079301) xx.xx.2015ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə müəssisə tərəfindən 185628,0 manat məbləğində mənfəət vergisinin, 212287,34 manat məbləğində ƏDV-nin, 539,31 manat məbləğində əmlak vergisinin, 12,74 manat məbləğində MÖMVnin az hesablanması və 50355,60 manat məbləğində ƏDV-nin, 1771,00 manat məbləğində ÖMV-nin artıq hesablanması faktı aşkar edilmişdir. İş materialları ilə müəyyən edilir ki, vergi orqanı tərəfindən “xxxxxxxxxxxxxxx” MMC üzrə yoxlama xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (47 gün), xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (22 gün), xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (7 gün), xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (11 gün), xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (2 gün), xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (43 gün) aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, verği orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır. Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması ildə bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarr. vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu məcəllənin 72.3-cü, 72.4-cü, 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. 72.3. Vergi hesabatını vergi ödəyicisi, yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi imzalamalıdır. 72.4. Qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinin vergi hesabatının tərtib edilməsində müstəqil auditor iştirak edirsə, o, vergi hesabatını imzalamalı, möhür vurmalı və öz vergi ödəyicisinin eyniləşdirmə nömrəsini göstərməlidir. Hesabatı bir nəfərdən çox tərtibatçı hazırlayırsa, onu ancaq baş tərtibatçı imzalayır. 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 72.7. Bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1—72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq, vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir. 83.3. Vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövri qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İş materiallarından göründüyü kimi, müəssisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2018-ci il, bitmə tarixi xx.xx.2019-cu il, tərtib olunma tarixi xx xxxxxxxx 2019-cu il, yoxlama ilə əhatə olunan dövr isə xx.xx.2015-ci il tarixdən xx.xx.2018- ci il tarixədək olmuşdur. Həmçinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193149 saylı qərarın tarixi xx.xx.2019-cu il olmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınmaqla xx.xx.2019-cu il tarixli **********152315 saylı aktı Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunur. Yəni müəəsisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanma tarixi xx.xx.2018-ci il, bitmə tarixi xx.xx.2019-cu il, tərtib olunma tarixi xx xxxxxxxx 2019-cu il olmasına baxmayaraq yoxlama ilə əhatə olunan dövr xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olduğundan yuxarıda göstərilən Vergi Məcəlləsinin maddələrinin tələbləri gözlənilməmişdir. Yuxarıda göstərilənlər iş materialında öz əksini tapmış vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193149 saylı, xx.xx.2019-cu il tarixli qərarda da qeyd olunmuşdur. Bundan başqa, səyyar vergi yoxlaması aktının mənfəət vergisi hissəsində 2015-ci il və 2017-ci illər üzrə xərc sənədlərinin tam şəkildə olmaması ilə bağlı Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 55 nömrəli və xx xxxxx 2003-cü il tarixli, 42 nömrəli qərarlarına müvafiq olaraq hesablama aparılması və mənfəət vergisinin müəyyən olunması göstərilmişdir.Həmçinin səyyar vergi yoxlaması aktında 2017-ci ilin mənfəət vergisinə cəlb olunan dövriyyə-vergi ödəyicisi tərəfindən göstərilmiş dövriyyədən az müəyyən olunmuşdur. Göründüyü kimi, vergi orqanı tərəfindən müəssisəyə hesablanmış vergilər sənədlər olmadığı təqdirdə əvvəlcə əlaqəli məlumatlara, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmaqla hesablanmalı olduğu halda hesablama birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən aparılmışdır. Yəni yoxalama ilə Vergi Məcəlləsinin tələbləri gözlənilməmişdir. Həmçinin qeyd edilir ki, səyyar vergi yoxlaması aktının 2016-cı ilə dair mənfəət vergisi üzrə hissəsində aşağıdakılar göstərilmişdir. Cəmiyyət tərəfindən 2016-cı il ərzində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 1555224,50 manat, (o cümlədən icarı haaqından 1497,00 manat, xırdavat malların (qaynaq çubuğu, metalkəsən disk və s.) nağd satışdan 390216,47 manat, xırdavat malların (qaynaq çubuğu, metalkəsən disk və s .) topdansatışdan 5286,70 manat, kənd təsərrüfatı məhsullarının ixracından 457113,19 manat və 2015-ci ildə idxal edilmiş tikinti materiallarının bazar qiymətindən aşağı satılmasından yaranan qiymət fərqi 701111,14 manat) gəlir əldə edildiyi və 2016-cı il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilmiş gəlirin 703339,50 manat və malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 10035,85 manat az göstərilməsi nəticəsində 693303,67 manat mənfəətin və 2014-cü il üzrə 26077,82 manat zərər məbləği nəzərə alınmaqla 667225,85 manat vergiyə cəlb olunacaq mənfəətin və 133445,17 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Bu hal, yəni idxal edilmiş tikinti materiallarının bazar qiymətindən aşağı satılmasından yaranan qiymət fərqi 701111,14 manat məbləği həmçinin səyyar vergi yoxlaması aktının ƏDV hissəsində də öz əksini tapmışdır ki, yoxlama ilə həmin məbləğ nəzərə alınmaqla müəssisəyə əlavə olaraq ƏDV məbləği hesablanmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 29611 nömrəli ekspert rəyinin nəticə hissəsində “xxxxxxxxxxxxxxx” MMC tərəfindən aparılmış əməliyyatlara görə səyyar vergi yoxlaması ilə 2015-2018-ci illər üzrə əlavə olaraq hesablanmış vergi məbləğlərinin düzgünlüyü, həmçinin vergilərin hansı məbləğdə olmasının müəyyən edilməsinin mümkün olmadığı, belə olan halda, vergi ödəyicisinin öz hesabatlarının (bəyannamələrinin) qəbul oluna biləcəyi qeyd edilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən “xxxxxxxxxxxxxxx” MMC üzrə aparılmış səyyar vergi yoxlaması qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxxxxxx” MMC 14 saylı X5 xx.xx.2019-cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktı üzrə qəbul edilmiş qərar ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, 14 saylı X5 xx.xx.2019-cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktı üzrə qəbul edilmiş qərar ləğv edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci “xxxxxxxxxxxxxxx” MMC-dən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 14 saylı X5 xx.xx.2019-cu il tarixli, **********152315 nömrəli səyyar vergi yoxlaması aktı üzrə qəbul edilmiş qərar ləğv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci “xxxxxxxxxxxxxxx” MMC-dən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-131/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-131/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver