Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-172/2023 17.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən 2ci qrup “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1999-cu ildə hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar ona 2-ci qrup əlillik təyin edilmişdir. xx.xx.2009-cu ildən hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar ona təkrar müayinə zamanı 2-ci qrup müddətsiz əlillik təyin edilmiş və xx.xx.2018-ci ilədək 19 il müddətsiz əlil olmuşdur. Sonradan hərbi xıdmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2018-ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbı Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyinin səbəb əlaqəsi dəyişdirilmiş və 19 ildən sonra müddətsiz əlillik təyin edilməsi əvəzinə əsassız olaraq 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci ildə ona 5 il müddətinə 2-ci qrup əlillik təyin edilmiş və lazım olan sənədlərlə təmin edilmişdir. Belə ki, o 1999-cu ildən 2018ci ilədək 2-ci qrup müddətsiz hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar 19 il müddətsiz əlil olmuş və xx.xx.2018-ci ildə əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək 19 ildən sonra müddətsiz təyin edilməsi əvəzinə əsassız olaraq 5 il müddətinə təyin edilmişdir. Halbuki, cavabdeh tərəfindən xx.xx.2018-ci ildə ona müddətsiz əlillik təyin edilməli idi. Bununla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqlarını əsassız olaraq pozmuşdur, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron sistemdə 5 illik təyin edilməsi əsassız və qanunsuzdur, bu səbəbdən də onun yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki o xx.xx.2018-ci ilə qədər 21 il qiymətləndirilmişdir və 21 ildən çoxdur 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Hesab edir ki, cavabdeh əsassız olaraq əlilliyinin 5 il müddətinə əlillik təyinatı dəyişdirilərək müddətsiz təyin edilməli və cavabdehin xx.xx.2018-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsinə 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müddətsiz təyin edilməlidir. İşin şifahi məhkəmə baxışı iclası 17 yanvar 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07-Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə.-AR-ın MN-in MHHK-ın 319 №-li qərarıxx.xx.2017 il. Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə. Yanaşı xəstəliklər İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası FS İİİ.Hipertoniya xəstəliyi İİİ mərhələ.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...;” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının müraciəti qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi iddiaçıya ikinci dərəcə əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci ildə ilk dəfə təyin edildiyi və növbəti qiymətləndirmə tarixi xx.xx.2023-cü il olduğundan müddətsiz əlillik təyin edilməsi mümkün deyil. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş 4110003AAC8K Forma-88 üzrə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə.-AR-ın MN-in MHHK-ın 319 №-li qərarı-xx.xx.2017 il. Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə. Yanaşı xəstəliklər İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası FS İİİ.Hipertoniya xəstəliyi İİİ mərhələ.; diaqnozu ilə 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 319 nömrəli qərarının surətindən görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin yanvar ayında aldığı yaralanma “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. -surəti işə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının 167657 nömrəli arayışından görünür ki, təkrar müayinə nəticəsində iddiaçıya xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş 332125 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, təkrar müayinə nəticəsində iddiaçıya xx.xx.2008-ci il tarixədək ikinci dərəcəli təyin edilmişdir. -surəti işə əlavə edilmiş 502203 nömrəli TSEK-də müayinə aktından çıxarışın kötüyündən görünür ki, təkrar müayinə nəticəsində iddiaçıya xx.xx.2009-cu il tarixədək ikinci dərəcəli təyin edilmişdir. -surəti işə əlavə edilmiş 682349 nömrəli TSEK-də müayinə aktından çıxarışın kötüyündən görünür ki, təkrar müayinə nəticəsində iddiaçıya müddətsiz ikinci dərəcəli təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin Məcəllənin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya 1999-cu il tarixindən “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” 2-ci dərəcə əlillik təyin edilmiş və iddiaçı fasiləsiz olaraq 10 il müddətinə hər il müayinədən keçmiş, nəticədə ona xx.xx.2009-cu il tarixdən “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. Bundan sonra iddiaçının əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı hazırda ikinci dərəcə əlilliyinin fasiləsiz olaraq 10 ildən artıq davam etdiyini qeyd edərək ona ikinci dərəcə əlilliyinin müddətsiz təyin edilməli olduğunu bildirmişdir. Cavabdehin məhkəmə daxil olmuş etirazının məzmunundan göründüyü kimi cavabdeh hesab edir ki, iddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi qanunvericiliyin tələbinə uyğundur və cavabdeh tərəfindən əlilliyin təyin edilməsinə imtina verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunun 3-cü maddəsinə əsasən Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsindət həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbisosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı:
4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 6.1. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. İddiaçıya əlillik təyin edilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. İddiaçı barəsində əlilliyin təyin olunduğu vaxt qüvvədə olan qanunvericiliyin tələbindən göründüyü kimi ikinci dərəcə əlillik hər dəfə bir il müddətinə təyin edilmiş və fasiləsiz olaraq ikinci dərəcə əlillik on il təyin edildiyi hallarda müddətsiz olaraq təyin edilmiş hesab edilirdi. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 6.1-ci bəndinə görə bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. Belə ki, ikinci qrup əlilliyin müddətsiz müəyyən edilməsi müəyyən şərtlərdən asılı edilmişdir ki, həmin şərt isə əlilliyin fasiləsiz olaraq 10 il təyin olunması ilə bağlıdır. İşin faktiki hallarından görünür ki, iddiaçıya 1999-cu ildən ikinci dərəcə əlillik təyin edilmişdir. Arayışlardan isə görünür ki, təyin edilmiş əlillik 2009-cu ilədək hər dəfə bir il müddətinə uzadılmış və iddiaçıya xx.xx.2009-cu il tarixdən ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçının əlilliyinin müddətsiz təyin edilməsinə, baxmayaraq əsassız olaraq xx.xx.2018-ci il tarixdə yenidən qiymətləndirilmiş və ona 05 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçının əlillik müddəti ümumilikdə 10 ildən artıq müddətə (1999-cu ildən 2018-ci il tarixədək) təyin edilmiş və həmin vaxt ərzində hər hansı fasilə də yaranmamışdır. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik müddətsiz təyin edilməli idi. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı barəsində xx.xx.2018-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2-ci qrup müddətsiz əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2-ci qrup müddətsiz əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov