Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1535/2025 22.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X7” publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs X14) torpaq müsabiqəsinin nəticəsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi İdarəsi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iştirakçı kimi qeydiyyata alındığı xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən keçirilən torpaq müsabiqəsinin baş tutmamasının səbəbinin Gəncə şəhər Kəpəz Bələdiyyəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi İdarəsinin qanunsuz hərəkətləri ilə bağlı olması faktının məhkəmə tərəfindən tanınmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2023 tarixində Gəncə şəhərində Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi İdarəsinin rəisinin xidməti kabinetində keçiriləcək Gəncə şəhər Kəpəz və Nizami bələdiyyələrinin mülkiyyətində olan əmlakların satışı üzrə müsabiqədə iştirak etmək üçün ərizə təqdim edərək, xx.xx.2023 tarixli həmin müsabiqədə iştirak etmək istəmişdir. Müsabiqəyə çıxarılan əmlaklarla bağlı əvvəlcə aidiyyatı üzrə Kəpəz bələdiyyəsinə getmiş və müsabiqədə iştirak etmək istədiyini bildirdikdə Kəpəz bələdiyyəsindən ona müsabiqəyə çıxarılacaq torpaqların hamısının sahibinin olduğu, həmin torpaqların üzərində evlər tikildiyi deyilmişdir. Onun "torpaqların sahibi varsa, həmin torpaqların üzərində ev tikilibsə siz necə həmin torpaqları müsabiqəyə çıxarırsınız, Əmlak Məsələləri Dövlət Xidməti həmin əmlaklarla bağlı niyə müsabiqə elan edib?" sualına Kəpəz bələdiyyəsindən "Əmlak Məsələləri Dövlət Xidmətinin elanlarında yazılanlara inanma, hər yazılana fikir vermə" deyilmişdir. İddiaçı Kəpəz Bələdiyyəsindən çıxaraq Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi İdarəsinə gəlmiş və müsabiqədə iştirak etmək üçün ərizə vermək istədiyini demişdir. Onu həmin ərazi idarəsinin məsul şəxsi Etimad adlı şəxsin kabinetinə yönləndirmişlər. Etimad onu müsabiqədə iştirak etmək istədiyini eşitdikdə əvvəlcə "bütün torpaqların sahibi var, şəhid ailələri, qazilər, Qarabağ əlillərinindir torpaqlar. sadəcə həmin torpaqları müsabiqəyə çıxarılması formal şeydir, başqa yol yoxdur" demişdir. İddiaçı ona nə üçün əvvəlcədən sahibi məlum olan torpaqların müsabiqəyə çıxarıldığı və vətəndaşa yalan məlumat verilərək xidmətin rəsmi saytında elan verilməsinin səbəbini soruşduqda o "səni öyrədib göndəriblər, sən bura bizim işimizi pozmağa gəlibsən" demişdir. İddiaçı vətəndaş kimi müsabiqədə iştirak etmək istədiyini bildirdikdə Etimad onu ərazi idarəsi rəisinin kabinetinə aparmış və hər ikisi rəislə birlikdə evlərin sahibi olduğu, elanın formal verildiyini təkidlə təkrarlamağa başlamışlar. İddiaçının ərizə ilə müsabiqədə iştirak etmək fikrində olduğunu bildikdə Etimad ona "sənin torpaq sahibləri ilə ciddi problemlərin olacaq, başın ağrıyacaq" kimi sözlər demişdir. İddiaçının müsabiqədə təklif etdiyi qiymətlər və ərizə onun vəsaiti ilə alınan zərflərin içinə qoyulmuş, zərflər möhürlənmiş və ona xx.xx.2023-cü il tarixdə saat 15.00 radələrində xidmətin ərazi idarəsinə, rəisin kabinetində müsabiqəyə gəlməyi barədə məlumat verilmişdir. xx.xx.2023 tarixində o, saat 15.00 radələrində Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi İdarəsinin rəisinin kabinetində Kəpəz və Nizami bələdiyyələrinin əmlaklarının satışı üzrə müsabiqədə iştirak etmək üçün rəisin kabinetinə çağırılmış və kabinetə daxil olub stulda əyləşəndə bir dəstə özünü "qazi", "əlil", "şəhid ailəsi üzvü" kimi təqdim edən şəxslər kabinetə daxil olaraq ona "şəhidin evinə göz dikdiyini" deyərək onu təhqir və təhdidlərə, fiziki təzyiqə məruz qoymuşlar. Həmin şəxslərin ona qarşı etdikləri qanunsuz hərəkətlərə müsabiqə komissiyasının üzvləri sakit şəkildə tamaşa etmişlər. İddiaçı polis çağırılmasını dedikdən sonra da bu hal davam etmiş, bir qədər sonra ərazi idarəsinin məsul şəxsi olan Etimad "qazi" və "şəhid ailəsi üzvləri"nə qoşularaq onu "şəhidlərin torpağını almaq"da ittiham etməyə başlamış, ərazi İdarəsinin rəisi, digər məsul şəxslərin gözləri qarşısında, onların sakit müşahidəsi ilə iddiaçıya qarşı tanımadığı şəxslərin fiziki və mənəvi təzyiqləri polislər müdaxilə edənədək davam etmişdir. Bütün bunların Etimad, Tural kimi Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi İdarəsinin rəhbər şəxsləri, eləcə də Kəpəz bələdiyyəsinin rəhbərliyi tərəfindən ona qarşı hazırlanmış planlı təxribat olmasını sübut edən daha bir dəlil isə ona qarşı hücum edən "qazilərin polis şöbəsində onunla söhbətlərində onlara ərazi idarəsinin məsul şəxsləri Tural və Etimadın onun barəsində "bu adam maklerdir, bütün torpaqları alıb, sizləri evlərinizdən çıxardacaq" sözlərinin deyilməsi olmuşdur. "Qazilər aldadıqlarını, torpaq sahələrini illərdir özəlləşdirə bilmədiklərini, Turalın onları süründürdüyünü, Etimadın pulsuz iş görmədiyini demişlər. Müsabiqə vaxtı kabinetə daxil olaraq mübahisə salan şəxslərin ərazi idarəsi rəisinə və digər şəxslərlə əlaqəli olduqlarını sübut edən dəlil həmin şəxslərin rəhbər şəxsləri tanıdıqlarını demələri, isti görüşmələridir. Həmçinin müsabiqəyə qədər edilən təkliflərdə qiymətlərin məxfi saxlanılması, üçüncü tərəfə məlumat verilməməsinə baxmayaraq kabinetə daxil olan şəxslərin hələ müsabiqə zərfləri açılmadan onun hansı əmlaka neçə manat təklif etməyini əzbər bilmələrinin səbəbinin onlara məlumatın birbaşa ərazi idarəsi rəhbərliyi tərəfindən qabaqcadan deyilməsidir. Bu faktı polis şöbəsində qazilər özləri demişlər. Apardığı araşdırma zamanı o, xx.xx.2023-cü tarixli müsabiqədə ona hücum edərək onu vuran, müsabiqədən imtina etməyini tələb edən şəxslərin Kəpəz bələdiyyəsi ilə əlaqəli olduqlarını müəyyən edən faktlara rast gəlmişdir. İddiaçı "Facebook" sosial şəbəkəsində Kəpəz Bələdiyyəsinin səhifəsinə daxil olduqda həmin bələdiyyənin işçisinin dostları siyahısında ona müsabiqə zamanı hücum etmiş şəxslərin olduğunu müəyyən etmişdir. Bu ərizəsində sadaladığı dəlillər onun müsabiqədə iştirakına mane olmaq üçün inzibati orqanların qabaqcadan əlbir olaraq ona qarşı planlı təxribat həyata keçirdiyinə dair əsas verir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2378/2024 nömrəli qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdeh X7 Publik Hüquqi şəxsi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-145/2024 nömrəli qərardadı ilə iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-145/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X15) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi tələbinə dair 2-1(114)-145/2024 nömrəli iş üzrə 1) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X8) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi"; 2) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X16) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi"; 3) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X5) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi"; 4) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ve X9) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi"; 5) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X2) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi"; 6) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X14) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi": 7) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X17) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi"; 8) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X18) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi" 9) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X18) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi"; 10) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X20) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi"; 11) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X10) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi"; 12) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X24) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi"; 13) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X21) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi"; 14) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X29) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi"; 15) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X13nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X22) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi": 16) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X25) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi": 17) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X26) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi": 18) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X1) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi"; 19) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X11) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi"; 20) "İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X19) qarşı müsabiqə nəticələrinin ləğv edilməsi" tələblərinin ayrıca icraata ayrılması və həmin işlərə yeni nömrələr verilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4205/2024 nömrəli qərardadı ilə X14 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Cavabdeh və üçüncü şəxs tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşin halları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifəsində xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş mövcud olan 18 may 2023-cü il tarixdə Torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi haqqında məlumat qrafikindən görünür ki, Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin mülkiyyətində olan 390 kv.m torpaq sahəsinin satıldığı elan edilmişdir. “X13” publik hüquqi şəxsin Gəncə ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə nəticələri barədə xx.xx.2023-cü il tarixli 01/07 nömrəli iclas protokolundan görünür ki, komissiya tərəfindən Gəncə ərazisində yerləşən Kəpəz bələdiyyə mülkiyyətinə aid 390 kv.m və ya 0.039 ha torpaq sahəsinin satılması məqsədi ilə “18” may 2023-cü il tarixdə keçirilən müsabiqədə iştirak edən 2 şəxsdən (X6 və X14) müsabiqədə 2580 (iki min beş yüz səksən) manat ən yüksək təklif vermiş X14 müsabiqənin qalibi hesab olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-145/2024 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X15) qarşı müsabiqə nəticəsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-741/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 145/2024 nömrəli qərarı ləğv edilmiş, iş üzrə qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X7” publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Gəncə şəhər Kəpəz Bəədiyyəsinin mülkiyyətində olan torpaq sahələrinə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş müsabiqələrdə iştirak etmək məqsədilə Gəncə ərazi torpaq müsabiqə və hərrac komissiyasına ərizə ilə müraciət etməmişdir. Tətbiq edilən hüquq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydaları
3. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Müsabiqə və hərracı təşkilatçının təyin etdiyi və tərkibi 5 nəfərdən az olmayan müsabiqə və hərrac komissiyası aparır. Müsabiqə və hərrac komissiyası üzvlərinin üzdə ikisinin qəbul etdiyi qərar səlahiyyətli hesab edilir.
4. Müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir.
6. Təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra "bildiriş") hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir.
7. Bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilməli və özündə aşağıdakı məlumatları əks etdirilməlidir: - torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat (hüquqi şəxsin adı, ünvanı, dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin nömrəsi); - müsabiqə və ya hərracın keçirilməsi şərtlərini, yerini, vaxtını və tarixini; "- hərrac addımını (ilkin qiyməti); - torpaq sahəsinin yerini, sahəsini, kadastr məlumatlarını və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsini, həmçinin həmin torpaq sahəsində yerləşən obyektlərin və digər qurğuların əsas xarakteristikasını; - müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlərin siyahısını; - müsabiqə və ya hərracda iştirak etmək üçün ərizə formasını, ərizələrin qəbulu yerlərinin ünvanını, ərizələrin və sənədlərin ərizəçilərdən qəbulunun başlanğıc və son tarixini; - torpaq sahəsi və bağlanacaq müvafiq müqavilənin layihəsi ilə tanış olma vaxtını və yerini.
8. Elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər.
9. Hüquqi və fiziki şəxslər müsabiqə və hərracda iştirak etmək üçün təşkilatçıya ərizə verirlər və ərizədə öz rekvizitlərini göstərirlər.
13. Ərizəçilərin təklifləri olan möhürlü zərflər müəyyən olunmuş gündə və saatda komissiyanın açıq iclasında açılır. Zərflər açılmamışdan əvvəl komissiya onların açılmamış olduğunu yoxlayır. Yoxlamanın gedişi və nəticəsi müsabiqənin nəticələri haqqında tərtib edilmiş protokolda qeyd olunur. Alqı-satqı qiyməti və ya icarə haqqı rəqəmlə və yazılı şəkildə sözlə göstərilməlidir. Əgər sözlə göstərilən qiymətlə rəqəmlə göstərilən qiymətlər müxtəlif olarsa onda komissiya sözlə yazılan qiyməti əsas götürür. Komissiyanın icazəsindən sonra zərflərin açılışında və təkliflərin edilməsində bütün müsabiqə iştirakçıları və ya onların müvafiq etibarnamələrlə vəkil etdikləri şəxslər və kütləvi informasiya vasitələrinin subyektlərinin nümayəndələri və jurnalistlər iştirak edə bilərlər.
16. Hərrac aşağıdakı hallarda baş tutmamış hesab edilir: - iştirakçıların sayı ikidən az olduqda; - hərracın heç bir üzvü ilkin qiymət üç dəfə təkrar olunduqdan sonra biletini qaldırmadıqda; - hərracın qalibi hərracın nəticələri haqqında olan protokola imza atmaqdan boyun qaçırdıqda.
17. Hərrac baş tutmadıqda təşkilatçının ilkin qiyməti və eləcə də hərrac addımını dəyişdirməklə hərracın təkrar keçirilməsini elan etməyə ixtiyarı vardır.
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Qərarı Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi ilə iddiaçı Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin mülkiyyətində olan 390 kv.m torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə keçirilən müsabiqənin nəticəsinin ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında məhkəmələr tərəfindən iddianın əsaslılığının yoxlanılmasından əvvəl həmin iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının iddia tələbi üzrə subyektiv hüququnun mövcud olmasıdır. Məhkəmə tərəfindən hazırkı iddia tələbi üzrə İddiaçı subyektiv hüququnun olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarının tələblərinə əsasən, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir. Bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilməlidir. Elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər. Hüquqi və fiziki şəxslər müsabiqə və hərracda iştirak etmək üçün təşkilatçıya ərizə verirlər və ərizədə öz rekvizitlərini göstərirlər. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifəsində 18 may 2023-cü il tarixdə Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin mülkiyyətində olan 390 kv.m torpaq sahəsinin satılması barədə torpaq müsabiqəsinin keçiriləcəyi elan edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X7” publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, İddiaçı Gəncə şəhər Kəpəz Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş müsabiqələrdə iştirak etmək məqsədilə Gəncə ərazi torpaq müsabiqə və hərrac komissiyasına ərizə ilə müraciət etməmişdir. “X13” publik hüquqi şəxsin Gəncə ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə nəticələri barədə xx.xx.2023-cü il tarixli 01/07 nömrəli iclas protokolundan görünür ki, komissiya tərəfindən Gəncə ərazisində yerləşən Kəpəz bələdiyyə mülkiyyətinə aid 390 kv.m və ya 0.039 ha torpaq sahəsinin satılması məqsədi ilə “18” may 2023-cü il tarixdə keçirilən müsabiqədə iştirak edən 2 şəxsdən (X6 və X14) müsabiqədə 2580 (iki min beş yüz səksən) manat ən yüksək təklif vermiş X14 müsabiqənin qalibi hesab olunmuşdur. Məhkəmə qeyd edir ki, göründüyü kimi cavabdeh orqan tərəfindən qanunvericiliyin tələbinə əsasən, keçiriləcək müsabiqə barədə mediada 30 gün əvvəl məlumat yerləşdirilmişdir. Həmin məlumat kifayət qədər açıq və əlçatan olmuşdur. Lakin iddiaçı tərəfindən qeyd edilən müsabiqədə iştirak etmək üçün ərizə təqdim edilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçının iştirak etmək üçün ərizə vermədiyi müsabiqənin nəticələrini mübahisələndirmək hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən və bir çox başqa Qərarlarındakı hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin mülkiyyətində olan 390 kv.m torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə keçirilən müsabiqənin nəticəsinin ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil. Ona görə də iddia mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X7 publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs X14) “torpaq müsabiqəsinin nəticəsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva