Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1716/2022 18.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İcbari Tibbi Sosial Sığorta üzrə Dövlət Agentliyinə qarşı icbari tibbi sığorta şəhadətnaməsinə əsasən xəstəliklərin müayinə və müalicə edilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh İcbari Tibbi Sosial Sığorta üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qüvvədə olan 01 yanvar 2021-ci il tarixli, 10909584 nömrəli icbari tibbi sığorta şəhadətnaməsinə əsasən xəstəliklərinin müayinə və müalicə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11798/2021 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavavdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsini iştirakını təmin etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli, PHŞ/1-2-2022-8099 nömrəli məktubdan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş məlumatda iddiaçının Poliklinika şöbəsində müayinə olunduğu və “Burun arakəsməsinin dəyişməsi” diaqnozu ilə ətraflı müayinə və müalicə üçün X1 göndərildiyi qeyd edilmişdir. -Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, PHŞ/1.1.29-3-2022- 168 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və iddiaçı Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində mütəxəssis həkimlər tərəfindən müayinə olunmuş və “J34.2 Burun arakəsməsinin dəyişməsi” diaqnozu ilə ətraflı müayinə və müalicə üçün X1 göndərilmişdir. -Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli, PHŞ/1.1.3-2.2022-442 nömrəli məktubunda bildirilir ki, xx.xx.2022-ci il tarixində İddiaçı ilə telefon əlaqəsi saxlanılmış və dinlənilmişdir. Dinlənilmə zamanı iddiaçı səhhətində olan problem ilə bağlı müvafiq müayinələrə cəlb olunmaq üçün yaxın günlərdə "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinə müraciət edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixində təkrar İddiaçı ilə telefon əlaqəsi saxlanılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixində "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinə müraciət etdiyini, həkim-nevroloq və həkim-otorinolorinqoloq tərəfindən müayinə olunduğunu bildirmiş, barəsində tərtib edilmiş ambulator xəstənin tibbi vərəqəsini özü ilə apardığını əlavə etmişdir. Həmçinin İddiaçı KT müayinəsi və burnunda olan problem ilə bağlı cərrahi əməliyyata cəlb olunmaq üçün Covid-19 test nümunəsinin götürülməsi ilə bağlı yaxın günlərdə təkrar xəstəxanaya yaxınlaşacağını qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi iddiaçının tələbi cavabdeh tərəfindən təmin olunmuş və mübahisə aradan qalxmışdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, verilmiş iddia ərizələri üzrə ilkin olaraq iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh İcbari Tibbi Sosial Sığorta üzrə Dövlət Agentliyinə qarşı icbari tibbi sığorta şəhadətnaməsinə əsasən xəstəliklərin müayinə və müalicə edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1716/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1716/2022
18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver