Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-147/2021 03.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdehnə qarşı “xxxx” MMC-nin barəsində Cavabdeh xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və hesablanmış 87022,12 manat məbləğində mədən vergisinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı “xxxx” MMC (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-nin barəsində Cavabdeh xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və hesablanmış 87022,12 manat məbləğində mədən vergisinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəmkir bələdiyyəsinin sədri tərəfindən xx.xx.2019-cu il tarixdə qərar qəbul edilərək vergi ödəyicisi “xxxx” MMC tərəfindən yerli büdcəyə cəmi 87022,12 (səksən yeddi min iyirmi iki manat on iki qəpik) manat məbləğində mədən vergisi ödənilməsi və qərarın icra olunması üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. “xxxx” MMC nin həmin qərardan xəbəri və məlumatı olmamışdır. Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən bu barədə iddiaçıya məlumat verilmişdir. Qeyd edilən qərarda “xxxx” MMC-nin 87022,12 (səksən yeddi min iyirmi iki manat on iki qəpik) manat bəbləğində mədən vergisi müəyyən edilmişdir. X1 xx.xx.2019-cu il tarixli qərarını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı nümayəndəsinin iştirakının təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh nümayəndəsi X3 iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı “xxxx” MMC nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasının məhkəmədən xahiş etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - Cavabdeh mədən vergisinin ödənilməsinə dair xx.xx.2019-cu il tarixli qərarının surəti; - Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli iclasının 18 nömrəli protokolun əsli; - Azərbaycan Respublikası Vegrilər Nazirliyinin Şəmkir Bələdiyyəsinə ünvanlaığı məktubun surəti; - Azərbaycan Respublikası Vegrilər Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********156616 nömrəli səyyar vergi yoxlaması aktı. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, məhkəmə Vergilər Nazirliyi tərəfindən keçirilmiş yoxlamanın nəticələrinə dair sənədləri nəzərdən keçirilərək müəyyən etmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən respublika ərazisində qum-çınqıl çıxarılması fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərlə bağlı qanunvericiliyə düzgün əməl edilməsi vəziyyətinin yoxlanması məqsədilə səyyar vergi yoxlaması keçirilmiş və yerli büdcələrə ödənilməli olan mədən vergisinə görə hesablanmalı məbləğlər müəyyən edilmişdir. Vergilər Nazirliyinin həyata keçirdiyi səyyar yoxlama zamanı vergi ödəyicisi “xxxx” MMC noyabr 2017-may 2018-ci illər ərzində fəaliyyəti yoxlanılmış və barəsində tərtib olunmuş sənədlər aidiyyəti üzrə Şəmkir Bələdiyyəsinə göndərilmişdir. Vergi ödəyicisi “xxxx” MMC tikinti qumunun istehsalı ilə məşğul olduğuna görə yerli (bələdiyyə) verginin, yəni yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin ödəyicisidir. Təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, səyyar yoxlama zamanı “xxxx” MMC-ni ona məxsus olan qum-çınqıl karxanasından istehsal etdiyi tikinti qumunun həcmi yoxlamanın əhatə etdiyi dövrdə (noyabr 2017-may 2018-ci illər ərzində) 87022,12 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 216.2 maddəsinə əsasən mədən vergisinə cəlb olunan tikinti qumunun bir kubmetri üçün verginin dərəcəsi xx.xx.2015-ci ildən xx.xx.2016-cı il tarixədək olan dövrdə 0,5 manat, xx.xx.2016-cı ildən isə 1,00 manat müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən «xxxx» MMC yoxlamanın əhatə etdiyi dövrdə yerli büdcəyə cəmi 87022,12 (səksən yeddi min iyirmi iki manat 12 qəpik) manat məbləğində mədən vergisi ödəməlidir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 216.2 maddəsinə əsasən və “Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikası qanununa müvafiq olaraq Cavabdeh vergi ödəyicisi “xxxx” MMC tərəfindən yerli büdcəyə iddiaçı tərəfindən cəmi 87022,12 (səksən yeddi min iyirmi iki manat 12 qəpik) manat məbləğində mədən vergisi ödəməsini qərara almışdır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunda qeyd olunmuşdur ki, yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəəyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi orqanları tərəfindən həyata keçirilir. Məhkəmə araşdrıması nəticəsində məlum olmuşdur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Vegrilər Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********156616 nömrəli səyyar vergi yoxlaması aktı nəticəsində qəbul edilmişdir və qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, iddiaçı “xxxx” MMC-nin Cavabdehnə qarşı “xxxx” MMC-nin barəsində Cavabdeh xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və hesablanmış 87022,12 manat məbləğində mədən vergisinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” MMC-nin Cavabdehnə qarşı “xxxx” MMC-nin barəsində Cavabdeh xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və hesablanmış 87022,12 manat məbləğində mədən vergisinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-147/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-147/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver