Məhkəmə qərarları › İş №2-1(114)-1526/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1526/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1526/2025 17.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti publik hüquqi şəxsin Gəncə Ərazi İdarəsinə qarşı müsabiqənin nəticələrinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti publik hüquqi şəxsin Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti publik hüquqi şəxs və X12) qarşı xx.xx.2024-cü il tarixində keçirilməli olan, lakin təxirə salınaraq ona xəbər verilmədən və iştirakı olmadan keçirilən torpaq müsabiqəsində satılmış 21 ədəd torpağın müsabiqə nəticələri olan protokolların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. “X6” publik hüquqi şəxsin Gəncə ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2023-cü il tarixli 01/06 nömrəli protokol-qərarına əsasən “Komissiya” tərəfindən Gəncə ərazisində yerləşən Kəpəz bələdiyyəsinin mülkiyyətinə aid 478 kv.m və ya 0.0478 ha torpaq sahəsinin satılması məqsədilə xx.xx.2023-cü il tarixdə keçirilən müsabiqənin nəticəsində X12 hərracın qalibi hesab edilmişdir.

2. “X6” publik hüquqi şəxsin Gəncə ərazi Torpaq müsabiqə və hərrac komissiyası (Təşkilatçı) tərəfindən X4 adına xx.xx.2023-cü il tarixli HTM seriyalı 003496 nömrəli şəhadətnamə tərtib edilmişdir.

3. İddiaçı müsabiqələrin nəticələrinin ləğv olunması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 publik hüquqi şəxsə etdiyi müraciətə həmin İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-03/2-251/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələri və hərracları müvafiq bələdiyyənin müraciəti əsasında Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları"na əsasən X6 publik hüquqi şəxsi tərəfindən təşkil edilir. Müsabiqə və hərraclar barədə məlumatlar hərrac gününə ən azı 30 gün qalmış Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet saytında ( emlak.gov .az) yerləşdirilir. Bu məlumatlarda müsabiqə və hərracların keçirilmə tarixi, vaxtı və ünvanı öz əksini tapır. Sözügedən Qaydaların 8-ci bəndinə əsasən istənilən fiziki və ya hüquqi şəxs bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə keçirilən müsabiqə və hərraclarda iştirak edə bilər. Qeyd etmək istəyirlər ki, bələdiyyə mülkiyyətində olan torpaqların müsabiqə və ya hərraclarının keçirilməsi ilə bağlı əlavə məlumatlandırılma nəzərdə tutulmamışdır.

4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3- 03/2-377/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Gəncə şəhəri Kəpəz bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş müsabiqələrdə iştirak etmək məqsədilə Gəncə ərazi torpaq müsabiqə və hərrac komissiyasına ərizə ilə müraciət etməmişdir. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdehlər Gəncə şəhər Kəpəz bələdiyyəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı cavabdehin qanunsuz hərəkətlərinin olması faktının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023 tarixində Gəncə şəhərində Əmlak Məsələləri Dövlət Xidmətinin həmin xidmətin Gəncə ərazi idarəsinin rəisinin xidməti kabinetində keçiriləcək Gəncə şəhəri Kəpəz və Nizami bələdiyyələrinin mülkiyyətində olan əmlakların satışı üzrə müsabiqədə iştirak etmək üçün ərizə təqdim edərək xx.xx.2023 tarixli həmin müsabiqədə iştirak etmək istəmişdir. Müsabiqəyə çıxarılan əmlaklarla bağlı əvvəlcə aidiyyatı üzrə Kəpəz bələdiyyəsinə getmiş və müsabiqədə iştirak etmək istədiyini bildirdikdə Kəpəz bələdiyyəsindən ona müsabiqəyə çıxarılacaq torpaqların hamısının sahibinin olduğu, həmin torpaqların üzərində evlər tikildiyi deyildi. Onun "torpaqların sahibi varsa, həmin torpaqların üzərində ev tikilibsə onlar necə həmin torpaqları müsabiqəyə çıxarırlar, Əmlak Məsələləri Dövlət Xidməti həmin əmlaklarla bağlı niyə müsabiqə elan edib?" sualına Kəpəz bələdiyyəsindən ona "Əmlak Məsələləri Dövlət Xidmətinin elanlarında yazılanlara inanma, hər yazılana fikir vermə" deyildi, O, Kəpəz bələdiyyəsindən çıxaraq Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi idarəsinə gəlmiş və müsabiqədə iştirak etmək üçün ərizə vermək istədiyini demişdir. Onu həmin ərazi idarəsinin məsul şəxsi Etimad adlı şəxsin kabinetinə yönləndirdilər, Etimad onun müsabiqədə iştirak etmək istədiyini eşitdikdə əvvəlcə "bütün torpaqların sahibi var, şəhid ailələri, qazilər. Qarabağ əlillərinindir torpaqlar, sadəcə onların həmin torpaqları müsabiqəyə çıxartmaları formal şeydir, başqa yolları yoxdur" dedi. O, ona nə üçün əvvəlcədən sahibi məlum olan torpaqların müsabiqəyə çıxarıldığı və vətəndaşa yalan məlumat verilərək xidmətin rəsmi saytında elan verilməsinin səbəbini soruşduqda o ona "səni öyrədib göndəriblər, sən bura bizim işimizi pozmağa gəlibsən" dedi. O, vətəndaş kimi müsabiqədə iştirak etmək istədiyini bildirdikdə Etimad onu ərazi idarəsi rəisinin kabinetinə apardı və hər ikisi rəislə birlikdə evlərin sahibi olduğu, elanın formal verildiyini təkidlə təkrarlamağa başladılar. Onun ərizə ilə müsabiqədə iştirak etmək fikirində olduğunu bildikdə Etimad ona "sənin torpaq sahibləri ilə ciddi problemlərin olacaq, başın ağrıyacaq" kimi sözlər dedi. Onun müsabiqədə təklif etdiyi qiymətlər və ərizə onun vəsaiti ilə alınan zərlərin içinə qoyulub zərflər möhürləndi və ona xx.xx.2023 tarixində saat 15.00 radələrində xidmətin ərazi idarəsinə, rəisin kabinetində müsabiqəyə gəlməyi barədə məlumat verildi. xx.xx.2023-cü il tarixində o, saat 15.00 radələrində Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi ldarəsinin rəisinin kabinetində Kəpəz və Nizami bələdiyyələrinin əmlaklarının satışı üzrə müsabiqədə iştirak etmək üçün rəisin kabinetinə çağırılmış və kabinetə daxil olub stulda əyləşəndə bir dəstə özünü "qazi", "əlil", "şəhid ailəsi üzvü" kimi təqdim edən şəxslər kabinetə daxil olaraq ona "şəhidin evinə göz dikdiyini" deyərək onu təhqir və təhdidlərə, fiziki təzyiqə məruz qoydular. Həmin şəxslərin ona qarşı etdikləri qanunsuz hərəkətlərə müsabiqə komissiyasının üzvləri sakit şəkildə tamaşa edirdilər. O, polis çağırılmasını dedikdən sonra da bu hal davam etdi, bir qədər sonra ərazi idarəsinin məsul şəxsi olan Etimad "qazi" və "şəhid ailəsi üzvləri"nə qoşularaq onu "şəhidlərin torpağını almaq"da ittihar elməyə başladı. Ərazi İdarəsinin rəisi, digər məsul şəxslərin gözləri qarşısında, onların sakit müşahidəsi ilə ona qarşı tanımadığı şəxslərin fiziki və mənəvi təzyiqləri polislər müdaxilə edənədək davam etdi. Bütün bunların Etimad, Tural kimi Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi İdarəsinin rəhbər şəxsləri, eləcə də Kəpəz bələdiyyəsinin rəhbərliyi tərəfindən ona qarşı hazırlanımış planlı təxribat olmasını sübut edən daha bir dəlil isə ona qarşı hücumlar edən "qazi"lərin polis şöbəsində onunla söhbətlərində onlara ərazi idarəsinin məsul şəxsləri Tural və Etimadın onun barəsində "bu adam maklerdir, bütün torpaqlar alıb, sizləri evlərinizdən çıxardacaq" sözlərinin deyilməsi oldu. "Qazi lər aldadıqlarını, torpaq sahələrini illərdir özəlləşdirə bilmədiklərini, Turalın onları süründürdüyünü, Etimadın pulsuz iş görmədiyini dedilər. Həmin ərazi idarəsinin adıçəkilən şəxslərinin təxribatı nəticəsində müsabiqə baş tutmadı. O, müsabiqədə iştirak edə bilmədi. Müsabiqə vaxtı kabinetə daxil olaraq mübahisə salan şəxslərin ərazi idarəsi rəisinə və digər şəxslərlə əlaqəli olduqlarını sübut edən dəlil həmin şəxslərin rəhbər şəxsləri tanıdıqlarını demələri, isti görüşmələridir. Həmçinin müsabiqəyə qədər edilən təkliflərdə qiymətlərin məxfi saxlanılması, üçüncü tərəfə məlumat verilməməsinə baxmayaraq kabinetə daxil olan şəxslərin hələ müsabiqə zərfləri açılmadan onun hansı əmlaka neçə manat təklif etməyini əzbər bilmələrinin səbəbinin onlara məlumatın birbaşa ərazi idarəsi rəhbərliyi tərəfindən qabaqcadan deyilməsidir. Bu faktı polis şöbəsində "qazi"lər özləri dedilər. Apardığı araşdırma zamanı o, xx.xx.2023 tarixli müsabiqədə ona hücum edərək vuran, müsabiqədən imtina etməyini tələb edən şəxslərin Kəpəz bələdiyyəsi ilə əlaqəli olduqlarını müəyyən edən faktlara rast gəlmişdir. "Facebook" sosial şəbəkəsində Kəpəz bələdiyyəsinin səhifəsinə daxil olduqda həmin bələdiyyənin işçisinin dostları siyahısında ona müsabiqə zamanı hücum etmiş şəxslərin olduğunu müəyyən etmişdir. Bu ərizəsində sadaladığı dəlillər ona müsabiqədə iştirakına mane olmaq üçün inzibati orqanların qabaqcadan əlbir olaraq ona qarşı planlı təxribat həyata keçirdiyinə dair əsas verir.

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-2378/2023 nömrəli qərardadı ilə inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi İdarəsinin əsl cavabdeh X6 Publik Hüquqi şəxsi ilə əvəz edilmişdir.

8. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixində keçirilməli olan, lakin təxirə salınaraq ona xəbər verilmədən və iştirakı olmadan keçirilən torpaq müsabiqəsində satılmış 21 ədəd torpağın müsabiqə nəticələri olan protokolların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 145/2024 nömrəli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir.

9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X13) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi tələbinə dair 2-1(114)- 145/2024 nömrəli iş üzrə 1) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X7) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 2) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X14) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 3) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X5) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 4) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X8) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 5) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X2) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 6) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X15) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 7) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X16) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 8) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X17) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi” 9) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X17) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 10) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X18) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 11) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X9) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 12) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X22) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 13) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X19) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 14) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X26) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 15) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X20) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 16) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X23) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 17) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X24) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 18) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X1) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 19) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X10) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi”; 20) “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X12) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi” tələbləri ayrıca icraata ayrılmış və həmin işlərə yeni nömrələr verilmişdir. III. Prosessual məsələlər

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti publik hüquqi şəxs isə adi cəlbetmə qaydasında, X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişlər.

11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

12. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmişlər.

13. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Cavabdehin və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

16. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

17. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, “X6” publik hüquqi şəxsin Gəncə ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2023-cü il tarixli 01/06 nömrəli protokol-qərarına əsasən “Komissiya” tərəfindən Gəncə ərazisində yerləşən Kəpəz bələdiyyəsinin mülkiyyətinə aid 478 kv.m vəya 0.0478 ha torpaq sahəsinin satılması məqsədilə xx.xx.2023-cü il tarixdə keçirilən müsabiqənin nəticəsində X12 hərracın qalibi hesab edilmişdir. “X6” publik hüquqi şəxsin Gəncə ərazi Torpaq müsabiqə və hərrac komissiyası (Təşkilatçı) tərəfindən X4 adına xx.xx.2023-cü il tarixli HTM seriyalı 003496 nömrəli şəhadətnamə tərtib edilmişdir.

18. İddiaçı müsabiqələrin nəticələrinin ləğv olunması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 publik hüquqi şəxsə etdiyi müraciətə həmin İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-03/2-251/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələri və hərracları müvafiq bələdiyyənin müraciəti əsasında Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları"na əsasən X6 publik hüquqi şəxsi tərəfindən təşkil edilir. Müsabiqə və hərraclar barədə məlumatlar hərrac gününə ən azı 30 gün qalmış Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet saytında ( emlak.gov.az) yerləşdirilir. Bu məlumatlarda müsabiqə və hərracların keçirilmə tarixi, vaxtı və ünvanı öz əksini tapır. Sözügedən Qaydaların 8-ci bəndinə əsasən istənilən fiziki və ya hüquqi şəxs bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə keçirilən müsabiqə və hərraclarda iştirak edə bilər. Qeyd etmək istəyirlər ki, bələdiyyə mülkiyyətində olan torpaqların müsabiqə və ya hərraclarının keçirilməsi ilə bağlı əlavə məlumatlandırılma nəzərdə tutulmamışdır.

19. İddiaçı hazırki tələbində xx.xx.2024-cü il tarixində keçirilməli olan, lakin təxirə salınaraq ona xəbər verilmədən və iştirakı olmadan keçirilən torpaq müsabiqəsində satılmış 21 ədəd torpağın müsabiqə nəticələri olan protokolların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

20. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək bildirilmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizədə tələb ümumi ifadə edilmişdir. Belə ki, hüquqi marağına və qanunun tələblərinə uyğun olaraq iddia tələbi “Gəncə şəhəri, Kəpəz bələdiyyəsinin mülkiyyətində olan 478 kv.metr (0.0478 ha) torpaq sahəsinin satılması məqsədilə keçirilmiş müsabiqənin nəticələrinə dair “X6” publik hüquqi şəxsinin Gəncə ərazi Torpaq müsabiqə və hərrac komissiyasının xx.xx.2023-cü il tarixli № 01/06 nömrəli protokol-qərarının ləğv edilməsi” şəklində qeyd edilməlidir. Sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

21. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.

22. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

24. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar