Məhkəmə qərarları › İş №2-1(114)-1553/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1553/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1553/2025 12.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı MMC-nin rəhbəri Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “MMC-yə xx.xx.2018-ci il tarixinədək məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 8275,70 manat əsas borcun və 612,79 manat penyanın silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, MMC-yə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 19.299,29 manat və icbari sığorta haqları üzrə 873,98 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC uzun illərdir qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçərək fəaliyyət göstərir. Bu illər ərzində fəaliyyəti mütamadi olaraq yoxlanılaraq hər hansı bir pozuntuya yol verilmədiyi barədə aktlar tərtib olunmuşdur. Lakin müxtəlif vaxtlarda maliyyə çətinlikləri ilə əlaqədar olaraq müvafiq borclar yaranmışdır. Həmin borclar təxminən 2006-2018-ci illəri əhatə edir. Göründüyü kimi, sözügedən borcların yaranmasından artıq xeyli müddət keçmişdir. Ona görə də, həmin borcların silinməsi üçün Dövlət Vergi Xidmətinə müraciət edilmiş, lakin cavabdeh təşkilat həmin borcların silinməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın ərizəyə imtina cavabı verməsi tamamilə qanunsuz və əsassızdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1553/2025 nömrəli qərardadı ilə iddia tələbi “MMC-yə xx.xx.2018-ci il tarixinədək məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 8275,70 manat əsas borcun və 612,79 manat penyanın silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddianın rədd edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbi 19.299,29 manat məcburi dövlət sosial sığorta və 873,98 manat icbari tibbi sığorta haqları üzrə borcun silinməsindən ibarətdir. Qeyd olunur ki, borcun bir qismi cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar əsasında formalaşmışdır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, inzibati aktlarla yaranmış borcun silinməsi ilə bağlı tələb mübahisələndirmə haqqında iddia vasitəsilə (inzibati akın ləğv edilməsi və ya dəyişdirilməsi) irəli sürülə bilər. İddia ərizəsində isə yalnız borcun silinməsi tələbi mövcuddur. Belə olduğu halda mübahisələndirmə haqqında iddia vasitəsilə baxılmalı olan tələbə digər iddia növü əsasında baxılması qanunvericiliyin tətbiqi baxımdan mümkün deyil. İddia mahiyyət etibarı ilə də əsassızdır. Ərizədə iddiaçının nümayəndəsi hansı səbəbdən borcun silinməsini, eləcə də onun hüquqi maraqlarına toxunan cavabdehin hərəkətlərinin nədən ibarət olduğunu əsaslandırmamışdır. İddia tələbi məcburi dövlət sosial sığorta haqqı üzrə 19.299,29 manat və icbari tibbi sığorta haqqı üzrə 873,98 manat borcun silinməsi ilə bağlıdır. Cəmiyyətin nümayəndəsi silinməsinə nail olmaq istədiyi borcun müvafiq olaraq 2006-2018-ci illəri əhatə etdiyi, həmçinin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununun cəmiyyətə tətbiq edilmiş olduğunu, həmin borcların guya ümidsiz borc kimi hesab edilməsini qeyd etdiyindən ilk növbə indiki inzibati mübahisənin düzgün həll edilməsi məqsədi ilə məcburi dövlət sosial sığorta haqqı üzrə 19.299,29 manat və icbari tibbi sığorta haqqı üzrə 873,98 manat borcun tərkibi açıqlanmalıdır. Bildirimişdir ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində məcburi dövlət sosial sığorta haqqı (MDSS) üzrə 15493.20 manat əsas, 3532.01 manat faiz, maliyyə sanksiyası üzrə 100.00 manat və icbari tibbi sığorta (İTS) üzrə 659,80 manat əsas 223.66 manat faiz borcu mövcuddur. Qeyd olunan əsas borcların yaranma dövrünə mütənasib olaraq tərkibi aşağıdakı kimidir:

1. Saldo (DSMF-dən vergi orqanına keçən borc)-8275.7 2.MDSS SE (Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta edən) 2018 4-cü rüb cari bəyannamə-225

3. MDSS SE (Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta edən) 2019 3-cü rüb cari bəyannamə-325

4. MDSS SE (Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta edən) 2019 4-cü rüb cari bəyannamə-375

5. Vahid MDSS 2020 1-ci rüb cari bəyannamə-312.5

6. Vahid MDSS 2020 2-ci rüb (kameral vergi yoxlaması) bəyannamə-325

7. Vahid MDSS 2020 3-ci rüb cari bəyannamə-375

8. Vahid MDSS 2021 1-ci rüb cari bəyannamə-250

9. Vahid MDSS 2021 2-ci rüb cari bəyannamə-375

10. Vahid MDSS 2021 3-cü rüb cari bəyannamə-375

11. Vahid MDSS 2021 4-cü rüb cari bəyannamə-312.5

12. Vahid MDSS 2022 1-ci rüb cari bəyannamə-300

13. Vahid MDSS 2022 2-ci rüb cari bəyannamə-450

14. Vahid MDSS 2022 3-cü rüb (kameral vergi yoxlaması) bəyannamə-450

15. Vahid MDSS 2022 4-cü rüb (kameral vergi yoxlaması) bəyannamə-450

16. Vahid MDSS 2023 1-cü rüb (kameral vergi yoxlaması) bəyannamə-450

17. Vahid MDSS 2023 2-ci rüb cari bəyannamə-450

18. Vahid MDSS 2023 3-cü rüb (kameral vergi yoxlaması) bəyannamə-517.5

19. Vahid MDSS 2023 4-cü rüb (kameral vergi yoxlaması) bəyannamə-450

20. Vahid MDSS 2024 1-ci rüb (kameral vergi yoxlaması) bəyannamə-450 Cəmi: 15493.20 manat əsas borc İcbari Tibbi Sığorta üzrə:

1. Vahid İTS 2021 4-cü rüb cari bəyannamə-25

2. Vahid İTS 2022 1-ci rüb cari bəyannamə-48

3. Vahid İTS 2022 2-ci rüb cari bəyannamə-72

4. Vahid İTS 2022 3-cü rüb (kvy) bəyannamə-72

5. Vahid İTS 2022 4-cü rüb (kvy) bəyannamə-72

6. Vahid İTS 2023 1-ci rüb (kvy) bəyannamə-72

7. Vahid İTS 2023 2-ci rüb cari bəyannamə-72

8. Vahid İTS 2023 3-cü rüb (kvy) bəyannamə-82.8

9. Vahid İTS 2023 4-cü rüb (kvy) bəyannamə-72

10. Vahid İTS 2024 1-ci rüb (kvy) bəyannamə-72 Cəmi: 659.80 manat əsas borc Şəxsi hesab vərəqəsinin “İcbari tibbi sığorta” vərəqəsi üçün faiz hesablanmasının açıqlama hissəsində əks olunmuş məlumatlardan görünür ki, cəmiyyətin icbari tibbi sığorta haqları üzrə borc xx.xx.2021-ci ildən yaranmışdır. Odur ki, iddianın mümkün sayılmaması, mümkün hesab edildiyi halda təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. VM-nin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. VM-nin 59.1-ci maddəsinə görə MDSS üzrə 3532.01 manat, İTS üzrə 223.66 manat faiz hesablanmışdır. MDSS üzrə faizdən yalnız 612.79 manat hissəsi saldo formasında DSMF tərəfindən iddiaçı cəmiyyətin şəxsi hesab vərəqəsinə ötürülmüşdür. Eləcə də VM-nin 57.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********642600 nömrəli qərarla cəmiyyətə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, məcburi dövlət sosial sığorta haqqı üzrə 19299,29 manat və icbari tibbi sığorta haqqı üzrə 873.98 manat borcun hamısı 2006- 2018-ci illərdə yaranmamış, şəxsi hesab vərəqəsində əks olunmuş borcdan 8275.7 mdss üzrə əsas borc və 612.79 manat peniya borcu 2006-2018-ci illəri əhatə edir. Cəmiyyətin şəxsi hesab vərəqəsindən belə nəticə hasil olur ki, borcların böyük əksəriyyəti özünün təqdim etdiyi cari bəyannamə əsasında formalaşmış borclardır. İddia ərizəsində “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanunu əsasında silinməli borcunun olması göstərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli “İddiaçı MMC-nin məcburi dövlət sosial sığorta haqları üzrə silinməli olan (o cümlədən silinmiş) borc məbləğləri haqqında” məktubunda sığortaedənin (İddiaçı MMC) xx.xx.2018-ci il tarixinə yaranmış mdss üzrə borcunun məbləğinin 8417.70 manat, habelə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı üzrə silinməli borc məbləğinin 552 manat, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə yaranmış borcunun məbləğinin 1908 manat 79 qəpik olduğu, sözügedən qanuna görə 1376.24 manat maliyyə sanksiyasının (hesablanmış penyanın silindiyi bildirilmişdir. Eləcə də xx.xx.2024-cü il tarixdə vergi orqanı tərəfindən mdss üzrə əsas borcdan 552 manat iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun tələblərindən irəli gələn bütün hallar həm DSMF, həm də cavabdeh inzibati orqan tərəfindən yerinə yetirilmiş, iddiaçıya məxsus olan şəxsi hesab vərəqəsində sözügedən Qanunun təsir dairəsinə düşən silinməli borc mövcud deyil.

Məhkəmə icraatı iştirakçılarının izahatı

Məhkəmə iclasında İddiaçı MMC-nin rəhbəri Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi.

İşin halları

Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı MMC-yə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, xx.xx.2002-ci il tarixdə vergi ödəyicisi kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. Dövlət Vergi Xidməti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli “müraciətə baxılması haqqında” məktubdan görünür ki, Cəmiyyətin xx.xx.2024-cü il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 19.299,29 manat və icbari tibbi sığorta haqları üzrə 873,98 manat borcları yaranmışdır. Nəzərə çatdırılmışdır ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qaununa əsasən 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiya sanksiyaları (hesablanmış penya) və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış və ödənilməmiş borcların silinməsi barədə məlumatdan görünür ki, İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixə yaranmış borcu MDSSH üzrə 8417,70 manat, penya və maliyyə sanksiyası üzrə 1908,79 manat, DSMF tərəfindən silinməli borclar-2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş MDSSH borcları 552 manat, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası və penya borcları 1376,24 manat, DSMF tərəfindən silinmiş borclar-2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası və penya borcları 1376,24 manat, silinəcək borclar 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş MDSSH borcları 552 manat təşkil etmişdir. "xxxx" MMC-nin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək “Hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin dinamikası barədə məlumat qrafikində 2006-2018-ci il tarixlərdəki MDSSH borcu və maliyyə sanksiyalarının məbləğləri əks olunmuşdur. Şəxsi hesab vərəqəsinə əsasən, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixinədək MDSSH borcu 8275,70 manat və maliyyə sanksiyası 612,79 manat təşkil etmişdir. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli “borcların tərkibi haqqında” məktubdan görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN:**********) xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsinə əsasən müvafiq fondlara məcburi dövlət sosial sığorta haqları üzrə 15493,20 manat əsas, 3532,01 manat faiz, maliyyə sanksiyası üzrə 100,00 manat və İcbari Tibbi Sığorta üzrə 659,80 manat əsas, 223,66 manat faiz borcu mövcuddur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə 2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Maddə 3. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların tənzimlənməsi 3.0. Bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Maddə 4. Yekun müddəa Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Maddə 5. Qanunun qüvvəyə minməsi Bu Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı xx.xx.2018-ci il tarixinədək məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 8275,70 manat əsas borcun və 612,79 manat penyanın silinməsidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş MDSSH borcları 552 manat, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası və penya borcları 1376,24 manat təşkil etmişdir. Qeyd olunan borc məbləğləri isə vergi orqanı tərəfindən silinmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixinədək MDSSH borcu 8275,70 manat və maliyyə sanksiyası 612,79 manat təşkil etmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Məhkəmə qeyd edir ki, göstərilən Qanunun müddəalarından göründüyü kimi, sığortaedənlərin 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinməsi nəzərdə tutulmuşdur. İşdə olan sənədlərdən görünür ki, İddiaçı MMC-nin 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş MDSSH borcları 552 manat, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası və penya borcları 1376,24 manat təşkil etmişdir ki, həmin məbləğ də vergi orqanı tərəfindən silinmişdir. İddiaçının qeyd olunan Qanuna istinad etməklə silinməsini xahiş etdiyi məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 8275,70 manat əsas borc və 612,79 manat maliyyə sanksiyası isə müvafiq olaraq 2006-cı ilin 1 yanvar və 2015-ci ilin 1 yanvar tarixindən sonra yaranmış borc məbləğləridir. Ona görə də məhkəmə iddianı əsaslı hesab etmir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı MMC tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar