Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1632/2022 08.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı “qanunsuz zəbt olunmuş, istifadəyə verilmiş ərazilərin boşaldılması və X1 ilə bağlanmış icarə müqaviləsinin ləğvi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı qanunsuz zəbt olunmuş, istifadəyə verilmiş ərazilərin boşaldılması və X1 ilə bağlanmış icarə müqaviləsinin ləğvi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçılar ərizə təqdim edərək İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən iddiadan imtina etdiklərini və iddiadan imtina etməyin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçılar iddiadan imtina etdikdlərindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Məcəllənin 55.4-cü maddəsində qeyd olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı “qanunsuz zəbt olunmuş, istifadəyə verilmiş ərazilərin boşaldılması və X1 ilə bağlanmış icarə müqaviləsinin ləğvi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq iş üzrə icraata xitam verilsin. İddiaçılara izah olunsun ki, o, gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilməzlər. Qərardaddan şikayət verilə bilməz. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1632/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1632/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver