Məhkəmə qərarları › İş №2-1(114)-154/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-154/2021

29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-154/2021 29.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı xx.xx.2020ci il tarixli Ə54-001-20 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli Ə54-001-20 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2016-cı il tarixdən etibarən Cavabdeh1ndə polis nəfəri kimi xidmətə başlamış, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Gəncə şəhəri M.C.Paşayev küçəsində xidmətdə olarkən Gəncə şəhəri Nizami RPİ-nin PPXT-nin sabiq polis nəfəri X4 və digər 3 nəfər polis əməkdaşı səlahiyyətləri olmadığı halda, yəni qanunsuz olaraq onun xidməti ərazisinə müdaxilə etmiş və onun qanuni irad bildirməsindən sonra onunla kənar şəxslərin yanında polis əməkdaşının etik davranış qaydalarına zidd olan şəkildə davranaraq sağ gözünə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra o, hadisə barədə rəhbərliyə məlumat vermiş və daxili araşdırma aparılmışdır. Cavabdeh isə onun heç bir günahı və təqsiri olmadığına, heç bir qanun pozuntusuna yol vermədiyinə, X8, X6 Xidmət Haqqında Əsasnamənin və "X12 əməkdaşlarının etik Davranış kodeksinə zidd hər hansı əməl törətmədiyinə baxmayaraq əsassız olaraq onu işdən azad etmiş, eyni zamanda əmək kitabçasını və müvafiq əmrin surəti ona təqdim etməkdən imtina etmişdir. O, əmək kitabçasını məhkəməyə müraciət etməmişdən bir neçə gün qabaq almışdır. Cavabdehin adı çəkilən əmrini qanunsuz və əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək Cavabdeh1 əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilərək, iş üzrə Cavabdeh1 əsl cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı xx.xx.2020-ci il tarixli Ə54-001-20 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair inzibati iş üzrə iddia qaldırmaq üçün prosessual müddət bərpa edilmişsir. Şifahi məhkəmə baxış iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə onu Daxili İşlər Nazirliyinə çağıraraq xx.xx.2020ci il tarixdə izahat almaq üçün ona boş kağızlara imza etdirmişlər və bundan sonra işdən azad olduğunu bildirmişlər. İddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) X3 iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə yazılı etiraz göndərərək bildirmişdir ki, oğlu Gəncə şəhər Nizami RPİ-nin PPXT-nin polis nəfəri Orxan Tağıyevə qarşı Gəncə şəhər BPİ-də qeyri-qanuni mövqedən yanaşılması, ona haqsız olaraq cəza verilməsi barədə vətəndaş Canpolad Tağıyevin müraciətləri əsasında cari ilin yanvar ayında xidməti təhqiqat aparılmışdır. Araşdırmalar nəticəsində Gəncə şəhər BPİ və Nizami RPİ-nin aidiyyəti əməkdaşlarının ciddi nöqsanlara yol vermələri müəyyən edildiyindən DİN-in xx.xx.2020-ci il tarixli Ə54-001-20 nömrəli əmri ilə aidiyyəti əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb olunmuş, eləcə də xx.xx.2019-cu il tarixdə dislokasiya üzrə xidmət etdiyi əraziyə digər naryadın daxil olması haqda komandir heyətinə məruzə etməli olduğu halda polis nəfəri O.Tağıyevə kobud tərzdə irad bildirməsi aralarında mübahisəyə səbəb olduğuna, yaranmış mübahisənin qanuni həllini təmin etmək əvəzinə ictimai yerdə həmkarı ilə qarşılıqlı olaraq mübahisə edib ünvanına nalayiq ifadələr işlətdiyinə görə Gəncə şəhər BPİ PPX taborunun polis nəfəri, polis serjantı İddiaçı “Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən X6 xidmətdən xaric edilmişdir. DİN-in 13.01,2020-ci il tarixli Ə54-001-20 nömrəli əmri xx.xx.2020-ci il tarixdə Gəncə şəhər BPİ-nin şəxsi heyətinə elan olunmuşdur. Həmçinin sabiq polis əməkdaşı İddiaçı 2016-cı ildən 2020-ci ilədək DİO-da xidmət etmiş, xidmət dövründə 1 dəfə mükafatlandırılmış, 6 dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. Bu baxımdan İddiaçı iddiasının heç bir əsası yoxdur. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi Vəkil etirazda göstərilənlərə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Cavabdeh1 xx.xx.2019-cu il tarixli Ə273-120- 19 nömrəli əmri, Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli Ə54-001-20 nömrəli əmri, xx.xx.2010-cu il tarixli ******* nömrəli əmək kitabçası, Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsinin Ü.Musabəyli adına şəhər Oftalmoloji Xəstəxanasının xx.xx.2019-cu il tarixli 998 nömrəli məktubu, Azərbaycan Respublikası DİN A.N.Heydərov adına Sıravi və kiçik rəis heyəti hazırlayan Məktəbin xx.xx.2016-cı il tarixli Ə91/035-16 nömrəli əmri, Cavabdeh1 xx.xx.2017-ci il tarixli Ə23-120-17 nömrəli, xx.xx.2017-ci il tarixli Ə101-120-17 nömrəli, xx.xx.2019-cu il tarixli Ə245-120-19 nömrəli əmrləri, Azərbaycan Respublikası DİN Daxili Təhqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli rəyi və cavabdehin xx.xx.2020-ci il tarixli etirazı təşkil etmişlər. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa da, tələb əsassızdır. İşdə olan Cavabdeh1 xx.xx.2019-cu il tarixli Ə273-120-19 nömrəli əmri ilə xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşaraq və etik davranış qaydalarını kobud şəkildə pozaraq ona təhkim olunmuş marşrutun ərazisində qanunsuz keçə ticarəti hallarının qarşısının alınmasında fəaliyyətsizlik göstərdiyinə və çılğınlıq edərək xx.xx.2019-cu il tarixdə Yeni Gəncə qəsəbəsi X15 küçəsində vətəndaşların qarşısında polis serjantı O.Tağıyevlə mübahisə yaratdığına görə Gəncə şəhər BPİ-nin PPX taborunun polis nəfəri, polis serjantı İddiaçı «şiddətli töhmət» intizam tənbehi elan olunmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli Ə54-001-20 nömrəli əmri ilə Gəncə şəhər Nizami RPİ PPX tağımının polis nəfəri polis serjantı X2 elan olunmuş «xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq» və Gəncə şəhər BPİ PPX taborunun polis nəfəri polis serjantı İddiaçı elan olunmuş «şiddətli töhmət» intizam tənbehləri törətdikləri qəbahətin ağırlıq dərəcəsinə uyğun gəlmədiyindən «İntizam Nizamnaməsi»nin 44 və 45-ci bəndlərinə əsasən Gəncə şəhər BPİ-nin xx.xx.2019-cu il tarixli Ə273-120-19 nömrəli əmri ləğv edilərək, «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 3, 15 və 29-cu, «Davranış Kodeksi»nin 1, 2, 3, 4, 6, 10, 17, 19 və 22-ci maddələrinin «İntizam Nizamnaməsi»nin 3.2 və 3.9-cu, «Polisin Post-Patrul Xidməti Nizamnaməsi»nin 4 və 5-ci bəndlərinin tələblərini pozaraq xx.xx.2019-cu il tarixdə dislokasiya üzrə xidmət etdiyi əraziyə digər naryadın daxil olması haqda komandir heyətinə məruzə etməli olduğu halda polis nəfəri O.Tağıyevə kobud tərzdə irad bildirməsi aralarında mübahisəyə səbəb olduğuna, yaranmış mübahisənin qanuni həllini təmin etmək əvəzinə ictimai yerdə həmkarları ilə qarşılıqlı olaraq mübahisə edib ünvanına nalayiq ifadələr işlətdiyinə, habelə xidməti təhqiqat zamanı qeyri səmimi mövqe tutduğuna, bu hərəkətləri ilə X12 əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Gəncə şəhər BPİ PPX taborunun polis nəfəri polis serjantı İddiaçı BPİ-nin xx.xx.2019-cu il tarixli Ə245-120-19 nömrəli əmri ilə elan olunmuş «töhmət» intizam tənbehinin qüvvədə olması nəzərə alınaraq «Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən X6 xidmətdən xaric edilmişdir. «Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinin tələbinə görə X7 əməkdaşı X12 əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkətlər etdikdə, 10-cu bəndinə görə isə intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. Məhkəmə ilk öncə X12 əməkdaşlarının adına ləkə gətirən hərəkətin hüquqi təbiətini açıqlayan «X12 əməkdaşlarının etik davranış Kodeksi»nin (bundan sonra mətndə «Davranış Kodeksi») bir sıra müddəalarına diqqət yetirilməsini zəruri hesab edir. «Davranış Kodeksi»nin ümumi müddəalarında göstərilmişdir ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Mübahisələndirilən əmrin təsviri və əsaslandırıcı hissəsində iddiaçının «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 3, 15 və 29-cu, «Davranış Kodeksi»nin 1, 2, 3, 4, 6, 10, 17, 19 və 22-ci maddələrinin «İntizam Nizamnaməsi»nin 3.2 və 3.9-cu və «Polisin Post-Patrul Xidməti Nizamnaməsi»nin 4 və 5-ci bəndlərinin tələblərini pozaraq xx.xx.2019-cu il tarixdə dislokasiya üzrə xidmət etdiyi əraziyə digər naryadın daxil olması haqda komandir heyətinə məruzə etməli olduğu halda bunu etməməsi, polis nəfəri Orxan Tağıyevə kobud tərzdə irad bildirməsi, bunun aralarında mübahisəyə səbəb olması, yaranmış mübahisəni qanuni həll etmək əvəzinə ictimai yerdə həmkarı ilə qarşılıqlı olaraq mübahisə edib, ünvanına nalayiq ifadələr işlətməsi, habelə xidməti təhqiqat zamanı qeyri səmimi mövqe tutması hərəkətləri onun (iddiaçının) X12 əməkdaşının adına və polisin nüfuzuna xələl gətirən hərəkətlər kimi qiymətləndirilmişdir. «Davranış Kodeksi»nin 22-ci maddəsində davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X12 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası X7 intizam nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X12 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. X12 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Məhkəmə işin faktiki hallarını məhkəmə iclasında müəyyən olunmuş, habelə iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi polis general-mayoru Sahib Mirzəyev tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli rəydə (bundan sonra mətndə rəy) göstərilən sübutlarla müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 16:00 radələrində Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin komandiri Dilqəm Bayramov, Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin Post-Patrul Xidməti tağımının polis nəfərləri Orxan Tağıyev, Rövşən Əliyev, Fərhadlı Fərhad və manqa komandiri Vüsal İmanovdan ibarət polis naryadına zərurət olmadan Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsində qanunsuz küçə ticarətinin qarşısının alınmasına göstəriş vermiş, naryad üzvləri həmin əraziyə daxil olarkən dislokasiya üzrə həmin ərazidə xidmət aparan Cavabdeh1 Post-Patrul Xidməti taborunun polis nəfəri İddiaçıla rastlaşmış, sonuncunun onların gəlişinə irad bildirməsi aralarında mübahisəyə səbəb olmuş, həmin vaxt X14 Bədəlovun sifət nahiyəsinə yumruqla vurmuşdur. Bundan sonra İddiaçı radiostansiya vasitəsi ilə Cavabdeh1 Post-Patrul Xidmətinin tabor komandirinin müavini, qərargah rəisi Samir Bayramova və bölük komandiri Nicat Hüseynova bu barədə məlumat vermiş, bir qədər sonra Nicat Hüseynov polis nəfəri Asiman Məmmədovla hadisə yerinə gəlmiş, daha sonra isə baş vermiş hadisə Baş Polis İdarəsinin rəhbərliyinə məruzə olunmuşdur. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarını «Davranış Kodeksi»nin mübahisələndirilən əmrdə istinad olunan maddələri ilə müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, «Davranış Kodeksi»nin 6-cı maddəsinə əsasən X12 əməkdaşı öz xidməti vəzifələrinin icrasına buna səlahiyyəti olmayan şəxslər tərəfindən müdaxilə etmək cəhdlərinin qarşısını qətiyyətlə almalıdır. «Davranış Kodeksi»nin 6-1-ci maddəsinə əsasən X7 əməkdaşları yuxarı vəzifəli şəxslərin qərar və hərəkətlərini müzakirə və şərh etməməli, xidməti fəaliyyətlə əlaqədar olan məlumatların yayılmasına yol verməməlidir. Xidməti vəzifəsinə aid olmadığı hallarda dövlət orqanının, onun rəhbərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Bundan əlavə X12 əməkdaşları «Davranış Kodeksi»ndə müəyyən olunmuş qaydaların X7 hər hansı əməkdaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir («Davranış Kodeksi»nin 16-cı maddəsi). İşin yuxarıda təsvir olunan faktiki hallarından göründüyü kimi müdaxilə buna səlahiyyəti olmayan kənar şəxslər tərəfindən yox, yuxarı vəzifəli şəxslərin göstərişi əsasında polis əməkdaşları tərəfindən edilmiş, baş vermiş insident barəsində isə iddiaçı mübahisəyə qədər yox, mübahisə nəticəsində Orxan Tağıyev onu vurduqdan sonra aidiyyəti üzrə məlumat vermişdir. Bundan əlavə iş materiallarına əlavə olunmuş iddiaçının müxtəlif vaxtlarda intizam məsuliyyətinə cəlb olunması haqqında əmrlərdən görünür ki, 1. Azərbaycan Respublikası DİN A.N.Heydərov adına Sıravi və kiçik rəis heyəti hazırlayan Məktəbin xx.xx.2016-cı il tarixli Ə91/305-16 nömrəli əmri ilə polis nəfərlərinin ilkin hazırlıq kursunda təhsil aldığı müddətdə vəzifəsinin icrasına məsuliyyətsiz yanaşaraq hərbi tabeçilik prinsiplərinin tələblərini bilərəkdən kobudcasına pozduğuna görə polis nəfəri sıravi İddiaçı «Töhmət» elan edilmiş, 2. Cavabdeh1 xx.xx.2017-ci il tarixli Ə23-120-17 nömrəli əmri ilə Azərbaycan Respublikası DİNnin xx.xx.2001-ci il tarixli 212 nömrəli əmri ilə təsdiq edilmiş «Polisin post-patrul xidməti nizamnaməsi»nin 7.2.5-ci maddəsinin 2-ci bəndinin tələblərini kobud surətdə pozaraq, xx.xx.2017-ci il tarixdə saat 03:45 radələrində 1 saylı marşrutda 60-45 saylı patrul avtomaşınında xidmət aparan zaman sayıqlıqlarını itirdiklərinə görə Gəncə şəhər BPİ-nin PPXT-nun polis nəfərləri, polis serjantı İddiaçı «Töhmət», polis serjantı X5 isə «şiddətli töhmət» verilmiş, 3. xx.xx.2017-ci il tarixli Ə101-120-17 nömrəli əmri ilə xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə tam şəkildə əməl etməli, xidməti ərazilərdə müəyyən olunmuş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə qarşı mübarizə aparmalı olduğu halda bunun əksinə edərək, xx.xx.2017-ci il tarixdə, saat 15:15 radələrində Gəncə şəhər Nizami küçəsi ilə Vaqif küçəsinin kəsişməsində vətəndaşların qanunsuz küçə ticarəti ilə məşğul olmalarının qarşısını vaxtında almamaqla, eyni zamanda xidməti yoxlama zamanı obyektivliyin təmin edilməsinə köməklik göstərməyərək, verilən sualları tam və hərtərəfli cavablandırmamaqla Azərbaycan Respublikası DİN-nin Polisin Post-Patrul Xidməti haqqında nizamnaməsinin təsdiq edilməsi barədə xx.xx.2001-ci il tarixli 212 nömrəli əmrinin 5.4.1-ci X9 1; 17 və 22-ci maddələrinin tələbləini kobud surətdə pozduğuna və üzərində Gəncə şəhər BPİ-nin xx.xx.2017-ci il tarixli Ə23-120-17 nömrəli əmrilə elan edilmiş «Töhmət» intizam tənbehindən nəticə çıxarmadığına görə Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri polis serjantı İddiaçı «şiddətli töhmət» elan edilmiş, 4. xx.xx.2019-cu il tarixli Ə245-120-19 nömrəli əmri ilə DİN-in 2005-130 nömrəli əmri ilə təsdiq edilmiş «DİO əməkdaşlarının etik davranış Kodeksi»nin və xx.xx.2012-ci il tarixli G14-001.12 nömrəli göstərişinin tələblərini pozaraq «Facebook» sosial şəbəkəsində öz adı ilə qeydiyyatdan keçdiyi səhifədə özü barədə məlumat yaymaqla mülki geyimdə fotoşəklini yerləşdirib, «Polis akademiyası» sözlərini yazaraq polis əməkdaşı olmasını qabartdığına görə Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri polis serjantı İddiaçı «töhmət» intizam tənbehi elan olunmuş və 5. xx.xx.2019-cu il tarixli Ə273-120-19 nömrəli əmr ilə xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşaraq və etik davranış qaydalarını kobud şəkildə pozaraq ona təhkim olunmuş marşrutun ərazisində qanunsuz keçə ticarəti hallarının qarşısının alınmasında fəaliyyətsizlik göstərdiyinə və çılğınlıq edərək xx.xx.2019-cu il tarixdə Yeni Gəncə qəsəbəsi X15 küçəsində vətəndaşların qarşısında polis serjantı O.Tağıyevlə mübahisə yaratdığına görə Gəncə şəhər BPİ-nin PPX taborunun polis nəfəri, polis serjantı İddiaçı «şiddətli töhmət» intizam tənbehi elan olunmuşdur. «Əsasnamə»nin 135-ci maddəsinin 10-cu bəndinə görə X7 əməkdaşı intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. «Əsasnamə»nin 114-cü maddəsinin 7-ci yarımbəndinə əsasən xidməti intizam qaydalarını pozmağa görə X7 əməkdaşlarına xidmətdən xaric edilmə intizam tənbehi tətbiq edilə bilər. Həmçinin vəzifəcə böyük rəis verilən tənbehin törədilən xidməti intizam qaydaları pozulmasına uyğun olmadığını aşkar edərsə onu ləğv edib müvafiq qərar çıxara bilər. Lakin «Əsasnamə» bunun üçün konkret müddət müəyyən etmişdir. Belə ki, «Əsasnamə»nin 120-ci maddəsinin tələbinə görə intizam tənbehi xidməti intizam qaydalarının pozulması məlum olan gündən on gün ərzində verilir. Xidməti yoxlama keçirildiyi və ya cinayət işi başlandığı halda isə onun başa çatdırıldığı gündən bir aydan gec olmayan müddətdə verilməlidir. Hazırki işdə xidməti intizam qaydalarının pozulması xx.xx.2019-cu il tarixdə məlum olmuş, hadisə ilə bağlı Gəncə şəhər BPİ PPX taborunun komandir müavini Samir Bayramovun raportu əsasında 2019-cu ilin dekabr ayında Gəncə şəhər BPİ-də xidməti təhqiqat aparılmış, yol verdikləri qəbahətlərə görə Gəncə şəhər BPİ-nin xx.xx.2019-cu il tarixli Ə273-120-19 nömrəli əmri ilə polis nəfəri Orxan Tağıyevə «xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq», polis nəfəri İddiaçı isə «şiddətli töhmət» elan olunmuşdur. Göründüyü kimi hadisə ilə bağlı ilkin xidməti təhqiqat aparılmış, daha sonra Orxan Tağıyevə haqsız olaraq cəza verilməsi barədə sonuncunun atasının müvafiq instansiyalara ünvanlandığı müraciətləri əsasında aparılmış əlavə xidməti təhqiqat əsasında xx.xx.2020-ci il tarixli «Rəy» hazırlanaraq xx.xx.2019-cu il tarixli Ə273-120-19 nömrəli əmrin ləğv edilməsi və İddiaçı ciddi intizam tənbehinə layiq olması təklif olunmuş və bundan sonra xx.xx.2020-ci il tarixli Ə54-001-20 nömrəli əmrlə xx.xx.2019-cu il tarixli Ə273-120-19 nömrəli əmr ləğv olunaraq iddiaçı X6 xidmətdən xaric edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatının vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də inzibati məhkəmə icraatında inzibati orqanlardakı icraatın «İnzibati icraat haqqında» Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılmasına xüsusi diqqət yetirməlidir. Bu baxımdan mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarına və bununla bağlı sahəvi qanunvericilik aktlarının tələblərinə əsasən bu nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (xx.xx.2020-ci il tarixli Ə54-001-20 nömrəli əmr) qəbul olunarkən inzibati orqan tərəfindən maddi hüquq normalarının pozulması halı baş verməmiş, qəbul olunmuş inzibati akt işin faktiki hallarına uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi cavabdeh inzibati orqan onun tərəfindən qəbul edilmiş inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (İPM-nin 68.1-ci maddəsi). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 68.2-ci maddəsi). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı xx.xx.2020-ci il tarixli Ə54-001-20 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması haqqında iddia tələbi rədd edilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı xx.xx.2020ci il tarixli Ə54-001-20 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması barədə iddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar