Məhkəmə qərarları › İş №2-1(114)-1345/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1345/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1345/2021 21.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçının (vəkili) nümayəndəsi X2 iştirakı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə 07.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının 03 may 2021-ci il tarixli **********1 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasının 09 fevral 2018-ci il tarixli, çıxarışa əsasən 3-cü əlillik dərəcəsi verilmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialının aparılmış araşdırma nəticəsində əlilliyi etibarsız hesab olunmuşdur. Bundan sonra DSMF-nin 18 saylı regional ərazi filialının 03.05.2021-ci il tarixli qərarına əsasən əmək pensiyası üzrə aldığı 9182,41 manat pulun ondan tutularaq şöbənin bank hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, qeyd olunan qərar qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmənin 21 iyun 2021-ci il tarixli iclasında iddiaçının vəkili X4 iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əlillik dərəcəsi etibarsız sayıldığına görə ödənilmiş pulun geri qaytarılmasını tələb etmişdir. Bu səbəbdən də iddia tələbi əsassızdır və onun rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional Ərazi filialının 03.05.2021-ci il tarixli qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq komissiyanın araşdırmaları nəticəsində İddiaçı Ələkbər oğlunun əlilliyi etibarsız hesab edilmiş və 25.04.2018-ci il tarixdən 21.10.2019-cu il tarixədək qanunsuz olaraq ödənilmiş pensiya məbləği 9182,41 manat təşkil etmişdir. Göründüyü kimi hazırda mübahisələndirilən 03.05.2021-ci il tarixli qərarın verilməsinə əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı müvafiq komissiyanın əlilliyin etibarsız hesab edilməsi barədə qərarı olmuşdur və nazirliyin müvafiq qərarına əsasən iddiaçıya artıq ödənilmiş vəsaitin bərpası istiqamətində Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialı hazırda mübahisələndirilən qərarı qəbul etmişdir. Bu hal isə iddiaçının hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilə bilməz. Başqa sözlə iddiaçı pozulmasını iddia etdiyi hüquqlarının bərpası məqsədilə Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialının 03.05.2021-ci il tarixli qərarının verilməsinə əsas olmuş qərarı, yəni onun əlilliyinin etibarsız hesab edilməsi barədə qərarını mübahisələndirmədiyi halda bu qərarı mübahisələndirməsi mümkünlük şərtlərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, eləcə də cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması həmin şərtlərə daxildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar